Məhkəmə qərarları › İş №2(102)-395/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-395/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-395/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Notariat Ofisinə (üçüncü şəxslər qismində X13, X4, X17, X19 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsı z hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 2(105)-1557/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X xx.xx.1977-ci il tarixdə X4 ilə ailə qurmuş və onların birgə nikahından aşağıdakı uşaqları var: X12 - xx.xx.1978, X14 - xx.xx.1980, İddiaçı - xx.xx.1985, X13 - xx.xx.1991.

2. Torpağa mülkiyyət hüququna dair JN-357 KOD ****** saylı dövlət aktına əsasən, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu X kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsi Xnun, X5, X6, X8, İddiaçı və X9 xüsusi mülkiyyətlərinə veri lmişdir. 3. 23 noyabr 2005-ci il tarixli *** reyestr nömrəli müqaviləyə əsasən X JN:357 KOD ****** saylı dövlət aktına əsasən Qusar rayonu, X kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsini X11 (xx.xx.2018-ci il tarixdə ölmüşdür) satmışdır.

4. Cavabdeh2 X15 ilə sonuncunun öldüyü vatadək nikahda olub.

5. X və X10 ərizə verərək, JN-357 saylı dövlət aktına əsasən onlara və həddi buluğa çatmamış övladlarına məxsus olan Qusar rayonu X kəndindəki ünvanda yerləşən 7.22 ha torpaq sahəsinin alqı-satqısı zamanı müqaviləyə özləri tərəfindən imza edilməsinə razı olduqlarını bildirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra “cavabdeh”) və Qusar rayon Notariat Ofisinə (bundan sonra “No tariat ofisi”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X, X4, X12, X14, İddiaçı, X13 ilə X15 arasında bağlanmış 29 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia ərizəsi üzrə X13, X4, X17, X19 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 5 ay öncə iddiaçıya məlum olmuşdur ki, onun pay torpağı mərhum atası X tərəfindən xx.xx.2005-ci il tarixində tanımadığı X1. Bundan sonra iddiaçı tərəfindən payın alqı-satqı müqaviləsini təsdiq edən Cavabdeh1 tərəfindən hazırlanmış *** nömrəli notariat işi əldə olunmuşdur. Notariat işinin materillarından müəyyən olunur ki, xx.xx.2005-ci il tarixində X özünün və ailə üzvlərinin mülkiyyətində olan 7,22 ha torpaq sahəsini, ailə üzvlərinin razılığı ilə X2. Həmçinin notariat işi materiallarında ailə üzvlərinin, yəni hazırkı iddiaçıların razılıq ərizələri mövcuddur. Sözügedən alqı-satqı müqaviləsindən iddiaçının xəbəri olmamışdır. Belə aydın olur ki, iddiaçının mərhum atası X onun razılığı olmadan, onun adından ərizələr hazırlamaqla sözügedən torpaq sahəsini X2. Alqı-satqı zamanı onların mülkiyyətçi kimi razılıq ərizələrinin hamısı saxtadır və sözügedən razılıq ərizələrində olan imzaların heç biri onlara məxsus deyil. Ümumiyyətlə, sözügedən alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulduğu qaydada bağlanmadığından etibarsızdır. Belə ki, satılan torpaq sahəsi iddiaçının ailəsinə verilmiş və torpaq sahəsi üzərində 6 nəfərin bərabər payı mövcuddur. Lakin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi yalnız X ilə X15 arasında bağlanmışdır. Halbuki alqı-satqı müqaviləsi bağlanan zaman yalnız X13 yetkinlik yaşına çatmamışdı, digər mülkiyyətçilər isə yetkinlik yaşına çatmışdılar. Belə olan halda onların torpaq sahəsinin satılması zamanı razılıq ərizəsi deyil, birbaşa iştirakçı kimi münasibətləri öyrənilməli və iştirakı tələb olunmalıydı. Bundan başqa, yetkinlik yaşına çatmayan X9 14 yaşı olmasına baxmayaraq ondan da razılıq ərizəsi alınmışdır. Eyni zamanda alınmış razılıq ərizəsinə baxmayaraq guya X13 yetkinlik yaşına çatmadığı üçün onun valideynlərindən də razılıq ərizəsi alınmışdır. Əgər valideynlərinin razılıq ərizəsi mövcud idisə, o zaman X9 yetkinlik yaşına çatmamasına rəğmən ondan razılıq ərizəsinin alınmasına nə ehtiyac var idi. Bütün bunlar onu sübut edir ki, sözügedən alqı-satqı müqaviləsi onun xəbəri və razılığı olmadan satılmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 213.1, 213.3, 218.1, 218.2, 225.6, 337.1, 567 və 646.1-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 4/117 saylı 29 fevral 2024-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş X3 adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “XXX” yasızı X7 (Salam) qızı tərəfindən icra olunmuşdur. (XXX) nın adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza (XXX) tərəfind ən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X8 adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X9 adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və xx yazısı X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

12. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırkı işlə bağlı Məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir, xətt və imzaların ekspertizası təyin edilmişdir. Ekspertin rəyinə əsasən, həqiqətən də ərizələrdə olan imzalar başqa şəxs tərəfindən icra edilmişdir. Belə olan halda iddia tələbi tam əsaslı olduğundan təmin olunmalıdır.

13. Cavabdeh və Notaiat ofisi birinci instansiya məhkəməsində iştirak etməmişlər.

14. Qusar Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(029)-54/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Əli Cəlilov).

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsinin iddiaçının və ya onun ailə üzvlərinin yaxud da paylı mülkiyyətdə olan digər şəxslər tərəfindən istifadə olunmasını təsdiq edən, hər hansı arayış, sənəd əlavə olunmamışdır. Sözü gedən torpaq sahəsi mübahisə olunan alqı-satqıdan sonra cavabdeh tərəfindən istifadə olunur. Əgər iddiaçı tərəfindən onun və ya ailə üzvləri yaxud da paylı mülkiyyətdə olan digər şəxslər tərəfindən istifadə olunmasını təsdiq edən, hər hansı arayış, sənəd əl avə olunsa idi, belə qənaətə gəlmək olardı ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir.

16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Konsitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərarında qeyd olunduğu kimi, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir, hazırkı iş üzrə də iddiaçı 2005-ci ildən satılan torpaq sahəsindən cavabdehin istifadə etməsini görmüş və ya həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişdir.

17. Belə olan halda da iddiaçı özü sonradan bəyənmə hərəkətləri etməklə alqı satqı müqaviləsinin satılmasına razı olmuşdur. İddiaçı alqı-satqı müqaviləsindən xəb ərdar olmasa da, həmin müqaviləyə imza etməsə də, alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmasına etiraz verməmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə mübahisə olunan müqavilənin etibarsız hesab olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, mübahisə olunan müqavilə notarial qaydada təsdiq olunmuşdur, forma və məzmuna da riayət edilmişdir. 2005-ci ildən imzalanan, alqı-satqısı həyata keçirilən daşınmaz əmlak üzrə iddiaçı məhkəməyə iddia ərizəsi verilən tarixə kimi hər hansı etirazını bildirmədiyinə görə həmin alqı-satqı müqaviləsinə razılığını bildirmiş hesab olunur.

19. Birinci instansiya məhkəməsi ekspert rəyinə münaisbətdə qeyd etmişdir ki, razılıq ərizəsində göstərilən imzaların başqa şəxs tərəfindən icr a olunması hazırkı iş üzrə təqdid olunmuş sübutlara əsasən iddia tələbinin təmin olunması üçün sübut kimi qəbul edilə bilməz.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 140, 146.1, 148.2, 149.2, 152.5, 157.2, 222.1, 222.2,324, 329.1, 331.1, 334.1, 337.1, 337.2, 337.3, 351.2, 351.3, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.1, 360.2, 394, 404.1-ci, Torpaq Məcəlləsinin 52-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərarına əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının torpaq sahəsinin satılmasından xəbərinin olmamasını qəbul etmiş, bunu qətnaməsində göstərmişdir və bu hal mübahisə olunmayan haldır. O zaman belə bir sual meydana çıxır – torpaq sahəsinin alqı-satqısından xəbərsiz olan iddiaçı alqı-satqıya necə etiraz edə bilərdi. Bu onu deməyə əsas verir ki, ata mübahisəli torpaq sahəsinin satılmasından iddiaçının məlumatlı olmasını istəməmiş və məhz onun xəbəri olmadan torpaq sahəsini satmışdır. Əgər belə olmasaydı, o zaman iddiaçının alqı-satqıda iştirakına heç bir maneə yaranmırdı və o, rahat şəkildə alqı-satqı prosesində iştirak edə və müqaviləni imzalaya bilərdi. Məhkəmə iddiaçının bu müddət ərzində etiraz etməməsini iddianın rədd edilməsi üçün əsas götürə bilməzdi. Çünki məhkəmə göstərmişd ir ki, iddiaçı özü sonradan bəyənmə hərəkətləri etməklə alqı-satqı müqaviləsinin satılmasına razı olmuşdur. Bu “bəyənmə” hərəkətinin özünü nə də ifadə etməsi ilə yanaşı, həqiqətən iddiaçı tərəfindən edilməsi də məhkəmə tərəfindən müəyyən olunmamışdır. Halbuki, iddiaçının “bəyənmə” hərəkətləri etməməsini sübut etmək kimi öhdəliyi yoxdur, əksinə qarşı tərəfin iddiaçının “bəyənmə” hərəkətləri etməsini sübut etmək öhdəliyi mövcuddur ki, iş materiallarında qarşı tərəfin belə bir sübut təqdim etməsi müəyyən olunmur (qarşı tərəf, ümumiyyətlə, məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinin məhkəmədə baxılmasında iştirak etməməklə bu məsələdə maraqlı olmamışlar). Belə olan halda məhkəmənin hər hansı bir sübut olmadan iddiaçını “bəyənmə” hərəkətləri etməkdə təqsirli bilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmənin mövqeyinə görə, iddiaçının bu müddət ərzində susması, yəni hər hansı bir hərəkət, etiraz etməməsi onun razılıq ifadəsi kimi qiymətləndirilməlidir. Tamamilə yanlış nəticədir. Birincisi, iddiaçı mübahisəli alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərsiz olduğunu tamamilə sübuta yetirmişdir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsindən onun deyil, yalnız atasının istifadə etməsini bildirmiş və torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı məlumatları yalnız atasından almışdır. Təbii ki, atası da sağlığında torpaq sahəsini satmasını iddiaçıya bildirməmişdir. İkincisi, torpaq sahəsinə məxsus Dövlət Aktının əsli evdə, ailə üçün zəruri sayılan sənədlərin içərsində olmuş və bu sənədlərin mühafizəsi bir növ evin qadının səlahiyyətində olmuşdur. O isə torpaq sahəsinə məxsus Dövlət Aktının əsli olmadan onun alqı-satqısının həyata keçirilə bilməsinin mümkünsüzlüyünü bilmiş bu səbəbdən torpaq sahəsinin satılması ilə bağlı hər hansı bir fikir onu narahat etməmişdir. Bundan başqa, iddiaçı torpaq sahəsinin atası tərəfindən icarəyə verilməsini də atasından eşitmiş və atası onu inandırmışdır ki, torpaq sahəsindən istifadədə çətinlik çəkir və onu başqa şəxsə icarəyə vermiş və bunun üçün illik gəlir əldə edir ki, həmin gəlir də ailənin saxlanılmasına xərclənir. İddiaçı məhz atasının ölümündən sonra torpaq sahəsinin vəziyyəti ilə maraqlanmış və bundan sonra ona verilən məlumata görə torpaq sahəsi başqasının istifadəsində olmasın icarə ilə deyil, alqı-satqı əsasında həyata keçmişdir. Bundan sonra iddiaçı müvafiq sənədlərin əldə edilməsi üçün müvafiq orqanlara, bir dəfə də məhkəməyə müraciət etmiş, lakin hakimin xahişi ilə iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə təqdim etmiş, daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçının torpaq sahəsinin satılmasından yalnız atasının ölümündən sonra xəbəri olmuş və bundan sonra o, məhkəməyə müraciət üçün müvafiq sənədlərin toplanması, eyni zamanda torpaq sahəsinin hazırda kimin istifadəsində olması ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə çalışmışdır ki, burada hər hansı hərkətsizlikdən söhbət gedə bilməz. Beləliklə, hazırkı mübahisədə əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunmamışdır. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür nota rial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. İş materiallarından müəyyən olunur ki, notarius mülkiyyətçilərin dairəsini nəinki yoxlamış, hətta onların iştirakı və imzası olmadan alqısatqı müqaviləsini təsdiq etmişdir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Mübahisə ilə bağlı iddiaçının mübahisəli əqdin şərtini qəbul etməsi, arzu etməsi, həmçinin bunu ifadə etməsi öz təsdiqini tapmır. Belə olan halda mübahisəli alqı-satqı müqaviləsinin etirasızlığı tamamilə göz önündədir.

23. Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildi rdi ki, atası 2019-cu ilin aprelində ölüb, məhkəməyə 2020-ci ildə müraciət edib, sonradan ərizə baxılmamış saxlanılıb. Evin böyüyü atası olduğundan atası istifadə edib torpağı. Torpağa görə subsidiya kartı da olub. Atası torpağı taxıl, pul əvəzinə icarəyə vermişdi.

24. Apellyasiya baxışında iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, dövlət aktına əsasın iddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılmışdır. İddiaçının atası ölənə qədər torpaq sahəsini ildə 500 kq un, taxıl və pul əvəzinə icarəyə vermişdir. İddiaçının atası öləndən sonra torpaq sahəsinə çıxarış alınması üçün müraciət olunanda məlum olub ki, torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında Malik adlı şəxsə satılb. Araşdırma zamanı məlum olub ki Malik adlı şəxs ölüb, hüququ varisi Nübar M əmmədovadır. Məhkəməyə müraciət etmiş, xəttşünaslıq ekspertizası təyin edilmiş, məlum olmuşdur ki, iddiaçının atasından savayı, digər şəxslərin imzaları onlara məxsus olmayıb. Bundan sonra müəyyən sənədlərin toplanması üçün məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Müəyyən vaxt keçdikdən sonra sonra yenidən məhkəməyə müraciət etmişlər.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1557/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə i apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, ümumi paylı mülkiyyətdən fərqli olaraq, mübahisəyə tətbiq olunan Mülki Məcəllənin 222-ci maddəsinin tələbi baxımından ümumi birgə mülkiyyətçilərdən birinin ümumi əşyaya dair sərəncam vermək hüququ qanunla tanınır ki, bu zaman digər mülkiyyətçinin və ya mülkiyyətçilərin yazılı razılığının olması əhəmiyyət kəsb etmir. Həmçinin Mülki Məcəllənin həmin normasının daşınar və ya daşınmaz əmlaklara aid olması fərqləndirilməməkdədir.

27. Mülki Məcəllənin 222-ci maddəsinin tələbinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütü n mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

28. Bundan başqa, Mülki Məcəllənin 218-ci maddəsindən də göründüyü kimi ümumi mülkiyyətdə olan əmlakın alınmasında üstünlük hüququ ümumi birgə mülkiyyətə deyil, ümumi paylı mülkiyyətə aid olan inistitutdur. Həmçinin, təsadüfi deyildir ki, ümumi birgə mülkiyyət üzərində sərəncam verilməsi ilə bağlı müvafiq qaydaları tənzimləyən Mülki Məcəllənin 222-ci maddəsindən fərqli olaraq, yəni əmlaka dair sərəncam verilməsi haqqında əqdin mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin razılığının ehtimal olunması qaydası ümumi paylı mülkiyyət üzərində sərəncam verilməsi ilə bağlı qaydalara aid deyildir. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirildiyi halda, paylı mülkiyyətçi öz payı üzərində sahiblik, istifadə, o cümlədən sərəncamçılığı Mülki Məcəllənin 215-ci maddəsində nəzərdə tutulmuş qaydalar çərçivəsində yalnız digər mülkiyyətçilərin razılığı, üstünlük hüququ və Mülki Məcəllədə nəzərədə tutulmuş digər qaydalara əməl etməklə həyata keçirmək imkanına malikdir

29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunvericiliyin tələbinə əsasən birgə mülkiyy ətçilərdən birinin və ya bir neçəsinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin və ya mülkiyyətçilərin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan digər mülkiyyətçinin və ya mülkiyyətçilərin tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Hazırkı işin hallarına görə isə iddiaçı qeyd edilən hala dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

30. Həmçinin iddiaçı torpaq sahəsinin satılmasını atasının ölümündən sonra, yəni 2019-cu ilin aprel ayından sonra bildiyini iddia etsə də, onun bu dəlili inandırıcı və ağılabatan deyildir. Belə ki, 2005-ci il tarixdən 2019-cu il tarixədək 14 il vaxt keçmişdir ki, qeyd olunan müddət ərzində iddiaçının t orpaq sahəsinin ailə üzvlərinin sahibliyində olmamasını bilməməsi inandırıcı olmamaqla, atası tərəfindən torpağın satılmasında onun razılığının olmasını və ya atası tərəfində bağlanmış əqdin sonradan bəyənilməsini təsdiq etməkdədir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyə əsaslanaraq iddiaçının hazırki davranışını öz hüquqlarından sui-istifadə etmə kimi qəbul etmiş və hesab etmişdir ki, iddiaçının hazırki davranışları cavabdehin qanuni qaydada əldə etmiş olduğu torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş davranışdır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 215.1, 25.2, 215.3.1, 215.3.2, 215.4, 215.5, 215.6, 218.1, 222.1, 222.2, 222.3, 355.1, 355.2, 357, 358.1, 358.2-ci maddələri və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə iddiaçı tərəfi n təqdim etdiyi sübutlar araşdırılmamış, onlara qiymət verilməmiş, qətnamənin əsaslandırma hissəsi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla aparılmış, səthi tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin b ağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qism ən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vax t əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

41. İşdən görünür ki, iddiaçı müqaviləni müqavilədən xəbərsiz olması əsası ilə mübahisələndirsə də, atası tərəfindən notarial qaydada 2005-ci ildən satılan torpaq sahəsindən cavabdehin istifadə etməsini görmüş, həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2005-ci il tarixdən 2019-cu il tarixədək, yəni iddiaçının atasının öldüyü vaxtadək 14 il vaxt ərzində iddiaçının torpaq sahəsinin ailə üzvlərinin sahibliyində olmamasını bilməməsi inandırıcı deyil, qeyd edilən hal atası tərəfindən torpağın satılmasında onun razılığının olmasını və ya atası tərəfindən bağlanmış əqdin sonradan bəyənilməsini təsdiq edir.

42. Məhkəmə kollegiyası qeyd edilən mövqe ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, müqavilədəki imzanın iddiaçıya məxsus olmaması eks pert rəyi ilə müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının atasının ölümündən sonra 14 il ərzində torpağın Malik Məmmədovda olmasına dair hər hansı etiraz bildirməməsini iddiaçının sonradan bəyənməsinə yönələn hərəkətlər olması kimi qiymətləndirmişdir.

43. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

44. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

45. Məhkəmə kollegiyası bir daha hazırki işin halları baxımından diqqəti apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəldir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyə nmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmad ığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.

47. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam v ə hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.

48. Hazırki işdə də işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı 2005-ci ildən satılan torpaq sahəsindən cavabdehin istifadə etməsini görmüş və həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişdir. Bu da iddiaçının atası tərəfindən torpağın satılmasında onun razılığının olmasını və ya atası tərəfindən bağlanmış əqdin sonradan bəyənilməsini təsdiq edir.

49. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

50. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə görə isə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

51. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

52. Məhkəmə kollegiyasının mövqeyinə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Buna görə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iddiaçının iddiasının hüquqdan sui-istifadəsi baxımından da düzgün olmuşdur.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1557/2024 nömrəl i, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar