Məhkəmə qərarları › İş №2(102)-3941/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3941/2019

10.06.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3941/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli 2(103)13363/2018 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə 22.10.2015-ci il tarixdə məhkəməyə müraciət etmi ş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 18.09.2018-ci il tarixli, 2(006)-14/2018 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, X.Sarıyev, Ş.Məhərrəmova) 20.12.2018-ci il tarixli 2(103)-13363/2018 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(006)-14/2018 nömrəli qətnaməsinin iddiaçı X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli 2(103)-13363/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, X.Sarıyev, Ş.Məhərrəmova) 14.03.2019-cu il tarixli 2(103)-13363/2018 nömrəli qərardadı ilə iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli 2(103)-13363/2018 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 30.04.2019-cu il tarixli, 2(102)-3941/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 10.06.2019-cu il tarixə, saat 11:25-ə təyin edilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbayc an Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə e dilməmişdirsə kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və şikayətə vəkil orderi əlavə edilmədiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.04.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respubli kası Ali Məhkəməsinin 30.04.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. İddiaçı X2 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun yenidən ümumi qaydada kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar