Məhkəmə qərarları › İş №2(102)-3940/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3940/2019

30.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3940/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, nümayəndəsi X5, vəkili X8, Cavabdeh2 XXXoğlu, vəkili X1 iştriakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-294 8/2018, hakim K.B.Əsədov)İddiaçı cavabdehlər Cavabdeh2 XXXoğluna, Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 43 saylı notariat kontoruna və 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki notariat kontoruna qarşı XXXbarədə 04.09.2015-ci il tarixdə onunla Cavabdeh1 arasında və 17.03.2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 XXXoğlu arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-595/2018, hakimlər İ.Ə.Kərimli, İ.K.Xəlilov, X.A.Cəmilova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: XXXİddiaçı adına 30.10.2013-cü il tarixdə qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 9 saylı mənzilini alıcıya satmış, mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 ilə alıcı Cavabdeh2 XXXoğlu arasında bağlanmış 17 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 9 saylı mənzilini alıcıya satmış, mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 XXXoğlu İddiaçı, X2, X3, X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdehlərin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. 09.02.2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 9 saylı mənzilinə dair bağlanmış 04.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 XXXoğlu arasında bağlanmış 17.03.2016cı il tarixli alqı-satqı müqaviləsinin və həmin mənzilə dair Cavabdeh2 XXXoğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh1, Cavabdeh2 XXXoğlu, Cavabdeh3 və Bakı şəhəri 43 saylı notariat kontorunun notariusunun əməllərinə hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, mübaisələndirilən alqı-satqı müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqddir. Ona məxsus olan mənzilin s atılması barədə cavabdehlə aralarında heç bir razılaşma olmamışdır. Notariat kontoruna getməkdə məqsədi bankdan götürəcəyi kreditin təminatı olaraq mülkiyyətində olan mənzilin ipoteka qoyulmasını rəsmiləşdirməkdən ibarət olmuşdur. Həmçinin mənzilin dəyərini təşkil edən pul vəsaitinin “Bank Technique”-nin filialından götürülməsinə dair notarius tərəfindən onun adına çek yazılsa da, həmin çek ona verilməmiş, çekdə göstərilən məbləği bankdan götürməmiş, bu halı təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında kassator, nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassaisya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara ə sasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 9 saylı mənzilini 04 sentyabr 2015-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. 09.02.2018 -ci il tarixdə İddiaçı mənzilini satmaq niyyəti olmadığına, özlərini banka işçisi kimi təqdim edən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onun etibarından suiistifadə edərək onu aldatdığına, qanunsuz alqı-satqı müqaviləsi bağlandığına istinad edərək hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldu ğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə b ağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi mübahisələndirilən müqavilə 04 sentyabr 2015-ci il tarixdə bağlanılmış, iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi barədə 09 fevral 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki,iddiaçının mübahisələndir diyi müqavilələrə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmiş, evin satış qiymətinə dair razılıq barədə ərizə, ailə üzvlərinin evin satılmasına razılıq ərizələri alınmışdır. Beləliklə də, həmin müqavilə bağlanarkən hər hansı aldatma və ya vacib əhəmiyyətli yanılma olmamışdır. İddiaçı alqısatqı müqaviləsini ipoteka müqaviləsi zənn edərək bağladığını bildirmişdir. Lakin Cavabdeh1 ilə İddiaçı arasında sözügedən mənzil barəsində ipoteka müqaviləsi bağlansa da, həmin müqavilə sonradan ləğv edilmişdir. İddiaçı mübahisələndirdiyi 04.09.2015-ci il tarixli alqı-satqı müqaviləsini ipoteka müqaviləsi hesab edərək b ağladığını bildirsə də, məhkəmə bu mülahizəni ağlabatan hesab etmir. Yuxarıda qeyd olunduğu kimi, müqavilənin alqı-satqı müqaviləsi olması müqavilənin mətnində açıq-aydın göstərilmiş, mənzilin alqı-satqısına İddiaçı ailə üzvlərinin yazılı razılıq ərizələri alınmışdır. Bundan başqa, ipoteka müqaviləsi öhdəliyin icrasının təmin edilməsi məqsədilə bağlandığından, İddiaçı hansı öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi bağlamaq niyyətində olması müəyyən edilməmişdir. Cavabdeh1 ilə Cavabdeh2 XXXoğlu arasında bağlanmış 17.03.2016-cı il tarixli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun bağlandığından əqdin, habelə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33 9-cu maddəsi ilə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, ka ssasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar