Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3978/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh “xxxxxxxxx” ASC-nin vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxxxxxxx” ASC-yə və Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-487/2020 nömrəli qətn aməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “xxxxxxxxx” ASC və Cavabdeh2nəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 30 nömrəli protokolunun və həmin protokol əsasında hərrac təşkilatı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1751/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Elçin Mehdiyev) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-487/2020 saylı, xx xxxx 2020-ci iltarixli qətnaməsi ilə İddiaçı a pellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1751/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, Ayaz Mahmudov) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxx” ASC-nin vəkili X2 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və digər cavabdeh təşkilatların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitə min edilməməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-464/2017saylı qətnaməsi ilə ipoteka predmeti olan mülkiyyətindəki Şəki şəhəri, N.Nərimanov küçəsində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 109A nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 55500 manatla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına X3 "xxxxxxxxx" ASC-yə olan 30340,17 manat borcun qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 26593/10 nömrəli sifariş məktubu ilə "Cavabdeh1" MMC üç dəfə, sonuncu dəfə isə xx xxxxxx 2019ci ildə hərrac keçirib. Hərracın yekunları ba rədə "xxxxxxxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən onun evini "xxxxxxxxx" ASC 35381,25 manata alıb. Birinci hərracın keçirilməsi barədə məlumat ona geç, sonrakı hərrac barədə məlumat ona ümumiyyələ verilməyib. Bununla da hərracın keçirilməsi barədə qanunvericilikdə nəzərə tutulmuş qaydalara əməl edilməyib. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən mübahisə predmeti olan evlə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyanın lazımınca xəbərdar edilməsini, ipoteka qoyana ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxxxx 2018-ci il tarixli və təkrar hərracın keçirilməsi ilə xx xxxxxx 2019-cu il tarixli bildirişlərin poçt vasitəsilə qeydiyyatda olduğu ünvana göndərilməsi ni, həmçinin hərraclarla bağlı elanların “Kaspi” qəzetində yerləşdirilməsini, bununla da iddiaçının əmlakın açıq hərraca satılması barədə məlumatlandırılmasını, ipoteka predmetinin hərracda alıcısı olmadığından növbəti hərracdakı qiyməti 15% endirimlə 47175 manat müəyyən edilməsini, hərracın iştirakçısı olmadığından hərracın baş tutmamış elan olunmasını, bu səbəbdən əmlakın 25 % endirimlə banka təklif edilməsini, nəticədə əmlakın tələbkar tərəfindən alınmasını müəyyən edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 43, 44,.3-43.7-ci maddələri əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına u yğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbini hərracın keçirilməsi barədə ona məlumat verilməli olması barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə əsaslandırmışdır. Belə olan halda iddianın təmin olunmasının əsas şərtini hərrac barədə həqiqətən də iddiaçıya məlumat verilməməsi, bu barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi təşkil edir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş, eləcə də, hərracın vaxtı və yeri barədə “Kaspi” qəzetində elan dərc edilmişdir. Hətta iddiaçı birinci hərrac barədə bilridirişin 20 gün əvvəl ona göndərilməsin i bildirmişdir. Başqa sözlə, iş materiallarına əsasən iddianın təmin olunmasının əsas şərti olan hərrac barədə iddiaçıya məlumat verilməməsi, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi halı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun hərracın keçirilmə qaydasını nəzərdə tutan 42.1-ci mаddəsinə görə hərracın təşkilatçısıicra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. “İpoteka haqqında” Qanuna görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarı r. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. (43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələr) Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə hərracın keçirilmə qaydasını nizama salan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən normaların dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prose ssual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklifdir (ofertadır). Bu maddə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı etmir. Yalnız “İpoteka haqqında” Qanunun 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilir, elanın kütləvi informasiya vasitələrində dərc edilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları göstərilir. Elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulur. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası he sab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı X1 şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)487/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3978/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3978/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver