Məhkəmə qərarları › İş №2(102)-3962/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3962/2023

14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3962/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X oğlunun cavabdehlər X qızı, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X oğlunun cavabdehlər X qızı, 1 saylı Sumqay ıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququ tanınaraq müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı X oğlu və cavabdeh X qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X11 ilə Cavabdeh4 xx.xx.1979-cu ildə nikah bağlamışdır və həmin nikahdan xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1984cü il təvəllüdlü Azimi Leyla və xx.xx.1986-cı il təvəllüdlü Azimi Ali adlı övladları doğulmuşdur.

2. Əzimi X1 ilə qeyri rəsmi evliliyindən xx.xx.2002-ci ildə Əzimi Abbas doğulmuşdur. 3. xx xx.xx.2007-ci il tarixdə X5 ilə bağlanmış alğı-satqı müqaviləsi əsasında ünvan 1 olan bağ evini almış və həmin ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınaraq MH seriyalı, №0009803 saylı çıxarışla rəsmiləşdirilmişdir.

4. Azimi Eynollah 17.12. 2017-ci il tarixli etibarnamə ilə X15 mülkiyyətində olan Novxanı bağ massivində yerləşən 137V saylı bağ evinə dair sərəncam verməyi etibar etmişdir.

5. X18 qeyd edilən etibarnamə əsasında xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlayaraq həmin bağ evini Azimi Eynollahın adından X17 bağışlamışdır.

6. X13 xx.xx.2018-ci il tarixdə Tehran şəhərində ölmüşdür. Onun vərəsələri olaraq nikahda olmuş arvadı - Cavabdeh4 Norouzalı qızı, övladları - X30, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu, Cavabdeh5 Einollah qızı və X19 qalmışdır.

7. Cavabdeh4 Norouzalı qızı, X30, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı yuxarıda qeyd olunan etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmış və Qubadlı Rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X15 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azimi Einollaha məxsus ünvan 1-nin İddiaçı bağışlanması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən İddiaçı adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Bundan sonra Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə” əsasında mərhum X2 q almış arvadı Hassanzadeh Roghayenin onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. Miras əmlak kimi, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********90-11301 reyestr nömrəsi ilə Azimi Eynollahın adına qeydə alınmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evi qeyd olunmuşdur.

9. Həmçinin Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində V-90/2022 nömrəli vərəsəlik işi açılmış və Eynulla Ezzatollah oğlunun vərəsələri: arvadı - Cavabdeh4, övladları - Azimi Ali, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi 2V-125 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlakın Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarət olduğu, hər birinin payının 1/6 hissədən ibarət olduğu, 1/6 hissədə Azimi Abbasın payının açıq saxlandığı qeyd edilmişdir.

10. Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Azimi Ali, Cavabdeh7 Einollah, Cavabdeh5 Einollah və Cavabdeh6 Einollah xx.xx.2022-ci il tarixli, 2V-125 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Hassanzadeh Roghayenə bağışlamışlar.

11. Bundan sonra ünvan 3 evin 11/12 hissəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmış, bağ evinin 1/12 hissəsi açıq pay kimi q eyd olunmuşdur.

12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9286/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roghieh Hassanzadehin cavabdehlər İddiaçı, X10, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat Kontoru və DƏDRX-in Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə” dair iddia tələblərinin rədd edilməsi qət edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Roghieh Hassanzadehin ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir (bu qətnamədən verilmiş kassasiya şikayəti üzrə icraat dayandırılmışdır) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı X oğlu (bundan sonra – iddiaçı) cavabdehlər X31, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional “ASAN X idmət” Mərkəzində verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququ tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi notar iat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən bağ evi iddiaçının babası (anası X7 atası) X3 məxsus olmuşdur. Babası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən-bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. 2007-ci il tarixdə atası Əzimi Eynullah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə babası A.Ağayev atası Ə.Eynullah ilə alğı-satqı müqaviləsi bağlayaraq, ümumi sahəsi 45,52 kv.m olan bağ evini Ə.Eynullaha satmışdır. Sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən atası tərəfindən Ağakişi Ağayevə hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmiş, vəfat etməzdən əvvəl də həmişə bildirmişdir ki, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evini nəvəsi - Əzimi Eynullahın oğluna vermək niyyətində olmuşdur. 2017-ci il tarixdə atası ilə anası Firəngiz Ağayeva arasında belə bir razılaşma olmuşdur ki, bağ evi bütövlükdə atasının adına qeydiyyata alınmasına razılıq verilir, o, (atası Ə.Eynullah) isə həmin bağ evini oğluna bağışlayır. 16 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evi Ə.Eynullahın oğlu olaraq iddiaçıya bağışlanmışdır. Lakin cavabdeh Roqhieh Hassanzadeh və digərləri tərəfindən iddiaçıya bağışlanmış və mülkiyyətində olmuş bağ evinə dair bir sıra məhkəmə mübahisələri açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin cavabdehlər X10, X oğluna və qeyrilərinə qarşı iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin iddia üzrə icraat kassasiya instansiyasında dayandırılmışdır. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa da götürülməməmişdir. Lakin bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsi cavabdeh Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, 1/12 hissəsi isə açıq pay kimi saxlanılmış, bağ evinin ½ hissəsinə Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, həmin bağ evinin ½ hissəsinə dair isə Hassanzadeh Roqhayehin və digər şəxslərin adına xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və digər şəxslər öz miras paylarını Hassanzadeh Roqhayehə bağışlamışlar. Beləliklə də Hassanzadeh Roqhayeh ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsinə mülkiyyət hüququ əldə etmişdir.

16. Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Azimi Einollaha məxsus olm uşdur. Həmin ev onların nikahı dövründə - 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətidir. Belə ki, həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Azimi Einollah vəfat edənədək həmin nikah pozulmamışdır. 2017-ci ildə Azimi Einollahın səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəmişdir. Onun xəstəliyi öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah 10 may 2018-ci ildə vəfat etmişdir. Azimi Einollah vəfat etməmişdən əvvəl onun rəsmi nikahda olduğu Cavabdeh4, həmçinin rəsmi nikahdan anadan olmuş övladlarının hamısı daima həmin evə gəlib-getmişlər və Azimi Einollahın ailə üzvləri kimi orada qalmışlar. Azimi Einollahın vəfatından sonra onun vərəsələri öz aralarında miras əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman məlum olmuşdur ki, mərhum Azimi Einollahın adından X15 etibarnamə vermiş və X18 da həmin etibarnaməyə əsasən ünvan 1-ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X oğluna bağışlamışdır. Həmin bağışlama müqaviləsi Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-346/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, evə dair verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra isə Azimi Einollahın mirasına dair 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisində qanun üzrə vərəsəlik müəyyən olunmuş, həmin ev mərhum X21 Hassanzadehin ümumi birgə mülkiyy ətlərində olduğundan notariat ofisi tərəfindən evin hissəsinə dair Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, evin qalan hissəsi Azimi Einollahın miras kütləsinə daxil edilmiş və həmin mirasa dair vərəsəlik müəyyən olunmaqla vərəsələr arasında bölüşdürülmüşdür. Azimi Einollahın mirasından pay almaq hüququ olan cəmi 6 vərəsəsi var. Evin 50 faiz hissəsi 6 vərəsə arasında bölünmüş, 5 vərəsə öz miras payını qəbul etmiş, 4 vərəsə öz miras paylarını 1 vərəsəyə, yəni Cavabdeh4 bağışlamış, Abbas Əziminin payı isə açıq saxlanılmışdır. Beləliklə, iddiaçının Mülki Məcəllənin mirasın qəbul edilməsi ilə bağlı münasibətləri tənzimləyən 1243, 1246-cı maddələrinə istinad etməsi tamamilə əsassızdr. Çünki, qeyd edildiyi kimi mərhum Azimi Einollah vəfat edən za man, yəni onun mirasının açıldığı vaxt ünvan 4 ünvanında yerləşən bağ evi onun miras kütləsinə daxil deyildi, həmin bağ evi qanunsuz və saxtakarlıq yolu ilə, onun ölümündən əvvəl ağır xəstə olmasından sui-istifadə edilməklə mənimsənilmişdir. X37 vəfat edən zaman həmin ev onun miras kütləsinə daxil olsaydı, vərəsələr həmin mirası mirasın qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına ərizə verməklə qəbul edəcəkdilər, yaxud faktiki üsulla qəbul edərək həmin evə sahiblənəcəkdilər. Lakin, həmin vərəsələr Azimi Einollah vəfat etdikdən sonra həmin bağ evinə gələrkən evin Abbas Əzimiyə məxsus olması bildirilərək həmin evə buraxılmamışlar və Sumqayıt Şəhər Məhkəməsində qaldırılan iddia tələblərindən biri də, məhz həmin şəxslərin həmin bağ evinə köçürülmələri tələbi olmuşdur. Bundan baş qa, Azimi Einollahın həyat yoldaşı və uşaqları daima həmin evə gəlib orada qalmışlar, hətta Əli Aziminin övladı da həmin bağ evində qeydiyyatda olmuşdur. Evin təmir-tikinti işlərində də mərhum Azimi Einollahın rəsmi nikahdan olan övladları yaxından iştirak etmişlər. Məlumdur ki, mirasın qəbul edilməsi vərəsənin mirasın qəbul edilməsinin formal üsulu ilə notariat orqanına müraciət etməsi, yaxud mirasın faktiki üsulu ilə mirasa sahiblənmək istiqamətində müəyyən hərəkətlər etməsi ilə şərtləndirilmişdir. Lakin, Ali Aziminin, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 mərhum Azimi Einollahın mirasını hər hansı üsulla qəbul etmək istiqamətində müvafiq iradə ifadəsi nümayiş etdirmələri və ya müəyyən hərəkət etmələri onların iradələrindən asılı olmayan səbəblərə görə, Nicat Novruzovun, Firəngiz Ağayevanın və Abbas Əziminin qanunazidd əməllərinə görə mümkün olmamışdır. Bu səbəbdən də, həmin şəxslərin tərəfindən Mülki Məcəllənin 1246cı maddəsində nəzərdə tutulan mirasın qəbul edilməsi müddəti ötürülməmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X31, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 cavabdeh qismində işə cəlb edilmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-187/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ h aqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması qət edilmiş, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair hissədə təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində iş düzgün aparılmamışdır. Miras qoyan E.Əzimi vəfat etdikdən sonra iddiaçı ünvan 1 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. Mirasın açıldığı zaman 26 yanvar 2022-ci il tarixdə miras qoyan X8 övladı X oğlu birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsələr bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişlər. Mirasın açılmasından xeyli müddət 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadeh Norouzali qızının və digərləri nin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verməsini məhkəmə tamamilə qanunsuz hesab etmişdir.

20. Həmçinin məhkəmə qeyd etmişdir ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə qadağa mövcud olmuşdur.

21. Məhkəmə iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması hissəsində təmin etməmiş, bu hissədə mövqeyini belə əsaslandırmışdır ki, həmin vəzifənin qoyulması məhkəmənin səlahiyyətinə aid olmamış və gələcəkdə bu məsələ ilə iddiaçı notariat kontoruna müraciət etmək iqtidarında olmuşdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 139, 139-1, 337, 354, 404, 1133, 1146, 1151, 1159-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 60-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh4 Norouzalı qızı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhk əməsində təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Ayaz Mahmudov) cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsə lik hüququnun tanınması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə qismən təmin edilməsi, iddia tələbinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının mərhum X9 miras qalmış ½ hissə əmlaka vərəsəlik payının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərə mirasın açılmasından 3 il 8 ay keçdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa, iddiaçı birinci növbəli vərəsə olduğu halda onun barəsində notariat orqanına məlumat verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bağışlama müqaviləsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunduğundan onun əsasında verilmiş bağışlama müqaviləsi də etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu barədə gəlmiş olduğu nəticə ilə razılaşmışdır.

29. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından müəyyən olunduğu kimi miras əmlak birgə nikah dövründə əldə olunduğudan həmin əmlakın ½ hissəsi Cavabdeh4 məxsus olmuşdur. Məh kəmə kollegiyası qeyd etmişdir ki, həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Ona görə də iddia tələbi xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsinə dair düzgün nəticəyə gəlsə də bunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi qeyd edilən çıxarış vərəsəlik hüququ h aqqında şəhadətnamə və onun əsasında verilmiş bağışlama müqaviləsinin əsasında verilmişdir. Şəhadətnamə və müqavilə etibarsız hesab olunduğundan onların əsasında verilmiş çıxarış ləğv olunmalıdır.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınmasına dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddianı həmin hissədə təmin edərkən miras əmlakın kütləsini düzgün müəyyənləşdirməmiş, ünvan 1 ünvanında yerləşən bağ evinə dair tam şəkildə iddiaçının vərəsəlik hüququnu tanımışdır. Halbuki həmin ev mərhum X14 ilə Cavabdeh4 nikah dövründə əldə etdikləri birgə əmlak olduğundan həmin əmlakın ½ hissəsi Cavabdeh4 məxsus olmuşdur. Belə olduqda isə X4 qalan miras əmlak həmin evin ½ hissəsindən ibarət ol muşdur ki, məhz həmin əmlaka da iddiaçının vərəsəlik payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası vərəsəlik hüququnun tanınmasını vərəsəlik payının müəyyən edilməsi kimi hesab etmişdir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1505 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2922 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə dair mülki işin icraatı hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Bundan başqa iddiaçının vəkilinin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı X28 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 6 ünvanındakı Əzimi Eynullaha məxsus bağ evinin sahəsinə müvafiq düzəliş edilərək, 45,52 kv.m kimi qeydiyyata alınmasına, eləcə də bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili bildirmişdir ki, həmin sənədləri təqdim etməkdə məqsədi iş üzrə icraatın dayandırılmasını xahiş etmək deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin işə baxılması ilə əlaqədar olaraq hazırkı mülki işin icraatının dayandırılmasına lüzum olmamışdır. Belə ki, işlər üzrə tərəflər başqa olmuşdur. Bundan baş qa ərizədən görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakın ümumi sahəsi 307,7 kv.m olmuşdur. Hazırkı mülki iş üzrə mübahisəli miras əmlakın ümumi sahəsi isə 167.1 kv.m olmuşdur.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 225, 354, 404, 1133, 1146, 1151, 1159, 1162-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 60-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə Oktay oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi, “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin cavabdehlər X10, X oğluna və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Məhkəməyə təqdim etdiyi sübutlardan və işin hallarından da məlum olduğu kimi Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-9286/2019 saylı mülki iş üzrə yekun məhkəmə qərarı hələ ki, qəbul edilməmişdir. Belə ol an halda apellyasiya instansiyası məhkəməsi iddia tələbini “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində də təmin etməli idi.

36. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

37. Cavabdeh4 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, Azimi Einollahın mirası açılan vaxt mübahisəli bağ evi həmin şəxsin mülkiyyətində olmamış və qanunsuz yolla iddiaçının adına bağışlama yolu ilə rəsmiləşdirilmişdir. Belə olan halda miras açıldığı vaxtdan, yəni Azimi Einollahın vəfat etdiyi vaxtdan 3 ay ərzində mirasın onun qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına müraciət etməklə qəbul edilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən mirası faktiki qəbul etməsi barədə məhkəmə kollegiyasının mövqeyi də tamamilə əsassızdır. Çünki iddiaçı miras açılan vaxt mübahisəli bağ evi qanunsuz yolla onun mülkiyyətinə keçmişdi və həmin şəxs vərəsə kimi evə sahiblənmək üçün deyil, evin mülkiyyətçisi kimi yaşayırdı. Bundan başqa, qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən iddiaçı vərəsəlik hüququndan məhrum edilməmiş, əksinə payı açıq saxlanılmış və onun həmin payını qəbul etməyə heç kim mane olmamışdır. Yəni, işdə olan şəhadətnamənin surətindən də görünür ki, vərəsələrdən biri Abbas Əzimi qeyd edilmişdir. İddiaçın ın adı vərəsələrin adları siyahısında qeyd edilməsinə baxmayaraq, notariat orqanına müraciət etməmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddiaçının tələbini təmin etməmiş və iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Lakin məhkəmə kollegiyası vərəsəlik hüququnun tanınmasına dair iddia tələbinin apellyasiya baxışının predmeti olmamasına baxmayaraq bu hissədə baxaraq qanunsuz qərar vermişdir. Apellyasiya instansiya məhkəməsi MPM-in 372-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarın tələblərini pozaraq apellyasiyanın predmeti olmayan hissədə işə baxaraq qanunsuz qətnamə qəbul etmişdir.

39. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1162, 1243, 1246-cı, Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 9, 14, 88, 217, 218, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

41. Maddə 29, V hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

42. Maddə 129, İ hissə. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutu lan hallarda qeydə alınmalıdır.

44. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

45. Maddə 139-1.1.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

46. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

47. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanma sına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

48. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

49. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açı ldığı vaxt sayılır.

50. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

51. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar.

52. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

53. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

54. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başla dıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

55. Maddə 1243.3. Mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

56. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

57. Maddə

58. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

58. Maddə

60. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

59. Maddə 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

60. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hök umət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”

61. Şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olubolmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin mirası qəbul etməməsi barədə nəticəyə gələrkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

70. Belə ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə Mülki Məcəllənin qanun üzrə vərəsəliyi tənzimləyən normaları, habelə ər-arvadın nikah müddətində əldə edilmiş əmlakın rejimi ilə bağlı normaları tətbiq olunmalıdır.

71. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş, miras qalmış bağ evinin birgə nikah müddətində əldə edildiyinə görə həmin evdən sağ qalmış arvadın payını ½ hissədə müəyyən etmişdir. Məhkəmənin gəldiyi bu nəticə Mülki Məcəllənin 225.1 və 1162-ci maddələrinə uyğundur. Buna görə də iddiaçının miras qalmış bağ evindən sağ qalmış arvadın (cavabdeh Qoqhayeh Hassanzadein) payının ½ hissədə müəyyən edilməsi hissəsinin ləğv olunması barədə dəlilləri əsassızdır. Həmçinin qeyd olunmalıdır ki, daşınmaz əmlaka dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pr ezumpsiyası qüvvədədir (Mülki Məcəllənin 140-cı maddəsi). Buna görə də iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ ilə bağlı gətirdiyi dəlillər, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olmadığı üçün qəbul olunmur.

72. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehlər tərəfindən mirasın qəbul edilməməsi barədə nəticəyə gələrkən, işin hallarını tam araşdırmamışdır.

73. Belə ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

74. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçi rir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

75. Həmçinin vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243.3-cü maddəsi).

76. Bu baxımdan cavabdehlərin yalnız mübahisəli Novxanı bağ massivi, 137V saylı bağ evini faktiki cəhətdən ələ keçirib ona sahib durması, idarə edib təsərrüfat aparmasının araşdırılması kifayət etmir.

77. Baxılan işdən görünür ki, cavabdehlər İran Respublikasında yaşayırlar. Bu baxımdan, mərhum X32 Respublikasında miras əmlakı n qalıb qalmaması, qalıbsa həmin əmlakın cavabdehlər tətəfindən qəbil edilib-edilməməsi araşdırılmalı idi. Lakin məhkəmə tərəfindən bu cür araşdırma aparılmamışdır.

78. Bundan başqa, işin hallarından görünür ki, cavabdehlər miras əmlak olan evlə bağlı əqdlər bağlamaq səlahiyyətini ehtiva edən xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin və evin bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız sayılması barədə iddia qaldırmış və həmin iddia bağışlama müqaviləsinin etibarsız sayılmasına aid hissədə təmin olunmuşdur.

79. Nəzərə alınmalıdır ki, həmin iddia, X30, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızının vərəsələr kimi mübahisəli evə münasibətdə bu iddianı verməyə subyektiv hüququ tanınmaqla həll oluna bilərdi. Həmin iş üzrə qətnamə də məhkəmə gəldiyi nəticəni əsaslandırarkən başqa əsaslarla yanaşı həm də qeyd etmişdir ki, «Azimi Eynollah xx.xx.1979-cu ildə Roqayenlə ailə qurmuşdur və həmin nikahdan onların uşaqları var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın».

80. Göründüyü kimi, məhkəmə aktı ilə cavavdehlərin miras qalmış əmlakın hüququ rejimi ilə bağlı iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması təşkil etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə göstəri lən qətnamə hazırki iş üzrə MPM-in 82.3-cü maddəsinə görə preyudisial əhəmiyyətə malik olmasa da, iş üzrə digər sübutlarla yanaşı araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin mirası qəbul edib-etməmələri məsələsinə hüquqi qiymət verilərkən göstərilən qətnaməyə istinad etməmiş və nəzərə alınmamışdır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

82. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

83. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər. Belə mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

84. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

85. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

86. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 37 2.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

87. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

88. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X oğlunun kassasiya şikayəti təmin edilməsin. Cavabdeh X qızının ka ssasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, xx.xx.2022-ci il tarixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması tələblərinə aid hissədə (birinci instansiya məhkəməsinin qətnaməsinin «cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qey diyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X oğlunun vərəsəlik hüququnun tanınmasının ləğv edilməsi» hissəsində, «cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X oğlunun mərhum X9 miras qalmış ½ hissədə əmlaka vərəsəlik payının müəyyən edilməsi» hissəsində, habelə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün göndərilsin. Qətnamə «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv olunması» tələbinin və «vərəsəlik hü ququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması» tələblərinin rədd olunmasına aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar