Məhkəmə qərarları › İş №2(102)-394/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-394/2021

18.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-394/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar vəkili X1, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-103/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində özbaşına tikilinin inşa edildiyini, həmin özbaşına tikilinin İddiaçı ASC-yə məxsus magistral su xəttinin mühafizə zonasına düşdüyünü iddia etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı “magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılması nın təmin edilməsinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri əhalisinin, dövlət, özəl və ictimai obyektlərinin içməli su ilə təchiz edilməsi və axıdılan çirkab suların vaxtında və lazımi qaydada nəql edilərək, təmizlənib lazımi qaydada axıdılması paytaxtın gündəlik həyatı üçün mühüm əhəmiyyətə malikdir. Şəhərin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizatını təmin edən magistral su kəmərlərinin, həmçinin axıdılan çirkab suların vaxtında nəql edilərək tam təmizlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respublikasının “Su Məcəlləsinin”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respub likasının Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində diametri 300 mm olan magistral su xəttinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla, qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaq və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edirik ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 300 mm olan magistral su xəttinin üzərində inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-cı maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, magistral su xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-364/2018) ) iddia tələbləri təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini yetərincə əsaslandıra bilməmişdir. Halbuki, müvafi q prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən İddiaçı ASC-nin nümayındəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin tam olmayan ekspert rəyinə istinad etdiyini, təkrar ekspertiza haqqında vəsatətlərinə əhəmiyyət vermədiyini irəli sürmüşdür. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Babayev, iş № 2(103)103/2020) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “magistral su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılması” tələblərinə dair iddiası qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən keçən diametri 300 mm olan magistral su xəttinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin 9,5 metr hissəsi əvəzi ödənilmədən Cavabdeh hesabına sökülməsi və mühafizə zonası boşaldılması, iddia ərizəsinin və apellyasiya şikayətinin v erilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 40 (qırx) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 190 (yüz doxsan) manatın 50 (əlli) manatının İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 140 (yüz qırx) manatının Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin dəyəri olan 109,07 manatın 50 (əlli) manatının İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 59,07 (əlli doqquz manat 07 qəpik) manatının isə Cavabdeh tutularaq Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh inşaat pasportu və ayrıc göstəricilərinin əks olunduğu plan-sxemlər təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997ci il tarixli 1358 saylı sərəncamı ilə Respublika Veteranlar Şurasına “Veteran” pensiyaçı müəssisələri nəzdində Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində çörək istehsalı müəssisənin layihələşdirilməsi və tikintisi üçün 518 m2 torpaq sahəsi ayrıldığını, çörək sexinin memarlıq-planlaşdırma göstərişlərinin hazırlandığını, kommunal xidmətlərlə təchizatın müvafiq qurumlarla razılaşdırıldığını irəli sürsə də, həmin sənədlər nəzərə alınaraq təyin olunmuş ekspertizanın rəyi ilə mübahisəsi gedən torpaq sahəsinə dair hər hansı fiziki və ya hüquqi şəxsə heç bir sənədin verilmədiyi, sökülməsi tələb olunan tikilinin 9,5 metr hissəsinin magistral su xəttindən 0,5 metr məsafədə, y əni yuxarıda adı çəkilən Qərarın 6cı bəndində göstərilən 10 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin arqumentlərinin araşdırılması məqsədilə İddiaçı ASC-nə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və Milli Arxiv İdarəsinin Bakı Filialına göndərilmiş sorgulara verilən cavablarda isə qeyd edilmişdir ki, “sözügedən tikiliyə hansı hüquqi əsasla icazə verilməsi barədə hər hansı sənədləşmə işləri aşkar olunmamış”, “Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən tikintinin yaxınlığından keçən d=300mm olan magistral su xətti 1990-cı ildə çəkilmişdir”. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı” ASC-nin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri il ə qismən uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, apellyasiya baxışı zamanı cavabdehin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla onun bir hissəsinin İddiaçı ASC-yə məxsus yeraltı magistral su xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-103/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəs i şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin xx.xx.1998-ci il tarixli qərarı ilə çörək istehsalı müəssisəsinin layihələndirilməsinə və tikintisinə aid torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmışdır. Həmin sərəncam xx.xx.1998-ci il tarixdə X4 Su Cəmiyyəti ilə razılaşdırılmışdır. Həmin cəmiyyət onunla su təhcizatı və çirkab suların axıdılması ilə bağlı müqavilə imzalamışdır. Torpaq sahəsi xx xxxxxx 1998-ci il tarixdə akt tərtib edilməklə ona təhvil verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsindən 518 kv.m çörək istehsalı sexinin tikintisi üçün memarlıq planlaşdırma göstərişləri tərtib edilmiş və həmin göstərişlərə uyğun tikinti işlərinin aparılması tövsiyyə edilmişdir. Qətn amədə göstərildiyi kimi özbaşna tikinti inşa etməmişdir. Ekspertiza keçirilərkən o, iştirak etməmiş, yerində baxış keçirilərsə ekspertin rəyi olmadan da onun mühafızə zolağına heç bir aidiyyatı olmadığı aydın görünər. Su xətləri çörək sexindən xeyli aralı keçir və mühafizə zolağına tikintinin aidiyyatı olmur. “Veteran universal müəssisəi”nin qonşuluğunda çoxsaylı qeyri-yaşayış obyektləri mövcuddur. Buna baxmayaraq mühafizə zonasının boşaldılması məqsədi ilə iddia tələbi yalnız ona qarşı irəli sürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı Açıq Səhmdar vəkili X2 izahatında göstərmişdir ki, Cavabdeh kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqs ədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. “Su təchizatı və tullantı suları haqqı nda” qanunun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya ol madığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola b ilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmə klə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən də mübahisələndirilmiş, həmin qətnamə ləğv olunaraq iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul olunmuş iddianın qismən təmin olunmasına dair apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv ara şdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia olunan tikilinin özbaşına tikili olması, mövcud şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olub-olmaması məsələlərini ətraflı araşdırmamışdır. Belə ki, həmin məsələlər işdə olan hüquqmüəyyənedici sənədlərlə və xüsusi bilik tələb edilən məsələlər isə müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər. Birinci instansiyası məhkəməsi tərəfindən təyin etmiş məhkəmə tikinti-texniki ekspertizasının 1470 saylı, xx xxxxx 2018-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa olunmuş tikilinin (qeyri-yaşayış sahəsi) İddiaçı ASC-yə məxsu s diametri 300 mm. olan magistral su xəttinin mühafizə zonasına (üzərinə) düşüb-düşməsinin müəyyən edilməsinə dair tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Belə ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi İddiaçı ASC-nin nümayəndələri, tədqiq olunan ərazidə, qeyri-yaşayış sahəsinə yaxın olan məsafədə qazıntı işlərinin aparılmasının qeyri-mümkün olduğunu göstərərək, obyektin yaxınlığında qazıntı işlərini aparmamışlar. Bu səbəbdən də, iddiaçının iddia etdiyi yeraltı su boru kəmərinin mübahisəli qeyri-yaşayış sahəsinə nisbətdə hansı məsafədə keçməsini və digər texniki göstəricilərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən ekspertiza təyin olunmuş və xx xxxx 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasama l rayon Əsəd Əhmədov küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili İddiaçı AS-yə məxsus yeraltı magistral su xəttindən 0,5 m məsafədə yerləşdiyinə görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»-nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmər 10,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. İddiaçı ASC-nin balansında olan magistral su xətti ilə Bakı şəhər Yasamal rayon Əsəd Əhmədov küçəsində yerləşən cavabdehin istifadəsində olan qeyri-yaşyaış sahəsi arasında 0,5 məsafə olduğuna görə su xəttində baş verə biləcək qəza hadisəsinin qarşısının alınmasında (təmir işlərinin aparılması və s) maneçilik törədə bilməsi istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən ekspertiza təyin olunmuş və xx xxxxxx 2020-ci il tarixli rəylə müəyyən olunur ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və ekspertizaya təqdim olunmuş sənədləri nəzərə alaraq Bakı şəhər Yasamal rayon Əsəd Əhmədov küçəsində yerləşən, tədqiq olunan ərazinin ayrıc aktının göstəricilərinin o cümlədən sahəsinin, konfiqurasiyasının və digər texniki parametlərinin tədqiq olunan ərazinin faktiki (mövcud) vəziyyətindən (sahəsi, quruluşu və s.) fərqli olduğu müəyyən edilir. Bundan əlavə mütəxxəsis rəyində mübahisələndirilən torpaq sahəsinə dair hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və ya hər hansı hüquqi və texnik sənəd verilməsi barədə məlumat elektoron kadastr bazasında olmadığı qeyd olunmuşdur. Bu səbəbdən mübahisəli tikilinin ayrıcı akt ilə ayrılmış 518 kv.m torpaq sahəsindəki tikilinin olub-olmamasını, həmçinin həmin tikilinin torpaq sahəsinin hüdudları daxilində və ya hüdudlarından kənara çıxıb-çıxmamasını müəyyən etmək mümkün deyildir. Bakı şəhəri Yasamal rayon Əsəd Əhmədov küçəsində yerləşən mübahisəli tikilinin (çörək sexi) faktiki vəziyyəti üzrə su kəmərindən 0,5 metr aralıda yerləşdiyi və bununla da həmin tikilinin 9,5 metr olan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 saylı qərarı ilə təsdiq edilmiş «mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın 6-cı bəndinin tələbinə əsasən göstərilən kəmərin 10,0 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Göründüyü kimi istinad olunan rəylər arasında ziddiyyətlər vardır və faktiki olar aq həmin rəylərlə qoyulmuş sualların ətraflı cavablandırılması müəyyən olunmur. Məhz bu ziddiyyətlərə əsaslanan cavabdeh torpaq sahəsinin ona müvafiq sərəncam əsasında ayrılması, tikilinin inşaat paspotunun mövcud olması, inşaat pasportu alınarkən müvafiq orqanlarla, o cümlədən iddiaçının həmin vaxt səlahiyyətli olan orqanı tərəfindən razılaşdırılması, belə razılıqlar əldə olunduqdan sonra tikintinin aparılması, tikilinin özbaşına tikili olmamasına əsaslanmış, həmin halların tam araşdırılmamasına istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin inşa etdiyi tikili qanunsuz tikili olmaqla onun bir hissəsi iddiaçıya məxsus yeraltı magistral su xəttinin mühafizə zonasında yerləşir. Bu nəticəyə gələrkən (tikilinin qanunsuz tikili olması) apellyasiya instansiya məh kəməsi alınmış rəydəki «… mübahisəsi gedən torpaq sahəsinə hər hansı fiziki və ya hüquqi şəxsə heç bir sənədin verilmədiyi, sökülməsi tələb olunan tikilinin 9,5 metr hissəsinin magistral su xəttindən 0,5 məsafədə yerləşdiyinin, Bu səbəbdən mübahisəli tikilinin ayrıcı akt ilə ayrılmış 518 kv.m torpaq sahəsindəki tikilinin olub-olmamasını, həmçinin həmin tikilinin torpaq sahəsinin hüdudları daxilində və ya hüdudlarından kənara çıxıb-çıxmamasını müəyyən etməyin mümkün olmamasının» müəyyən olunmasına istinad etmişdir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, sözü gedən rəydə mübahisəli torpaq sahəsinin hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməməsi deyil, belə məlumatların elektron kadastr bazasında olmadığı qeyd olunmuşdur. Digər t ərəfdən həmin hallarla müəyyən olunması üçün ekspert rəyinə əsaslanmağın özü mümkünsüzdür, çünki torpaq sahəsinin ayrılıb-ayrılmaması hüquqi məsələ olmaqla bu müvafiq ekspert rəyi ilə deyil, işdə olan yazılı və iş üçün əhəmiyyəti ola biləcək digər sübutlara müəyyən edilə bilər. Qeyd edilməlidir ki, cavabdehə mübahisəli ərazidə torpaq sahəsinin ayrılması, həmin sahənin ölçüsünün 518 kv. m olması işin mübahisəsiz haldır, iddiaçı tərəf də belə sənədlərin mövcud olmamasına istinad etmir. Məlumatların (sərəncam və inşaat pasportunda olan məlumatların) elektron kadastr bazasında qeydə alınmaması hüquqmüəyyənedici sənədlərin mövcud olmaması anlamına gəlmir. Bununla yanaşı iş materiallarında olan torpaq sahəsinin ayrılmasına dair 1990-cı ildə tərtib olunmuş inşaat pasportdan görünür ki, həmin in şaat pasportu müvafiq olaraq mümkün orqanlarla, o cümlədən İddiaçı ASC-in pasportun tərtib olunduğu zaman səlahiyyətli orqanı olan X4 Su Cəmiyyəti ilə razılaşdırılmışdır. Həmin vaxt tikinti aparılan ərazidə yeraltı su xəttinin keçməsi və bu səbəblə tikintinin mövcud layihə əsasında aparılmasının mümkün olmamasına dair xüsusi qeyd edilməmiş və həmin razılıqlara əsaslanmaqla cavabdeh tərəfindən tikinti işləri həyata keçirilmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, apelyasiya instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmadan əsassız olaraq mübahisəli tikilinin qanunsuz tikili olması nəticəsinə gəlmişdir. Göstərilən hallar tam və hərtərəfli qiymətləndirildikdən sonra isə iddiaçının dəlillərinin, tikilinin sökülməsini mümkün etməsi müəyyən olunmalıdır. Məhkəm ə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hazırki tələbi göstərilən qaydada araşdırması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddə alar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, cavabdeh tərəfin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-103/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar