Məhkəmə qərarları › İş №2(102)-3968/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3968/2022

10.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3968/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Hərrac Mərkəzinə və "xxxx" X12 Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin və hərrac protokolunun etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Hərrac Mərkəzinə və "xxxx" X12 Səhmdar Cəmiyyət inə qarşı hərracın keçirilməsi, hərracın nəticələri barədə protokolun və alqı-satqı müaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-537/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)14343/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiaçılara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, "xxxx" ASC ilə iddiaçıların arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv olunmuş, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36 981,27 ABŞ dolları əsas borc, 3119,74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə pulu borcu, ümumilikdə 40201,01 ABŞ dolları, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087,16 manat, faiz borcu üzrə 107,56 manat, cəmi 2188,72 manat cavabdeh İddiaçı2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələb cavabdehlərdən İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, X10 yerləşən 0,0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş X1 0 yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin "xxxx" ASC-yə ödənilməsi qət olunmş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)259/2018 saylı iş üzrə 18 aprel 2028-ci il qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsas borca hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. İddiaçıdan xx.xx.2014-cü il tarixli, 11Y/14 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 19mpsYSM/14 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca hesablanmış faiz məbləği azaldılaraq xx.xx.2014-cü il 11Y/14 saylı əlavə kredit müqaviləsi üzrə 2388,04 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, 19mpsYSM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 28 manat "xxxx" X12 Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağları massivində yerləşən 0,0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin satış qiyməti dəyişdirilərək 78500 manat müəyyən edilmişdir. Qalan hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(102)46/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 aprel 2028-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir, İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdar əsi, "xxxx" MMC Hərrac Mərkəzi və Unibank KB ASC-nə qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi ilə "xxxx" MMC-də keçirilən xx.xx.2021-ci il tarixli hərracın, 29/04 nömrəli protokolun, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mülkiyyətində olan, X10 yerləşən 0,0985 ha torpaq sahəsi və onun üzərində yerləşən 3276A saylı bağ evi "xxxx" MMC tərəfindən təşkil olunmuş hərracda xx.xx.2021-ci il tarixdə 50043,75 manata ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmışdır. Halbuki həmin vaxt ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə mübahisələ ri davam edirdi, əmlak hərraca çıxarıla bilməzdi. Həmçinin İcra icraatına başlamaq haqqında qərarın surəti onlara göndərilməmiş, hərracın keçirilməsi haqqında bildirişlər də təqdim olunmamışdır. İpoteka predmeti olan evin hərracdan satılmasını iddia qaldırılmamışan az əvvəl icra məmurunun verdiyi məlumat əsasən xəbərləri olmuşdur. İddiaçı1 mülkiyyətində olan 10 sot torpaq sahəsi və bağ evi Hərrac təşkilatı tərəfindən çox ucuz qiymətə "xxxx" KB ASC-yə satılmışdır. Hərracın düzgün keçirilməməsi nəticəsində iddiaçıların hüquqları pozulmuşdur.

6. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, hərracın təşkili və keçirilməsi bu barədə olan qanunvericiliyin tələblərinə uyğun olmuş, qəzetdə də elan verilmiş, iddiaçıylara bildirişlər göndərilmişdir. Bağ ev inin hərracda ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. “İpoteka haqqında” qanuna görə hərrac ilk dəfə ilkin satış qiymətindən 15% aşağı salınmaqla, əgər tərəf özü almazsa sonradan 25% aşağı salınmaqla hərraca çıxarılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sumqayıt şəhər məhkəməsinin (X1) 2(060)-7159/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflər in üzərinə düşür. Məhkəmə yalnız təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsinə nail olur.

9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 15.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7159/2021 s aylı tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)14343/2016 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən “Unibank KB" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cll cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv edilmişdir. xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36981,27 ABŞ dolları əsas borc, 3119.74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 40201,01 ABŞ dolları, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087,16 manat, faiz borcu üzrə 107,56 manat, İddiaçı2 iddiaçı “Unibank" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələbin İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, X10 yerləşən 0.0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş X10 yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin “Unibank KB" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)259/201 8 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsas borca hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. İddiaçıdan xx.xx.2014-cü il tarixli, 1 1Y/14 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cli il tarixli, 19ınpsYSM/l4 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca hesablanmış faiz məbləği azaldılaraq xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 2388,04 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, 19mpsYSM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 28 manat "xxxx" X12 Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağ lan massivində yerləşən 0,0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin satış qiyməti dəyişdirilərək 78500 manat müəyyən edilmişdir. Qalan hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilsə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)46/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmişdir. Sonradan X10 yerləşən 0,0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin qiymətinin dəyişdirilinəsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Hal-hazırda bununla bağlı məhkəmə mübahisəsi davam etsə də onlara məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə iddiaçılardan İddiaçı1 mülkiyyə tində olan torpaq və bağ evi «"xxxx" » MMC tərəfindən təşkil olunmuş hərracda 50043,75 manata iş üzrə digər cavabdeh ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmışdır. Hesab edirlər kikeçirilmiş hərrac etibarsız hesab olunmalı və həmin hərracın nəticələrinə görə tərtib olunmuş protokol və alğı-satqı müqavilələri də etibarsız hesab olunmalıdır. İddiaçılardan İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı ipoteka predmetinin qiymətinin dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə mübahisəsi getdiyi zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra idarəsi "xxxx" MMC-yə sifariş göndərərək hərracdan məhkəmə mübahisəsi ged əgedə satılmasını xahiş etmişdir. İcraata başlama haqqında qərarın surəti onlara göndərilməmişdir. Həmin qərarın surəti göndərilsəydi, təbii ki bununla bağlı müəyyən tədbirlər görərdilır. Bu səbəbdən də X10 yerləşən 10 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evi 50043,75 manat satılmazdı. İcra işində onlara bildirişin gəlməsi, bildirişin alınması ilə bağlı hər-hansı məlumat yoxdur. Bir neçə gün əvvəl icra məmurunun yanında olub məhkəmə mübahisəsinin davam etdirilməsi barədə məlumat vermək istədikdə məlum olmuşdur ki, artıq hərrac keçirilib və İddiaçı1 mülkiyyətində olan əmlak ucuz qiymətə "xxxx" KB ASC-yə satılmışdır. Rəsmi qaydada müraciət edib hərracın yekunları barədə sənədləri icra şöbəsindən almışlar. Hesab edirlər ki, hərracın keçirilməsi qaydaları pozulduğundan vətəndaş kimi h üquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Lakin işə baxan məhkəmə heç bir araşdırma aparmadan, maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. Bununla da qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də hesab edirlər ki, qətnamə ləğv olunmalıdır.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, hərracın keçirilməsi ilə bağlı bildirişin iddiaçılar tərəfindən alınmasına dair sənəd olmasa da onlara göndərilmiş məktublar “evdə yoxdur” qeydi ilə geri qayıtmış, həmçinin apellyasiya şikayətində göstərilən ünvana da məlumat göndərilmişdir. Hərracın keçir ilməsinə dair mətbuatda da elanlar verilmişdir. Hərracın təşkili və keçirilməsi bütün proseslər qanunauyğun olaraq həyata keçirilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi hakim), X8 və X4) 2(105)-537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır.

14. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nət icəyə gəlmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-777/2019 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər "xxxx" ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC-yə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə” dair iddiası təmin edilməmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin 17 dekabr 2019-cu il tarixli, 2(102)7787/2019 saylı qərarı ilə təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hərrac təşikilatı tərəfindən hərracın keçirilməsi və təşkili barədə iddiaçıların yaşadıları və özlərinin şikayətlərində qeyd etdikləri ünvanlara rəsmi bildirişlər göndərilmiş, kütləvi inoformasiya vasitələrində elan verilmiş, yəni bütün zəruri tədbirlər görülmüşdür. Hərrac təşkilatının vəzifəsi bildirişləri hərracın nəticələrində maraqlı olan şəxslərə təqdim etmək deyil, həmin bildirişləri onların yaşadıqları ünvana göndərməkdən ibarətdir.

16. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, qətnamənin ləğvi üçün əsaslar yoxdur.

17. Məhkəmə Kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinə, İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 42.1, 43.1, 43.2, 43.3, 43.4, 43.7 və 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(105)-537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhk əməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu olmaqla əlavə qeyd edilmişdir ki, işə baxan məhkəmələr iş üzrə obyektiv araşdırma aparmamış, həqiqətə nail olunmasına, işin hərtərəfli, tam və obyektiv tədqiqinə tərəflərə lazımı şərait yaratmamşdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 416.1 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

21. Maddə 416.2 hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 42.1 hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitəl ərində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

23. Maddə 43.1 hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddə t uzadılmasın.

24. Maddə 43.2 bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

25. Maddə 43.3 hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

26. Maddə 43.4 ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir.

27. Maddə 43.5 təkrar hərrac bu Qanunun 42-ci madd əsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

28. Maddə 43.7 bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

29. Maddə 43.8 ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırlımaqla tərəflərin təqdim etdiləri sübutlara əsasən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirilməsinə zərurət görmür.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar