Məhkəmə qərarları › İş №2(102)-3970/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3970/2024

05.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3970/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı; iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (müqavilənin etibarsız sayılması, yalan əqd, zərərin əvəzinin ödənilməsi, sübutetmə, iddiaya cavab verməli olan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız sayılması”, iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin, dəymiş m addi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4332/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X8 özünə məxsus “KİA OPTİMA” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 000 manata, “TOYOTA PRİUS (HİBRİD)” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə 10 000 manata 17 avqust 2023-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri” əsasında Cavabdeh satmışdır.

2. X2 özünə məxsus olan “TOYOTA PRİUS” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 avqust 2023-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” əsasında 10 000 manata Cavabdeh satmışdır.

3. Cavabdeh ilə "xxxx" MMC arasında 18 avqust 2022-ci il tarixdə notarial təsdiqli icarə müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA204048 seriyalı qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan ban nömrəsi JTDKB20U673236968, mühərrikin nömrəsi və buraxılış ili 2007 olan "TOYOTO PRİUS HİBRİD” MİNİK markalı **BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 1 il müddətinə hər ay 300 (üç yüz) manat icarə haqqı ödəmək şərti ilə "Cavid MC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermiş, "xxxx" MMC avtomaşını Cavabdeh tam işlək vəziyyətdə (problemsiz) təhvil almış, həmi n vəziyyətdə də təhvil verməyi, avtomaşının texniki vəziyyətinə, xarici görünüşünə diqqət yetirməyi və saz vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür.

4. Həmin müqavilə "xxxx" MMC adından İddiaçı tərəfindən imzalanmış, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı tərəfindən ödənilmişdir.

5. X9 ilə "xxxx" MMC arasında 18 avqust 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh, DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA20404B seriyalı qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan ban nömrəsi KNAGM411BCA240738, mühərrik nömrəsi BS234293, “X24” markalı, 2011-ci il istehsalı, 99-BR959 qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1 il müddətinə hər ay 300 (üç yüz) manat icarə haqqı ödəmək şərti ilə "Cavid MC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə yə vermiş, "xxxx" MMC avtomaşını Cavabdeh tam işlək vəziyyətdə (problemsiz) təhvil almış, həmin vəziyyətdə də təhvil verməyi, avtomaşının texniki vəziyyətinə, xarici görünüşünə diqqət yetirməyi və saz vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür.

6. Həmin müqavilə "xxxx" MMC adından İddiaçı tərəfindən imzalanmış, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı tərəfindən ödənilmişdir.

7. Cavabdeh ilə "xxxx" MMC arasında 18 avqust 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə görə Cavabdeh, DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA204233 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTDKB20U653041367, mühərrikin nömrəsi və buraxılış ili 2005 olan "TOYOTA PRİUS MİNİK” markalı **-KG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 1 il müddətinə hər ay 300 ( üç yüz) manat icarə haqqı ödəmək şərti ilə "Cavid MC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermiş, "xxxx" MMC avtomaşını Cavabdeh tam işlək vəziyyətdə (problemsiz) təhvil almış, həmin vəziyyətdə də təhvil verməyi, avtomaşının texniki vəziyyətinə, xarici görünüşünə diqqət yetirməyi və saz vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Həmin müqavilə "xxxx" MMC adından İddiaçı tərəfindən imzalanmış, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı tərəfindən ödənilmişdir. 8. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13324537 saylı protokola görə 80 manat məbləğində cərimə ödənilmişdir. 9. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ14104641 saylı protokola görə 13,60 manat məbləğində cərimə ödənilmişdir. 10. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən İXP5322094 saylı protokola görə 160 manat məbləğində cərimə ödənilmişdir. 11. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasn, Cavabdeh tərəfindən EQ13305642 saylı protokola görə 80 manat məbləğində cərimə ödənilmişdir. 12. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13108546 saylı protokola görə 64 manat məbləğində cərimə ödənilmişdir. 13. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13656515 saylı protokola görə 80 manat məbləğində cərimə ödənilmişdir. 14. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13962475 saylı protokola görə 7 2 manat məbləğində cərimə ödənilmişdir. 15. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ14353112 saylı protokola görə 61 manat ödənilmişdir. 16. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13716672 saylı protokola görə 80 manat ödənilmişdir. 17. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13661628 saylı protokola görə 64 manat ödənilmişdir. 18. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ14217350 saylı protokola görə 84,50 manat ödənilmişdir. 19. 17.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13355996 saylı protokola görə 32 manat ödənilmişdir. 20. 17.07.2023-cü il t arixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ13305642 saylı protokola görə 80 manat ödənilmişdir. 21. 17.07.2023-cü il tarixli ********************65950250 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 80 manat məbləğində cərimə ödənişi edilmişdir. 22. 17.07.2023-cü il tarixli ********************77780990 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 80 manat məbləğində cərimə ödənişi edilmişdir. 23. 17.07.2023-cü il tarixli ********************78630340 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 61 manat məbləğində cərimə ödənişi edilmişdir. 24. 17.07.2023-cü il tarixli ********************38105460 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 72 manat məbləğində cərimə ödənişi edilmişdir. 25. 17.07.2023-cü il tarixli ****************** **27637290 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 64,50 manat məbləğində cərimə ödənişi edilmişdir. 26. 17.07.2023-cü il tarixli ********************54761370 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 13,60 manat məbləğində cərimə ödənişi edilmişdir. 27. 17.07.2023-cü il tarixli ********************43827400 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 160 manat məbləğində cərimə ödənişi edilmişdir. 28. 17.07.2023-cü il tarixli ********************82098750 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 80 manat məbləğində cərimə ödənişi edilmişdir. 29. 17.07.2023-cü il tarixli ********************15581440 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 64 manat məbləğində cərimə ödənişi edilmişdir. 30. 17.07.2023-cü il tarixli ********************113369 50 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 64 manat məbləğində cərimə ödənişi edilmişdir. 31. 17.07.2023-cü il tarixli ********************05439080 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 80 manat ödənil məbləğində cərimə ödənişi edilmişdir mişdir. 32. 17.07.2023-cü il tarixli ********************74687690 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 32 manat məbləğində cərimə ödənişi edilmişdir. 33. “AVTOSERVİS 444” tərəfindən tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “X23” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar olan xərclərin ümumi məbləği 2410 manat təşkil edir. 34. “AVTOSERVİS 444” tərəfindən tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, "Toyoto Prius (Hibrid) Minik” mark alı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar olan xərclərin ümumi məbləği 2320 manat təşkil edir. 35. “AVTOSERVİS 444” tərəfinfən tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “X24” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar olan xərclərin ümumi məbləği 1570 manat təşkil edir.

36. Cavabdeh tərəfindən Şahid1 14 sentyabr 2022-ci il tarixdə “X24” markalı **-BR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə verilmiş, 5 may 2023-cü il tarixdə etibarnamə xitam edilmişdir.

37. Cavabdeh tərəfindən X3 14 sentyabr 2022-ci il tarixdə “X24” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə k səlahiyyəti verilmiş, 5 may 2023cü il tarixdə etibarnamə xitam edilmişdir.

38. Cavabdeh tərəfindən X4 23 sentyabr 2022-ci il tarixdə “X23” markalı ** KG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə verilmiş, 5 may 2023-cü il tarixdə etibarnamə xitam edilmişdir.

39. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şahid1 adına yazılmış EQ13729025 nömrəli protokol üzrə 18 manat cərimə ödəmişdir.

40. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şahid1 adına yazılmış EQ11868334 nömrəli protokol üzrə 9 manat cərimə ödəmişdir.

41. Cavabdeh xx.xx.2023-cü il tarixdə Mülkədar Alışovun adına yazılmış EQ12373768 nömrəli protokol üzrə 9 manat cərimə ödəmişdir.

42. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şahid1 adına yazılmış EQ14105214 nömrəli protokol üzrə 45 manat cərimə ödəm işdir.

43. Cavabdeh xx.xx.2023-cü il tarixdə Mülkədar Alışovun adına yazılmış EQ11837406 nömrəli protokol üzrə 18 manat cərimə ödəmişdir.

44. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şahid1 adına yazılmış EQ13194451 nömrəli protokol üzrə 75,50 manat cərimə ödəmişdir.

45. Cavabdeh xx.xx.2023-cü il tarixdə Mülkədar Alışovun adına yazılmış EQ13218605 nömrəli protokol üzrə 30,20 manat cərimə ödəmişdir.

46. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şahid1 adına yazılmış EQ13556270 nömrəli protokol üzrə 50 manat cərimə ödəmişdir.

47. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şahid1 adına yazılmış EQ13665745 nömrəli protokol üzrə 20 manat cərimə ödəmişdir. 48. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ13699817 nömrəli protokola görə 77,50 manat ödənilmişdir. 49. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən EQ15201713 nömrəli protokola görə 45 manat ödənilmişdir. 50. 10.07.2023-cü il tarixli **********nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ12042668 nömrəli protokola görə 77,50 manat ödənilmişdir. 51. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ13424173 nömrəli protokola görə 80 manat ödənilmişdir. 52. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ12941741 nömrəli protokola görə 79 manat ödənilmişdir. 53. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ13856693 nömrəli protokola görə 72 manat ödənilmişdir. 54. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ14 217096 nömrəli protokola görə 61 manat ödənilmişdir. 55. 10.07.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, X10 tərəfindən EQ13493540 nömrəli protokola görə 80 manat ödənilmişdir. 56. 10.07.2023-cü il tarixli ********************63277510 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 61 manat məbləğində cərimə ödənişi edilmişdir. 57. 10.07.2023-cü il tarixli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 72 manat məbləğində cərimə ödənişi edilmişdir. 58. 10.07.2023-cü il tarixli ********************63477514 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 79 manat məbləğində cərimə ödənişi edilmişdir. 59. 10.07.2023-cü il tarixli ********************32848520 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 45 manat məbləğində cərimə ödənişi edilmişdir. 60. 10.07. 2023-cü il tarixli ********************63477513 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 80 manat məbləğində cərimə ödənişi edilmişdir. 61. 10.07.2023-cü il tarixli ********************63477512 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 80 manat məbləğində cərimə ödənişi edilmişdir. 62. 10.07.2023-cü il tarixli ********************63477515 nömrəli mədaxil qəbzinə əsasən, Cavabdeh tərəfindən 77,50 manat məbləğində cərimə ödənişi edilmişdir.

63. İddiaçı Yasamal RPİ-nin 27-ci PB-nə verdiyi izahatda göstərmişdir ki, “...ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. “ASK əmlak”da icarə ilə götürdüyü ofisdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün rəsmi "xxxx" MMC şirkətinin təsisçisi, həm də direktoru vəzifəsində çalışır. Maddi cəhətdən bəzi sıxıntılar yaşamışdır. Bunu bilən “ASK əmlak”ın mühafizə rəisi Cavabdeh ona ehtiyacları olan 30 000 manat verə biləcəyini bildirmişdir. Qarşılıqlı olaraq ona məxsus olan 3 avtomobilini onun adına keçirməyini istəmişdir. O da razı olmuşdur. xx.xx.2022-ci il tarixdə onlar alqı-satqını ediblər. Mart ayına kimi 3000 manat ödəniş etmişdir. Lakin Araz birdən-birə heç bir səbəb olmadan 30 000 manat pulu istəmişdir. Onlarında həmin ödənişi etməyə çətinlikləri olduğundan ödəyə bilməyiblər. Danışıqlarında belə bir razılıq olmamışdır. Ümumilikdə onun ona 9000 manat borcu qalmışdır. Həmin ödənişi edib ona məxsus olan avtomobilləri öz adına keçirtmək istəyir. Lakin Araz onu qorxutmaq üçün hədə qorxular gələrək təhdidlər etmişdir. Bunlardan biri də həm dostu, həm də ortağı olan Şahid1 Baş Prokrorluq yanında Korrupsiyaya qarşı mübarizə i darəsində şikayət edib və onları ora dəvət ediblər. Onlar da öz növbəsində orada Azər Kazımova izahatlarını vermişdirlər. Araz orada yazdığı ərizədə 50 000 manat guya onların ondan aldığını demişdir. Onlar da öz növbəsində bunu inkar etmişdirlər ki, belə bir şey olmamışdır”.

64. Cəlilov X12 RPİ-nin 27-ci PB-nə verdiyi izahatda aşağıdakıları göstərmişdir: “...ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, İddiaçı barəsində yazdığı ərizə ilə tanış olmuşdur, cavab olaraq bildirir ki, o həmin şəxsə 30 000 manat yox, 50 000 manat vermişdir. O, öz ortağı Mülkədar ilə onun çalışdığı plazada icarəyə ofis götürmüşdürlər və ona təklif ediblər ki, onlara 50000 manat versin, onlar avtomobil ehtiyyat hissələri ilə satışı ilə məşğul olacaqlar və hər ay ona 4000 manat gəlir gətirmək məqsədilə pul verəcək lərini bildirmişlər. Lakin üzərindən bir neçə ay keçməsinə baxmayaraq ona heç bir ödəniş olunmamışdır. O həmin 50000 manatı onlara verdiyi zaman Cavidə məxsus olan 3 avtomobili danışıb razılığa gəlmişdirlər ki, onun adına keçsin. Onlar həmin avtomobillərdən taksi fəaliyyəti kimi məşğul olduqları üçün, ondan xahiş ediblər ki, həmin avtomobilləri onlara icarəyə versin və müqaviləyə imza çəkiblər. Cavid və Mülkədar hər ay müxtəlif bəhanələr gətirərək ona heç bir ödəniş etməyiblər. O, bununla bağlı Baş Prokrorluq yanında Korrupsiya qarşı Mübarizə idarəsinə şikayət etmişdir. Cavid və Mülkədar öz növbələrində gəlib öz izahatlarını yazmışdırlar”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

65. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinə müraciət edərək, Cavabdehla arasında xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə bağlanmış ** BR ***, ** KG *** və ** BG *** nömrəli avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərə verilən qeydiyyat şəhadətnamələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

66. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında tanışı olan Şahid1 ilə bəzi banklara və bəzi lizinq təşkilatlarına kreditə görə müraciət etmişdir. Bir gün Dərnəgül yolunda avtomobildə gedərkən Mülkədarın telefonuna zəng gəlmiş, ona zəng vuran “Ask Plaza”-nın təhlükəsizlik xidmətinin rəisi Cavabdeh olmuşdur. Araz onlarla işi olduğunu, ofisə gələrkən onunla görüşmələrini istəmişdir. O vaxta qədər Araz ilə heç bir münasibətləri olmamışdır. P lazanın işçiləri ilə ünsiyyətləri yaxşı olduğu üçün mühafizəçilər banklara müraciət etdiklərindən məlumatlı olmuşlar. Mülkədarla ofisə gedərək, Arazla əlaqə saxlamışlar. Araz ofisə gəlib biraz söhbət etdikdən sonra onlara girov qarşılığında faizə (sələm) pul verə biləcəyini, ehtiyacları olarsa ona müraciət edə biləcəklərini bildirmişdir. Pulu necə verdiyini soruşanda 10 000 manata 1000 manat faiz aldığını və ana pulun yerində qalacağını, əgər girov varsa məbləğin fərqi olmadığını, istəsələr 100 000 manat və ya 150 000 manat verə biləcəyini bildirib, bu işlə məşğul olduğunu demişdir. Məsləhətləşərək bir cavab deyəcəklərini bildirdikdən sonra getmişlər. Aradan 3-4 gün fasilə keçdikdən sonra Arazdan 30 000 faizə pul götürmək qərarına gəlmiş, Arazla ofisdə görüşmüş və 30 000 manat götürmək ist ədiklərini demişlər. Araz girov nə qoyacaqlarını soruşmuşdur. 1 ədəd “Kia Optima”, 2 ədəd “Toyota Prius” qoyacaqlarını demişlər. İlk olaraq razılaşmamış, 3 ədəd “Prius”, 1 ədəd “Optima” istəmişdir. Onlar isə onun qiymətinin 60.000 manat olduğunu bildirib, ondan 30.000 manat götürəcəklərini, 1 “Optima”, 2 “Prius”un isə 45.000 manat olduğunu demişlər. Araz razılaşmış, ilk olaraq avtomobillərin onun adına keçirəcəklərini, sonra isə pulu verəcəyini demişdir. Elə də etmişlər. İlk olaraq avtomobillərin alqı-satqı müqaviləsini bağlayaraq mülkiyyətində olan avtomobilləri güya ki, Cavabdeh satmışdır. Amma bu müqavilələri bağlamaqda məqsəd aldıqları borcun təminatı olmuşdur. Müqavilələri Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsində bağlamışlar. Sonra isə ofisə getmişlər və Araz da gələrə k 30.000 manat gətirmişdir. Mülkədarın yanında pulu onlara vermişdir. Mülkədar pulu sayaraq kassaya qoymuşdur. Araz ona sentyabr ayından faiz ödənişi edəcəklərini demişdir və elə də olmuşdur. İlk ödənişlərini - 3000 manatı sentyabrda etmişlər. Pulu Arazın kartına atmaq istəsə də o, razılaşmamış, pulu kartla yox, əlbəəl verdiyini, onun da o qaydada verməyini tələb etmişdir. Beləliklə mart ayına kimi ödəniş etmiş, mart ayında 7-ci dəfə 3000 manat ödənişi etdikdən qısa müddət sonra Araz onlardan əsas pulu tələb edərək pulu bağlamalarını istəmişdir. Onlar isə onunla belə danışmadıqlarını, faizini ödəyəcəklərini bildirmişlər. Araz razı olmayaraq ya pulu tam bağlamalarını ya da avtomobillərini əllərindən alacaqlarını bildirmişdir. Araza iradlarını bildirərək hansı hüquqla maşını əllərindən alaca ğını, 21.000 manat ona pul ödədiklərini, maşınların isə 45.000 manat qiymətinin olduğunu demişlər. Araz qarşılığında onun X6 adamları olduğunu və onlardan pulun ikiqatını alacaqlarını bildirmişdir. Bundan sonra Baş Prokror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng edərək onu və Mülkədarı ora dəvət etmişlər. Araz guya 50.000 manat onların ona borcları olduqlarını bildirmişdir. İzahatlarında o və Mülkədar isə elə olmadığını və 30 000 manat olduğunu və 21 000 manatın geri qaytardıqlarını bildirmişlər. Sonra isə o 102 xidmətinə zəng vuraraq onun belə bir şikayəti olduğunu bildirmişdir. Yasamal RPİ-nin 27-ci Polis bölməsinə dəvət edilmiş, orada izahatını vermişdir. Polis ona mülki qaydada məhkəməyə müraciət etmək üçün qərar vermişdir. Hazırda Araz avtomobilləri istifadə etmək üçü n onlara verdiyi etibarnamələri ləğv elətdirmişdir.

67. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...İddia ərizəsində qeyd olunanlar tamamilə yalandır. O nə İddiaçı, nə də onun dostu Şahid1 zəng etməmişdir, onlar onun işlədiyi "ASK Plaza"da Fərid Mürsəlov adlı şəxsin adına ofis icarəyə götürmüş və burada taksi biznesi üzrə fəaliyyət göstərmişlər. O, onlarla burada iş prosesi əsnasında tanış olmuşdur. "ASK Plaza"da Mühafizə rəisi olduğu üçün ofis icarəyə götürmüş şəxsləri sonradan da olsa tanımışdır. 2022-ci ilin avqust ayında Cavid və Mülkədar ilə söhbət zamanı onlar ona taksi üçün avtomobil alıb onlara icarəyə verməyi təklif etmişlər. O da onların təklifi ilə razılaşaraq, 50 000,0 manat verib müxtəlif şəxslərin adında olan, 99-BR959 dövlə t qeydiyyat nişanlı “Kia Optima" markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius" markalı və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilləri Cavid və Mülkədar vasitəsilə almışdır, əvəzində onlara 50.000.0 (əlli min) manat pulu nağd qaydada vermişdir, bundan sonra həmin avtomobilləri razılaşaraq icarə əsasında İddiaçı rəhbəri olduğu "xxxx" MMCyə notarial qaydada icarəyə vermişdir. Şifahi razılaşmalarına əsasən "Kia Optima" markalı avtomobili aylıq 600 manata, "Toyota Prius" markalı avtomobilləri isə aylıq 500 manata icarəyə vermişdir, lakin onlar vergi ödəyicisi olduqları üçün rəsmi müqavilədə qiyməti 300 manatdan göstərəcəklərini bildirmiş, o da bununla razılaşmışdır. İcarə müqaviləsini xx.xx.2023-cü ildə Bakı şəhəri 23 saylı notariat ofisində bağlamış v ə hər üç avtomobili həmin gündən 12 ay müddətinə İddiaçı rəhbəri olduğu "xxxx" MMC-yə icarəyə vermişdir, MMC adından müqaviləni notariat ofisində İddiaçı şəxsən imzalamışdır. Bundan sonra o tez-tez işlərin nə yerdə olduğunu soruşmuşdur, onlar isə hər dəfə onu aldadıb müəyyən bəhanələr irəli sürmüş, icarə haqqını ödəməmişlər. Bir qədər sonra Mülkədar ona Cavidin 2022-ci ilin sonlarında toyu olacağını, toydan sonra icarə pulunu verəcəklərini bildirmiş, lakin Cavidin toyundan sonra da aylıq ödənişlər ona ödənilməmişdir. Cavid və Mülkədar icarə haqqını ödəmədikləri üçün artıq bir neçə ay idi ki, ofisə də gəlmədikləri və avtomobillər üzrə icarə haqqını ödəmədikləri üçün xx.xx.2023-cü il tarixdə avtomobilə verdiyi etibarnamələri ləğv etmişdir. Lakin icarə müqaviləsi ikitərəfli müqavilə olduğu üç ün ləğv edə bilməmişdir, nəticədə avtomobillər C. Mürsəlovda qalmışdır. Bundan sonra, ona məxsus **-KG-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil xx.xx.2023-cü il tarixində çoxlu cərimə borcları olduğu üçün cərimə meydançasına qoyulmuş, mülkiyyətində olan digər avtomobillər - **-BG-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı və **-BR-*** dövlət nömrə nişanlı “Kia Optima” markalı avtomobillər isə C. Mürsəlovun istifadəsində qalmışdır. Cərimə meydançasına qoyulmuş avtomobil çox nasaz vəziyyətdədir, təmirə (kosmetik və cari) ehtiyacı var, üzərində 500 manata yaxın ödənilməmiş cərimələri var. Texniki baxışdan keçməmiş və icbari sığortası alınmamışdır. Saz vəziyyətdə icarəyə verdiyi avtomobillər hazırda nasaz vəziyyətdədir və ona xeyli miqdarda ziyan dəymişdir. Bundan sonra, yəni etibarnamələrin ləğv edilməsini və avtomobillərdən istifadə imkanlarının məhdudlaşdığını gördükdən sonra Cavid alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsində alqı-satqı müqaviləsinin etibarsız sayılması göstərilsə də, alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmiş, ona görə də alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün İddiaçı məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olması məsələsini araşdırmaq mümkün olmamışdır. Hesab edir ki, iddia ərizəsində göstərilənlər tam yalandır, şəxsi mülahizələr üzərində qurulmuşdur, işin əslində isə avtomobillər üzrə etibarnamə ləğv edildiyi və cərimə meydançasına qoyulduğu üçün İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin mübahisələndirilməsi qərara alınmış, qeyd edilən iddia ona mə xsus avtomobillərin geri qaytarılmaması üçün verilmiş iddiadır, mülkiyyətində olan maşınların ələ keçirilməsi məqsədilə verilib, əsassızdır, ona görə də təmin edilməməlidir”.

68. Cavabdeh İddiaçı və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima” markalı avtomobilin 10 aylıq icarəsinə görə 6000 manat, **-KG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobilin 9 aylıq icarəsinə görə 4500 manat, **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobillərin 10 aylıq icarəsinə görə 5000 manat olmaqla, ümumilikdə 15 500 (on beş min beş yüz) manat pulun, avtomobillərin cari və kosmetik təmir xərclərinə görə **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima” markalı avtomobil üçün 1570 m anat, 99- KG-764 dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobil üçün 2320 manat, 49BG-162 dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobil üçün 2410 manat olmaqla ümumilikdə 6300 (altı min üç yüz) manat pulun, **BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima” markalı avtomobil üçün 274,8 manat, **-KG*** dövlət qeydiyyat nişanlı "Toyota prius” markalı avtomobil üçün 539,5 manat, **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobil üçün 851,1 manat olmaqla törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələrə görə ümumilikdə 1665 (min altı yüz altmış beş) manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 6000 (alytı min) manatın, ümumilikdə 29 465 (iyirmi doqquz min dörd yüz altmış beş) manatın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 179 manat məbləğ ində dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

69. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, “ASK PLAZA” da mühafizə rəisi vəzifəsində işləyir. "ASK PLAZA” da Fərid Mürsəlov adlı şəxsin adına ofis icarəyə götürmüş və burada taksi biznesi üzrə fəaliyyət göstərmiş İddiaçı və Şahid1 iş prosesi əsasında tanımışdır. xx.xx.2022-ci il tarixdə qardaşı X1 məxsus yaşayış evini 52.700 manata onun verdiyi etibarnamə əsasında satmış, evi satmaqda məqsədi həmin pulla biznes qurmaq və pul qazanmaq olmuşdur. 2022-ci ilin avqust ayında Cavid və Mülkədar ilə söhbət zamanı onlar ona taksi üçün avtomobil alıb onlara icarə verməyi təklif etmiş, onların təklifi ilə razılaşaraq, 50.000 manat verib müxtəlif şəxslərin adında olan 99-BR959 dovlet dö vlət qeydiyyta nişanlı "Kia Optima” markalı, 9-KG-764 dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilləri Cavid və Mülkədar vasitəsilə almış, əvəzində onlara 50 000,0 (əlli min) manat pul nağd qaydada vermişdir. Bundan sonra həmin avtomobilləri razılaşaraq icarə əsasında İddiaçı rəhbəri olduğu "xxxx" MMC-yə notarial qaydada icarə müqaviləsi bağlayaraq “Kia Optima" markalı avtomobili aylıq 600 manata, "Toyota Prius" markalı avtomobilləri isə 500 manata icarəyə vermişdir. Lakin onlar vergi ödəyicisi olduqları üçün rəsmi müqavilədə qiyməti 300 manatdan göstərəcəklərini bildirmiş, o isə bununla razılaşmışdır. İcarə müqaviləsini xx.xx.2023-cü ildə Bakı şəhəri 23 saylı notariat ofisində bağlamış və hər üç avtomobili həmin gün dən 12 ay müddətinə İddiaçı rəhbəri olduğu "xxxx" MMC-yə icarəyə vermişdir, MMC adından müqaviləni notariat ofisində İddiaçı şəxsən imzalamışdır. Bundan sonra o tez-tez icarə haqqını istəmiş, onlar isə hər dəfə onu aldadıb müəyyən bəhanələr irəli sürmüş icarə haqqını ödəməmişlər. Bir qədər sonra Mülkədar ona Cavidin 2022-ci ilin sonlarında toyu olacağını, toydan sonra icarə pulunu verəcəklərini bildirmiş, lakin Cavidin toyundan sonra da aylıq ödənişlər ona ödənilməmişdir. Cavid və Mülkədar icarə haqqını ödəmədikləri üçün artıq bir neçə ay idi ki, ofisə də gəlmədiklərini, avtomobillərini qaytarmadıqlarını və avtomobillər üzrə icarə haqqını ödəmədiklərini görüb xx.xx.2023-cü il tarixində avtomobilə verdiyi etibarnamələri ləğv etmişdir. Lakin icarə müqaviləsi ikitərəfli müqavilə olduğu üçün l əğv edə bilməmişdir, nəticədə avtomobillər İddiaçı qalmışdır. Bundan sonra vəkili DİN-ə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək avtomobillərin saxlanılması və ona geri qaytarılmasını xahiş etmişdir. Məktubun icrası ilə əlaqədar avtomobillər üzərinə axtarış qoyulmuşdur. Bundan sonra, ona məxsus 99-KG764 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil xx.xx.2023-cü il tarixində cərimə meydançasına qoyulmuş, mülkiyyətində olan digər avtomobillər - **-BG-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı və **-BR-*** dövlət nömrə nişanlı “Kia Optima” markalı avtomobillər isə İddiaçı istifadəsində qalmışdır. Həmin avtomobillərdən **-KG-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil 2023-cü ilin may ayından cərimə meydançasındadır, **-BG-*** dövlət nömrə nişanlı “Toyota P rius” markalı və **-BR-*** dövlət nömrə nişanlı “Kia Optima” markalı avtomobillər isə təmirə ehtiyacı olduğu üçün nasaz vəziyyətdədir. Avtomobillər çox nasaz vəziyyətdədir, təmirə (kosmetik və cari) ehtiyacı var, üzərində ödənilməmiş cərimələri var, texniki baxışdan keçməmiş və icbari sığortası alınmamışdır. Saz vəziyyətdə icarəyə verdiyi avtomobillər hazırda nasaz vəziyyətdədir və ona xeyli miqdarda ziyan dəymişdir. Avtomobilləri İddiaçı rəhbəri olduğu "Cavid MC Group” MMC-yə icarə müqaviləsi əsasında versə də, faktiki olaraq onları İddiaçı vermişdir, İddiaçı isə avtomobilləri müxtəlif şəxslərə sürmək üçün vermiş və pul qazanmışdır, lakin buna baxmayaraq, icarə haqqını ödəməmişdir. Bundan əlavə, **-BR-*** dövlət nömrə nişanlı “Kia Optima” markalı avtomobilə görə Cavid və Mülkədarın xahişi ilə Mülkədara və X3 və **-KG-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilə isə X4 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İcarəyə verdiyi avtomobillər icarə müddəti ərzində yol vərəqəsi əsasında digər şəxslər tərəfindən də idarə olunmuşdur. Cərimələrə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərildiyi üçün məcbur qalıb həmin cərimələri şəxsi vəsaiti hesabına ödəmişdir. İddiaçı hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir: 1. **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobilin 10 aylıq icarəsinə görə 6000,0 manat, **-KG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobilin 9 aylıq icarəsinə görə 4500,0, 49-BG 162 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillərin 10 aylıq icarəsinə görə 5000,0 manat olmaqla, ümumilikdə 15.500,0 (on beş min beş yüz) manat;

2. Avtomobillərin cari və kosmetik təmir xərclərinə görə **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobilin 1570,0 manat, **-KG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin 2320,0 manat, və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin 2410 manat olmaqla ümumilikdə 6300,0 (altı min üz yüz) manat cari təmir və kosmetik iş görülməsi üçün xərcləri vardır. Bu barədə qüsur aktları tərtib olunmuşdur.

3. Avtomobillərin yol hərəkəti qaydalarına düzgün riayət edilməməsi nəticəsində **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobildə 274.,8 manat, **-KG-*** dövlət qe ydiyyat nişanlı "Toyota Prius" markalı avtomobildə 539,5 manat və **-BG-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius” markalı avtomobildə isə 851,1 manat olmaqla, ümumilikdə 1.665,4 (min altı yüz altmış beş) manat ödənilməmiş cəriməsi olmuşdur. Həmin cərimələr tərəfindən ödənilmişdir. Beləliklə, İddiaçı hərəkətləri nəticəsində ona ümumilikdə 23.465,40 (iyirmi üç min dörd yüz atmış beş) manat ziyan dəymişdir. Bundan əlavə, 2022-ci ilin avqust ayında mülkiyyətində olan qeyd etdiyi avtomobilləri icarəyə verdikdən sonra, icarə haqqını ala bilməmişdir, dəfələrlə müraciət etsə də, İddiaçı müxtəlif bəhanələr gətirərək nə avtomobilləri, nə də icarə haqqını verməmişdir. Bu isə onda dərin sarsıntı yaratmış və iztirab keçirmişdir. Belə ki, qardaşına məxsus evi satmış, həmin pula 3 maşın almışdır, icarə yə vermişdir, pul qazanmağı gözləyərkən maşınlar da İddiaçı tərəfindən gizlədilmiş, onları tapana qədər, sənədlərini bərpa edənə, avtomobillərin cəriməsini ödəyənə qədər nə qədər zülm çəkmişdir, stress yaşamışdır, nəticədə maddi ziyan ilə bərabər ona mənəvi ziyan da vurulmuşdur. Ömrünün 25 ilini dövlətin müdafiəsi uğrunda həsr etmiş, 1992-ci ildən ordu sıralarında xidmət etmiş, polkovnik-leytenant olmaqla İİ qrup əlil kimi ordu sıralarından ehtiyata buraxılmışdır, 2016cı il Aprel döyüşlərinin iştirakçısıdır. İddiaçı hərəkətləri nəticəsində onsuzda qaydasında olmayan səhhəti daha da pisləşmiş, ona 6000,0 (altı min) manat mənəvi zərər də dəymişdir. İcarə müqavilələrinin 3-cü bəndinə əsasən Cəmiyyət adından çıxış edən İddiaçı avtomobilləri ondan işlək vəziyyətdə (problemsiz) təhvil almış və h əmin vəziyətdə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı istifadə edərək pul qazandığı avtomobillərin cərimə borclarını ödəməmiş, cari təmirini etməmiş, kosmetik işlərini gördürməmiş, ona olan icarə haqqını ödəməmişdir. Göründüyü kimi İddiaçı tərəfindən həm şəxsən, həm də direktoru olduğu "Cavid MG Group” MMC vasitəsilə, etdiyi hərəkətlər nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir.

70. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh Sərhad oğlunun İddiaçı və "Cavid MG Group” MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilib birlikdə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərarı a lınmışdır.

71. Məhkəmənin şahid qismində dindirdiyi Şahid3 ifadəsində bildirmişdir ki, “Arazı tanıyır. Bir yerdə işləyirlər. O, "ASK PLAZA”-da direktor müavini işləyir. Araz isə mühafizə xidmətinin rəisidir. Cavid də plazada ofis icarəyə götürmüşdür. Cavidlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Lakin xəbəri var ki, Araz Cavidə 50.000 manat pul veribdir. O da pul məsələsiylə bağlı Cavid və Mülkədarla danışmışdır. Dəfələrlə demişdilər ki, pulu verəcəklər. Bildiyinə görə 50.000 manat borc verilibdir. O istəmişdir ki, aralarında dava olmasın. Bu səbəbdən də onlarla danışmış, məsələni sülhlə həll etməyə çalışmışdır.

72. Məhkəmənin şahid qismində dindirdiyi Şahid4 ifadəsində bildirmişdir ki, "ASK Plaza”-nın direktorudur. Araz onların əməkdaşdır. Cavid isə onların icarəçiləridir. İcarə haqqını ödəmədiyinə görə müqavilə ləğv edilmişdir. Tərəflər arasında olan mübahisədən xəbəri var. Araz Cavid və Mülkədara 50.000 manat borc pul verib. Aralarında sövdələşmə olub. Daha sonra Cavidgil verdikləri vədi yerinə yetirməyiblər. Pulun müqabilində isə maşınları Arazın adına keçiriblər.

73. Məhkəmənin şahid qismində dindirdiyi Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur, onunla şərik işlər görürlər. Arazı ofisdən tanımışdır. “ASK Plaza”-dan ofis götürmüşdürlər. Araz da Plazanın Təhlükəsizlik Xidmətinin rəisi olmuşdur. Cavabdeh qarşı heç bir ədavəti və düşmənçiliyi yoxdur. Lakin Arazın ona qarşı düşmənçiliyi vardır. Onlara pul lazım idi. Ofisdə də bir neçə nəfər bilirmiş. Araz da xəbər tutmuşdu. Onlara zəng vurmuşdur ki, nə qədər lazımdı o verə bilər. Araz 3 avtomobili girov k imi öz adına keçirmiş, əvəzində isə onlara 30.000 pul vermişdir. Hətta Araz 4 maşın istəmişdir. Lakin onlar razı olmamışdılar. Həmin maşınların cəmi məbləği 45-50.000 olmuşdur. İcarə müqaviləsini formal olaraq bağlamışlar ki, yol vərəqəsi ala bilsinlər. Borca görə aylıq 3000 manat pul ödəyəcəkdilər. Lakin əsas borc yerində qalacaqdı. Araza 7 ay 3000 manat pul ödəyiblər. Elə onun 3 ayın pulunu özü aparıb Araza vermişdir. 3000 manat pulu hər dəfə ayın axırı vermişlər. Çünki gecikmələr olanda aralarında söz söhbətlər olmuşdur. X22 gəlmişdir. Yanında da 2 nəfər var idi. 2000 manat pulu da orda Araza vermişdi. Maşınların alqısatqısında o iştirak etmişdir. Maşınlar Cavidin adından Arazın adına keçirilmişdir. Maşınların alqı-satqısında ona hər hansı hədə-qorxu və ya əlavə təsir olmamışdır. Maşınl arın cərimələri də ona gəlmişdir. Gətirib təqdim də edə bilər. Pulu iş qurmaq üçün götürüblər. Lakin qurmaq istədikləri iş alınmamış, ziyana düşmüşdürlər. Həmişə ofisin icarə haqqını vaxtı-vaxtında vermişdilər. Pis vəziyyətə düşdükdən sonra isə gecikdirmişlər. Çünki hər ay Araza 3000 manat məbləğində pul verirdilər, bu da onlar üçün çətin idi. Pulları əlbəəl vermişdirlər. Hətta Araza bildirmişdilər ki, kart hesabı versin karta ataq. Lakin Araz razı olmamışdır. Düşünməmişlər ki, nə vaxtsa belə problemlər olanda onların əlində borc pulu ödəmələrinə dair sübut olmayacaq.

74. Məhkəmənin şahid qismində dindirdiyi X5 ifadəsində bildirmişdir ki, İddiaçı tanımır. Arazla yaxın yoldaşdırlar. 26-27 ildir ki bir-birilərini tanıyırlar. Arazı dürüst, qorxmaz və düzgün insan kimi tanıyır. Araz yanvar ayı nın 22-si ona zəng vurmuşdur və bildirmişdir ki, Saatlıya getmək lazımdır. Orada onları Mülkədar qarşılamışdır. Araz istəyirdi ki, Cavidin valideynləri ilə görüşsün. Lakin Mülkədar şərait yaratmamışdır. Mülkədar onları Saatlıda bazarın girişində yerləşən Təndir evinə aparmışdır. Aldığı aparatları göstərmişdir. Daha sonra Xırdavat mağazasına getmişdilər. Mülkədar Araza bildirmişdir ki, ona 1 həftə vaxt versin ki, təndirə qaz çəkdirsin və işlər yoluna düşsün, pulu qaytaracaq. Əks təqdirdə Yasamalda Statistikanın yanında evi var, satıb pulu ödəyəcəkdir. Daha sonra birlikdə restorana yemək yeməyə getmişdilər. Şəkillər də çəkdiriblər. Həmin şəkilləri də məhkəməyə təqdim edir. Həmin vaxt Mülkədarın Araza pul verməyini görməmişdir. Arazla yaxın yoldaşdırlar, ona görə onunla getmişdilər. Pul haqq- hesabından xəbəri var idi. Bildiyinə görə Cavidlə Mülkədara 50 000 manat pul vermişdir. X21 demişdir ki, onun pulunu qaytardıqdan sonra şərik olmayacaqdır. Araz ona demişdir ki, uşaqlarla iş görəcəklər, ya taksi fəaliyyəti, ya da avtomobil ehtiyyat hissələri satışı ilə məşğul olmağı düşünürlər. Mülkədarın obyektləri göstərməkdə məqsədi o imiş ki, iş qurduğunu və Arazın pulunu qaytaracaqlarını göstərsin. Araz ordakı işçiyə sual vermişdir ki, bu obyekt kimindir? Qadın da cavab vermişdir ki, bu obyekt onlarındır. Orada belə bir xoşagəlməz hal da yaşanmışdı.

75. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(004)3105/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması" tələbinin rədd, Cavabdeh İddiaçı və "xxxx" MMC-nə qarşı "m üqavilə üzrə öhdəliklərin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinin qismən təmin edilməsi, İddiaçı icarə haqqına görə 8400 (səkkiz min dörd yüz) manat, **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima” markalı avtomobillə bağlı ödənilmiş cəriməyə görə 274,7 (iki yüz yetmiş dörd manat yetmiş qəpik) manat olmaqla, ümumilikdə 8674,7 (səkkiz min altı yüz yetmiş dörd manat yetmiş qəpik) manatın və ödənilmiş dövlət rüsümunun 106,74 (yüz altı manat yetmiş dörd qəpik) hissəsinin tutulub Cavabdeh ödənilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

76. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

77. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 17 avqust 2023-cü il tarixdə X8 özünə məxs us olan "KİA OPTİMA” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18.000 manata, "TOYOTA PRİUS (HİBRİD)” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10.000 manata Cavabdeh satmışdır. 18 avqust 2023-cü il tarixdə X2 özünə məxsus olan "TOYOTA PRİUS” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10.000 manata Cavabdeh satmışdır. Qeyd olunan avtomobillərin icarəyə verilməsi ilə əlaqədar Cavabdeh ilə İddiaçı arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, 18 avqust 2022-ci il tarixində icarədar Cavabdeh ilə icarəçi "Cavid MC Group” MMC arasında "TOYOTO PRİUS HİBRİD” MİNİK markalı **BG-*** dövlət nömrə nişanlı, “X24” markalı, 2011 -ci il istehsalı, **-BR-*** qeydiyyat nişanlı və " TOYOTA PRİUS MİNİK” markalı **-KG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin 1 il müddətinə icarəyə verilməsinə dair icarə müqavilələri bağlanmışdır. İcarə müqavilələrinə görə icarəçi 1 il müddətinə hər ay hər maşına görə 300 (üç yüz) manat icarə haqqı ödəməli idi.

78. Birinci iddia üzrə mübahisələndirilən "KİA OPTİMA” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və "TOYOTA PRİUS (HİBRİD)” **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqına dair müqavilələr X8 ilə Cavabdeh arasında, "TOYOTA PRİUS” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin alqı-satqısına dair müqavilə isə X2 ilə Cavabdeh arasında bağlanmışdır, hər üç müqaviləyə dair hüquqi proseslər barəsində onların müqavilə tərəfi kimi azadlığı olmuş, "müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir. Qeyd edilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, birinci iddia tələbi təmin edilməməlidir.

79. Məhkəmə ikinci iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh hər üç müqavilədə icarə haqqının 300 manat, lakin İddiaçıla aralarındakı razılaşmaya görə sonuncunun ona hər ay üç müqavilə üzrə ayrı-ayrılıqda 600 manat icarə haqqı ödəməli olmasını bildirsə də, məhkəmə hesab edir k i, ikinci iddia tələbi "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” hissəsində qismən təmin edilməlidir. Hər üç müqavilədə icarə haqqının 300 manat qeyd olunmasını və 10 aylıq icarə haqqının ödənilmədiyi nəzərə alınaraq, cavabdeh İddiaçı icarə haqqına görə 8400 (səkkiz min dörd yüz) manat pul tutulmalıdır. İddiaçı icarə müqavilələri üzrə icarə haqqlarını ödəməsini sübuta yetirə bilməmişdir. Bundan başqa iş materiallarında olan qəbzlərlə müəyyən olunur ki, Cavabdeh tərəfindən "Kia Optima” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şahid1 adına yazılmış inzibati protokollara görə 274,7 (iki yüz yetmiş dörd manat yetmiş qəpik) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan digər qəbzlərdən Cavabdeh kimin adına yazılmış protokollara görə cərimə ödəməsi müəyyən oluna bilmədiyindən, məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edərək, cavabdehdən 274,7 (iki yüz yetmiş dörd manat yetmiş qəpik) manat tutulması qənaətinə gəlir.

80. İkinci iddia tələbində "Toyoto Prius (Hibrid) Minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və "X24” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin təmirinə ümumilikdə 4890 manat məbləğində pul vəsaiti xərclənməsinə dair "AVTOSERVİS 444” tərəfindən tərtib olunmuş qüsur aktları əlavə edilsə də, həmin aktları tərtib olunduğu tarix qeyd olunmadığından həmin avtomobillərə məhz cavabdehin istifadəsində olduğu müddətdə zərər dəyməsi ilə bağlı iş materiallarında digər sübutlar olmadığında məhkəmə iddia tələbinin bu hissədə təmin olunmaması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin mənəvi ziyanının ödəni lməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh iddia tələbində İddiaçı hərəkətləri nəticəsində səhhətinin daha da pisləşməsi və ona 6000 manat mənəvi zərərin vurulmasını qeyd etdə də, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir.

81. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə Mülki Məcəllənin 21ci, 386-cı, 425.1-ci, 442-ci, 448.1-ci, 700.1-ci, 700.3-cü, Mülki Prosessual Məcəllənin 14.2ci, 76-cı, 77-ci, 80-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

82. Qətnamədən İddiaçı nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv, təmsil etdiyi şəxsin iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmiş, İddiaçı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılan şikayətdə məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

83. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4332/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə (E.Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və X.Mərdanova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3105/2023 saylı iş üzrə 07 dekabr 2023-cü il tarixli qətnaməsi “İddiaçı icarə haqqına görə 8400 (səkkiz min dörd yüz) manat, **-BR-*** dövlət qeydiyyat nişanlı "Kia Optima” markalı avtomobillə bağlı ödənilmiş cəriməyə görə 274,7 (iki yüz yetmiş dörd manat yetmiş qəpik) manat olmaqla, ümumili kdə 8674,7 (səkkiz min altı yüz yetmiş dörd manat yetmiş qəpik) manatın və ödənilmiş dövlət rüsümunun 106,74 (yüz altı manat yetmiş dörd qəpik) hissəsinin tutulub Cavabdeh ödənilməsi” hissəsində ləğv olunmuş, Cavabdeh iddia tələbi həmin hissədə də təmin edilməmiş, qətnamə mübahisələndirilən digər hissədə, yəni İddiaçı Cavabdeh qarşı “alqısatqı müqavilələrinin etibarsız sayılması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır.

84. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:

85. İddiaçı iddia tələbi Cavabdehla bağladığını bildirdiyi alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədədir – həmin tələb üzrə irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, alqı-satqı müqavilələri bağlayaraq mülkiyyətində olan avtomobi lləri Cavabdeh satmış, lakin əslində bu müqavilələri bağlamaqda məqsəd Cavabdeh aldıqları borcu təmin etmək olmuşdur.

86. Bununla yanaşı işin hallarından görünür ki, İddiaçıla Cavabdeh arasında ümumiyyətlə alqı-satqı müqavilələri bağlanmamış, İddiaçı qeyd etdiyi avtomobillər onun mülkiyyətində olmamışdır.

87. Bu səbəblə kollegiya, İddiaçı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və dəlilləri müvafiq iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayətinin dəlilləri üzrə əlavə əsaslandırma aparmağa zərurət görmür.

88. Bununla belə kollegiya, Cavabdeh iddia tələbi üzrə (mübahisələndirilən hissədə) məhkəmənin gəldiyi nəticə ilə razılaşmır:

89. Həmin tələb üzrə gəldiyi nəticəni məhkəmə onunla əsaslandırmışdır ki, İddiaçı avtomobill ərin icarə haqqına görə 8400 (səkkiz min dörd yüz) manat, eləcə də Cavabdeh tərəfindən “Kia Optima” markalı 99-BR959 dövlət qeydiyyat nişanlı avtomobilə Şahid1 adına yazılmış inzibati protokollara görə ödənilmiş 274,7 (iki yüz yetmiş dörd manat yetmiş qəpik) manat tutulmalıdır.

90. Halbuki, işin hallarından görünür ki, avtomobillərlə bağlı Cavabdehla bağlanmış icarə müqavilələrinin tərəfi İddiaçı yox, "xxxx" MMC-dir; hüquqi şəxsin öhdəliyinə görə isə onun təmsilçisinin məsuliyyət daşıması mümkün deyildir (§ 88,89).

91. Həmçinin qeyd olunmalıdır ki, əgər Şahid1 Cavabdeh hesabına əsassız varlanmışdırsa, əsassız varlanma obyekti məhz ondan tələb oluna bilər.

92. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 21, 52.1, 87.1, 324, 337.1, 337, 339.1, 339.3, 340.1, 340.2, 385.1, 386.1, 425.1, 700.1, 700.3, 1091.1, 1091.2, 1092.1, 1093.1, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

93. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun iddiasının təmin edilmədiyi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

94. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan müqavilə görünüş üçün bağlanmışdır. İddiaçı avtomobillərin faktiki mülkiyyətçisi kimi çıxış edir, çünki həmin avtomobillərin mülkiyyətçisi olan şəxsdən rəsmi olaraq etibarnamə almışdır. Bu etibarnamə vasitəsilə ona həmin avtomo billərlə bağlı bütün hüquqlar verilmişdir. Yəni, hüquqi mülkiyyətçinin adı İddiaçı anasının adına qeyd edilsə də, avtomobillər formal olaraq onun adına olub, bütün mülkiyyət hüquqları İddiaçı keçmişdir. Bu barədə verilən etibarnamə mövcuddur və bu hüquqi fakt heç bir zaman qarşı tərəf tərəfindən məhkəmə iclaslarında mübahisələndirilməmişdir. Məhkəmənin belə bir qərara gəlməsi, onun subyektiv hüququnun tanınmamasına və nəticədə ona qarşı ədalətsiz bir münasibət yaranmasına səbəb olmuşdur. Faktiki olaraq avtomobillərlə bağlı hüquqların ona verildiyini nəzərə alaraq, qərarın düzgün olmadığı və onun subyektiv hüquqlarının tanınmalı olduğu qənaətindədir.

95. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4332/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclas ında tədqiq edilən sübutlara əsaslanmamışdır.

96. Bu işdən görünür ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Şahidlərin verdiyi ifadələrdən də görünür ki, tərəflərin arasında alğı-satqı yox girov niyyətlərinin olması aydındır.

97. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

98. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi Cavabdeh mülkiyyətində olan 3 avtomobili İddiaçı direktoru olduğu "xxxx" MMC-yə icarəyə vermişdir. Lakin, məhkəmə apellyasiya şikayətində mübahisələndirilməməsinə baxmayaraq, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə əsassız qətnamə çıxarmışdır. Beləki, birinci instansiya məhkəməs inin qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətində o, Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini ümumiyyətlə mübahisələndirməmişdir.

99. Əgər məhkəmə tam hüquqlu məhkəmə kimi işə baxsaydı, onda həmin icarə haqqının təmin edilməməsi yox, "xxxx" MMC tərəfindən ödənilməsi məsələsinə də qiymət verilməsinə də baxmalı idi. Lakin məhkəmə yalnız təmin etməməsini qeyd etmiş və bunu da əsaslandırmamışdır.

100. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən pul tələbi ilə bağlı qismən təmin olunması hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, məhkəmə səlahiyyətlərindən kənar çıxaraq, qətnaməni həmin hissədə ləğv etmişdir.

101. Eyni zamanda, məhkəmə Qətnamənin 118-ci bəndində qeyd etmişdir ki, Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin İddiaçı iddia tələbinin təmin olunmaması ilə bağlı, habelə Cavabdeh iddia tələbinin qismən təmin olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Cavabdeh şikayət vermədiyindən qətnamə onun iddia tələbinin təmin olunmayan hissələri üzrə apellyasiya baxışının predmeti deyildir.

102. Göründüyü kimi, məhkəmə Cavabdeh qarşı qərəzli münasibət göstərmiş, İddiaçı həmin hissədə şikayət verməməsinə baxmayaraq, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmiş, lakin Cavabdeh şikayət verməməsini əsas gətirərək, iddia tələbinin təmin olunmayan hissələrinə baxmamışdır.

103. Halbuki, Cavabdeh da apellyasiya şikayəti vermiş, lakin m üddət apellyasiya instansiyası tərəfindən ötürülmüş hesab edilmişdir.

104. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində icarə müqavilələrinin mövcudluğu və həmin müqavilələrə görə Cavabdeh pul ödənilməli olduğunu araşdırmamışdır.

105. Eyni zamanda, icarə müqaviləsinin mövcud olmasına və cavabdeh kimi həm İddiaçı, həm də onun təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin göstərilməsinə baxmayaraq, məhkəmənin öz qətnaməsinin 127-ci bəndində icarə haqqının avtomobillərlə bağlı Cavabdehla bağlanmış icarə müqavilələrinin tərəfi İddiaçı yox, "xxxx" MMC-dir, hüquqi şəxsin öhdəliyinə görə isə onun təmsilçisinin məsuliyyət daşıması mümkün deyildir ilə bağlı mövqeyi ilə razılaşmır.

106. Şikayətdə dəfələrlə qeyd edildiyi kimi, İddiaçı apellyasiya şikayətində bu məsələnin mübahisələndirilmədiyi üçün mə hkəmə bu məsələyə münasibət bildirməməli idi. İkincisi isə, İddiaçı şikayətində əgər bu halı mübahisələndirsə idi, həmin icarə haqqının cavabdeh kimi qeyd olunmuş "xxxx" MMC-yə aid olması məsələsinə məhkəmə tərəfindən baxılmalı idi.

107. Belə ki, Cavabdeh avtomobilləri İddiaçı məxsus, təsisçisi və direktoru olduğu "xxxx" MMC-yə icarəyə verilməsi barədə təkzibedilməz sübutları düzgün qiymətləndirməmiş, həmin MMC-nin də cavabdeh kimi məhkəmə mübahisəsinə cəlb edilməsi kimi faktları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

108. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

109. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

110. Hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

111. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

112. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

113. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

114. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cav abdehdir.

115. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

116. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağl anması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

117. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

118. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

119. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

120. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

121. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

122. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəx sin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

123. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

124. M addə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

125. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

126. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

127. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

128. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

129. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icar əyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

130. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddə aları müvafiq surətdə tətbiq edilir.

131. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

132. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

133. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

134. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

135. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

136. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halla rın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

137. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

138. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

139. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

140. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

141. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

142. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

143. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, ilk iddia üzrə iddiaçı həmin tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil, qarşılıqlı iddia isə tələbə cavab vermək səlahiyyətinə malik olmayan şəxsə qarşı yönəlmişdir.

144. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və kassasiya şikayətlərinin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldi yi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

145. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

146. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosess ual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

147. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

148. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4332/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar