Məhkəmə qərarları › İş №2(102)-3967/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3967/2020

09.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3967/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Dəmirov İlqar Kamal oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)3190/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İsmayılova N qızı, İddiaçı4,ulğȯ İddiaçı5, İddiaçı6,ızıq̇ İddiaçı7, X2, İddiaçı9, N qızı və İddiaçı11 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 12 saylı Notariat Ofisinə qarşı mirasın qəbul müddətinin uzadılması, vərəsə kimi tanınma, miras əmlakdan ayrı-ayrılıqda payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı Notariat Ofisinə həvalə edilməsi barədə ilkin iddia tələbi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı mirasın qəbul edilməsi faktının və vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qarşılıqlı iddia tələbi dair iş üzrə ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və qeyriləri kasasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Bundan sonra apelyasiya instansiyası məhkəməsi tərəfində n xx xxxxxxxx 2020-ci il tarixli məktubla Ali Məhkəməyə müraciət olunaraq hazırkı mülki işlə əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı Cavabdeh tərəfindən verilmiş ərizə daxil olduğundan işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kasasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll e dilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti baxışdan çıxarılmalı və Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 417-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3190/2020 saylı qətnaməsindən verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən verilmiş kasasiya şikayəti baxışdan çıxarılsın və Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar