Məhkəmə qərarları › İş №2(102)-3952/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3952/2019

07.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3952/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 07 iyun 2019-cu il İş № 2(102)-3952/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Əhmədova Aysel Zöhrab qızının iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yan var 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Abdıyev, iş 2(005)-3041/2018) iddia qismən təmin edilmiş, Cavabdeh faiz qismində (borclu olduğu 30.000 (otuz min) ABŞ dollarına 3 il üzrə illik 5% dərəcəsi ilə faiz hesablamaqla) 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. B akı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-1375/2018)İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi b arədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əhmədova Aysel Zöhrab qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirak ı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiy a instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1428/2011 saylı, 31.05.2011-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 30.000 ABŞ doiları məbləğində pul tutularaq X1 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2011-ci il tarixli, 29103)-4256/20 11 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1428/2011 saylı, 31.05.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən kassasiya şikayəti verilməmiş və bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1428/2011 saylı, 31.05.2011-ci il tarixli qətnaməsi əsasında 07 fevral 2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin qətnamə icra olunmadığından iddiaçı iddia qaldıraraq qətnamənin vaxtında icra olunmaması səbəbindən illik 5% dərəcəsi hesablanmaqla cavabdehdən faiz məbləğinin tutulmasını tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5705/2014 saylı, 04.11,2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh (30.000 ABŞ dollarının iki ilə 5% hesablanmaqla) 3.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmuşdur. Buna baxmayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1428/2011 saylı, 31.05.2011-ci il tarixli icra sənədi bugünədək icra edilməmişdir. Hazırda iddiaçı Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ilə 2013-2014-cü illər üzrə pulun tutulduğunu, 2011-ci və 2012-ci illər üzrə, habelə 2015-ci, 2016-cı və 2017-ci illər üzrə pulun tutulmadığını iddia edir və qeyd edilən qətnamənin bugünədək icra edilmədiyini iddia edərək, həmin illər üzrə də borcun 5 il müddətinə illik 5% dərəcəsi hesablama aparmaqla, ümumilikdə 7.500 ABŞ dolları məbləğində faiz pulun tutulmasını tələb edir. Ötən dövr ərzində qeyd edilən icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh arvadı X2 məxsus əmlaklardan Bakı şəhəri, ünvan 1 ünvanında mənz ilinin 50% hissəsinin satışından əldə olunmuş vəsait hesabına ödənilməsi məqsədi ilə “xxxx” MMC tərəfindən keçirilmiş hərraclar baş tutmamış bu səbəbdən həmin əmlak əldə edilməsi üçün X1 təklif olunmuşdur. Bu əmlakın onun tərəfindən əldə edilməsi müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “...iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırması, eləcə də pul vəsaitindən qanunsuz istifadə etmə nəticəsində faydalanmasına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən mülki hüquqi məsuliyyət daşıması üçün qeyd olunan halların iddiaçı tərəfindən sübuta yetirilməlidir. Lakin iddiaçı bu hallan sübuta ye tirə bilməmişdir.” İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyev anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ape lyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar