Məhkəmə qərarları › İş №2(102)-3946/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3946/2020

24.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3946/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “XXX” X10 İddia tələbi: bank hesabına mədaxil edilmiş pulun geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi Açar sözlər: mülki və mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti, qanuni nümayəndə, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1305/ 2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə X4 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü XXX və xx.xx.2013-cü il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6792/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X4 ilə iddiaçı arasında nikah pozulmuş, uşaqlar analarının himayəsində saxlanılmışdır. Həmin iş üzrə X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, nikahın pozulması tələbi ilə yanaşı aliment də tələb etmiş, lakin məhkəmə i clasında nümayəndəsi iddia tələbinin həcmini aliment tələbinə dair hissədə azaltmış, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı məhkəmədən kənar qaydada razılaşma əldə edilmişdir. xx.xx.2018-ci il tarixdə «XXX» X8 (bundan sonra – cavabdeh və ya Bank) Yasamal filialı ilə müştəri (əmanətçi) X9 arasında bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin (plastik kartın) qüvvədə olduğu müddət ərzində iddiaçı həmin plastik kart üzrə hesaba müxtəlif məbləğdə pul vəsaitləri köçürmüş (mədaxil etmiş), X4 həmin pul vəsaitlərini məxaric edərək övladının qayğılarının həll olunmasına sərf etmişdir. Plastik kartın müddəti bitənədək hazırkı iş üzrə tərəflər arasında hər hansı anlaşılmazlıq baş verməmişdir. İddiaçı plastik kartın qüvvədə olduğu müddət b itəndən sonra, xx.xx.2019-cu il tarixdə qeyd olunan plastik kart hesabına 200 manat mədaxil etmiş, lakin plastik kartın qüvvədə olduğu müddət bitdiyindən həmin məbləğin məxaric edilməsi qeyri-mümkün olmuşdur. İddiaçı hesaba köçürülmüş pul vəsaitinin qaytarılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci və Mülki Məcəlləsinin 36.1-ci maddələrinə istinad edərək, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini təsdiq edən sənəd təqdim olunmadan pulu qaytarmaqdan imtina etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 adına olan bank hesabına mədaxil edilmiş 200 manat pulun geri qaytarılması, maddi ziyan kimi 500 manat, mənəvi zərər kimi 50 00 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5730 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir il ərzində həmin hesaba yalnız onun tərəfindən aliment olaraq müxtəlif məbləğlərdə pul vəsaiti qoyulmuş və həmin kart vasitəsi ilə hesabdan çıxarılmalar aparılmışdır. Sonuncu dəfə bu karta vəsait mart ayının 4-də yenə də onun tərəfindən mədaxil edilmişdir. Daha sonra həmin kartın artıq müddətinin keçdiyi müəyyən olunmuşdur. Kartın müddəti 1 il olduğundan, fevral ayında kartın müddəti bitmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə kartın uzadılması ilə bağlı müraciət edildikdə, artıq Bank tərəfindən yeni qaydaların tətbiq olunduğunu və həmin qaydalara əsasən artıq kartın uzadılması ilə ba ğlı sifarişin hər iki valideynin iştirakı ilə mümkün olacağı, lakin kartın kassadan alınması zamanı hər iki valideynin iştirakı ilə bərabər uşağın qeydiyyatda olduğu rayon üzrə qəyyumluq və himayəçilik orqanının razılıq məktubunun tələb olunduğu bildirilmişdir. Karta mədaxil olan bütün vəsait yalnız onun tərəfindən edilmişdir. Həmin vəsaiti mədaxil edən məlumdur, ödənişin təyinatı da məlumdur, həmin kartı da uşağın anasına veriblər, bu da məlumdur. Həmin vəsaiti məxaric edən də məlumdur. Uşağın doğum haqqında şəhadətnaməsində, eləcə də şəxsiyyət vəsiqəsində də atası kimi onun, anası kimi X1 adı qeyd olunmuşdur. Bu uşaq onların himayəsində olaola buna qəyyumluq orqanı rəy verməməlidir. Ona vurulan mənəvi və psixoloji zərərin dəyəri pulla ifadə edilməsə də, düşünür ki, ən azından bu zərər minimal olaraq 5.000 manat həcmində bankdan onun xeyrinə tutulmalıdır. Bankın bu qeyri-qanuni hərəkətləri nəticəsində təkcə onun yox, eləcə də uşağının psixologiyasına böyük zərər vurulmuşdur. Bundan əlavə, maddi ziyanla bağlı onun həkim və dərmanlara xərclədiyi vəsait, eləcə də, həmin anda ödədiyi və hazırda həmin hesabda qalan 200 manat və ona görə faiz ödəməli olduğu 100 manat (həmin pulu borc almışdır), eləcə də hüquqi yardımla bağlı xərclədiyi 200 manat, ümumilikdə 500 manat pul dəymiş maddi ziyan kimi onun xeyrinə Bankdan tutulmalıdır. Cavabdeh iddianı qəbul etməmiş və etirazını Ailə Məcəlləsinin 55.5-ci, Mülki Məcəllənin 36.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3681/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilməmişdir. Məhkəmə mübahisəyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci və Mülki Məcəlləsinin 36.1-ci maddəsini tətbiq etməklə hesab etmişdir ki, qəyyumluqda və ya himayədə olan şəxsin gəlirləri qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənməlidir. Məhkəmə, həmçinin iddia tələbinin dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1305/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi i lə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin X5 adına olan bank hesabına mədaxil edilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, qeyd olunan iddia təmin edilmiş, iddiaçı tərəfindən yetkinlik yaşına çatmayan övladı X5 adına cavabdehdə olan bank hesabına mədaxil edilmiş 200 manat, habelə iddiaçı tərəfindən iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının 30 manat hissəsi, cəmi 230 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə 200 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində iddia tələbini rədd edərkən maddi hüquq normalarını pozmuş, tətbiq etməli olduğu qanun normasını tətbiq etməmiş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinin birinci cümləsinə istinad etmiş, lakin nəzərə almamışdır ki, yetkinlik yaşına çatmayan şəxsin hesabına valideyni tərəfindən köçürülən pu l vəsaitinin təyinatı aliment, yəni uşağın saxlanılması üçün zəruri olan pul vəsaiti olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Belə olan halda mübahisəyə Mülki Məcəllənin 36.1-ci maddəsinin ikinci cümləsi tətbiq olunmalıdır. Həmin cümləyə əsasən isə qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərclər qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan ödənilə bilər. Məhkəmə, hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq ay üçün alimentin köçürülmə yolu ilə ödənilməsi mümkün olmadığı müəyyən edildikdən sonra apelyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş X2 tam ödənilməsi həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən bildirildiyindən cavabdehin həmin vəsaiti qaytarmaqdan imtinası üçün qanuni əsaslar olmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən yetkinlik yaşına çatmayan oğlu XXXin bank hesabına köçürülmüş 200 manat pulun qaytarılması hissəsində rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi zərərin ödənilməsi hissəsində iddianı əsaslı olaraq təmin etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuş, səhv tətbiq və təfsir edilmiş, Mülki Məcəllənin 36.1-ci maddəsinin ikinci cümləsini tətbiq etməkdə haqlı olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Bankın yetkinlik yaşına çatmayan şəxsin hesabına ödənilən vəsaitlərin hansının zəruri və ya digər xərclər olduğunu müəyyən etmək kimi səlahiyyəti yoxdur. Cari hesab olmaqla iddiaçının yetkinlik yaşına çatmayan övladının hesabına müxtəlif təyinatla müəyyən məbləğlərdə vəsait yerləşdirməyin mümkün olduğunu nəzərə alaraq, məhz bu səbəbdə n Bank Mülki Məcəllənin 36.1-ci madəsinin 1-ci cümləsinə istinad etməkdə tam haqlı olmuşdur. Məcəllənin adı çəkilən normasında düzünə olaraq qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənməli oduğu qeyd edilmişdir. Məhkəmənin isə qeyd edilən vəsaitə yalnız zəruri xərc kimi yanaşması düzgün deyildir. Kassasiya şikayətinə görə mübahisə edilən məbləğin kiçik olması (200 manat) baxımdan məhkəmə bu qənaətə gəlmişdir. Mülki Məcəllənin 3 6.1-ci maddəsinin birinci cümləsində isə sərəncam verilməsi nəzərdə tutulan gəlirlərə münasibətdə hər hansı həcm/məbləğ istisnası nəzərdə tutulmamışdır. Məhkəmənin öz mülahizəsinə əsasən zəruri xərcləri məbləğə münasibətdə müəyyən etməsi sözügedən maddənin tələblərinə ziddir. Həmçinin, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə uşaqlar üçün 2019-cu il üzrə yaşayış minimumunun 160 manat olmasını nəzərə alaraq, həmin məbləğdən artıq hissəsinin zəruri xərc olub-olmamasını Bank öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bir daha qeyd edilir ki, hesab açıq olmaqla oraya edilən mədaxil və məxaric əməliyyatlarını izləmək və ayırd etmək (hansının zəruri olub-olmadığına dair) kimi Bankın səlahiyyəti olmadığından Bank haqlı olaraq iddiaçıdan müvafiq icra hakimiyyəti orqanından razılıq alınmasına dair hüquq müəyyənedici sənəd tələb etmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 200 manat pulun tələb etdiyi hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş, iddianın təmin edilmiş həmin hissəsi ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, bu barədə işə əlavə edilmiş sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandır ılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli əmlakın ona məxsus olduğunu sübut etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxım ından əhəmiyyətsizdir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ ö zündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də hə yata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, fiziki şəxsin hüquq qabiliyyəti və mülki prosessual hüquq qabiliyyəri onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (Mülki Məcəllənin 25.2, MPM-in 48-ci maddələri). Lakin fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti və mülkiprosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatdıqda yaranır (Mülki Məcəllənin 28.2-ci, MPM-in 49.1-ci maddələri. Mülki hüquq fəaliyyət qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyətini tam həcmdə əldə etməmiş yetkinlik yaşına çatmayanların hüquq, azadlıq və qanunla qorunan mənafeləri mülki hüquq münsibətlərində və məhkəmələrdə onların qanuni nümayəndələri tərəfindən qorunur. Bu zaman qanuni nümayəndələr yetkinlik yaşına çatmayanların qanuna əsasən nümayəndələri hesab olun ur, üçüncü şəxslər, dövlət orqanları, o cümlədən məhkəmələr qarşısında onları təmsil edirlər. Qeyd olunmalıdır ki, qanuni nümayəndəlik təmsilçiliyin qanunda nəzərdə tutulmuş xüsusi forması olmaqla, hər bir halda təmsil olunanların adından və onların mənafeləri üçün həyata keçirilir. Bu baxımdan qanuni nümayəndənin həmin səlahiyyətdən istifadə edərək öz adından və özü üçün nə isə tələb etməsi qeyd olunan institutun məqsədlərinə və təyinatına uyğun deyil. Baxılan iş üzrə iddiaçının mübahisəli 200 manatı azyaşlı oğlu XXXin adına Bankda açılmış hesaba həmin uşağın saxlanması məqsədilə köçürdüyü, habelə hazırda da həmin vəsaitin uşağa məxsus hesabda olduğu işin mübahisə edilməyən hallarıdır. Belə olan halda mülki və mülki prosessual qanunvericiliyə əsasən həmin pulu tələb etmək hüququ da azyaşl ı uşağa məxsusdur. Onun qanuni nümayəndələri qismində valideynləri, o cümlədən, iddiaçı azyaşlı övladına məxsus vəsaiti uşağın adından və onun üçün tələb edə bilərlər. Lakin iddiaçı öz adından qaldırdığı hazırkı iddia ərizəsi ilə qeyd olunan vəsaiti öz xeyrinə (özü üçün) tələb edir. Halbuki yuxarıda istinad olunan mövqelərə əsasən iddiaçının belə tələbi irəli sürməklə bağlı subyektiv hüququ yoxdur. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianı həmin hissədə təmin etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən müvafiq ay üçün alimentin köçürülmə yolu ilə ödənilməsi mümkün olmadığı müəyyən edildikdən sonra həmin məbləğin X2 tam ödənilməsi hazırkı iddianın təmin olunması üçün deyil, Bank ın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi üçün əsas ola bilər. Lakin hazırkı iş üzrə iddiaçının Bank tərəfindən ona vurulmuş maddi zərər tələbi məhkəmələr tərəfindən təmin olunmamış və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirilməmişir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Həmçinin MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və baxılan iş ü zrə iddia tam rədd olunduğu üçün qətnamə dövlət rüsumunun tutulması hissəsində də ləğv edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “XXX” X8 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1305/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində və dövlət rüsumunun bir hissəsinin cavabdehə aid edilməsi hissəsində ləğv edilsin, iddia həmin hissədə də təmin edilməsin. İş üzə tərəflərin ödədiyi dövlət rüsumları onların özlərinə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar