Məhkəmə qərarları › İş №2(102)-3935/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3935/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3935/2020 27.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: ümumi və ya kommersiya məhkəməsinə aidiyyət, aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmiş iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi X1 və Kommersiya kollegiyasının hakimi X2 ibarət qarışıq tərkibdə, İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələb inə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2020 nömrəli iş üzrə 20.02.2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı1 (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 18 noyabr 2016-cı il tarixli 006509 nömrəli aktın ləğv edilməsi, Xaçmaz Elektrik şəbəkəsinin işçiləri tərəfindən hakimiyyətdən sui-istifadə və enerji verilişinin dayandırılacağı hədəsi altında onun adından müvafiq səlahiyyət almamış qardaşı Ə.Şahbazova imzalatdırdıqları 24 noyabr 20 16-cı il tarixli, 0036 nömrəli “Razılaşma protokolu” nun etibarsız hesab olunması, istehlakçı olaraq ona qanunsuz ödətdirilmiş 13790 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinə vurulmuş və 2000 manat həcmində kompensasiya kimi dəyərləndirdiyi mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə, cavabdehin əməkdaşları barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01.05.2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev; iş № 2(067)-1002/2018) iddia ərizəsi qismən təmin edilmiş, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 18 noyabr 2016-cı il tarixli, 006509 nömrəli aktın ləğv edilməsi, istifadə e dilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə 24 noyabr 2016-cı il tarixli, 0036 nömrəli “Razılaşma protokolu” nun etibarsız hesab olunması, cavabdehdən 13790 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20.02.2020-ci tarixli qərardadı ilə (hakimlər- T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov; iş № 2(105)-607/2020) şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, iş baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tətbiqində səhvə yol vermiş, aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı çıxarmışdır. Belə ki, cavabdehin əməkdaşları “Quş kəsimi” sexinin rəhbəri İddiaçı1 elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı 28 noyabr 2016-cı il tarixli, 006509 nömrəli akt tərtib etmişlər. Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli 07 yanvar 2020-ci il tarixli, 072246 nömrəli müqaviləyə əsasən, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, cavabdeh isə hüquqi şəxsdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ev quşlarının kəsimini və satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşə apellyasiya qaydasında baxan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 26.2-cı maddələrinə istinadla qeyd etmişdir ki, mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, iddiaçı hazırki iddia ərizəsi ilə həmin dövrdə mövcud olmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş və mahiyyəti üzrə işə baxmışdır. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır. Belə ki, MPM-in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı işin birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyi 21 fevral 2018-ci il tarixdə MPM-in 25.1-ci maddəsi nəzərdə tuturdu ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınması barədə sübuta deyil, iddiaçının faktiki fəaliyyətinə istinad edərək onun sahibkarlıq fəaliyyətinin subyekti olduğu, ona görə də mübahisənin kommersiya mübahisəsi olduğu barədə qənaətə gəlmişdir. Nəzərə alınmalıdır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 №-li Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmaya raq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə, birinci instansiya məhkəməsi işi öz icraatına aidiyyət qaydalarına riayət etməklə qəbul etmişdir. İddia ərizəsinə görə tərəflər arasındakı mübahisə mülki hüquq münasibətlərindən yaranmış mübahisədir və ona görə də, həmin mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Həmçinin iddiaçının fərdi sahibkar olaraq vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməsi barədə sübutlar olmadığı halda onun faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması mübahisənin kommersiya məhkəməsinə aid olması qənaətinə gəlməyə əsas vermir. Hazırkı iş kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin qərardad ından verilmiş kassasiya şikayəti əsasında daxil olsa da, Məhkəmə kollegiyası həmin işə hazırda qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq baxılmasını qanuni hesab etmişdir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə bax arkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2020 nömrəli iş üzrə 20.02.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iş apellyasiya qaydasında mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar