Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3957/2020 10.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və qeyrilərinin vəkili Bayramov Cabbar Bayram oğlunun kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı ASC-nin “xxxx” MMC və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin, “xxxx” MMC və qeyrilərinin İddiaçı ASC-yə qarşı ilkin iddianın qismən rədd edilməsi və.s tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və qeyrilərinin vəkili Bayramov Cabbar Bayram oğlu Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. İşin 2-ci cildinin 3-cü vərəqindəki etibarnamədən görünür ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 tərəfindən 10.05.2018-ci il tarixdə bir il müddətinə, 4-cü vərəqindəki etibarnamədən görünür ki,cavabdehlərdən Cavabdeh5 tərəfindən 08.05.2018ci il tarixdə bir il müddətinə, 6-cı vərəqindəki etibarnamədən görünür ki, cavabdehlərdən Cavabdeh7 tərəfindən 11.05.2018-ci il tarixdə bir il müddətinə, 7-ci vərəqindəki etibarnamədən görünür ki, cavabdehlərdən Cavabdeh2 tərəfindən 10.05.2018-ci il tarixdə bir il müddətinə, 8-ci vərəqindəki etibarnamədən görünür ki, cavabdehlərdən Cavabdeh6 tərəfindən 11.05.2018-ci il tarixdə bir il müddətinə Bayramov Cabbar Bayram oğluna mənafelərinin təmsil və hüquqlarının müdafiə edilməsi səlahiyyəti veril sə də etibarnamələrin müddəti müvafiq olaraq 10.05.2019-cu il, 08.05.2019-cu il, 11.05.2019-cu il və 10.05.2019-cu il tarixlərdə bitmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdehlərin vəkili Bayramov Cabbar Bayram oğlu tərəfindən imzalanmış kassasiya şikayəti 11.05.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur İşin 3-cü cildinin 117-ci vərəqindəki etibarnamədən görünür ki, cavabdehlərdən “xxxx” MMC-nin direktoru Cavabdeh6 tərəfindən 23.04.2019-cu il tarixdə verilmiş etibarnamənin müddəti 31.12.2020-ci il tarixdə bitir. Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408.1-ci maddəsinin tələblərinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxu d hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsin i rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və qeyrilərinin kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3957/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3957/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver