Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3954/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağa mülkiyyət hüququna dair JN-153 seriyalı KOD 40100028 saylı Dövlət Aktına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X7, X9, Cavabdeh3, X8, Cavabdeh2 və X4 Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 2.81 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 2. 05 oktyabr 2009-cu il tarixli akta əsasən X7, X9, Cavabdeh3, X8, Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus 2.40 ha pay torpaq sahəsini Yeni Şərif kənd sakini İddiaçı ömürlük 1600 (bir min altı yüz) manata satmışlar. Maddi vəziyyətləri yaxşı olduqda alqısatqı müqaviləsinin dövlət notariat qaydasınd a rəsmiləşdirilməsini məsləhət bilinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətinə verilmiş Balakən rayonu, Yeni Şərif kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 153 KOD 40100028 olan Dövlət Aktında 153 planşet nömrəsində göstərilmiş 2.40 ha torpaq sahəsinin cavabdehlərlə iddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxsdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Balakən rayonunun Yeni Şərif kəndində yaşayır, cavabdehlər həmkəndliləridir. X5 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 2.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 153 KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdehlər çöl sahəsində yerləşən onlara verilmiş 2.40 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacları ol duğuna görə satmaq istədiklərini bildirmişlər. 05 oktyabr 2009-cu ildə X7, X9, X8 və cavabdehlər digər kənd sakinlərinin iştirakı ilə Balakən rayonu, Yeni Şərif kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək özlərinə məxsus olan 2.40 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçıya satmalarına dair AKT tərtib etmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində iddiaçı cavabdehlərə 1600 manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini iddiaçıya təhvil vermiş və bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər.
6. Tərəflər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etd irmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. 2022-ci ilin noyabr ayından isə cavabdehlər 2.40 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə iddiaçının arasında mübahisə yaranmışdır.
7. Həmin torpaq sahəsinə görə cavabdehlərlə iddiaçı arasında alqı-satqı olmuşdur, həmin alqı-satqı etibarlı hesab edilməlidir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 163.1, 335 (qüvədən düşmüş), 402 və 567-ci maddələrinə istinad etmişdir.
9. Cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə cavabdehlərin və digərlərinin ümumi birgə mülkiyyətinə Balakən rayonu Yeni Ş ərif kəndi ərazisindən 2.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hazırda da həmin şəxslərin öz mülkiyyətlərindədir. İddiaçı ilə bu şəxslər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir qanuna uyğun müqavilə bağlanmamışdır. Torpaq sahəsinin alqı-satqısı yalnız notariat qaydasında bağlanmış müqavilə əsasında ola bilər. Tərəflər arasında isə notariat qaydasında bağlanmış müqavilə yoxdur. Ona görə də iddia tələbi əsassız və qanunsuzdur.
10. Balakən Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(019)-256/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Hümbət Səlimov)
11. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə cavabdehlərin və digərlərinin ümumi birgə mülkiyyətinə Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 2.81 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 05 oktyabr 2009-cu il tarixdə X7, X9, X8 və cavabdehlər özlərinə məxsus 2.40 ha pay torpaq sahəsini iddiaçıya oğluna ömürlük 1600 (bir min altı yüz) manata satmaları barədə akt tərtib etmişlər və torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda torpaq mülkiyyətçiləri torpaq sahəsini geri tələb edirlər.
12. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin halhazıra kimi cavabddehlərin və digərlərinin ümumi birgə mülkiyyətində olmasını nəzərə alaraq hesab etmişdi r ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 144.1, 152.1, 567-ci və Torpaq Məcəlləsinin 66-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq bunlar göstərilmişdir: - 2004-cü ildə cavabdehlər çöl sahəsində yerləşən onlara verilmiş 2.40 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. Həmi n tarixdə iddiaçı cavabdehlər və onların ailə üzvləri ilə razılaşaraq torpaq sahəsini 1600 AZN-ə iddiaçıya satmaları ilə bağlı razılıq əldə etdikdən sonra iddiaçı göstərilən məbləğdə pulu cavabdehlərə ödəyərək torpaq sahəsini təhvil almışdır. Cavabdehlər və onların ailə üzvləri isə torpaq sahəsini gələcəkdə rəsmiləşdirəcəklərini bildirmişlər. Bundan sonra bir neçə il ərzində cavabdehlərə torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı müraciətlər etsə də, cavabdehlər torpaq sahəsinin alqısatqısından yayınmışlar; - belə olan halda iddiaçı qərara gəlmişdir ki, ən azından cavabdehlərdən öz imzaları ilə yazılı razılıq alsın. 05 oktyabr 2009-cu ildə X2, X6, Cavabdeh3, X3, Cavabdeh2, Cavabdeh1 və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Yeni Şərif kənd İnzibati Ərazi Dairəsində cavabd ehlərə məxsus olan 2.40 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçıya satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində iddiaçı torpağın mülkiyyətçilərinə 1600 manat verməklə həmin torpağı onlardan almışdır; - əslində ilkin alqı-satqı 2004-cü ildə baş tutmuşdur. Cavabdehlər bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı- satqını notarial qaydada rəsmiləşdirəcəklər; - 19 ildir həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. 2004-cü ildən iddiaçı həmin torpaq sahəsindən istifadə edir, torpağı hazırda yaxşlaşdırmışdır. - 2022-ci ilin noyabr ayında cavabdehlər iddiaçıya müraciət edərək 2.40 ha torpaq sahəsini geri tələb etdiklərini bildirm işlər. Bundan sonra cavabdehlərlə aralarında mübahisə yaranmışdır.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(019)-256/2023 sayllı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti ilə əla qədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarına istinadən qeyd etmişdir ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.
19. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki iş üzrə tərəflər a rasında 2004-cü ildə hər hansı yazılı müqavilənin bağlanması heç bir halla sübut olunmur.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Notariat haqqında” Qanunun 18-ci maddəsinin tələbinə görə Balakən rayon İcra Hakimiyyətinin Yeni Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin daşınmaz əmlakın alqısatqısına dair əqdi təsdiq etmək səlahiyyəti yoxdur.
21. İddiaçının apellyasiya şikayətinin 19 il müddətində həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması, 2004-cü ildən iddiaçının torpaq sahəsindən istifadə etməsi, torpağı yaxşlaşdırması, cavabdehlər tərəfindən 2004-cü ildə satılan və 05 oktyabr 2009-cu ildə yazılı əqd formasında rəsmiləşdirilən torpaq sahəsinin tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunması, Mülki Məcəllənin 24 iyun 20 05-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə belə hallarda məhkəmənin əqdi etibarlı saymaq ixtiyarının olması barədə dəlillərini əsaslı hesab etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı halda iddiaçının tələbinin əsasını mübahisəli torpaq sahəsinin sahiblik və istifadədə olması, torpaq vergisinin ödənilməsi deyil, cavabdeh tərəflə aralarında torpağa sərəncam verilməsinə dair müqavilənin bağlanmış hesab edilməsi təşkil edir. Həmçinin müqavilənin etibarlı hesab edilməsi üçün əmlakın sahibliyə, istifadəyə verilməsi, əmlaka dair verginin ödənilməsi yetərli olmamaqla tətbiq edilən maddi hüquq normalarında nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 4 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə qanunvericilklə nəzərdə tutulmuş hallarda, məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Lakin mülki iş materiallarında olan aktın tarixinə diqqət yetirildikdə, həmin aktın 05 oktyabr 2009-cu il tarixdə, yəni 24 iyun 2005-ci ildən sonra tərtib edildiyi müəyyən edilir.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə 05 oktyabr 2009-cu il tarixli akt sadə yazılı müqavilə kimi qəbul olunsa belə, həmin müqavilənin etibarlı sayılması üçün o, 24 iyun 2005-ci il tarixdən əvvəl bağlanmalı və bu xüsusda mübahisəli hüquq münasibətləri 24 iyun 2005-ci il tarixdən əvvəl yaranmalı idi.
24. Belə ki, mübahisəli hüquq münasibətinin yaranmasının 24 i yun 2005-ci ilə qədər baş tutmuş olmasına dair tək dəlil iddiaçının müqavilənin 2004-cü ildə bağlanmış olmasını deməsidir ki, həmin hal da iş materialları ilə təsdiq olunmur. Hazırki halda isə iş materiallarında nə 2004-cü ildə yazılı formada bağlanmış müqavilə mövcuddur, nə də müqavilənin notariat qaydada təsdiqlənməsini sübut edəcək hər hansı dəlil aşkar olunur.
25. İddiaçının apellyasiya şikayətində tərəflər arasında hüquq münasibətlərinin 2004-cü ildə yaranmasının cavabdeh tərəfin mübahisələndirməməsinə dair dəlilini də əsaslı hesab etməyən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-də cavabdeh tərəfindən mübahisələndirilməyən hər hansı bir ha lın cavabdehin etirafı kimi qəbul edilməli olması nəzərdə tutulmamışdır.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 213.1, 222.2, 324, 329.1, 335.2 (24 iyun 2005-ci il tarixdə qüvvədən düşmüş), 567, 646.1ci, “Notariat haqqında” Qanunun 18-ci, Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun və oxşar məzmunda əsaslandırmışdır. b)Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 144.1 Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 335.2. (24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş). Əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiq lənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunu Maddə
18. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; 2) vəsiyyətnamələri təsdiq edirlər; 3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələ ri təsdiq edirlər; 4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qə rardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir
31. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1826-cı bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
36. Belə ki, iddia tələbi iddiaçının cavabdehlərlə torpaq sahəsinin alqı-satqısına dair dair 2009-cu il tarixli notariatdan kənar imzaladıqları müqavilənin (aktın) etibarlı hesab edilməsi barədədir.
37. Həmin tələbin hüquqi əsasını Mülki Məcllənin 335.2-ci maddəsi təşkil edə bilərdi. Lakin 335-ci maddə bütövlükdə 24 iyun 2005-ci il tarixli, 949-İİQD nömrəli Qanunla Mülki Məcəllədən çıxarılıb. O va xta qədər həmin normaya əsasən əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə tərəflər arasında torpağın alqı-satqısına dair akt 05 oktyabr 2009-cu il tarixdə, yəni 335-ci maddənin Mülki Məcəllədən çıxarılmasından sonra tərtib edilib. Başqa sözlə, tərəflər arasında torpağın alqı-satqısında dair notariatdan kənar müqavilə (akt) imzalanarkən həmin müqavilənin sonradan etibarlı sayılması qaydası qanunvercilikdə nə zərdə tutlmamışdı.
39. Bu baxımdan, iddia tələbinin təmin edilməməsi barədə gəlinən nəticə əsaslı və qanuni olmuşdur.
40. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini dəlillərini əsassız sayır.
41. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması nəticəsinə gəlmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(107)-678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.