Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3934/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, X27, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, 12 saylı Notarit Ofisi, 19 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3934/2022 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və müqavilələrin etibarsız hesab edilməsi tələbləri, vicdanlı əldə edən) Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlu ndan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2167/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********42 saylı məktubuna əsasən ünvan 1 fərdi yaşayış evi X12, X18 və X13 adlarına ilkin qeydiyyatdan keçmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)14857/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə və 12 saylı DNK-nın 2V-02 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən (fərdi yaşayış evi söküldüyü üçün) 0.0828 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin M-34/101 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1934-cü ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 15 oktyabr 1934-cü ildə doğulan, atası X43, anası X33 olan X14 təvəllüdü qeyd olunur. Azərbaycan SSR Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixli, İİİ-JQ № 302372 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Hüseynova (Məmmədova) Məleykə Qüdrət qızı xx.xx.1984-cü il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin M-35/97 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 26 may (sənəddə olduğu kimi) 1930-cu ildə doğulan, atası Məmmədov Qüdrət, anası Məmmədova Zeynəb olan X25 təvəllüdü qeyd olunur. Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 079963 nömrəli, xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X38 xx.xx.2003-cü il t arixdə vəfat etmişdir.
5. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-4736/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən SSR Bakı şəhər X7 Bürosu tərəfindən verilmiş 173 nömrəli çıxarışda qeyd edilmiş X28 ilə İ-JQ 438147 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X29 eyni şəxs olması faktı müəyyən edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 11703/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən X19 1943-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X11 ilə Cavabdeh1 və atası X5 qohum olmaları faktı müəyyən edilmişdir.
7. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 104592 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X41 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir.
8. X34, X42 və X8 xx.xx.2016-cı il tarixli ərizələ rinin surətinə əsasən X2 Qüdrət Aslan oğlu, X30, X15, X42 və X20 isə X26 onlara qalmış miras payından Cavabdeh5 xeyrinə imtina etmişlər. 9. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən xx.xx.1978-ci il tarixdə vəfat etmiş X29, 1943-cü il tarixdə vəfat etmiş X18, xx.xx.1967- ci il tarixdə vəfat etmiş X16 vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, X21r. Miras əmlak X35 məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka məxsus 1/3 hissədə paydan ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 14857/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən miras əmlakdan X27 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissə miras payı almışdır.
10. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X27, 1/6 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh5 və 1/6 hissədə Cavabdeh4 mülkiyyətindədir və bu barədə dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
11. İş materiallarında olan satıcı qismində X27, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcılar ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin onlara məxsus hissəsindən X27 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissəni hər bir satıcı 25000 manat olmaqla cəmi 100000 manata alıcı Cavabdeh2 satmışdır. Müqavilə satıcıların əvəzinə etibarnamə üzrə nümayəndələri Cavabdeh6 tərəfindən imzalanmışdır.
12. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir və bu barədə dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
13. İş materiallarında olan satıcı qismində Cavabdeh2 ilə alıcı qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ANİ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətinə əsasən satıcı Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin cəmi 100000 manata alıcı Cavabdeh3 satmışdır.
14. Abşeron rayon İHB-in Qobu qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 009221 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X27 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 15. 09.12.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X17 vərəsəsi Cavabdeh8 Əliqulu oğludur və miras əmlakı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsindən ibarətdir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00 4)-14857/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsinin surətinə əsasən iddia qismən təmin edilərək, miras əmlak olan ünvan 2 ünvanında yerləşən mülkdə X17 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissədə payları müəyyən edilərək onlara vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı Notariat kontoruna həvalə edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)7095/2020 saylı qərardadına əsasən maraqlı şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh4, Cavabdeh1 qizi, X9 cavabdeh Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru qarşı mirasın qəbulu müddətini n bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh5 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsinə və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizələri baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, X27, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, 12 saylı Notariat Ofisi, 19 saylı Notariat Ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X27, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarışın ləğv edilməsi, həmin daşınmaz əmlakla bağlı xx.xx.2017-ci il tarixdə 19 saylı Dövlət Notariat X1, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi, daşınmaz əmlakla bağlı xx.xx.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alğısatqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi, daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə 1/4 hissədə miras pay hüququnun müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
19. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak mərhum X41, X36 və X22 məxsus olmuşdur, X41 və X3 Bərxudar Qəmbər oğlunun övladlarıdır. X30 1967-ci ildə vəfat etmişdir. Onun oğlu - X36 isə 1943-cü ildə vəfat etmiş, vəfat edərkən subay olmuşdur. X41 isə 1978-ci ildə vəfat etmişdir. Mehti Məmmədov və Bərxudar Məmmədovun vəfat ından sonra ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X35 miras qalmışdır. Qüdrət Məmmədovun vəfatından sonra sözügedən miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Ona görə ki, ümumiyyətlə X35 məxsus hər hansı miras əmlakın mövcudluğundan uzun müddət xəbərsiz olmuşlar. Rəsmi sənədlərdə heç vaxt babaları X29 adına sənəd tapılmamışdır. Ona görə də bu illər ərzində vərəsəlik işi ilə bağlı hər hansı quruma müraciət edilməmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, X4 Rayon Məhkəməsinə müraciət edərək rəsmi sənədlərdə adı X6 qeyd edilən şəxsin İ-JQ 438147 saylı ölüm haqqında şəhadətnamədə adı göstərilən X41 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və xx.xx.2016-cı il tarixdə də həmin ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişd ir. Həmçinin bu qətnamə ilə X29 09 fevral 1978-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Məhz bundan sonra həmin əmlak vərəsəliyin predmetinə çevrilmişdir. Eyni zamanda Cavabdeh1 ərizəsi əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-11703/2016 saylı qətnaməsi ilə miras qoyanlardan biri - Mehti Məmmədovun 1943-cü ildə ölməsi faktı müəyyən edilmişdir. Qeyd edilən bu hüquqi faktlar müəyyən edildikdən sonra isə X27, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 digər vərəsələrin, o cümlədən onların xəbəri olmadan və miras əmlakın mövcudluğu barəsində onlara məlumat vermədən miras əmlakda pay hüquqlarının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. xx.xx.2016-cı il tarixdə məhkəmədə həmin işə baxılaraq iddia tələblərinin qismən təmin edil məsi barədə 2(004)-14857/2016 saylı qətnamə qəbul edilmişdir. Bu qətnaməyə əsasən ünvan 4 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə X17, 1/6 hissəsinə Cavabdeh4, 1/3 hissəsinə isə Cavabdeh5 miras pay hüququ müəyyən edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə adı çəkilən şəxslərə 12 saylı Dövlət Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, məhkəmənin qətnaməsi və şəhadətnamə əsasında isə cavabdehlərin miras əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)11703/2016 saylı qətnaməsindən məlumatlı olduqdan sonra isə ondan apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.202 0-ci il tarixli, 2(103)- 7095/2020 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş və iddia ərizələri baxılmamış saxlanılmışdır. Cavabdehlər əlbir hərəkət edərək məqsədli şəkildə bu prosesləri onlara xəbər vermədən aparmış və miras əmlakın əvvəlcə Cavabdeh2 adına, daha sonra isə Cavabdeh3 adına özgəninkiləşdirilməsinə nail olmuşlar. Belə ki, X27, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tərəfindən vərəsələr barəsində məhkəməyə düzgün məlumat verilməməsi, tələsik şəkildə məhkəmə qətnaməsinin çıxarılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsi, bundan qısa müddət sonra, xx.xx.2017-ci il tarixdə əmlakın Cavabdeh2 adına özgəninkləşdirilməsi, xx.xx.2017ci il tarixli alğı-satqı müqavi ləsində əmlakın dəyərinin dəfələrlə aşağı qiymət, yəni 100000 manat göstərilməsi, bundan sonra uzun müddət keçmədən, yəni xx.xx.2018-ci il tarixdə əmlakın guya Cavabdeh2 tərəfindən öz qayınanası Cavabdeh3 satılması, həmçinin gəlinqaynana olmalarına baxmayaraq formallığı gizlətmək üçün Cavabdeh3 və Cavabdeh2 arasındakı sənədləşmənin alğı-satqı qaydasında edilməsi bütün bu sənədləşmələrin formal olmasını və cavabdehlərin birgə və məqsədli hərəkət etməsini aşkar şəkildə təsdiq edir. Cavabdeh3 Cavabdeh2 qaynanasıdır. Bu əmlak İlahə və Ofeliyanın adına sənədləşdirilsə də, əslində bütün bu prosesləri idarə edən və əmlakın faktiki alıcısı Cavabdeh3 oğlu Cavabdeh6 olmuşdur. Hətta, notariat işindən də görünür ki, xx.xx.2017-ci il tarixli alğı-satqı zamanı sənədləşmələr də məhz onun tərəfindən aparı lmış və nümayəndə qismində iştirak etmişdir. Cavabdeh6 ona verilən etibarnamədən sui-istifadə edərək ən azı ******* manat dəyərində olan əmlakı 35 dəfə aşağı qiymətə, yəni 100000 manata formal olaraq əvvəlcə qardaşının arvadı Cavabdeh2, sonra isə anası Cavabdeh3 adına sənədləşdirmişdir.
20. Birinci instansiya məhkəməsində əsl olmayan cavabdeh X27 (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir) əsl Cavabdeh8 Əliqulu oğlu ilə əvəz edilmişdir.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günay Axundova) 2(004)5745/2021 nömrəli iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəha dətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X27, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarış ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə 1/4 hissədə miras pay hüququ müəyyən edilmiş və onlara digər vərəsələr tərəfindən sözügedən mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdikləri əmlakdan paylarına mütənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları izah edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilmişdir.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəha dətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında iddiaçıların paylarının müəyyən olunması hissəsində əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, miras əmlakda İddiaçı1 1/12 hissə, İddiaçı2 isə ¼ hissədə payı müəyyən edilməlidir.
23. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçıların ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə pay hüquqlarının müəyyən olunmasına baxmayaraq bu hal iddianın X27, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ilə Cavabdeh2 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə hazırki vəziyyətdə hüquqi əsas yaratmır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və X23 nümayəndəsi məhkəmə iclasında bildirmişlər ki, onla r iddiaçılarla danışmadıqlarına görə iddiaçılara miras əmlak barədə məlumat verməmişdirlər. Digər cavabdehlərin isə iddiaçıların vərəsə olmasından xəbərdar olması sübut olunmur. Məhkəmə hesab etmişdir ki, bu daşınmaz əmlakı əldə edən şəxslər vicdanlı əldə edən statusuna malik şəxslərdir və həm də iddiaçılar da həmin müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqlara malik şəxslər kateqoriyasına aid deyildirlər.
24. İddiaçıların ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə pay hüquqlarının müəyyən olunmasını nəzərə alaraq məhkəmə onların bu əmlak üzərində vərəsəlik hüquqlarının bərpa edilməsi baxımından qeyd etməyi də zəruri hesab etmişdir ki, digər vərəslərin mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdiyi əmlakdan iddiaçıların paylarına müt ənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları iddiaçılara izah edilməlidir.
25. Məhkəmə öz mövqeyini 11.9.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəllənin 528, 532, 552, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin MİÜMK-nın 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.7.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vərəsəlik qaydasında pay hüquqları olduğu halda onların razılığı və mə lumatı olmadan miras əmlakın özgəninkiləşdirilməsinə dair bağlanmış əqdlərin mübahisələndirməsi barədə iddia qaldırmağa subyketiv hüquqları mövcuddur. Müqavilə tərəfi olmayan şəxslər də müqaviləni mübahisələndirə bilər. Məhkəmə alqı-satqı müqavilələrinin etibarlı olubolmamasına qiymət verməmişdir. Mübahisələndirilən alqı-satqı müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında bağlanmışdır, birinci əqd etibarsız hesab edildiyi təqdirdə, ikinci və sonrakı əqdlərin hamısı etibarsız hesab edilir. Hər iki alqı-satqı müqaviləsi bilavasitə onlarda nəzərdə tutulan hüquq nəticəni doğurmaq üçün deyil, formal olaraq Cavabdeh2 və X10 adına bağlanmışdır. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcı qismində iştirak edən mülkiyyət çilərin özləri iştirak etməmiş və onların adından etibarnamə əsasında Vidadi Baymarov imzalamış, alıcı qismində isə Cavabdeh2 tərəfindən imzalansa da, faktiki olaraq bu əmlakı Cavabdeh6 özünə alması işin mübahisə edilməyən halıdır. Cavabdeh6 etibarnaməni etibar edənin maraqları daxilində deyil, öz maraqlarına uyğun hərəkər edərək özü barəsində əqd bağlamışdır. Məhkəmənin mülkiyyətçilərin vicdanlı əldə edən olması barədə qənaəti tamamilə yalnışdır. Torpaq sahəsi üzərində vərəsələrin payının müəyyən edilməsi ilə bağlı məhkəmə prosesləri və digər sənədləşmələrin aparılması Vidadinin nəzarəti altında baş vermiş və o, bu işlərin görülməsi üçün vərəsələrə maliyyə və digər dəstəyi də göstərmişdir. İlk başda Vidadi vərəsələr olaraq Şərqiyyə Namatova, Cavabdeh1 və Mayıs Məmmədovla danışaraq onların özlərinə çatası payla bağlı razılıq əldə etdikdən sonra məhkəmə prosesləri başlansa da, danışıqlar zamanı Mətanət, Qəmər və Ağamehtinin də vərəsə olması Vidadiyə deyilmişdir. Göründüyü kimi Vidadi vərəsələrin dairəsinin kimlərdən ibarət olmasını bilmiş, lakin sənədləşmə işlərinin uzanmaması üçün onların işə cəlb edilməsini istəməmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Fuad Babayev və Elnur Həsənov) 2(103)-2167/2022 saylı mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçıl arın subyektiv hüquqlarının olmaması barədə ziddiyətli nəticəyə gəlmişdir, belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçılara məlumat verilmədiyindən, mirasda digər vərəsələr müəyyən hissədə pay aldığı halda, iddiaçılar vərəsə kimi müəyyən edilmədiyindən pay almamışlar, buna görə də məhkəmə həmin hissədə iddianı qismən təmin edərək, iddiaçıların miras payını da müəyyən edib, onların vərəsəlik hüquqlarını bərpa etmişdir. Bir halda ki, məhkəmə iddiaçıların vərəsəlik hüquqlarını tanımışdır, deməli onların subyektiv hüququnun olması da mübahisəsiz olur.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıların müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqları mövcuddur, buna baxmayaraq, həmin subyektiv hüququn olm ası mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsinə müstəqil əsas verən hal olmadığından, məhkəmənin bununla bağlı gəldiyi səhv təfsir qətnamənin bu hissədə ləğv edilməsinə əsas vermir, çünki həmin hissədə iddianın rədd olunmasının əsasını təşkil edən başlıca hal alıcıların vicdanlı əldə edən olmaları təşkil edir və məhkəmə də bu halı rəhbər tutmuşdur.
31. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və X23 nümayəndəsi bildirmişlər ki, onlar iddiaçılarla danışmadıqlarına görə sonunculara miras əmlak barəsində məlumat verməmişlər.
32. Digər cavabdehlərin isə iddiaçıların vərəsə olmasından xəbərdar olması sübut olunmamışdır. Kollegiya hesab etmişdir ki, məhkəmənin daşınmaz əmlakı əldə edən şəxslərin vicdanlı əldə edən statusuna malik şəxslər olmas ı barədə qənaəti qanuni və əsaslı olmuşdur.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Kollegiyanın qənaətinə görə, hətta iddiaçıların hüquqlarının pozulması ehtimal edilsə belə, bu pozuntu mübahisəli daşınmaz əmlakın vicdanla əldə etmiş şəxsin (şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.
35. Apellyasiya şikayətində əmlakın faktiki ola raq Cavabdeh6 tərəfindən alınması ilə bağlı qeyd edilənlərə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, bu hal birmənalı olaraq həmin alqı-satqı müqavilələrinin etibarsız əqd hesab edilməsi qənaətinə gəlməyə əsas vermir, iş materiallarından aşkar görünür ki, Cavabdeh6 ona məlum olan vərəsələrin hər biri ilə qarşılıqlı razılıq əldə etmiş və sonuncuların hər birini pul və mənzil ilə təmin etmişdir, alqısatqı müqaviləsi tərəflərin razılığı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmışdır.
36. Bununla bağlı apelyasiya şikayətinin dəlilləri müqavilələrin etibarsız hesab edilməsinə əsas vermir, daşınmaz əmlakın qiyməti barədə tərəflər razılığa gəlmiş və razılaşdırılmış dəyər alıcı tərəfindən satıcılara tam olaraq ödənilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, satıcılar tərəfindən hazırki vaxtadək alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı və ya daşınmaz əmlakın dəyəri ilə bağlı hər hansı mübahisə qaldırılmamışdır. Mübahisəli daşınmaz əmlakın dəyəri məlum vərəsələrə tam olaraq ödənilmişdir, həmin məbləğ bütün vərəsələr arasında bölünməli olduğundan Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq digər vərəsələrin mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdiyi əmlakdan iddiaçıların paylarına mütənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarını izah etmişdir.
37. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 140, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azər baycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarına, “X24 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh6 ona verilən etibarnamədən öz xeyr inə istifadə etməsi olmuşdur. Belə ki, satıcılar qismində X27, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ilə alıcı qismində Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcı qismində iştirak edən mülkiyyətçilərin özləri iştirak etməmiş və onların adından etibarnamə əsasında Cavabdeh6 imzalamışdır. Alıcı qismində isə X46 tərəfindən imzalansa da, faktiki olaraq bu əmlakı Vidadinin özünə alması işin mübahisə edilməyən halıdır (öz izahatlarında təsdiq etmişdir). Bu da deməkdir ki, Cavabdeh6 mülkiyyətçilər tərəfindən ona verilən etibarnamələrdən öz xeyrinə istifadə etməklə mülkiyyətçilərə məxsus əmlakı özünə əldə etmişdir. Başqa sözlə, Cavabdeh6 etibarnaməni etibar edənin maraqları daxilində deyil, öz maraqlarına uyğun hərəkət edərək özü barəsində əqd bağlamışdır. M ülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
40. Apellyasiya məhkəməsi alqı-satqı müqavilələrinin etibarısızlığı ilə bağlı tələbin rədd edilməsinə əsas kimi, satıcılar tərəfindən hazırkı vaxtadək alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı və ya daşınmaz əmlakın dəyəri ilə bağlı hər hansı mübahisə qaldırılmadığını göstərmişdir. Belə ki, apellyasiya məhkəməsinin özü apellyasiya şikayətinin dəlili olan subyektiv hüquqla bağlı məsələyə hüquqi qiymət verərək iddiaçıların vərəsə qismində mübahisəli əmlakda pay hüquqları müəyyən edildiyindən alqı-satqı müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmalarını qeyd etmişdir. Belə olan halda, alqı-satqı müqavilələrinin etibarlı olub-olmadığının məhkəmə tə rəfindən müəyyən edilməsi tələbinin iddiaçılar tərəfindən irəli sürülməsi (mübahisləndirilməsi) həmin əqdlərin etibarlılığının yoxlanılması üçün kifayətedici əsasdır. Göründüyü kimi, məhkəmə bir tərəfdən iddiaçıların müqavilələri mübahisləndirmək üçün subyektiv hüquqa malik olmasını müəyyən etsə də, digər tərəfdən iddiaçıların sözügedən əqdləri mübahisləndirməsini qəbul etməmiş və bununla bağlı iddiaçıların dəlilinə hüquqi qiymət verməyərək ziddiyyətli nəticələrə gəlmişdir. Halbuki, nə qədər ki, mübahisələndirilən müqavilələr üçüncü şəxslərin (iddiaçıların) hüquqlarına və qanunla qorunan mənafeyinə toxunur, həmin şəxslərin əqdin etibarsızlığı ilə bağlı dəlilləri yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Bundan əlavə, işin hallarından açıqaydın görünür ki, hazırkı mübahisənin yaranmasının səbəbi Cavabdeh6 digər cavabdeh vərəsələrlə əlbir hərəkət edərək iddiaçıların xəbəri olmadan vərəsəlik işini həll edərək alqı-satqını etmələri olmuşdur. Odur ki, alqı-satqı müqaviləsini məhz öz mənafelərinə uyğun hərəkət edən digər cavabdehlərin iradəsindən asılı etmək və iddiaçıların bu barədə tələblərini nəzərə almamaq qanunla yolverilən olmamaqla bərabər heç məntiqli də deyildir. Bundan başqa, satıcılar tərəfindən alqı-satqı müqavilələrinin mübahisələndirilməməsinə görə iddiaçıların bu barədə tələblərini rədd edən apellyasiya məhkəməsi hər hansı maddi hüquq normasına istinad etməmiş və mövqeyini əsaslandırmamışdır. Bu mövqeyini ifadə edərkən əgər məhkəmə etibarsız əqdin sonradan bəyənilməsini nəzərdə tutmuşdursa, yenə də maddi hüquq normasının tətbiqində səhv buraxmışdır. Belə ki, digə r vərəsələrin əqdləri mübahisləndirməməsi ancaq onların özünə münasibətdə bəyənmə hesab edilə bilərdi. Yəni, digər vərəsələrin hər hansı hərəkət və ya hərəkətsizliyi heç bir halda iddiaçıların əvəzindən əqdin bəyənilməsi kimi qəbul edilə bilməz. Çünki, qanunvericiliyin tələbinə görə, əqdin bəyənilməsi ancaq səlahiyyətli şəxsin iradə bəyanı ilə mümkündür. Eyni zamanda nəzərə almaq lazımdır ki, digər vərəsələrin bu günədək iddia qaldırmaması halı da özlüyündə sözügedən əqdlərin bəyənilməsi kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 357-ci maddəsində nəzərdə tutulan bəyənmə əqdin sonradan bəyənilməsi ilə bağlıdır. Elə bu normanın mənası ondan ibarətdir ki, müqaviləni bəyənən şəxs onun şərtləri ilə əvvəlcədən tanış olmur (razılığı olmur) və əqdin şərtləri ilə sonradan tanış olur və bəy ənir. Hazırkı işin hallarından göründüyü kimi, alqı-satqı müqaviləsindəki əmlakın dəyəri və əqdin etibarsızlığına əsas olan hallar barədə digər vərəsələrin məlumatı olmamış, Cavabdeh6 etibarnamə əsasında etdiyi hərəkətlərlə bağlı həmin vərəsələri məlumatlandırmamış və qiyməti onlarla razılaşdırmamışdır. Müqavilə bağlanılarkən Cavabdeh6 tərəfindən yol verilən pozuntular digər cavabdeh vərəsələrə məhkəmə zamanı məlum olmuş və bundan sonra onlar əqdin bəyənilməsinə yönələn hərəkətlər etməmiş, əksinə öz narazılıqlarını və Vidadinin onları aldatdıqlarını bildirmişlər. Məhz bununla bağlı o da nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsində işə baxılarkən cavabdehlərin izahatı məhkəmə iclas protokoluna düzgün daxil edilməmiş və düzgün olmayan izahatlar əsasında məhkəmənin cavabdehlərin mövqeyi (müqavilələri bəyənmələri) barəsində qənaəti yanlış olmuşdur ki, bu da səhv qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bu səbəbdən məhkəmə iclas protokoluna qeydlər verilmiş və məhkəmə iclasının audio-videoyazısı aparıldığı üçün məhkəmə qeydlərin düzgünlüyünü tam şəkildə təsdiq etmişdir. Həmin qeydlərdən də göründüyü kimi, cavabdehlərin məhkəmə iclasında bildirdiklərinin əksəriyyətinin əksi protokolda yazılmışdır. Göründüyü kimi, məhkəmə digər vərəsələrə münasibətdə də əqdin sonradan bəyənilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir.
41. Apellyasiya şikayətində vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin avtomatik olaraq ondan sonrakı əqdlərin də etibarsızlığına səbəb olduğu göstərilərək bu dəlil MM-nin 337-ci maddəsinin tələbləri baxımından əsaslandırılmışdır. Belə k i, mübahisələndirilən alqı-satqı müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında bağlanmışdır. Birinci əqd etibarsız hesab edildiyi təqdirdə ikinci və sonrakı əqdlərin hamısı etibarsız sayılır. Bu qayda Mülki Məcəllənin 337-ci maddəsinin tələbindən irəli gəlir. Çünki, ikinci və sonrakı əqdlər birinci əqdin nəticəsi kimi çıxış edir. Birinci əqd etibarsız olduğuna görə onun nəticəsi də etibarsız sayılır. Məhz bu əsas öz-özlüyündə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün kifayət edir.
42. Alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı apellyasiya şikayətinin dəlillərinin bir çoxuna apellyasiya məhkəməsi hüquqi qiymət verməmiş, bəzi dəlillərə isə münasibət bildirsə də, öz mövqeyini kifayət qədər əsaslandırmamışdır. Belə ki, apellyasiya şikayətində göstərilmişdir ki, hər iki alqı-satqı müqaviləsi bilavasitə onlarda nəzərdə tutulan hüquqi nəticəni (məhz həmin alıcıların mülkiyyətinə verilməsi) doğurmaq üçün deyil, formal olaraq Cavabdeh2 və X10 adına bağlanılmışdır. Yəni, alqı-satqı müqavilələri görünüş üçün bağlanmış əqdlərdir və ona görə də həmin müqavilələr etibarsızdır (əhəmiyyətsizdir). Belə ki, Cavabdeh6 izahatında göstərmişdir ki, torpaq sahəsini özünə almışdır və başqa səbəblərə görə ilk öncə onu gəlinləri (qardaşının arvadı) Cavabdeh2 adına, sonradan İlahənin ailəsində problem olduğuna görə anası Ofeliya Bayramovanın adına rəsmiləşdirmişdir. Göründüyü kimi, əslində alqı-satqı müqavilələri görünüş üçün bağlanılmış uydurma əqddir. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uy ğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bu dəlilə münasibətdə apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “... bu hal birmənalı olaraq həmin alqı-satqı müqavilələrinin etibarsız əqd hesab edilməsi qənaətinə gəlməyə əsas vermir, iş materiallarından aşkar şəkildə görünür ki, Cavabdeh6 ona məlum olan vərəsələrin hər biri ilə qarşılıqlı razılıq əldə etmiş və sonuncuların hər birini pul və mənzil ilə təmin etmişdir, alqı-satqı müqaviləsi tərəflərin razılığı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanılmışdır...”. Məhkəmənin mövqeyi tamamilə əsassızdır. Belə ki, birincisi, işdən də göründüyü kimi, Vidadi hazırkı iş üzrə iddiaçıların da vərəsə olduğundan xəbəri olmuşdur (prosessual pozuntularla bağlı dəlil lərdə ətraflı izah edilib). İkincisi, məhkəmə alqı-satqı müqavilələrinin formal cəhətdən qanunvericiliyin tələblərinə uyğun bağlanıldığını qeyd edərək müqavilələrin etibarlı olması qənaətinə gəlsə də, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilələrin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olmasını nəzərə almamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verməmişdir. Halbuki, mübahisələndirilən alqı-satqı müqavilələrinin formal olaraq Cavabdeh2 və Ofeliya Bayramova ilə bağlanılmış olması işin mübahisəsiz halıdır (cavabdehlərin özü də təsdiq etmişdir). Buna baxmayaraq, apellyasiya məhkəməsi alqı-satqı müqavilələrinin görünüş üçün bağlanılmış əqd olması ilə bağlı dəlilə hüq uqi qiymət vermək əvəzinə, sadəcə həmin müqavilələrin formal cəhətdən qanunvericiliyin tələblərinə uyğun bağlanılmasını qeyd etməklə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Cavabdeh6 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
44. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdi rənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
45. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
46. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş halla rda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
47. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
48. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
49. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərəri n əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
52. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
53. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzər ə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmələr mübahisəli əşya üzərində mülkiyyət hüququnu dövlət reyestrindəki qeydlərə əsasən müqavilə əsasında qazanmış cavabdehləri vicdanlı əldə edən şəxs hesab etmişlər.
63. Məlum olduğu kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (§ 44).
64. Bu qayda ona dəlalət edir ki, əşya hüquqları əldə olunarkən hətta daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyy at əsassız olsa (həqiqi hüquqi vəziyyətə görə əşyaya sərəncam verənin buna səlahiyyəti olmasa) belə, əgər əldə edən bunu bilmirsə, yaxud qeydə dair etiraz reyestrə daxil edilməyibsə hüququ əldə etmiş şəxs vicdanlı sayılır.
65. Mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə Cavabdeh2 və Cavabdeh3 vicdanlı olmadığını sübuta yetirmək yükü iddia tərəfinin üzərinə düşmüşdür.
66. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, əvvəlcə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən mülkdə X17 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 h issə və Cavabdeh4 1/6 hissədə payları müəyyən edilmişdir. Bundan əlavə, əşya eyni qaydada daşınmaz əmlakın dövlət reyestrində həmin şəxslərin adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
67. Əşyanın adları çəkilən mülkiyyətçilər tərəfindən Cavabdeh2 satılmasına dair əqdin hüquqi nəticə yaratmaq məqsədilə bağlandığı müəyyən olunmuşdur. Bu hal ona dəlalət edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçilər notarial qaydada təsdiqlənmiş müqavilə əsasında əşyaya sərəncam verməklə onun hüquqi müqəddəratını həll etmişlər. Bu sərəncamın da əvəzli olması iş materiallarından müəyyən edilmişdir.
68. Eyni zamanda məhkəmələr belə qənaətə gəlmişlər ki, mübahisəli əşyanı alan şəxsin satıcıların mülkiyyət hüquqlarına dair dövlət reyestrindəki qeydlərinin əsassız olmasını bilmələri, yaxud həmin qeydlərə dair etirazın reyestrə daxil edildiyi mötəbər və kifayətedici sübutlarla təsdiqlənmir.
69. Belə olan halda, cavabdeh mülkiyyətçilərin vicdanlı əldən şəxs qismində tanınması barədə məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslı olmuşdur. Bu hal isə ona dəlalət edir ki, satıcıların vərəsəlik şəhadətnaməsi etibarsız olsa belə əşyanı vicdanlı əldə edənin bağladığı müqavilə etibarsız sayıla bilməz.
70. Çünki, qanuna əsasən, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (§ 48-49).
71. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə 2 7 oktyabr 2004-cü il tarixli qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir....əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2167/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.