Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə, Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh4, X2, Cavabdeh6, X4 və üçüncü şəxs Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1764/2024 nömrəli, 7 oktyabr 2024 -cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Biləsuvar Rayon Məhkəməsinin 2 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh4 adına verilmiş 27 noyabr 2023-cü il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına aparılmış 12 yanvar 2024-cü il tarixli **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat, 15 yanvar 2024-cü il tarixdə Salyan regional «Asan xidmət» Mərkəzinin notariat ofisin də Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi, ƏMDKnin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin Cavabdeh5 adına aparılmış (reyestr nömrəsi **********80-10301, qeydiyyyat nömrəsi **********) xx.xx.2024-cü il tarixli qeydiyyatın etibarsız hesab edilməsi, iddia tələbinin Cavabdeh5 ilə Cavabdeh6 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşa yış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsinin bölgü planına əsasən Cavabdeh6 12000 (on iki min) manata satılmasına dair alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh6 adına aparılan qeydiyyatın, Cavabdeh5 ilə X6 arasında ünvan 2A, yeni qaydalarla ünvan 3 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinın X1 dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən X3 adına aparlmış qeydiyyatın etibarsız hesab edilməs inə dair hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)1764/2024 nömrəli qərardadı ilə (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, İlham Əsədov və Samir Mayılov) Biləsuvar Rayon Məhkəməsinin 2 avqust 2024-cü il tarixli, 2(022)640/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apelyasiya şikayətinin MPM-in 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğ unluğunun yoxlanılmadığı müəyyən edilmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinin nəticə hissəsində xahişi qeyrimüəyyən olmuşdur. Belə ki, elektron formada verilmiş apelyasiya şikayətinin xahiş etdim hissəsinə nəzər yetirdikdə görünür ki, iddiaçının nümayəndəsi Biləsuvar Rayon Məhkəməsinin 2 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı tələb göstərməmiş, qətnamənin adını qeyd edərək daha sonra iddianın təmin edilməyən hissəsinə dair qətnamə qəbul edilməsini göstərmişdir. Halbuki iddiaçının nümayəndəsi özünün tələblərini aydın göstərməli, yəni, hansı məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbl ərini dəqiq bildirməlidir.
4. Bundan başqa apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, şikayətin dəlili kimi maddi hüquq normaları və iddia tələbi şikayətin dəlilləri hissəsində sadalanmış, lakin maddi hüquq normalarının işə baxan birinci instansiya məhkəməsi tərəfindən hansı hissədə pozulması və apellyatorun həmin hissədə qətnaməni qanunsuz hesab etməsinə dair dəlillər göstərilməmiş, maddi hüquq normaları sayılmaqla kifayətlənmişdir. Şikayət MPM-ə əlavə edilmiş 2 saylı Əlavəyə uyğun tərtib etməmiş, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamə də göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, məhkəməyə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1, 363.1.1, 363.1.2, 363.4, 364.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və mülki işi mahiyyəti üzrə baxılması üçün Şirvan A pellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, apellyasiya şikayəti MPM-nin 10-1.3 və 361-ci maddələrinin tələblərinə əməl edilməklə verilmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 361-ci maddəsinin tələblərinə müvafiq olaraq apellyasiya şikayətini yoxlamış və həmin şikayət qanunun tələbinə cavab verdiyindən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin məıhkəmə kollegiyası buna əhəmiyyət vermədən apellyasiya şikayətini qeyri-mümkün hesab edərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir. Bununla da vərəsə kimi hüqquqları pozulmuş İddiaçı hüquqlarını təkrar olaraq pozmuşdur.
8. Kassator hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.
11. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə ri ayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
12. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
13. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Apellyasiya məhkəməsi iddiaçının şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən ona əsaslanmışdır ki, şikayətin nəticə hi ssəsi və dəlilləri qanunvericilikdə göstərildiyi qaydada tərtib olunmamışdır. Belə ki, qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı tələb göstərməmiş, qətnamənin adı qeyd edilərək iddianın təmin edilməyən hissəsinə dair qətnamə çıxarılması göstərmişdir. Halbuki iddiaçının nümayəndəsi özünün tələblərini aydın göstərməli, yəni, hansı məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Bundan başqa, şikayətin dəlili kimi maddi hüquq normaları və iddia tələbi şikayətin dəlilləri hissəsində sadalanmış, lakin maddi hüquq normalarının işə baxan birinci instansiya məhkəməsi tərəfindən hansı hissədə pozulması və apellyatorun həmin hissədə qətnaməni qa nunsuz hesab etməsinə dair dəlillər göstərilməmiş, maddi hüquq normaları sayılmaqla kifayətlənmişdir.
18. Mövcud vəziyyətdə apelyasiya məhkəməsinin iddiaçının şikayəti üzrə apelyasiyanın mümkünlüyü üçün əsasların olmaması qənaətinə gəlməsi, şikayətin məzmun baxımından qanunun tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarması mülki prosessual qanunvericiliyə zidd olmamışdır.
19. Belə olan halda iddiaçının hazırkı şikayəti apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1764/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.