Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3948/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-632/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə məhəllədə yerləşən yaşayış sahəsinə (cavabdehə aid sənədlərdə ünvan “ev 0012, mənzil 0002” kimi qeyd olunmuşdur) X1 adına (abonent kodu **********20002) elektrik sayğacı quraşdırılmışdır.
2. X2 xx.xx.2014-cü il tarixdə ölmüşdür, onun oğlu İddiaçı (bundan sonra - iddiaçı) həmin ünvanda yaşayır. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2021-ci il tarixli, NDM 027349 nömrəli məişət abonent (əhali) istehlakçılar qrupu üzrə abonent X1 adına tərtib olunmuş aktda qeyd o lunmuşdur ki, istixanaya sayğac sistemindən kənar faza xətti daxil olur. Kənar faza xətti sayğacın arxa hissəsindən mişar daşını deşərək sayğacın alt qapağının altından “C” fazasının giriş yuvasından götürülmüşdür.
4. Akt əsasında abonentə 5122,17 manat borc hesablanmışdır. Həmçinin akt əsasında xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdehin qurumu arasında razılaşma protokolu imzalanmış, həmin protokola əsasən iddiaçı akt üzrə 2000 manat ödəmiş, qalan məbləği isə 5 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı kommersiya qurumlarının dövlət reyestrində xx.xx.2009-cu il tarixdə fərdi sahibkar kimi mərmərin və qranitin qaba emalı fəaliyyət istiqaməti üzrə qeydiyyatdan keçmişdir (VÖEN: **********). Birinci instansiyası məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş AKT NDM nömrəli, 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız hesablanmış borc məbləğinin abonent kodu **********20002 olan hesabdan silinməsi, eyni zamanda xx.xx.2021-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi, tərəfindən ödənilmiş 2000 manatın cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-632/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim Z.Tağıyev) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya mə hkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir
9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən adına aktı tərtib olunmuş Tahir Məmmədov iddiaçının atası olmaqla xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümündən sonra cavabdehlər mənzildə yaşayan digər şəxslər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Göründüyü kimi, atası öldüyü halda onun adına qanunsuz olaraq cərimə hesablanmış və bu barədə ölmüş adamın sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının nəticəsi kimi akt tərtib olunmuşdur. Hazırda iddiaçının məhkəməyə müraciət etməsinin səbəbi qeyd olunan mənzildə ailəsi ilə birlikdə yaşamasıdır, yəni atası öldükdən sonra o və ailəsi həmin mənzildə yaşayar aq kommunal xidmətlərdən istifadə etmiş və sayğac göstəricisinə uyğun istehlak olunmuş xidmətlərə görə yaranmış borcları vaxtı-vaxtında ödəmişdir. Cavabdeh isə, akt yazarkən abonenti olan istehlakçı barədə məlumatı dəqiqləşdirməli və müvafiq sənədləşdirmə işlərini aparmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə işin kommersiya məhkəməsinə göndərilməsi barədə qərardadında iddiaçının vergi ödəyicisi olmasını qeyd etmişdir. Halbuki, iddiaçının vergi ödəyicisi olmasının və yaranmış hüquq münasibətinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Çünki hazırkı mübahisə iddiaçının yaşadığı evə atasının adına olan abonent koduna akt əsasında qanunsuz yazılmış cərimədən gedir ki, bu sahibkarlıq fəaliyyəti nəticəsində yazılmış cərimə deyildir (ölmüş adamın sahibkar lıq fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
13. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidi yyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
14. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı
15. Bənd
11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
16. Bənd
12. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəf in ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
18. Bənd
24. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasib ətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır.
19. Bənd 27....Odur ki, fərdi sahibkar statusuna malik ol mayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
21. Baxılan işdən görünür ki, mübahisəli hüquq müna sibəti təbii inhisar subyekti ilə abonent arasında elektrik enerjisindən istifadə ilə bağlı yaranmışdır.
22. Qeyd olunmalıdır ki, qanunverici bu qəbildən olan mübahisələr üzrə abonentin fiziki şəxs və ya kommersiya subyekti olmasından və sərfiyyatın onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranıb-yaranmadığından asılı olaraq məhkəmə aidiyyətinin fərqli növlərini nəzərdə tutmuşdur.
23. Belə ki, birinci instansiya məhkəməsinin də istinad etdiyi Ali Məhkəmənin Plenumunun işlərin məhkəmə aidiyyətinin müəyyən olunmasına dair yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqelərə görə, fiziki şəxslər istehlakçı sayılmaqla təbii inhisar subyektləri ilə onlar arasında mübahisələrə birmənalı olaraq ümumi məhkəmələrdə baxılmalıdırsa, fərdi sahibkar olan fiziki şəxslərlə yaranmış bel ə mübahisələrin məhkəmə aidiyyəti sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranıbyaranmadığından asılı olaraq müəyyən edilir. Eyni zamanda fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.
24. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli akt xx.xx.2014-cü il tarixdə ölmüş, əhali qrupu üzrə məişət abonenti kimi qeydə alınmış istehlakçı X2 barəsində tərtib olunmuşdur. İş materiallarında həmin şəxsin fərdi sahibkar statusu barədə məlumat yoxdur. Qeyd olunan abonentin oğlu olan və mü bahisəli ünvanda yaşayan iddiaçı təxminən 7 il əvvəl ölmüş atasının adına tərtib olunmuş aktın ləğvini, həmin aktın nəticələri əsasında imzalanmış sazişin etibarsızlığını və sonuncu əqd üzrə ödədiyi pulun qaytarılmasını tələb edir.
25. Birinci instansiya məhkəməsi mübahisənin kommersiya məhkəməsinə aid olması barədə qənaətini iddiaçının vergi ödəyicisi olması və mübahisəli borc məbləğinin onun sahibkarlıq fəaliyyətinin icrası nəticəsində yaranması ilə əsaslandırmışdır.
26. Halbuki işin yuxarıda sadalanan hallarından göründüyü kimi hazırkı mübahisə iddiaçının qanuni sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmamışdır. Mübahisə cavabdehin 7 il əvvəl ölmüş abonentinin barəsində tərtib etdiyi aktın ləğvi və bunun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Eyni zamanda birinci instans iyası məhkəməsinin mübahisənin subyekt tərkibinə görə kommersiya mübahisəsi hesab olunması üçün əsas götürdüyü, iddiaçıya məxsus VÖEN-də vergi ödəyicisinin əsas fəaliyyət növü kimi “mərmər fəaliyyəti” qeyd olunmuşdur.
27. Beləliklə, Məhkəmə tərkibi hesab edir ki, hazırkı işin kommersiya mübahisəsi hesab edilməsi və buna görə də işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə prosessual hüquqi əsaslar mövcud deyil.
28. Ona görə də şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhk əməsinin 2(003)-632/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi, sazişin etibarsız hesab edilməsi və ödənilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.