Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3975/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 və iddiaçı Mustafayeva (Diniyeva) Xanım Abdulhəmid qızının iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)362/2020 saylı qətnaməsindən Cavabdeh1 Hüseynoviçin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-914/2019 saylı qətnaməsi ilə (səd rlik edən, hakim T.H.Həsənov) iddiaçı X1 Cavabdeh1 Hüseynoviçə və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)362/2020 saylı qətnaməsi ilə (hakimlər M.R.Hüseynov sədrlik edən, məruzəçi, M.M.Hüseynov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin olunub, Cavabdeh1 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi, həmçinin Cavabd eh1lə Cavabdeh2 arasında 0,401 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Xanım Mustafayeva məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməkl ə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1, vəkili Şaban Məmmədov, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsaslı olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152, 337.1, 337.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 1995-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurub və onların birgə nikahından uşaqları olmayıb. Sonradan Zaqatala rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub. Bundan sonra Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tar ixli qətnaməsi ilə X3 Diniyevə qarşı “ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların bərabər müəyyən edilməsinə dair” iddiası təmin edilərək, Xanım Mustafayeva ilə Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahələri üzərində hər birinin payının bərabər, yəni ½ hissədə müəyyən edilməsi qət edilib. Eyni zamanda işdən görünür ki, xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşımaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Həmçinin xx xxxx 2019-cu il tari xli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ½ hissədə Xanım Mustafayevanın, ½ hissədə isə Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınıb. Həmçinin işdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Zaqatala rayonu, Danaçı kəndində yerləşən, ümumi sahəsi 0,401 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1.000 manata Cavabdeh2 satıb. Zaqatala rayon Danaçı bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli arayışına görə, Cavabdeh1 torpaq islahatı zamanı 2 nəfər subyekt olmaqla, yəni özü və keçmiş arvadı Xanım Mustafayeva hər b irinin mülkiyyətinə 0,41 ha torpaq sahəsi olmaqla, cəmi 0,82 ha torpaq sahəsi verilib. Bunun 0,20 ha hissəsi həyətyanı torpaq sahəsi, qalan 0,41 ha hissəsi isə pay torpaq sahəsi kimi verilib, əlavə olaraq 0,39 ha torpaq sahəsi əkin sahəsindədir. Həmin bələdiyyənin digər xx xxxx 2019-cu il tarixli arayışından isə görünür ki, Xanım Mustafayevaya torpaq islahatı zamanı 0,41 ha torpaq sahəsi keçmiş əri Cavabdeh1 aid təsərrüfatdan verilib. Bu təsərrüfatda cəmi 1,02 ha torpaq sahəsi vardır, bundan da 0,20 ha bir pay olmaqla 0,61 ha, digəri isə çöldə olmaqla 0,41 ha əkin sahəsindədir. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi işi n yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının keçmiş əri Cavabdeh1 hər birinin payı ½ hissədə olan mübahisəli torpaq sahəsinin 0,4010 ha hissəsini Cavabdeh2 satarkən sadalanan maddələrin tələbləri kobud şəkildə pozulub. Belə ki, sadalanan maddələrin mənasına görə paylı mülkiyyətdə olan mübahisəli torpaq sahəsi ilk növbədə iddiaçı ilə Cavabdeh1 arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Bu baxımdan mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçisi olan cavabdeh əvvəl öz payının ayrılmasını, bu mümkün olmadıqda isə o, ümumi torpaq sahəsindən öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərdi. Hazırki işdə, bu hal istisna olunur. Digər tərəfdən Mülki Məcəllənin 220.4-cü maddəsində göstərilir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-ci maddəsinə əs asən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin Cavabdeh2 satılması ilə bağlı ilkin olaraq yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsinin naturada müəyyən edilməsi ilə bağlı sadalanan maddələrin tələblərinə riayət etməli, həmçinin iddiaçının satınalmaqda üstünlük hüququnun həyata keçirilməsinə qanunun verdiyi imkanı digər birgə mülkiyyətçiyə t anımalı idi. Belə ki, Mülki Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsində göstərilir ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payını isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə mübahisəli 0,4010 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlayarkən nikahları pozulsa da, həmin torpaq sahəsi üzərində digər şəxslərin hüquqlarının mövcudluğu ilə bağlı müvafiq məhkəmə qərarının olub-olmaması, ər-arvadın birgə mülkiyyətində olub-olmaması yoxlanılmalı idi. Bu fakt həmin vaxt Cavabdeh1 məlum idi. Mülki Məcəllənin 222.1-ci maddəsində göstərilir ki, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayr ı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərancam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda bu əqd Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Eyni zamanda Mülki Məcəllənin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin mənasına görə əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Bu, həmçinin həmin Məcəllənin 325.3-cü maddəsində də öz əksini tapıb. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində təsbit edilib. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb düzgün olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan 0,82 ha torpaq sahəsinin 0,4010 ha hissəsi üzərində Xanım Mustafayeva və Cavabdeh1 birgə mülkiyyətni təsdiq edən qanuni qüvvəyə minmiş Zaqatala Rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə hazırda q üvvədədir. Bundan əlavə mülki iş materiallarında olan 0,82 ha pay torpaq sahəsinin 0,41 ha hissəsi tərəflərin birgə mülkiyyətində olan 0,20 həyətyanı torpaq sahəsinə bitişik, yəni cəmi 0,6124 ha olmaqla həmin torpaq sahəsi üzərində Xanım Mustafayeva və Cavabdeh1 ½ hissədə payının müəyyən edilməsinə dair xx xxxx 2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Həmçinin qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə mübahisəli 0,4010 ha torpaq sahəsi üzərində Cavabdeh1 və Xanım Mustafayevanın ½ hissədə payları müəyyən edilsə də, qeyd edilən torpaq sahəsinə dair qeyd edilən qətnamənin qəbulundan 2 ay sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Göründüyü ki mi Xanım Mustafayevanın birgə mülkiyyət hüququ yalnız həyətyanı və ona bitişik olan torpaq sahəsinə, yəni 0,61 ha torpaq sahəsinə deyil, həmçinin əkin torpaq sahəsi olan 0,4010 ha torpaq sahəsi üzərində də mövcud olub. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi nin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 Hüseynoviçin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-362/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3975/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3975/2020
15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver