Məhkəmə qərarları › İş №2(102)-3940/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3940/2024

19.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3940/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-370/2024 nömrəli iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DƏDRX tərəfin dən verilmiş ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi ev 9 “A” İddiaçı mülkiyyətindədir.

2. DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 01092 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 qarşı tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşuluğundakı torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin Cavabdeh1 öz hesabına sökülməsi və ödəni lmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə verərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən onların öz hesabına sökülməsi və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsa slandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi 9 A nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Torpaq sahəsinin qonşuluğundakı Cavabdeh1 tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası onun mülkiyyət hüquqlarını pozur. Belə ki, bir binanın inşası üçün cavabdehin heç bir icazə sənədi yoxdur. Həmin evin tikintisi ilə onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısı alınmışdır. Bundan başqa, bina təhlükəsizlik qaydalarına da cavab vermir, təhlükəsizlik qaydalarının tələbləri pozulmuşdur. Evi binanın balkonlarının tam olaraq altında yerləşir. Evinin üstünə və həyətinə hər hansı bir əşyanın atılması qaçılmazdır.

6. Cavabdeh1 vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz vermişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində iki əsas göstərilmişdir. Birinci əsas kimi cavabdeh tərəfin tikinti işlərinin aparılması üçün heç bir sənədinin olmamasını göstərmişlər. Onunla bağlı bildirilir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan ölçüsü və İcra Hakimiyyəti tərəfindən verilmiş icazə məktubu məhkəməyə təqdim edilmişdir. Bundan başqa ikinci əsas kimi tikintinin tikinti qanunverciliyinin tələblərinə cavab verməməsi və onunla qonşu kimi ara məsafəsi gözlənilmədən tikinti işlərinin aparılması göstərilmişdir, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlər tikinti ilə onun torpaq sahəsi arasındakı məsafəni 2 metr saxlamışdır. Lakin iddiaçının torpaq sahəsi ilə tikintinin ara məsafəsi 5 metrdən artıqdır. Bundan başqa İddiaçı Yaqub oğluna məxsus torpaq sahəs i ilə tikinti işləri aparılan torpaq sahəsinin qonşuluğu 1,5 metr təşkil edir və həmin hissədə ara məsafəsi daha çoxdur. Cavabdehlər tərəfindən tikilən tikilinin hündürlüyü isə 12 metrdən artıq olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsində ara məsafə sisaxlanılmalıdır. Göründüyü kimi cavabdehlər tərəfindən tikinti işləri aparılarkən ara məsafəsi kifayət qədər saxlanılmışdır. Bundan başqa iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüqununun olub-olmaması da müəyyən edilməlidir. İddiaçı iddiasının hüquqi əsası kimi Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdi r. Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənən münasibətlər Publik (ümumi) münasibətlərdir. Cavabdehlərin tikdiyi tikili ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında qonşuluğun məsafəsi az olmasına baxmayaraq cavabdehlər tərəfindən ara məsafəsi gözlənilmişdir. Tikinti işlərində digər qanunverilik normalarının pozulmasının (cavabdehlər tərəfindən pozulmasa belə) iddiaçıya zərər yetirməsi istisna olunur. Belə olan halda iddiaçının hazırki, iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən iddiaçının vəkili Nümayəndə ünvanlanan 12 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 22 aprel 2022-ci il tarixli məktubu ilə Cavabdeh2 Masazır kəndi ərazisində mülkiyyətində olan 0.1092 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş zirzəmili, bir mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi razılaşdırılmışdır. Fərdi yaşayış evinin tikintisi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq yerli icra hakimiyyətindən məlumatlandırma icraatının təsdiq edilməsi barədə agentliyə məlumat daxil olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 ünvanlanan 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki, onun Masazır kəndi ərazisində mülkiyyətində olan 0.1092 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşd ırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Əks halda məlumatlandırma icraatı qüvvəsini itirmiş hesab olunur.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4268/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə 10/790 nömrəli rəy alınmışdır. Rəyə əs asən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2092 ha torpaq sahəsində inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafə bir tərəfdən 4,5 metr, digər tərəfdən 3,4 (4,1) metr təşkil etdiyini nəzərə alaraq, həmin binanın inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.3. bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə əməl olunmadığı müəyyən edilir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5265 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır kəndi, Həzi Asl anov küçəsi 9 A nömrəli fərdi yaşayış evinin giriş-çıxış yolunun dalandan olduğunu, cavabdehə məxsus tikiliyə giriş çıxış yolunun küçədən olduğunu, eləcədə tədqiq olunan tikilinin iddiaçının evinin giriş çıxış yolunun qarşısında yerləşmədiyini nəzərə alaraq, cavabdehlərin inşa etdirdikləri tikilinin iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Yaşayış evinə təbii günəş işığının keçməsinin və havalandırmasının qarşısının alınıb alınmamasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətinə aid olmadığından tədqiqat aparılmamışdır.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-244/2023 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli b inanın tikintisi Cavabdeh2 adına DƏDRX-tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində 01092 ha torpaq sahəsində, Abşeron rayon İH tərəfindən Cavabdeh2 ünvanlanan 22 aprel 2022-ci il tarixli məktubla məlumatlandırma icraatı qaydasında tikilmişdir. İddia tələbinin mübahisəli binanın inşası ilə onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısı alınması, binanın təhlükəsizlik qaydalarına cavab verməməsi, təhlükəsizlik qaydalarının tələblərinin pozulması kimi dəlillərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Şəhərsalma vəTikinti Məcəlləsinin 57.1, 57.2, 57.2.1, 57.2.2, 57.2.3, 57.2.4, 57.2.5, 69.1, 69.1.1, 69.1.2, 69.2, 69.1 - 69.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bütünlüklə qanuni nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnaməsinin əvvəlində və qət etdi hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsləri göstərsə də, işin qanuni həllinə töhfə verəcək bu qurumları işə cəlb etməmişdir. Halbuki bunu iddiaçı olaraq israrla tələb etmiş, hər iki qurumun qanunsuz tikiliyə münasibətdə mövqeyini əks etdirən s ənədləri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli,10\5265 saylı rəydə onun evinin giriş-çıxışına dair fikir bildirməsi özü qanunsuzdur. Çünki bu sual ekspertiza qarşısında qoyulmamış, nə də giriş-çıxışın mümükünsüzlüyünə dair iddia tələbi də qoymamışdır. Bunu iddiaçı olaraq mübahisələndirməmişdir. Əksinə həmin rəydə qərardadda qoyulan suallarla bağlı göstərilir ki, yaşayış evinə təbii günəş işığının kəsilməsi, havalandırmanın qarşısının alınması məsələsi tikinti texniki ekspertin həlletdiyi məsələlər dairəsindən kənardır. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus yaşayış evinə təhlükəsizlik baxımından təhlükə yaradıb-yaratmaması, həmin sahə üzrə xüsusi biliyə malik tikinti konstruktoru cəlb etməklə müəyyən edilə bilər. G öründüyü kimi məhkəmənin 04 iyul 2023-cü il tarixli qərardadında qoyulan sualların heç birinə ekspert rəy verməmiş, məhkəmə qərardadı ilə ekspertiza təyin edərkən məhkəmə icranı ekspertizanın aparılmasını qoyulan suallara aydınlıq gətirməli olan ekspert mütəxəssislərə yox bu sualara aydınlıq gətirməsinə səlahiyyəti olmayan ekspertizaya həvalə etmişdir. Sonuncu isə cavabdehin müdafiəsi məqsədi ilə qarşısına qoyulmayan, iddia tələbinə aidiyyəti olmayan suala özbaşına cavab yazmışdır. Belə rəyi əgər rəy demək mümkündürsə məhkəmə sübut kimi götürə bilməzdi. Digər tərəfdən əgər zəruri idisə (işin vəziyyətinə görə buna zərurət yox idi, artıq binanın qanunsuz inşa edilməsinə kifayət qədər sənəd toplanmışdı) məhkəmə onu maraqlandıran və qərardadında göstərdiyi suallara aydınlıq gətirən ekspertizal ar keçirməli idi. Məhkəmənin istinad etdiyi rəydə aydın göstərilir ki, cavabdeh 5 mərtəbəli bina inşa etmişdir. Belə vəziyyətdə nə bu rəyə nə də məlumatlandırma icraatına məhkəmənin istinad etməsi məsələyə ədalətli yanaşma anlamı vermir. İşdə olan Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 12 sentyabr 2022-ci il tarixli məktubunda göstərlir ki, X2 adına 01092 ha torpaq sahəsində Abşeron rayon İH-nin ona ünvanladığı 22 aprel 2022-ci il tarixli məlumatlandırmaya əsasən zirzəmili, bir mərtəbəli, mansarlı fərdi yaşayış evi tikməsi memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən razılaşdırılmışdır. Göründüyü kimi cavabdeh ərazinin baş planına uyğun razılaşdırılmış 1 mərtəbə əvəzinə 5 mərtəbəli bina inşa etmiş, şifahi deməsinə görə gələcəkdə 9 mərtəbəyə yüksə ltməyi hədəfləyir. Son məqsədə onun şikayəti mane olub. Məhkəmə bu məsələlərə toxunmamış, qətnamədə göstərməmiş və qiymət verməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-370/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/1950 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində inşa edilmiş mübahisəli 4 mərtəbəli, tikili ilə İddiaçı məxsus evlə arasında olan məsafənin 14,15 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində inşa edilmiş mübahisəli 4 mərtəbəli tikiliyə bitişik inşa edilmiş su çəni, iddiaçıya məxsus evlə arasında olan məsafənin 13,20 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli həmin 4 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin (faktiki) sərhədləri ilə olan ara məsafəsinin 3,30 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli həmin 4 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahələrini ayıran hasar tikilisindən iddiaçıya məxsus evə qədər olan məsafənin 9,80 m təşkil etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş həmin 4 mərtəbəli tikilidən həmin hasaradək olan məsafənin 4,35 m təşkil etdiyi müəyyən edilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov (sə drlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) 2(105)-370/2024 nömrəli iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)244/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına tikili olmamaqla, Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində məlumatlandırma icraatı qaydasında inşa edilmiş və tikintisi başa çatmışdır. İşdən həmçinin aydın olur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında 0504 nömrəliqərar qəbul edilmiş, lakin hazırda tikinti başa çatmış, hətta istismar edilir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mövcud vəziyyətdə mübahisəli tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi, özbaşına tikili olması, iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətməsi, mübahisəli 4 mərtəbəli tikilidən 14,15 metr aralıda yerləşən iddiaçıya məxsus yaşayış evinə təhlükə yaratması, iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısını alması, evin binanın balkonlarının tam olaraq altında yerləşməsi halları işdə olan sübutlarla müəyyən edilmədiyindən, hazırkı iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 170.1, 170. 2, 180.1, 180.4-cü maddələrinə,Torpaq Məcəlləsinin 67.1, 68, 84.1-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2, 80.5, 80.6, 95.1, 95.3, 95.4, 95.5, 95.6, 95.7, 97.1, 97.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instasiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, həmçinin tikintiyə dövlət nəzarətini həyata keçirən Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin və Abşeron rayon İcra Hakimiyyətinin cavabdeh əməkdaşlarının qanunsuz tikilinin qarşısının alınması üçün real tədbir görmədiklərinə, hərəkətsizlikləri ilə özbaşına tikilinin başa çatmasına zəmin yaratdıqlarına görə barələrində xüsusi qərardad çıxarıb rəhbərliklərinin diqqətini qanunsuzluğa yönəldilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, 125, 129-cu maddələrinə, çoxsaylı maddi və prosessual normalara zidd olaraq mülkiyyət hüququnun məhdudlaşdırılması, maneə yaradılması, qonşuların narahatlığı və toz-torpağa batırılması üzrə baş vermiş qanunsuz hallara obyektiv hüquqi qiymət verməmişdir. Məhkəmə öz mövqeyini qanuna və sübutlara uyğun əsaslandırmamış, işin hallarını təhrif etmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi mübahisələndirilən tikiliyə məhkəmə baxış keçirmi ş, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 4 mərtəbəli binanın (ekspert rəyinə görə 5 mərtəbəli) inşa edilməsi müəyyən edilmişdir. Məhkəmələr qüvvədən düşmüş, hüquqi qüvvəsi olmayan sənədi mübahisəsiz sübut kimi götürmüşdür. Göründüyü kimi məhkəmənin özünün tərtib etdiyi baxış protokulu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Digər tərəfdən işdə olan Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 12 sentyabr 2022-ci il tarixli məktubunda göstərlir ki, X2 adına 01092 ha torpaq sahəsində Abşeron rayon İH-nin ona ünvanladığı 22 aprel 2022-ci il tarixli məlumatlandırmaya əsasən zirzəmili, bir mərtəbəli, mansarlı fərdi yaşayış evi tikməsi memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən razılaşdırılmışdır. Göründüyü kimi cavabdeh ərazin in baş planına uyğun razılaşdırılmış 1 mərtəbə fərdi yaşayış evi əvəzinə 5 mərtəbəli, 1-ci mərtəbəsi qeyri yaşayış olan bina inşa etmiş, şifahi deməsinə görə gələcəkdə 9 mərtəbəyə yüksəltməyi hədəfləmişdir. Son məqsədə iddiaçının şikayəti mane olmuş, dövlət qurumları tikintinin qarşısının alınması üçün real addım atmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbə cür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

26. Maddə180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma vət ikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğul ar müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

28. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

29. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

31. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yer üstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil:

32. Maddə 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallari stisna olmaqla);

33. Maddə 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblə ri baxımından mümkündürsə.

34. Maddə 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur.

35. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

36. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:

37. Maddə 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi;

38. Maddə 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hi ssəsi;

39. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;

40. Maddə 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

41. Maddə 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

42. Maddə 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması;

43. Maddə 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq ob yektlərin birləşdirilməsinin mümkünlüyü;

44. Maddə 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü;

45. Maddə 69.7.4. yen itikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.

46. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

47. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

48. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

49. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-pla nlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

50. Maddə 80.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (vəya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, tərəflər qonşudurlar, 05 iyul 2016-cı il tarixli Çıxarışa görə, Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində, 0,033 ha torpaq sahəsində yerləşən 9 A saylı fərdi yaşayış evi iddiaçının, 10 noyabr 2020-ci il tarixli Çıxarışa görə, həmin kənddə yerləşən 0,10 ha torpaq sahəsi isə Cavabdeh2ın xüsusi mülkiyyətlərindədir. Ekspertin rəyinə görə Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində inşa edilmiş mübahisəli 4 mərtəbəli tikili ilə iddiaçıya məxsus ev arasında olan məsafə 14,15 metr; həmin tikiliyə bitişik inşa edilmiş su çəni ilə iddiaçıya məxsus ev arasında olan məsafə 13,20 metr; həmin tikilinin yerləşdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin (faktiki) sərhədləri arasındakı məsafə 3,30 metr; həmin tikilinin yerləşdiyi torpaq sah ələrini ayıran hasarla iddiaçıya məxsus evə qədər olan məsafə 9,80 metr; həmin tikilidən hasaradək olan məsafə isə 4,35 metr təşkil edir.

61. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq həmçinin müəyyən etmişdir ki, mübahisəli tikili özbaşına tikili olmamaqla, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1092 ha torpaq sahəsində məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisi başa çatmış və hazırda istismar olunur.

62. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, mövcud vəziyyətdə mübahisəli tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi, özbaşına tikili olması, iddiaçıya məxsus yaşayış evinin giriş-çıxışına maneə törətməsi, mübahisəli 4 mərtəbəli tikilidən 14,15 metr aralıda yerləşən iddiaçıya məxsus yaşayış evinə təhlükə yaratması, həmin tikilinin iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin təbii işıqlanması və havalandırılmasının qarşısını alması, evin binanın balkonlarının tam olaraq altında yerləşməsi halları işdə olan sübutlarla müəyyən edilmədiyindən, hazırkı iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyas ı məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2(105)-370/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar