Məhkəmə qərarları › İş №2(102)-3968/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3968/2021

24.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3968/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)348/2021 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə kasasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(049)-111/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim T.M.Məmmədov) İddiaçı Cavabdeh qarşı “borc öhdəliyinin icra edilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 30.617 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)348/2021 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh qarşı “borc öhdəliyinin icra edilməsi” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilib. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının 08 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, tərəflər fərdi sahibkar statusuna malikdirlər və onlar süd məhsulunun nisyə alqı-satqısı ilə məşğul olublar. Hazırki mübahisəli məsələ tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata kesirilməsilə bağlı yaranıb. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəyə məhkəmə aidiyyəti üzrə Şirvan Kommesiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və y a kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkə məsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilməlidir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Məhkəmə aidiyyəti dedikdə mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərki bi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə a idiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilmişdir. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin mü əyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, iddiaçının kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ol duqlarından və hazırki mübahisəli məsələ onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından işə, məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsin ə əsasən, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərardadı dəyişdirlmədən, kasasiya şikayəti təmin edilmədən saxl anılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)-348/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar