Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3949/2024 27.12.2024 ALİ MƏHKƏMƏ İş № 2(102)-3949/2024 27 dekabr 2024-cü il şəhəri Bakı Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək fəaliyyəti barədə arxiv sənədlərinin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gə lmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olmasının müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(106)960/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Ərizəçi Məmməd oğlu xx xxx 1961-ci il tarixdə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialında mühafizə olunan Sabirabad rayon Şıxsalahlı kənd “Ba kı” kolxozunun 1976-1977-ci illərə aid kolxozçuların əmək günlərinin uçot kitabında Bağırov Pənah şəxsi hesab 103/92 vərəqində olan əmək fəaliyyəti belədir: 1976-cı ildə illik qazancı 108,19, 1977-ci ildə - 171,20 manat.
3. Sabirabad rayon Şıxsalahlı kənd “Bakı” kolxozunun digər sənədləri filiala təhvil verilməmişdir. Aşkar olunan sənədlərdə vətəndaşın adı Mirpənah deyil, Pənah olaraq qeyd olunmuşdur. Həmin kolxozun 1978-1981-ci illərə aid sənədləri filiala təhvil verilməmişdir.
4. Sabirabad RİHB-nın Şıxsalahlı KİƏDÜ nümayəndəliyin Şıxsalahlı kəndində 1961-ci il tarixində Bağırov Pənah adında şəxsin doğumu qeydiyyata alınmamış və X1 təsərrüfatında Ərizəçi Məmməd oğlunun xx xxx 1961-ci il tarixində doğulduğu qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhk əməsində icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində Bağırov Pənah kimi qeyd edilmiş şəxsin ərizəçinin olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 57 yaşdan güzəştli pensiyanın yenidən hesablanması işi üzrə Şirvan Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən verilmiş şikayətə baxılır. Proses zamanı dəqiqləşdirilməsi tələb olunan bir hüquqi fakt ortaya çıxmışdır ki, həmin məhkəmənin tövsiyəsi ilə ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, 1976-1980-cı illərdə, hələ orta məktəbdə oxuyarkən mövsümi fəhlə qismində Bakı kolxozunda çalışmışdır. Bu barədə Azərbaycan Respublikası Dövlət Arxivinin iki filial ının-Sabirabad rayon filialının və Şirvan Filialının müvafiq arxiv arayışları apellyasiya icraatında olan ərizəçi olduğu işin materiallarına əlavə edilmişdir. Lakin, dəqiqləşdirilməsi tələb olunan fakt odur ki, onun 1976-1980-cı illərdə mövsümi fəhlə işlədiyi həmin dövrə aid sənədlərdə onun adı və soyadı "Ərizəçi” deyil, "Bağırov Pənah” kimi qeyd edilmişdir. İşlədiyi 1976-1980-cı illərdə onunla eyni zamanda həmin kolxozda işləmiş şəxslər onun həqiqətən də orda işlədiyini təsdiq edə bilərlər. Həmçinin, həmin illərdə yaşadığı kənddə onunla həmyaşıd olmaqla, məktəbli kimi və adı-soyadı Bağırov Pənah olan ikinci bir şəxs olmayıb. Vaxtilə onun əmək fəaliyyəti barədə kolxozun sənədlərində qeydlər aparılarkən, kənd sakinlərinin onu sadəcə “Pənah” kimi çağırması, həmin yaşlarda məktəblilərin pas portunun olmaması həmin qeydləri aparan məsul işçinin çağırıldığı adla adını kolxozun sənədlərinə daxil etməsi ilə nəticələnmişdir.
7. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, hazırkı işdə hüquq müəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilinməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, ərizənin rədd edilməsini xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində Sabirab ad rayon Bakı Kolxozunda konkret olaraq hansı illərdə ərizəçi ilə birlikdə kolxozda işləməsinə dair məlumat verə bilməmişdir.
9. Şahid qismində dindirilmiş Şahid1 Mirsahib qızı ifadəsində göstərmişdir ki, 1962-ci ildən Sabirabad rayon Bakı kolxozunda işləmiş, Ərizəçi orada işləyən zaman tanımışdır. Şahid1 Sabirabad rayon Bakı kolxozunda işləməsinə dair hər hansı bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim etməməklə yanaşı, ərizəçinin konkret olaraq hansı illərdə onunla birgə kolxozda işləməsinə dair məlumat verə bilməmişdir.
10. Şahid1 Mirvahib qızı ifadəsində bildirmişdir ki, 1962-ci ildən Sabirabad rayon Bakı kolxozunda işləmiş, Ərizəçi orada işləyən zaman tanımışdır.
11. Şirvan Şəhər Məhkəməsinin 18 mart 2024-ci il tarixli, 2(032)-85/2024 nömrəli qətnaməsi ilə (hakim S.Məmmədova) əri zə təmin olunaraq, Ərizəçi 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində “Bağırov Pənah” kimi qeyd edilmiş şəxsin Ərizəçi olması faktının müəyyən edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 307.2.5ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X2 göstərmişdir ki, 1969-cu ildən 1994-cü ilədək o zaman mövcud olmuş Sabirabad rayon Bakı kolxozunda sürücü işləmişdir. Mirpənahı tanımış və onun 1976, 1977 və 1978-ci illərdə həmin kolxozda işləməsini görmüşdür. Belə ki, ərizəçinin atası kolxozda suçu işləmiş, Mirpənah da ona köməklik etmişdir. Seyid olduqlarından hamı onu Mirpənah çağırırmışlar.
15. Apellyasiya baxışında ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirməsinə dair ərizə təqdim etmişdir. Ərizədə işə 1976-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tar ixli, 637 nömrəli və 1978-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı əmək fəaliyyətini təsdiq edən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(106)-960/2024 nömrəli qətnaməsi ilə (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Kərimov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-c illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı əmək fəaliyyətini təsdiq edən 10 oktyabr 20 22-ci il tarixli, 141 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir.
17. Maraqlı şəxsin apellyasiya şikayətinin “hüquq müəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcudluğunun olmaması” dəlilinə münasibət bildirərək göstərmişdir ki, hazırkı vaxtda arxiv sənədlərini hazırlayan “Kolxoz” mövcud olmadığından, yəni ərizəçinin adında olan səhvlərin düzəldilməsi ilə bağlı müraciət edəcəyi orqan olmadığından onun belə bir imtinanın ala bilməməsi basa düşüləndir.
18. Kollegiya arxiv sənədlərinin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinə dair qeyd etmişdir ki, sənədlərin ərizəçiyə məxsus olmasının müəyyən edilməsinə şahid ifadələri bir növ köməkçi funksiya daşıyır. Belə ki, iş materialları müəyyən edilmişdir ki, 1976-1979-cu illərdə Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 19781979-cu illərdə 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışlarının Ərizəçi aid olması ilə bağlı yetərli sübutlar mövcuddur.
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi ərizəsində qeyd etmişdir ki, hazırda 57 yaşdan güzəştli pensiyanın yenidən hesablanması işi üzrə Şirvan Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən verilmiş şikayətə baxılır. Proses zamanı dəqiqləşdirilməsi tələb olunan bir hüquqi fakt ortaya çıxmışdır ki, həmin məhkəmənin tövsiyəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etməli olmuşdur. İş materiallarından ərizəçinin han sı vaxtda iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməsi müəyyən olunmasa da işdə 09 fevral 2023-cü il tarixli, 2-1(120)-280/2023 nömrəli qətnaməsi mövcuddur. Deməli, qeyd edilən tarixdən götürüldükdə ərizəçinin digər işi ən azından 1 il 6 aydır ki, məhkəmələrin icraatında olmuşdur. Buna görə kollegiya prosessual qənaət prinsipini əsas tutaraq ərizəçinin hazırkı iş üzrə dəqiqləşmə barədə ərizəsini məhkəmənin icraatına qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ərizə dəqiqləşdirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, dəqiqləşdirilmiş yeni ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası maraqlı şəxsin şikayətinin dəlillərini tam əsaslı hesab etməmişdir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublik ası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 308-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(106)-960/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 53, 88, 106, 307.1, 308-ci maddələri, Azərbay can Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndi, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı pozulmuşdur.
23. Belə ki, apellyasiya məhkəməsi qərarında iş üzrə dindirilmiş şahid ifadələrinin natamam olması, mötəbər olmaması ilə razılaşaraq qeyd etmişdir ki, “şahid ifadələri köməkçi funksiya daşıyır. İş materiallarında başqa sübutlar yetərli mövcuddur.” Lakin məhkəmə başqa sübutları göstərə bilməmiş, gəldiyi qənaəti əsaslandıra bilməmişdir. Ərizəçi, apellyasiya baxışında ərizəyə dəqiqləş mə vermiş və dəqiqləşmə ərizəsi mümkün hesab edilmişdir. Halbuki, ərizəçi bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına dair hər hansı bir sübut təqdim etməmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasını n 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazıl ı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasə n hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkə mə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbə bdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara müfəssəl hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə mübahisəsinin həlli sübutetmə ilə əlaqədardır.
34. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdı r. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində ərizəçi tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət vermiş və onları ərizənin təmini üçün mötəbər və kifayətedici hesab etmişdir. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi ərizəçinin apellyasiya məhkəməsinə verdiyi ərizənin qəbul edilməsini əsaslandırmışdır (bax bənd 19). Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin birinci instansiya məhkəməsindən tələbi də, mübahisəli arxiv sənədlərinin ona məxsus olmasına yönəldilmişdir. O, apellyasiya məhkəməsində verdiyi ərizəsində faktiki o laraq tələbini dəyişməmiş, başqa formada (prosessual qanunvericiliyin tələb etdiyi qaydada) ifadə etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq prosessual qənaət prinsipini əsas götürməklə, ərizəni qəbul etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas dey ildir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(106)-960/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.