Məhkəmə qərarları › İş №2(102)-3978/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3978/2022

25.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3978/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Tərtər rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3978/22 (Açar sözlər: mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi) Bakı şəhəri 25 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Tərtər rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi” t ələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1062/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bacıdırlar. Onların atası X2 26 mart 2006-cı il tarixdə vəfat etmiş, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ev miras qalmışdır. 25 yanvar 2007-ci ildə anaları vəfat etmişdir. Cavabdeh2 2008-ci ildə miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna müraciət etsə də, vərəsələr arasında razılıq olmadığından vərəsəlik haqqında şəhadətnamə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddia çı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Tərtər rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalan, Tərtər şəhəri, Rasim Mürsəlov küçəsi 27 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışla ərazi hüdudları müəyyən edilmiş – 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı 44.3 kv.m yaşayış, 12.9 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin, yəni miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisənin həlli ilə əlaqədar ilkin olaraq mediasiya proses indən keçmiş, lakin mübahisənin həlli mediasiya qaydasında mümkün olmamışdır. Atası öldükdən sonra, miras əmlakı faktiki olaraq o qəbul etmişdir. Digər vərəsələr heç biri mirası qəbul etməmiş və buna dair hər hansısa mübahisə açmamışdır. O, qanunu bilmədiyindən mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etməmişdir. Miras əmlak hazırda da atasının adınadır və əmlakı öz adına rəsmiləşdirə bilmir.

4. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 1970-ci ildə Tərtər şəhərində anadan olmuş, 2000-ci il tarixədək ata-anası ilə şəhərin R.Mürsəlov küçəsi 27 saylı fərdi yaşayış evində yaşamışdır. Bacıları Gülnarə 2000-ci, Esmira 1994-cü, Xatirə isə 2001-ci il tarixədək həmin ata evində yaşamışlar. Atasının 2006-cı ildə vəfatında n sonra, anaları Tamella həmin evdə bacısı Xatirə ilə birlikdə yaşamışdır. Həmin vaxta kimi Xatirə əri ilə qayınatası Famil Əliyevin evində yaşayıb, qayınatanın evində uşaqları anadan olub. Anası və bacısı Xatirə 1 ay birlikdə yaşayıblar. Məktəbdə müəllimə işlədiyi üçün yay-payız tətillərində gəlib ata evində qalmış, valideynlərinə onların sağlığında qulluq etmişdir. Bacısı Xatirənin ata mülkünü qəbul etməsinə razı deyil. 2008-ci ildə bacısı Gülnarə Tərtər şəhərinə gəlmişdir ki, evi adına sənədləşdirsin, bacıları da razılıq vermişlər, lakin sonradan notariusda olarkən bacısı Xatirə fikrini dəyişmiş, evi Xatirənin və özünün adına rəsmiləşdirilməsini istədiyini bildirmişdir. Hazırda ata mülkündən öz payını tələb edir.

5. Cavabdeh2 da iddia ərizəsinə qarşı oxşar məzmunlu yazılı etiraz təqdim etməklə əlavə olaraq bildirmişdir ki, 1976-cı ildə Tərtər şəhərində anadan olmuş, 2000-ci il tarixədək ata-anası ilə şəhərin R.Mürsəlov küçəsi 27 saylı fərdi yaşayış evində yaşamışdır. Həmin vaxtlar ata evinə gəlib-gedib, anasına qulluq edib. 2006-cı ildə anası Tamella bacısı Xatirəni evdən çıxarmaq istəmiş, əşyalarını evdən bayıra yığmışdır, lakin o, anasına "qızındır, evdən çıxarma" demiş, Xatirənin əşyalarını evə qaytarmışdır. Bundan sonra, Bakıya ailəsinin yanına qayıtmışdır. Anası sağlığında bildirmişdir ki, evi ya Gülnarənin, ya da Emanın adına rəsmiləşdirsinlər, o isə anasına bildirmişdir ki, evi öz adına keçirsinlər. Sonra söhbətləri belə də qalmışdır. 15 yanvar 2007-ci il tarixdə analarının vəziyyəti pisləşdiyi üçün Xatirə ona bildirmişdir ki, Tərtər şəhərinə gəlsin. Bacısı Ema il ə dərmanları alaraq Tərtər şəhərinə gəlmişlər. 25 yanvar 2007-ci ildə anası vəfat etmişdir. 2019-cu ildə ata evinə gəlmiş, evin baxımsız olmasını görmüşdür. Bacısı Xatirəyə iradını bildirmiş, Xatirə isə ərinin motor ustası olmasını bildirmiş, bu səbəbdən həyətin belə vəziyyətdə olmasını demişdir. Həmçinin bacısı Xatirə onunla mübahisə etmiş, əli ilə itələyib evi öz adına keçirmək üçün gəldiyini bildirmişdir. Xatirə onu balta ilə hədələmiş, evdən çıxıb getməsini tələb etmiş, o, da çıxıb gedərək əmisi oğlu Elxanın evində qalmışdır. Xatirədən şikayət etmək istəmiş, lakin əri buna icazə verməmişdir. Valideynlərinə onların sağlığında qulluq etmişdir. Bacısı Xatirənin ata mülkünü qəbul etməsinə razı deyil. Hazırda ata mülkündə öz payını tələb edir.

6. Məhkəmə iclasında şahid qismində ifadə ver ən X5 qeyd etmişdir ki, iddiaçı ilə doğum şöbəsində iş yoldaşı olmuş, Xatirəgilə gediş-gəlişi olmuşdur. İddiaçı, digər bacıları ata evlərindən köçdükdən sonra ata-anası ilə qalıb. Ataları vəfat edəndən sonra evdə anası ilə iddiaçı yaşayıb, ona qulluq edib. 2007-ci ildə anaları vəfat edəndən həmin evdə iddiaçı yaşayır. Ev uçuq-sökük vəziyyətdə olub, lakin iddiaçı evi təmir edib, evdə yeni mətbəx tikib, həyətdə işlər görüb. Digər bacılar valideynlərin vəfatından sonra ata yurdlarına gəlməmişlər, yaxud da ara-sıra gəlmişlər, lakin evdə qalmamışlar. Ata-anasının sağlığında iddiaçı onları iynə vurmaq üçün evlərinə dəvət etmişdir, həmin vaxt digər bacıları evdə görməmişdir.

7. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 qeyd etmişdir ki, 55 yaşı var, iddiaçı ilə qonşudurlar. Digər bacılar 30 ildir ki, ata yurdlarından çıxıb gediblər. İddiaçı gecələr çörəkbişirmə məntəqələrində, gündüzlər xadiməçiliklə məşğul olmaqla ataanasının yanında qalıb, onlara qulluq edib. Ev əvvəl 1 otaq, 1 şüşəbənd olub, lakin sonradan iddiaçı evdə əsaslı təmir işləri aparıb. Ata və anasının yanında Xatirə qalıb, onlara qulluq edib. Ata-ananın vəfatından sonra evdə Xatirə qaldığı üçün digər bacılar uzun illərdir ki, ata evlərinə gəlmirlər.

8. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 qeyd etmişdir ki, hazırkı tərəflərlə doğma xala uşaqlarıdırlar. Xatirə uzun illərdir, hələ ata-anasının sağlığından onlarla yaşayıb, onlara qulluq edib, yas mərasimlərini yola verib. Xalası Tamella xəstə olan vaxtlarda ona baş çəkib, evlərinə gedib-gəlib. Xalasına iddiaçı baxıb, digər bacıları orada görməmişdir. Evi Xatirə düzəltdirib, bütün kommunal xərclərini hazırda da iddiaçı ödəyir. Digər bacılar evin heç bir işlərində iştirak etməmişlər, onların bu işlərdə iştirakını görməmişdir. Onlar ayrı yaşayırlar, evləri-eşikləri var.

9. Tərtər Rayon Məhkəməsinin 2(061)-1796/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilmiş, 26 mart 2006-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı Çıxarışda nəzərdə tutulan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı 44.3 kv.m yaşayış, 12.9 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin, yəni miras əmlakın iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi və vərəsəl iyin 26 mart 2006-cı il tarixdə Tərtər şəhərində açılma yerinin müəyyən edilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəslər olsalar da, onlar bu hüquqlarından istifadə etməmişlər, mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulan müddətlər çərçivəsində notariat kontoruna müraciət etməmişlər, mirası idarə etməmişlər, həmçinin mülk sahibləri tərəfindən onlara münasibətdə vəsiyyətnamə qoyulmamışdır. Beləliklə də, onlar nə qanun üzrə vərəsə kimi hüquqlarından istifadə etməmişlər, nə də vəsiyyət üzrə vərəsə kimi tanına bilməmişlər. Hazırda ailə üzvləri arasında mübahisə olsa da, miras mülk iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, idarə edilmişdir.

11. Məhkəmə Mülki Məcəllənin 1133.1, 1133.2, 1147.1, 1157, 1157-1, 1159.1, 1243.1, 1243.2, 1246, 1255, 1291, 1303 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

12. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının verdiyi izahat əsasında qətnamə çıxarmış, onun Konstitusiya ilə qorunan vərəsəlik hüququnu pozmuşdur. O, mübahisəli mülkdə atası və anasından qalmış mirası qəbul etmiş, anasının vəfatından sonra yaşamış, mirası qəbul etmişdir. Eyni zamanda qeyd etməlidir ki, mirası şəksiz qəbul etdiyini nümayiş etdirəcək hərəkətlər etmişdir. Belə ki, valideynləri və bacıları mülkün ona qalacağı barədə bildirmiş və o, sənədləşdirmə ilə əlaqədar bütün xərclər onun tərəfindən ödənilmişdir. Bu barədə qəbzlər də vardır. İş materiallarında olan no tariat işindən də bəlli olur ki, mülkün onun adına keçməsinə bacıları notarial qaydada razılıq vermişlər. Miras əmlak onun tərəfindən qəbul edilmiş, iddiaçı tərəfindən qəbul edilməmişdir. O, hazırda mübahisəli olan mülkdə qeydiyyatdadır, onun başqa yerdə yaşamağa evi, mənzili yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1062/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov – sədrlik edən və məruzəçi, A.Hüseynzadə və İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-1796/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə ra zılaşaraq qeyd etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində atasından qalmış evdə bir müddət yaşadığını və mirası qəbul etdiyini bildirsə də, bu halı sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, mübahisələndirilən miras əmlakın kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

15. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayət ini belə əsaslandırmışdır ki, o, hələ atasının sağlığında mübahisəli mülkdə yaşamış, vəfatından sonra da mülkdə yaşamağını davam etdirib, anasına baxmış, mirası qəbul etmişdir. Onun yaşamağa başqa evi, mənzili yoxdur, həmin evdə qeydiyyatdadır. İddiaçının notariat kontoruna verdiyi ərizədən də görünür ki, mirası qəbul etmədiyi üçün evin onun adına keçməsinə razılığını bildirmişdir. Valideynləri daim evin ona qalmasını bütün ailə üzvlərinin yanında bildirmiş, evin sənədlərini ona vermişdir. Daşınmaz əmlakın reyestr xidmətinin 09 iyun 2008-ci il tarixli arayışı da onun adına verilmişdir. Onun konstitusion hüququ olan vərəsəlik və mülkiyyət hüququ pozulmuşdur. Apellyasiya məhkəməsi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, MPM-in 88-ci maddəsinin tələblərini pozm uşdur. Məhkəmə qeyd etmişdir ki, iddianın təmin edilməyən digər hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Məhkəmə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlamalı olduğu halda, yalnız şikayət edilən hissədə maddi hüquq normalarına riayət edilməsini yoxlamaqla, prosessual hüquq normasını pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxsl ərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1-1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı ona münasibətdə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mülki Məcəllənin Maddə 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Be lə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus ol an əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün et miş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyanın vəfatından sonra miras əmlak onun birinci növbə vərəsələrindən yalnız iddiaçı faktiki qəbul etmişdir. Digər vərəsələr mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdirlər. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə miras ın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmiş, digər vərəsələr isə həin müddət ərzində mirası qəbul etmədiklərindən həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itir mişdirlər. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1062/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar