Məhkəmə qərarları › İş №2(102)-3977/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3977/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3977/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə tərəflər bacı-qardaşdırlar. Mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 06 saylı evin 69-cu mənzili 21 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə tərəflərin anası X nın adına qeydə alınmış və sonuncu 03 oktyabr 2014-cü il tarixdə ölmüşdür. 2. 20 noyabr 2014-cü il tarixdə iddiaçı ərizə ilə notariat kontoruna müraciət edərək, mərhum anası xdan miras qalmış mənzilin vərəsəlik qaydasında atası xun adına rəsmiləşdirilməsinə yazılı razılıq vermiş, 31 iyul 2018-ci il tarixdə x ölmüşdür. Bundan sonra, iddiaçı, yazılı ərizə ilə notariat orqanına müraciət edərək, atası xdan miras qalmış mənzilə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişdir.

3. Notariat orqanı tərəfindən id diaçıya ünvanlanmış 16 avqust 2019-cu il tarixli məktubdan görünür ki, qardaşı Cavabdehla aralarında sözügedən mənzilə dair mübahisə olduğu üçün onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib və bu məsələ ilə əlaqədar olaraq ona mərhum atası xun sonuncu yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

4. İddiaçı, atası xdan miras qalmış həmin mənzildə özünün miras payının ½ hissədə, cavabdehin miras payının isə ½ hissədə müəyyən edilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 28.08.2019-cu ildə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, x saylı mənzilinə onun miras payını ½ hissədə, qardaşı Cavabdeh miras payının ½ hissədə müəyyən edi lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, x saylı mənzili onun X2nın xüsusi mülkiyyətinə olmuşdur. X2 03 oktyabr 2014-cü ildə ölmüş, anası ölən zaman onun birinci vərəsələri kimi o, qardaşı Cavabdeh və X1 olmuşlar. Anası öləndən sonra miras əmlak onların razılığı ilə atasının mülkiyyətinə keçmişdir. X1 31 iyul 2018-ci ildə ölmüş və o, mirası rəsmi olaraq qəbul etmək üçün 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin qardaşı Cavabdeh miras əmlakın bölünməsinə etiraz etməsi səbəbindən notarius tərəfindən notariat əməliyyatının aparılmasından imtina etmişdir. Cavabdeh miras əmlakın ½ hissəsini deyil, hamısının ona çatmasını tələb edir. Hətta cavabdeh miras əmlakın Çıxarışını da gizlədərək notariat orqanına verməkdən imtina etmişdir. Halbuki həmin mənzil X1nun mülkiyyətində olmuş, atası öləndən sonra yalnız o və qardaşı həmin əmlaka vərəsə olmuşlar. Bu səbəbdən həmin əmlak onun və qardaşı arasında bərabər paylara bölünməlidir.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, x saylı mənzili X3 mülkiyyətində olmuş, lakin o, 31 iyul 2018-ci ildə ölmüşdür. Bu səbəbdən həmin mənzil faktiki olaraq cavabdehin istifadəsindədir. İddiaçı isə qanunvericiliyin tələblərinə miras qoyanın ölümündən sonrakı 6 ay müddətində miras əmlakı qəbul etməsi üçün notariusa müraciət etməli olmasına baxmayaraq, həmin müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı mirası faktiki olaraq da qəbul etməmişdir. Belə ki, iddiaçı uzun illərdir ərə getdikdən sonra həmin ev də yaşamamış və miras qoyanın heç bir əmlakını qəbul etməmişdir. Hətta iddiaçı mərhum atasının il mərasimində iştirak etməmişdir. Beləliklə də, iddiaçı uzun illər atasına baş çəkmədiyi halda miras əmlakdan pay istəyir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) 09 oktyabr 2019-cu il tarixli, 2(010)-4815/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu üçün müraciət etməmişdir. Eləcə də sonuncu tərəfindən miras əmlakı faktiki qəbul etməsi təsdiq olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) 09 yanvar 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin X saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) X nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, X nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi m övqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilin tərəflərin atası xdan miras qalması, yəni mənzilin onun mülkiyyətində olması qənaətinə gəlsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi sözügedən mənzilin mərhum xun mülkiyyətində olmasını təsdiq edən sübutu, yəni çıxarışın əslini və ya notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi cavabdehə təklif etmədən, işin bu halını başqa sübutlarla təsdiq etməyə çalışmışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış 16 avqust 2019-cu il tarixli məktuba istinad edib, iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna vaxtında miras mənzili qəbul etməsinə dair ərizə verməməsi və ya m iras mənzilə sahiblik etməyə və miras mənzili idarə etməyə faktiki başlamaqla və bununla da miras mənzili qəbul etməsini şəksiz nümayiş etdirməməsi nəticəsinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işə əlavə edilmiş çoxsaylı sübutlardan, o cümlədən 2003-2015-ci illərə aid arayışlardan, habelə apelyasiya və kasasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı, 28 may 2005-ci il tarixdən mübahisəli mənzildə daimi qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və işdə, bunun əksini sübut edən heç bir mötəbər yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq əsaslandırmağa çalışsa da, iddiaçının miras mənzilə sahiblik etməyə və həmin mənzili idarə etməyə faktik başlayı b-başlamaması ilə bağlı heç bir araşdırma aparmadan, mirasa vərəsəlik açılarkən onun mübahisəli mənzildə yaşayıb-yaşamamasını, miras əmlakın idarə edilməsində iştirak edib-etməməsini, habelə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsinə dair nə vaxt ərizə verməsini aydınlaşdırmadan, işin obyektiv həlli üçün iddiaçının müraciəti üzrə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində toplanmış sənədləri məhkəməyə təqdim etməyi notariat orqanına təklif etmədən, həmin sənədləri məhkəmə iclasında tədqiq edib onlara baxış keçirmədən, yalnız notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubun tarixini əsas tutub, iddiaçının vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etməməsi və beləliklə də mirasın açıldığı gündən altı ay müddət keçdiyinə görə mirasın qəbuluna yol verilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və E.Nağıyeva) 19 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin X saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək q ətnamənin ləğv, iddianın təmin edilməini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə 2-ci dəfə baxarkən Ali Məhkəmənin qeyd edilən göstərişlərini də yerinə yetirməmiş və işə obyektiv yanaşmamışdır və əsas olmadan qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişlərinin yerinə yetirilməsi mümkün deyildir. Apellyasiya məhkəməsi aşağıda qeyd edilən işin faktik hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Əvvəla, Apellyasiya məhkəməsi və həmçinin digər məhkəmə instansiyaları 5 saylı Asan Xidmət Mərkəzinin Notariat ofisinin 16.04.2019-cu il tarixli 1599 saylı məktubuna əsaslanaraq mirasın açıldığı gündən 6 ay ərzində ərzində iddiaçı tərəfindən mirasın qəbul edilmədiyini əsas götürüb iddianı rədd etmişlər. Həmin məktubda isə notarius tərəfindən İddiaçı bildirilmişdir ki, mirası qanunla müəyyən edilmiş 6 ay ərzində qəbul etmədiyinə görə deyil, qardaşı Cavabdehla miras əmlakla bağlı mübahisə olduğu üçün ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsində işə baxılarkən İddiaçı tərəfindən vərəsəliyin açılması üçün nə vaxt müraciət etməsi araşdırılmamışdır. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh vərəsəlik işi açılarkən miras əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş atasının adına olan Çıxarışı notariusa təqdim etməmiş, uzun müddət gizlətmiş və bununla əlaqədar olaraq iddiaçı tərəfindən vərəsəliyin qəbul edilməsinə maneçilik törətmişdir. Bundan başqa, həm də müəyyən edilmişdir ki, dəfələrlə atasının evinə getməy inə baxmayaraq, iddiaçının qardaşı olan Cavabdeh və onun həyat yoldaşı tərəfindən onun mənzilə buraxılmaması, təhqir edilməsi halları baş vermişdir. Bu hallar faktik olaraq cavabdehin özünü ləyaqətsiz vərəsə kimi aparmasını sübut edir və özü üçün daha artıq pay əldə etməsini təsdiqləyir. Apellyasiya məhkəməsinin 19.02.2021-cı il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 1243-cü maddəsi ilə mirasın qəbulunun 2 forması müəyyən edilmişdir: 1) notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Bundan sonra isə məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı 1-ci və 2-ci formada mirası qəbul et məyib. Qeyd edilən kimi, 1-ci formada mirasın qəbul edilməməsi məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə yalnız 5 saylı Asan Xidmət Mərkəzinin Notariat ofisinin 16.04.2019-cu il tarixli 1599 saylı məktubuna əsaslanaraq mirasın açıldığı gündən 6 ay ərzində ərzində iddiaçı tərəfindən mirasın qəbul edilmədiyinə əsaslanmışdır. Həmin məktubda 6 aylıq müddət yox, cavabdeh vərəsənin iddiaçı ilə aralarında mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı göstərilmişdir. İkinci halda isə, iddiaçı dəfələrlə miras əmlakın yerləşdiyi atasının evində olmuş, əmlaka və ya onun bir hissəsinə sahiblik etdirməsini nümayiş etdirmiş və heç vaxt miras paydan imtina etməmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi ilə hər iki halda mirasın qəbul edilməməsi əsaslı sa yıla bilməz. İddiaçı 28.05.2005-ci il tarixdə hal-hazıradək mübahisələndirilən miras əmlak olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «D» yaşayış sahəsi 6 saylı evin 69-cu mənzilində daimi qeydiyyatdadır. Həmin mənzil iddiaçının yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrində göstərimlişdir ki, şəxsin yaşayış yeri onun qeydiyyata alındığı yer, olduğu yer isə onun yaşayış yeri sayılmayan müvəqqəti qaldığı digər mehmanxana, yataqxana, kirayədə qaldığı yer və s. sayılır. Qanunun tələbinə görə İddiaçı yaşayış yeri qanunun tələbinə görə onun qeydiyyata alındığı Yeni Günəşli qəsəbəsi «D» yaşayış sahəsi 6 saylı evin 69-cu mənzili olduğu üçün həmin əmlaka və ya onun bir hissəsinə faktik sahiblik etməsi təsdiq e dilir. Buna görə də, qanunvericiliyin tələbinə görə miras paydan 2\1 hissəsinin tələb edilməsinə və alınmasına İddiaçı qanuni əsasları mövcuddur. İddiaçı oğlu Amal Məmmədov, ürək xəstəsi olaraq anadangəlmə sağlamlıq imkanları məhdud olan uşaqdır, H.Əliyev Fondunun yardımı əsasında bir neçə illik növbədən sonra açıq ürək əməliyyatı keçirmişdir. Sağlamlıq imkanları məhdud olan uşağa qulluğa görə İddiaçı aylıq 200 manat məbləğində müavinət alır. Özü də süd vəzisinin onkoloji xəstəliyindən əziyyət çəkir, həmin səbəbdən də işləyə bilmir. Qeyd edilən mənzildən miras payını ala bilmədiyi üçün imkansızlıq üzündən uzun illərdir ki, kirayələrdə yaşayır. Bütün bunların nəzərə alınmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

22. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar.

23. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

24. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

25. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, iddiaçının vərəsə olması faktı öz-özlüyündə mənzilə hüquq yaratmır, bunun üçün o, mirası qəbul etməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı mirası qəbul etməmişdir.

32. Belə ki, miras 31.07.2018-cı ildə açılıb, lakin iddiaçı mirasın açılmasından sonra 6 ay ərzində notariusa ərizə verməyib. İddiaçının özü bildirir ki, atasının ölümündən 8 ay sonra notariusa müraciət edib. Bundan başqa, notarius tərəfindən iddiaçıya ünvanlanmış məktubun tarixi 16.08.2019-cu ildir, bu tarix isə mirasın açılmasından 1 il sonraya aiddir.

33. İddiaçı, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı hərəkətlərini də sübuta yetirə bilməmişdir. Yəni iddiaçı, mirasın açılmasından sonra 6 ay ərzində “miras əmlaka sahiblik etmə” və ya ”miras əmlakı idarə etmə” he sab edilən hər hansı hərəkəti etməyib: mənzildə yaşamayıb, kommunal xidmətlərə görə haqq ödəməyib və s. İddiaçının özü də mirasın açılmasından sonra belə hərəkətləri etdiyini iddia etmir.

34. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tələbin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hansısa halı sübut etmək üçün əvvəlcə tələbin əsası kimi həmin hala istinad etmək lazımdır. Lakin iddiaçı notariusa 8 aydan sonra ərizə verdiyini və ailə qurduqdan sonra 20 ilə yaxındır ki, kirayədə yaşadığını bildirir. Bu isə o deməkdir ki, iddiaçı 6 ay ərzində notariusa ərizə vermədiyini, miras sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamadığını bildirir.

35. Kollegiya, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olmasına görə mirası qəbul etməsi barədə kassasiya şikayətinin dəlilini əsaslı saymır. Ona görə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı qayda olaraq onun həmin ünvanda yaşaması barədə qanuni prezumpsiya təşkil etsə də, bunun əksinin sübuta yetirilməsi mümkündür. Əksi sübuta yetirildiyi halda isə prezumpsiya tətbiq olunmaz.

36. İş üzrə cavabdeh, iddiaçının mübahisəli mənzildə yaşamadığını bildirməklə bu halı mübahisələndirmişdir. Həmin halı sübut etmək yükü cavabdehin üzərinə düşsə də, iddiaçı özü etiraf etmişdir ki, ailə qurduqdan sonra 20 ilə yaxın müddətdə başqa ünvanda kirayədə yaşamışdır. Bununla da cavabdeh, qanuni prezumpsiyanın əksi olan halı sübuta yetirmiş sayılır.

37. Odur ki, iddiaçının miras əmlakı faktiki hərkətlərlə qəbul etməməsi barədə apellyasiya məhkəmsinin mövqeyi əsaslıdır.

38. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar