Məhkəmə qərarları › İş №2(102)-3970/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3970/2020

20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3970/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili X2 iştiraklar ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1780/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə açıq mə hkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23 saylı evin, 118 saylı mənzilindən istifadə hüququna xitam verilərək mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23 saylı evin, 118 saylı mənzilindən istifadə hüququna xitam verilərək, Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. (hakim Namidar Misirzadə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1780/2 020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 2(011)6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv, iddia tələbi rədd edilmişdir. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) İlham Kərimli, Xəyal Sarıyev) İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi və ya işin yenidən apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi onun başqa qazanc yerinin olmaması, cavabd ehə təklif edilən 7000 manat kompensasiya məbləğinin cavabdehə müəyyən müddət ərzində oxşar şəraitə uyğun başqa mənzildə yaşamaq imkanı verməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X1 şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin e dilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1780/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi tələbin mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da iddiaçının cavabdehə təklif etdiyi 7000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv iddianı rədd etmiş, gəlidiy nəticəni də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uyğun olaraq, təklif edilən 7000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması barədə düzgün nəticəyə gəlsə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğini müəyyən etməməklə səhvə yol vermişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Hazırki işdə birinci instansiya məhkəməsi 7000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat əvəzi, apelyasiya instansiyası isə qeyri-adekvat əvəzi olmasını müəyyən etsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olması müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir. İddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompens asiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təkilifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki iddia üzrə mənzildən istifadə hüququna xitam verilməsi müqabilində k ompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1780/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar