Məhkəmə qərarları › İş №2(102)-3964/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3964/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3964/2021 05.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-537/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "x xxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 23 iyul 2010-cu il tarixli, NVD 1155/944-07/2010 saylı X1 müqaviləsindən və müqaviləyə əlavə Spesifiksiyadan görünür ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2010-cu il tarixli NVD 1155/944-07/2010 saylı X1 müqaviləsinə əsasən cavabdehə "xxxx" Lizinq Şirkəti QSC 1 ədəd “XXX” markalı, ban nömrəsi: WDB2110651A043529, buraxılış ili 2002-ci il olan avtomobili "xxxx" Lizinq Şirkəti QSC öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 29000 ABŞ dolları olan 1 ədəd “XXX” markalı nəqliyyat vasitəsi l izinq alan Cavabdeh1 təhvil verilmişdir. 23 iyul 2010-cu il tarixli NVD 1155/944-07/2010 saylı zaminlik müqavilələrindən görünür ki, həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminliyə dair sonradan hər hansı razılaşma olmamışdır. Zaminlik müqaviləsinə əsasən zaminlər borclunun öhdəliklərinin tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyır. Həmçinin həmin müqaviləyə əsasən zamin borcalan tərəfindən öhdəliyin icra olunmaması və lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qətnaməsinin tam icra olunub başa çatmasınadək hesablanan faiz borcunun banka ödənilməsini təmin etməlidir. Cavabdeh1 haqqında 23 iyul 2010-cu il və 23 iyul 2011-ci il tari xli şəxsi hesabdan çıxarışlara əsasən, lizinq məbləği 26000 ABŞ dolları təşkil etmiş, lizinq borcu 25 iyul 2011ci il tarixə qədər hesablanmışdır. Ödəniş cədvəlindən məlum olur ki, cavabdeh hər ay 848 manat ödəməli, son ödəniş tarixi 23 iyul 2014-cü il müəyyən edilmişdir. Pretenziyanın surətlərindən görünür ki, "xxxx" Lizinq Şirkəti QSC Cavabdeh1 xəbərdarlıq edərək borcunu vaxtında qaytarılmadığı halda məhkəməyə müraciət ediləcəyi, yaranmış borcun, ona hesablanmış faiz və cərimələrin ödənilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməmühasibatlıq ekspertizasının 27 iyun 2018-ci il tarixli, 12570 saylı və 25 sentyabr 2019-cu il tarixli, 23178 saylı rəylərindən məlum olur ki, 23 iyul 2010-cu il tarixli, NVD 1155/94407/2010 saylı X1 müqaviləsi üzrə 04 iyul 2016-cı il tarixə Cavabdeh1 əsas borc üzrə 17881,12 ABŞ dolları, faiz borcu üzrə 8903 ABŞ dolları borcu yaranmışdır. Lizinq şirkəti tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Bu səbəbdən də cərimə məbləği hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2019-cu il tarixli, 23178 saylı və 25 fevral 2020-ci il tarixli, 28454 saylı rəylərindən məlum olur ki, 23 iyul 2010-cu il tarixli, NVD 1155/944-07/2010 saylı X1 müqaviləsi üzrə 18 oktyabr 2011-ci il tarixə Cavabdeh1 lizinq şirkətinə gecikməsi müəyyən olunmur, 2023,88 ABŞ dolları artıq ödəmə müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsin də icraat İddiaçı «XXX” Lizinq Şirkəti QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daxili lizinq müqaviləsi üzrə 818,20 ABŞ dolları əsas, 1195 ABŞ dolları faiz, 197 ABŞ dolları cərimə, ümumilikdə 2210,20 ABŞ dolları və 30 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında 23 iyul 2010-cu il tarixli, NVD 1155/944-07/2010 saylı X1 müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “XXX” markalı, ban nömrəsi: WDB2110651A043529, buraxılış ili 2002-ci il olan avtomobili "xxxx" Lizinq Şirkəti QSC öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində 26000 ABŞ dolları məbləğində borcu illik 24 faiz olmaqla, 48 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. X1 müqaviləsinə əlavə olaraq eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC arasında 23 iyul 2010-cu il tarixli, NVD 1155/944-07/2010 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq məbləği ödəməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh öhdəliyi icra etmədiyinə görə lizinq obyekti geri qaytarılmışdır. Cavabdehə borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Masallı Rayon Məhkəməsini n 13 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov, iş № 2(050)-162/2020) iddiaçı «XXX” Lizinq Şirkəti QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 818,20 ABŞ dolları əsas, 1195 ABŞ dolları faiz, 197 ABŞ dolları cərimə, ümumilikdə 2210,20 ABŞ dolları və 30 manat dövlət rüsumu tələbinə dair iddiasınin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən maddi hüquq normalarına əsasən iddia tələbi o vaxt əsaslı hesab oluna bilərdi ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizing müqaviləsi bağlansa da, həmin maddi normalara əsasən mübahisə üzrə lizinq borcu müəyyən olunmur və iddiaçı tərəfin dəlilləri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2019-cu il tar ixli, 23178 saylı və 25 fevral 2020-ci il tarixli, 28454 saylı rəyləri ilə təkzib olunur. Belə ki, həmin rəylərə əsasən 23 iyul 2010-cu il tarixli, NVD 1155/94407/2010 saylı X1 müqaviləsi üzrə iddiaçı tərəfin qeyd etdiyi 18 oktyabr 2011-ci il tarixə Cavabdeh1 lizinq şirkətinə gecikməsi müəyyən olunmur, əksinə 2023,88 ABŞ dolları artıq ödəmə müəyyən olunur. Belə olan halda məhkəmə iddiaçı tərəfin təqdim etdiyi dəlilləri mötəbər və təkzibolunmaz sübut olaraq qəbul etmir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov, N.Mirzəyev, iş № 2(106)-537/2021) iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilm əmiş, iddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-162/2020 saylı, 13 may 2020-ci il tarixli qətnaməsi, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin direktoru XXX tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə lizinq borcunun müəyyən olunmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizing müqaviləsi bağlansa da, həmin maddi müqavilə üzrə lizinq borcunun müə yyən olunmaması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəməmühasibatlıq ekspertizasının 25 sentyabr 2019-cu il tarixli, 23178 saylı və 25 fevral 2020ci il tarixli, 28454 saylı rəyləri ilə təsdiq olunur. Qeyd olunan rəylərə əsasən 23 iyul 2010cu il tarixli, NVD 1155/944-07/2010 saylı X1 müqaviləsi üzrə iddiaçı tərəfin qeyd etdiyi 18 oktyabr 2011-ci il tarixə Cavabdeh1 lizinq şirkətinə gecikməsi müəyyən olunmur, əksinə 2.023,88 ABŞ dolları artıq ödəmə müəyyən olunur. Həm də avtomobil 2011-ci ilin oktyabr ayında iddiaçı "xxxx" Lizinq Şirkəti QSC tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi dəlilləri mötəbər və təkzibolunmaz sübut olaraq qəbul etməməkdə və iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-537/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, apellasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad edilən ekspert rəyində ekspert tərəfindən hesablanmış məbləğlərin hansı üsul və qayda da hesablandığı, bu zaman ekspert tərəfindən hansı sübutlara əsaslandığı rəy ilə bağlı ətraflı araşdırma aparılmamışdır. Ekspert nəzərə almamışdır ki, lizinq obyektinin qiyməti 29000 ABŞ dollarıdır. Müqavilənin 10.1.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 5 gün ərzində lizinq alanın lizinq verənin hesablaşma hesabına ödəməli olduğu 3000 ABŞ dolları məbləğində avans və 52 ABŞ dolları məbləğində bankın servis xərci lizinq ödənişləri qrafikinə uyğun olaraq lizinq obyektinin dəyərinin qismən ödənilməsi üçün istifadə edilir. Ekspert rəyindən görünür ki, ekspert 3000 ABŞ dolları avans məbləğini 29000 ABŞ dolların məbləğində müəyyən edilən lizinq obyektinin qiymətindən deyil, 26000 ABŞ dolları maliyyələşdirilən məbləğdən aylıq ödəniş kimi çıxmaqla kobud səhvə yol vermişdir. Lizinq müqavil əsinin ayrılmaz tərkib hissəsi olan lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlində əks olunan illik sığorta xərci lizinq alan tərəfindən ödənilməli məbləğə daxil edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yo xlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu ic ranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas v əsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci m addəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ödənilmiş avans məbləğinin hansı məbləğdən (lizinq obyektinin və ya maliyyələşən məbləğdən) çıxılmasının düzgün müəyyən olunmamasına və servis xidmətlərinə görə ödənilmiş 52 ABŞ dollarının aylıq ödəniş kimi çıxmaqda və sığorta haqlarına ödənilmiş məbləği əsas və faiz borcuna silməklə borcun hesabla nmasında səhvə yol verilməsinə istinad edilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq alınmış 25 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, «tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə müqavilə müddətində, yəni 23.07.2014-cü il tarixədək lizinq alan razılaşdırılmış ödəniş cədvəli üzrə əsas və faiz borcu üzrə ümumilikdə 40680,00 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda təqdim edilmiş sənədlərə əsasən lizinq alan müqavilə dövründə 13895,88 ABŞ dolları məbləğində ödəniş etmişdir. Ümumi ödənilməli olan 40680,00 ABŞ dolları məbləğindən 13895,88 ABŞ dolları məbləğində ödənilmiş lizinq məbləği çıxıldıqda 04 iyul 2016-cı il tarixə qalıq borc 26784,12 ABŞ dolları müəyyən edilir». Bundan başqa iş materiallarında olan 23.07.2010-cu il tarixli ödəni ş qrafikindən görünür ki, lizinq obyektinin bazar dəyəri 29000 ABŞ dolları, maliyyələşən məbləğ 26.000 ABŞ dolları, müqavilə üzrə yekun ödənişlər isə 45733 ABŞ dolları (29000 ABŞ dolları (lizinq obyektinin dəyəri) + 14680 ABŞ dollar faiz (lizinq mükafatı) + 2001 ABŞ dolları (sığorta xərci) + 52 ABŞ dolları (servis xərci) müəyyən edilmişdir. Yuxarıda istinad olunan rəylə müəyyən olunduğu kimi ekspert rəyində 3000 ABŞ dollarının da daxil edildiyi 13895,88 ABŞ dolları məbləğinin (bu məbləğində daxilinə hansı məbləğlərin aid edilməsi (sevis və sığorta məbləğlərinin bu məbləğ daxil olması) qeyrimüəyyən qalmaqdadır) hansı səbəbdən 40680 ABŞ dollarından çıxılması müəyyən edilmir və ümumiyyətlə həmin məbləğin hansı məbləğlərin cəmi olması, cəmi lizinq ödənişi, lizinq obyektinin dəyəri və ya maliyy ələşən məbləğ olaraq götürülməsi anlaşılmazdır. Kassator da məhz bu anlaşılmazlıqlardan çıxış edərək kassasiya şikayətində irəli sürdüyü dəlilləri apellyasiya şikayətində eyni ilə istinad etmiş olsa da, lakin apellyasiya instansiya məhkəməsi heç bir dəlilin araşdırılmasına cəhd etməmiş və faktiki olaraq dəlillər mülki prosessual qanunverciliyin tələbləri baxımından qiymətləndirilməmiş qalmışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktları nda işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə ba xarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəyə istinad olunan maddələrinin tələblərinin tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ayrılıqda hər bir ekspert rəyində və onların bir-biri aras ında ziddiyyətlərin olması nəticəsinə gəldiyi halda müvafiq olaraq yenidən ekspertiza təyin olunması məsələsini tərəflərlə birlikdə müzakirə etməli və araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-537/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar