Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3972/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1 Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması" tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin təmirinə və yaxşılaşdırılmasına sərf edilmiş xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə hər iki iddianın təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh əmlakı ilə birlikdə İddiaçı məxsus ünva n 1 ünvanında yerləşən, sahəsi 67 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, qətnamənin İddiaçı apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri - 126 (yüz iyirmi altı) manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ0 **********000003944 X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına köçürülməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyət i üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun işçilərinin və əmlakının ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 67 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m olan qeyri-yaşayış sahəsinin (kafenin) təmirinə və yaxşılaşdırılmasına çəkilmiş 10.000 (on min) manat məbləğində xərclərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq iddiaçıya verilməsi, iddiaçının kafedən çıxarılması və pulun ödənilməsinin eyni anda icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşin mübahisə edilməyən hallarına görə, iddiaçının mülkiyyətində ünvan 3 ünvanda ümumi sahəsi 67 kv.m. olan qeyri yaşayış sahəsi vardır. İddiaçı ilə cavabdeh arasında qeyd edilən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı bu sahənin aylıq 200 (iki yüz) manat icarə pulun müqabilində 2 (iki) il müddətinə icarəyə vermişd ir. Eyni zamanda tərəflər arasında bu sahənin icarəyə verilməsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Bu müqavilə ilə aylıq icarə haqqı 700 (yeddi yüz) manat müəyyən edilmişdir. Həmçinin işin mübahisə edilməyən hallarına görə, iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil vermiş, cavabdeh isə icarə haqqı olaraq iddiaçıya 1400 manat pul ödəmişdir. İddiaçı cavabdehin icarə haqqını 3 (üç) ay ödəmədiyini göstərərək, xx.xx.2019-cu ildə hazırki iddianı vermişdir. Cavabdeh iddiaçıya etiraz edir və göstərir ki, kafenin təmirinə ümumilikdə 10 000 (on min) manat pul sərf etmişdir. Bundan başqa, icarə müqaviləsinin müddəti başa çatmamışdır. Ona görə də, qarşılıqlı iddiası təmin edilməlidir. İş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi i lə, xx.xx.2018-ci il tarixli icarə müqaviləsindəki icarəyə götürülən qrafasında imzanın N tərəfindən icra edildiyi, xx.xx.2019-cu il tarixli rəyi ilə icarəyə verilən qeyri-yaşayış sahəsində 1254 manat təmir-tikinti işlərinin aparıldığını müəyyən edilmişdir. İş üzrə mübahisə apelyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Apelyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi üç hissədən, yəni cavabdehin, onun işçilərinin və əmlakının qeyriyaşayış sahəsindən çıxarılmasından ibarətdir. Bu tələbi irəli sürərkən iddiaçı xx.xx.2018-ci il tarixli icarə müqaviləsini əvəz edən xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtlərinin pozulmasına istinad edir. Belə ki,iddiaçı sonuncu müqaviləyə əsasən icarə verdiy i obyektə görə hər ay cavabdehin ona 700 manat ödəməli olduğu halda, iki aydan sonra müqavilənin bu şərtini pozaraq ödəniş etmədiyini, cavabdeh isə xx.xx.2018-ci il tarixli müqavilədən ümumiyyətlə məlumatı olmadığını bəyan edir. Düzdü, məhkəmə xətşünaslıq ekspertizasının rəyində xx.xx.2018-ci il tarixli müqavilədə İcarəyə Götürən: imza qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunduğu təsdiq olunmuşdur. Lakin qeyd olunan müqavilədə, əvvəlki, yəni xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, əvvəlki müqavilədə göstərilən icarə haqqının bazar qiymətlərini əks etdirməməsi, sonuncu müqavilənin əvvəlki müqaviləni əvəz etməsi və.s.kimi şərtlər nəzərdə tutulmamışdır. Ümumiyyətlə xx.xx.2018-ci il tarixli müqavilədə tərəflərin mübahisəli qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı iradələ rini ifadə edən yaxud əvvəlki müqaviləni əvəzləyən hər hansı bir şərtin olması müəyyən edilmir. Ona görə də bu cür müqavilə qeyri-yaşayış sahəsindən çıxarılmanın faktiki əsasını təşkil edə bilməz. Bununla yanaşı, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə tərəflərin həqiqi iradəsini ifadə edən şərtlər nəzərdə tutulsa da bu müqavilə də etibarlı hesab edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır. Lakin hər iki müqavilə dövlət qeydiyyatına alınmamışdır. Demək tərəflər arasında bağlanmış hər iki müqavilə etibarlı müqavilə hesab edilə, eyni zamanda hazırki iddianın faktiki əsasını təşkil edə bilməz. Buna b axmayaraq, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan və cavabdeh həmin obyekdə qanuni əsas olmadan fəaliyyət göstərdiyindən, sonuncu əşyaları ilə birlikdə həmin qeyri yaşayış sahəsindən çıxarılmalıdır. Çünki, cavabdehin həmin qeyri-yaşayış sahəsində iddiaçının iradəsinə zidd qalması sonuncunun hüquqlarını açıq-aşkar pozur. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır. Əvvəla, apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, icarə müqaviləsi üzrə icarəçinin icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınmaması qeyd edilən müqavilənin etibarlı müqavilə hesab edilməməsi üçün əsas ola bilməz. Belə ki, icarə və ya istifadə hüququnun qeydə alınması məsələsi müqavilənin bağlanma anına deyil, müqavilə bağlandıqdan sonra edilən hərəkətlərə aid olduğundan bu hərəkətlərin icra edilməməsi müqavilənin etibarlılığına təsir etmir. Bundan başqa qeyd edilməlidir ki, icarə müqaviləsi üzrə hüquqların qeydiyyata alınmaması müqavilə tərəflərinin müqavilə üzrə öz üzrəinə götürdükləri öhdəliklərin icrasından azad etmir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı verdiyi iddia ərizəsində xx.xx.201 8-ci il tarixli icarə müqaviləsinin ləğvini tələb etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə yeni apelyasiya baxışında apelyasiya instansiya məhkəməsi icarə müqaviləsi ləğvinə dair tələb olmadan qeyriyaşayış sahəsinin boşaldılması barədə iddianın təmin edilməsinin mümkünlüyünə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının iddia tələbinin hüquqi əsası icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması olduğu halda apelyasiya instansiyası məhkəməsi özü yeni hüquqi əsas müəyyən etmiş və iddiaçının mülkiyyət hüququna istinad etməklə iddianı təmin etmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normala rın pozuntusu ilə çıxarmışdır və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3972/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3972/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver