Məhkəmə qərarları › İş №2(102)-396/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-396/2025

13.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-396/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Quba rayonu, Əlik Bələdiyyəsinə və Cavabdeh1 qarşı “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, torpaq sahəsinin icarə müqaviləsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(105)-56/2024 nömrəli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Quba rayonu, Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarı və 29 aprel 2003-cü il tarixli, 03 nömrəli İcarə müqaviləsi ilə Əlik bələdiyyəsi tərəfindən “Bəhər qumu ağ qayadan 100-cü aşağı” adlanan ərazidən 80 hektar örüş sahəsi heyvandarlığı inkişaf etdirmək üçün 15 il müddətinə Cavabdeh1 icarəyə verilmiş, onun adına JN-5403 KOD 30305018 saylı X2 Hüququna dair Şəhadətnamə tərtib edilmişdir. 2. 14 sentyabr 2006-cı il tarixli müqavilə ilə, Quba rayonu Əlik bələdiyyəsi tərəfindən “Sahə” adlanan ərazidə 9,0 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir.

3. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası üzrə Cavabdeh1 adına verilmiş “X2yə dair 19 avqust 2004-cü il tarixli JN 5403 saylı (kod ********) şəhadətnamənin ləğv edilməsi, Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına dair “müvəqqəti istifadə hüququ”na dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “X2yə dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsinin “Quba rayon Əlik bələdiyyəsi adından Cavabdeh1la bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icr aata xitam verilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı Quba rayonu, Əlik Bələdiyyəsinə qarşı “Əlik Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Quba rayon Əlik Bələdiyyəsinə qarşı “cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Osmpanpaşa oğlu cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli qərarı ilə “Qəmbə” adlanan ərazidən 9 hektar boş torpaq sahəsi 15 il müddətinə iddiaçının icarəsinə verilmişdir. 2016-cı ildə Quba rayonu Cek kənd sakini Cavabdeh1 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı iddia qaldıraraq, ona ayrılmış 80 hektar örüş sahəsi ilə iddiaçıya verilmiş 9 hektar torpaq sahəsinin üst-üstə düşməsini bildirmiş və ona torpaq sahəsinin ayrılması b arədə 14 sentyabr 2006-cı il tarixli bələdiyyə qərarının ləğv olunmasını xahiş etmiş, məhkəmənin 30 aprel 2018-ci il tarixli qərarı ilə iddiası təmin olunmuşdur. Məhkəmənin qərarında iddianın təmin olunmasına əsas kimi göstərilmişdir ki, iddiaçı Cavabdeh1 adına olan X2yə dair JN- 5403 saylı Şəhadətnamə vardır və həmin Şəhadətnamədə göstərilmişdir ki, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cu il tarixli qərarı ilə ona 80 hektar örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Tərəfindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 adına olan JN-5403 saylı Şəhadətnamə və onun verilməsinə əsas olan torpaq-ayırma sənədləri götürülüb öyrənilərkən onların qanunsuz olması aşkar olunmuşdur. Belə ki, vəkilinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivi Quba filialının təqd im etdiyi 10 iyul 2018-ci il 1184 nömrəli arxiv çıxarışından görünür ki, bələdiyyənin həmin qərarı ilə Cavabdeh1 torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Həmin qərarının kserosurəti əlavə olunmuşdur. Arxiv arayışına əlavə olunmuş 03 aprel 2003-cu il tarixli 04 saylı qərardan açıq-aydın görünür ki, Quba rayon Əlik bələdiyyəsi ayrı-ayrı şəxslərə, o cümlədən Cavabdeh1 “Bəhərə” adlı ərazidən 80 hektar torpaq sahəsi 15 il deyil, 10 il müddətinə icarəyə verilmişdir. Odur ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, həmin şəhadətnamənin ləğv olunması barədə iddia qaldırmış və məhkəmə baxışı nəticəsində Cavabdeh1 adına olan icarə müqaviləsi və digər sənədlərin saxta olması təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh1 özünün məhkəməyə təqdim etdiyi sənədlərin əsillərinin te xniki və xətt ekspertizası təyin olunmuş və icarə müqaviləsindəki imza və möhürün saxta olması təsdiq olunmuşdur. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının 17 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 təqdim etdiyi Quba rayon Əlik bələdiyyəsi adından bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsindəki Quba rayonu Əlik bələdiyyəsi adından edilmiş imza bələdiyyə sədri X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, sənədlərin texniki ekspertizasının 9 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, həmin icarə müqaviləsindəki Əlik bələdiyyəsinin möhürü həqiqi deyil, yəni möhür hər hansı sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülərək, çap olunmuşdur. Bundan əlavə, müqavilənin 2.1 və 2.3-cü bəndlərindəki “15” rəqəmində ( icarə müddətinin ilini əks etdirən rəqəm) düzəlişlər edilmiş, “5” rəqəmin yerində əvvəl “0” rəqəmi, yəni 15 il deyil, 10 il rəqəmi olmuşdur. Həmçinin, müqavilənin axırıncı abzasında ili əks etdirən “2003” rəqəmində düzəliş olunmuş, “2003” rəqəmində 2-ci “0” rəqəmi boya çəkilərək düzəliş olmuş, əvvəlki rəqəmi müəyyən etmək mümkün olmamışdır. Əvvəlki rəqəm saxta icarə müqaviləsinin ilkin variantında əks olduğu üçün, texniki ekspertizaya ehtiyac yoxdur. Cavabdeh1 tərəfindən Quba rayon məhkəməsinə və Sumqayıt İnzibati-İqtisad məhkəməsinə iddia ərizəsi ilə birlikdə təqdim etdiyi müqavilələrdə “2003” rəqəmi yerində əvvəl ”2013 il” rəqəmi olması aydın görünür. Sonradan “1” rəqəmi pozularaq “0” yazılmışdır ki, guya icarə müqaviləsi 2013-cü ildə deyil, 2003-cü ildə tərtib edilmişdir. İcarə müqavilə sinin saxtalaşdırılaraq, 2013-cü ildə deyil, guya 2003-cü ildə yazılmasının saxtalaşdırılması faktı təkzibolunmazdır. Belə ki, müqavilənin blankına diqqətlə baxanda açıq-aydın görünür ki, 10 illik icarə müddəti 2013-cü ildə başa çatdıqdan sonra əvvəlki tarixə - 29 aprel 2003-cü il tarixə 15 illik saxta icarə müqaviləsi və digər sənədlər tərtib olunmuşdur. Yəni müqavilə blankları 2010-cu ildən sonrakı illər üçün çap olunmaqla 2003cü ildə həmin blanklar mövcud ola bilməzdi. Məhkəmə-xətşünaslıq ekspertizasının 9 iyun 2019-cu il tarixli rəyindən həmçinin görünür ki, Cavabdeh1 təqdim etdiyi Əlik bələdiyyəsi adından olan 3 aprel 2003-cu il tarixli 4 saylı qərarından çıxarışda da “katibi” sözündə edilmiş imza bələdiyyə üzvü olmuş X5 tərəfindən icra olunmamışdur, yəni saxtadır. Həmin vaxtı bələdiy yənin sədri olmuş X1 və müavini X3 bildirmişlər ki, 2003-cu ilin aprel ayında Cavabdeh1 10 il müddətinə 80 hektar örüş sahəsi icarəyə verilmiş və 2013-cü ildə icarə müddəti başa çatmışdır. İcarə müddəti 15 il göstərilən sənədlər və onların adından edilmiş imzalar saxtadır. Əmrah Əmrahov həmçinin bildirmişdir ki, 2013-cü ildə Cavabdeh1 ona müraciət edərək ona ayrılmış torpaq sahəsinin 10 illik icarə müddəti bitdiyi üçün 15 illik sənəd almaq istədiyini bildirmiş, o, Şahinə artıq bələdiyyədə işləmədiyini demiş, sonradan məlum olmuşdur ki, Şahin 15 illik saxta sənədlər əldə edib. Odur ki, məhkəmə baxışı zamanı keçirilmiş sənədlərin texniki və xətt ekspertizaları rəyləri ilə Cavabdeh1la Quba rayon Əlik bələdiyyəsi arasında olan 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsinin d ə saxta olması müəyyən olunduğu üçün əvvəlki iddiaya əlavə olaraq həmin icarə müqaviləsinin də ləğv olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 adına olan JN-5403 saylı Şəhadətnamə ləğv edilməsi və torpaq sahəsinin onun adına qeydiyyata alınmasına dair qeydiyyatın Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Reyestrindən çıxarılması qət olunmuşdur. Məhkəmə, icarə müqaviləsinin ləğvinə dair tələbə inzibati icraat qaydasında baxılmalı olması əsası ilə icraata xitam vermiş və göstərilmişdir ki, icarə müqaviləsinin ləğvinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, JN-5403 nömrəli Şəhadətnamədə göstərilmişdir ki, 09 avqust 2004-cü ildə verilmişdir. C avabdeh1 torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilənin axırıncı abzasından isə görünür ki, müqavilə Quba rayon Torpaq şöbəsində 25 iyul 2013-cü ildə 192 nömrə ilə qeydiyyata alınmışdır. İcarə müqaviləsi Torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alındığı halda 9 il əvvələ, yəni 09 avqust 2004-cü il tarixli JN-5403 nömrəli Şəhadətnamə necə verilə bilər, halbuki bələdiyyə sənədləri torpaq şöbəsində qeydiyyata alındıqdan sonra rayon torpaq şöbəsində müvafiq sənədləşmə aparılaraq dövlət qeydiyyatı sənədi olan şəhadətnamə verilməlidir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununa tələblərinə əsasən 2006cı ilin iyulun 6-dan daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquq larının əmələ gəlməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməli idi. Lakin, müqavilə və digər sənədlər saxta olduğundan Cavabdeh1 Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətinə müraciət etməmiş və 25 iyul 2013-cü ildə Quba rayon torpaq şöbəsində qeydiyyata aldıraraq əvvəlki illərə, yəni 09 avqust 2004-cü il tarixli JN-5403 nömrəli qanunsuz şəhadətnamə əldə etmişdir. Bundan əlavə, 29 aprel 2003-cü il tarixli icarə müqaviləsində çoxsaylı pozuntu və düzəlişlər olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən həmin sənədlər dövlət qeydiyyatına alına edilə bilməz. Qanunun 11-ci maddəsində göstərilir ki, hüquqların əldə olunmasını təsdiq edən sənədlər dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı, mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin a dları tam şəkildə yazılmalı, həmçinin pozulmuş və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan sənədlər dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin icarə müqaviləsində çoxsaylı pozuntu və düzəlişlər vardır. Təkcə onu demək kifayətdir ki, icarəçinin soyadı “Salmanov” əvəzinə Quliyev yazılıb, sonradan mötərizədə “Salmanov” göstərilib, “kənd” sözu “t” hərfi ilə yazılıb, icarə müddəti olan “10” rəqəmi sözlə “on beş il” yazılıb, “Cek” kəndi əvəzinə “Cek” sədri yazılıb və sair - bu barədə qeydlər işdə vardır və əlavə olunur. Hətta icarə müqaviləsinin blankı da 2010-cu ildə çap olunduğu halda, geri tarixə - 2003-cü ilə sənədləşdirilməsi acıq-aydın görünür. Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan 07 iyun 2021-ci il tarixli qərarına əsasən icarə müqaviləsinin ləğvinə dair iddia tələbi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət olunmuş, İnzibati Məhkəmənin 17 may 2022-ci ildə keçirilmiş hazır iclasında göstərilmişdir ki, müqavilə sərəncam xarakteri daşımadığından, onun ləğv olunması ilə bağlı ərazi üzrə Quba Rayon Məhkəməsi qarşısında iddia qaldırılmalıdır.

9. Quba Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(027)-1627/2022 nömrəli qətnaməsi ilə (hakim V.M.Seyidov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, cavabdehin istifadəsində olan, 80 hektar yay-otlaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş (əvvəllər mübahisəli torpaq sahəsinə mülkiyyət çi ilə aralarında icarə müqaviləsi olsa da, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxt həmin torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti uzadılmamışdır), torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı və ya icarə müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88, 216, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxa rılmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024cü il tarixli, 2(105)-56/2024 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynov və A.H.Hüseynzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh Quba rayon Əlik Bələdiyyəsinə qarşı “cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, “Quba rayonu Əlik bələdiyyəsindən məhkəməyə daxil olmuş 16 aprel 2024cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, üçüncü şəxs İddiaçı ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsinin müddəti bitmişdir. Üçüncü şəxs İddiaçı ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsi mövcud deyildir”. Üçüncü şəxslə icarə müqaviləsinin müddəti uzadılmadığından iddia iddiaçının hüquqi marağına uyğun hesab edilməyərək mümkün sayılmamışdır.

15. İddiaçı apellyasiya kollegiyasına Quba rayonu Əlik bələdiyyəsi iclasının 14 sentyabr 2021-ci il tarixli, 09 №-li protokolunu təqdim edərək icarə müddətinin 15 il müddətinə uzadıldığını göstərmişdir.

16. Qeyd olunan ziddiyyətin araşdırılması məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsini n Mülki kollegiyası tərəfindən 30 avqust 2024-cü il tarixli sorğu ilə Quba rayonu Əlik Bələdiyyəsinə müraciət edilmiş, Quba rayonu Əlik Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli sorğusuna cavab məktubundan görünür ki, 14 sentyabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə Bələdiyyə torpağından 9 ha boş istifadəsiz torpaq sahəsi İddiaçı Osmanpşa oğluna 15 il müddətə icarəsinə verilməsi qeyd edilsə də, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə iddia mümkün sayılmamışdır. Qərardan da görünür ki, icarə müqaviləsinin müddəti bitmişdir. Bundan sonra Quba rayonu Əlik Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmamışdır. Əlavə olaraq bildirmişdi r ki, 14 sentyabr 2021-ci il tarixli 9 nömrəli protokolda icarəçi İddiaçı icarəsində olan arıçılığı inkişaf etdirmək üçün verilmiş torpaq sahəsinin icarə müddəti bitdiyinə görə onun icarə müqaviləsinin müddəti eyni müddət olmaqla 15 il müddətinə uzadılması qeyd edilsə də, ümumiyyətlə İddiaçı ilə Bələdiyyə arasında icarə müqaviləsi uzadılmamışdır.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə icarə münasibətlərinə son qoyulmuş, mübahisələndirilən əqd üzrə icarəyə verilmiş torpaq sahəsi üzrə iddiaçının heç bir qanuni mənafeyi müəyyən edilmir. Bu qeyd olunanlar isə bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı araşdırılan mübahisə üzrə hüquqi ixtiyara malik deyildir. Apellyasiya kollegiyası hesab etmişdir ki, subyektiv hüququn birinci elementinin olmaması, iddianın əsaslığının araşdır ılması zərurətini aradan qaldırmış olur.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 706.1, 706.2, 706.3, 719.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(105)-56/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddia ərizəsinin məzmununa uyğun olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 706.1, 706.2, 706.3-cü maddələri pozulmuşdur.

21. Kassasiy a şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işi n faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şə rtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və hesab etmişdir ki, mübahisələdirilən müqavilənin etibarsızlığını tələb etməyə iddiaçının subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır. 29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də hə yata keçirilməsindən söhbət gedə bilməz.

30. İddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti bitdiyindən, habelə iddiaçının mübahisəli torpaq sahəsinə başqa əsasla hüquqlarının olmasını təsdiq edən sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının bu iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur.

31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul e dilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(105)-56/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar