Məhkəmə qərarları › İş №2(102)-3965/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3965/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3965/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativi, Cavabdeh1, X4, X2, X3 və Cavabdeh3 qarşı 280.000 manat pul və 46.500 manat cərimə borcunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)13171/2019 saylı, 3 0 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(011)-2845/2019 saylı qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 müştərək qaydada 280.000 manat məbləğində əsas borc, 20.000 manat məbləğində cərimə borcu, cəmi 300.000 manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi kimi 30 manatın alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13171/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəb iyev və A.Ə.Hüseyn), Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2845/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12 aprel 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 MənzilTikinti Kooperativinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativi və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.2018-ci il tarixində imzalanmış akta əsasən ödənilməmiş 270.000 manat və hesablanmış 46.500 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 13.02.2019-cu il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, 01.09.2018-ci il tarixli akta əsasən öd ənilməmiş 270.000 manat və hesablanmış 46.500 manat cərimə borcunun cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativi, Cavabdeh1, X4, X2, X3 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 02.04.2019-cu il tarixində yenidən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, 01.09.2018-ci il tarixli akta əsasən ödənilməmiş 280.000 manat və hesablanmış 46.500 manat cərimə borcunun cavabdehlər Cavabdeh2 MənzilTikinti Kooperativi, Cavabdeh1, X4, X2, X3 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 25.05.2007-ci il tarixində Cavabdeh2 MTK-nın direktoru Cavabdeh1 330.000 manat məbləğində pul öd əməklə ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 141,4 kv.m. sahədən və 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 158,4 kv.m. sahədən ibarət mənzillərin tikilib təhvil verilməsi ilə bağlı razılığa gəlmişdirlər. Həmin vaxt Cavabdeh2 MTK-nın direktoru Cavabdeh1 təklifi ilə müqavilələrdə mənzillərin qiymətləri aşağı yazılmış və bunu vergi məsələləri ilə izah etmişdir. Qeyd olunan mənzillər müqavilədə göstərilən tarixdə tamamlanmadığına və digər şəxslərə satıldığına görə iddiaçı ilə Cavabdeh2 MTK-nın direktoru Cavabdeh1 arasında 01.09.2018-ci il tarixində akt imzalanmış, həmin akta əsasən iddiaçı yuxarıda qeyd olunan mənzilləri geri qaytarmağı, Cavabdeh2 direktoru Cavabdeh1 isə müqavilə bağlanan zaman ödən ilmiş 330.000 manat məbləğində pulun 20.000 manat hissəsini akt tərtib olunan zaman, yerdə qalan 310.000 manat hissəsini isə 15.10.2018-ci il tarixinə kimi iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin akta əsasən Cavabdeh1 310.000 manat pulu 15.11.2018-ci il tarixinə kimi İddiaçı ödəməyəciyi halda ödəməli olduğu qalıq hissənin 15 %-i məbləğində pulu cərimə olaraq iddiaçıya ödəməyi öz öhdəsinə götümüşdür. Lakin Cavabdeh1 həmin aktla öz üzərinə götürdüyü öhdəliyini icra etməmiş, yalnız 06.12.2018-ci il tarixdə iddiaçıya daha 30.000 manat məbləğində pul ödənişi həyata keçirtmişdir. İddiaçı iddia tələbində 01.09.2018-ci il tarixində imzalanmış akta əsasən ödənilməmiş 280.000 manat və vaxtında ödənişi həyata keçirmədiyinə görə hesablanmış 46.500 manat cərimə borcunun cavabdehlər Cavabdeh2 M TK, Cavabdeh1, X4, X2, X3 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh3 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh3 və vəkili Şahverdi Ağaveys Nurkişi oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh X2 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin nümayən dəsi, Cavabdeh1, X4, X3 və Cavabdeh3 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Nümayəndə izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh3 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülk i Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə “xxxx” MTK arasında 25.05.2007-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən icraçı “xxxx” MTK ü nvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 149,3 kv.m. sahədən ibarət mənzili və 2-ci giriş, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 129,1 kv.m. sahədən ibarət mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzilləri qəbul etməyi və müvafiq olaraq mənzillərin ümumi dəyəri olan 26.874 manatı və 23.238 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin mənzillərin dəyəri tam ödənilmişdir. Cavabdeh2 MTK ilə İddiaçı arasında imzalanmış 01.09.2018-ci il tarixli akta əsasən tərəflər qarşılıqlı şəkildə razılığa gəlmişlər ki, İddiaçı Cavabdeh2 MTK ilə bağladığı 25.05.2007-ci il tarixli müqavilələrə əsasən Cavabdeh2 MTK-dan dəyərini ödəməklə satın aldığı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 141,4 kv.m. sahədən və 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 158,4 kv.m. sahədən ibarət mənzilləri tikinti işləri müqavilədə göstərilən tarixdə tamamlanmadığına görə Cavabdeh2 MTK-ya geri qaytarır və Cavabdeh2 MTK həmin mənzilləri geri qəbul edərək müqavilə bağlanan zaman ödənilmiş, mənzillərin ümumi dəyəri olan 330.000 manat məbləğində pulu İddiaçı ödəyir. Həmin akt əsasında tərəflər həmçinin qarşılıqlı şəkildə razılığa gəlmişlər ki, Cavabdeh2 MTK mənzillərin ümumi dəyəri olaraq İddiaçı ödəməli olduğu 330.000 manat məbləğində pulun 20.000 manat məbləğində hissəsini İddiaçı oğlu X5 təhvil verir. Cavabdeh2 MTK qalan 310.000 manat məbləğində pulu isə 15.11.2018-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsi nə götürür. Cavabdeh2 MTK İddiaçı ödəməli olduğu 310.000 manat məbləğində pulu 15.11.2018-ci il tarixədək tam şəkildə ödəmədiyi təqdirdə, ödəməli olduğu qalıq hissənin 15%-i məbləğində pulu cərimə olaraq İddiaçı ödəməyi öhdəsinə götürür. Cavabdeh2 MTK ilə İddiaçı arasında imzalanmış 06.12.2018-ci il tarixli akta görə tərəflər arasında bağlanmış və şərtləri qüvvədə olan 01.09.2018-ci il tarixli aktda göstərilən razılaşmaya uyğun olaraq Cavabdeh2 MTK 25.05.2007-ci il tarixli müqavilələrə əsasən İddiaçı satdığı və 01.09.2018-ci il tarixli akta əsasən geri təhvil aldığı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 141,4 kv.m. sahədən ibarət və 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 158,4 kv.m. sahədən ibarət mənzillərin müqavilə bağlanan zaman ödənilmiş 330.000 manat məbləğində pulun 30.000 manatını İddiaçı oğlu X5 ödəyir. Bununla da Cavabdeh2 MTK-nın İddiaçı hazırkı aktın rəsmiləşdirildiyi 06.12.2018-ci il tarixə ödədiyi cəmi məbləğ 50.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 25.05.2007-ci il tarixli müqavilələr ləğv olunmuş və Cavabdeh2 MTK cəmi 330.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəmək öhdəliyini götürmüşdür. Cavabdeh2 MTK həmin məbləğdən cəmi 50.000 manat ödədiyindən, yerdə qalan 280.000 manat məbləğində pul vəsaitini isə ödəmədiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi düzgün olaraq həmin məbləğin tutulması nəticəsinə gəlmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, 01.09.2018-ci il tarixli akta əsasən müəyyən olunur ki, Cavabdeh2 MTK İddiaçı ödəməli olduğu pulu 15.11.2018-ci il tarixədək tam şəkildə ödəmədiyi təqdirdə, ödəməli olduğu qalıq hissənin 15%-i məbləğində pulu cərimə olaraq İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 62.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tə rəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tələb etdiyi 46.500 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirmiş və iddiaçının mənafeyi nəzərə alınmaqla həmin məbləği 20.000 manatadək azaltmışdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 25.05.2007-ci il tarixli müqavilələr tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunmuş və bununla bağlı yuxarıda göstərilən akt tərtib olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13171/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar