Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3974/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Məmmədova Şərabanı Əsəd qızının cavabdehlər Cavabdeh1na və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əqdin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5967/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Qazax rayonunun Canallı kəndində yerləşən 0,36 ha ölçüdə torpaq sahəsi (1/3 hissə) 05 yanvar 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh3 məxsus olmuş və 17 yanvar 2018-ci il tarixdə notariatda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsi onun tərəfindən Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və 30 yanvar 2018-ci il tarixdə onun adına Dövlət Reyestrindən Çıxarış verilmişdir. 17 yanvar 2018-ci il tarixdə X1 vərəsəsi kimi Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən onun adına evə və torpaq sahəsinə dair Reyestrdə n Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında Məmmədova Şərabanı Əsəd qızı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-ci ildən faktiki, 29 aprel 2009-cu il tarixdən isə rəsmi nikahda olduğu Cavabdeh3 tərəfindən Qazax rayonunun Canallı kəndində yerləşən 0,36 ha ölçüdə torpaq sahəsinin 1/3 hissəsinin bacısı Cavabdeh2 bağışlamasını, halbuki onun ailə qurduğu vaxtdan Canallı kəndində yerləşən evdə yaşamasını, bundan başqa Cavabdeh2 30 yanvar 2018-ci il tarixdə həmin evi öz adına rəsmiləşdirməsini, əri ilə boşansa da, evə istifadə hüququnun məhkəmə qətnaməsi ilə müəyyən olunmasını və həmin m üqavilənin bağlanmasında məqsədin onu hüquqlarından mərhum etməkdən ibarət olmasını və s. əsas göstərməklə Cavabdeh3la Cavabdeh2 arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin ünvanda yerləşən fərdi yaşayış evi və 36 sot torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2020 saylı, 27 fevral 2020ci il tarixli qətnaməsi ilə (hakim: A.A.Paşayeva) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı N qızı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosess ual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5967/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı N qızı kassasiya şikayəti verərək qətnamənin işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandı rılmamasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli torpaq sahəsi cavabdehlərin anasından miras qalmaqla tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş əmlak deyildir. Həmin torpaq sahəsi Cavabdeh3 mülkiyyətində olduğundan o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə müvafiq olaraq həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müəyyən olunduğu kimi, cavabdeh İ. Nəsibov mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak üzərində sərəncam verdiyindən və bu zaman iddiaçının hüquqlarını pozan hər hansı bir hərəkətə yol verilmədiyindən həmin müqavilənin və eləcə də Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, istər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və istərsə də, bağışlama müqaviləsinin bağlanması zamanı qanunun tələblərinin pozulması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5967/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3974/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3974/2021
30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver