Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3979/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 cavabdeh “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3979/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)2843/2021 saylı qətnaməsindən iddia çılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evdə yerləşən 6 otaqlı 215 saylı mənzilin hərraca çıxarılmasına dair 20 noyabr 2018-ci il tarixli “Hərracın yekunları haqqında” Protokolun və bu protokola əsasən bağlanmış 20 noyabr 2018-ci il tarixli “Alqı-satqı müqaviləsi”nin, habelə həmin müqaviləyə əsasən mənzilə dair "xxxx" ASC-nin adına verilmiş Çıxarışın ləğv edilməsi və həmin mənzilin bugünkü bazar dəyərinin mütəxəssislər vasitəsi ilə müəyyən edilərək ilkin satış qiyməti ilə hərraca çıxarılması barədə qət namə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilərək, İddiaçı1 əsas borca görə 620.000 ABŞ dolları, faiz borcuna görə 93.555 ABŞ dolları, cəmi 713.555 ABŞ dollarının tutulub "xxxx" ASC ödənilməsi, tutmanın İddiaçı1la "xxxx" ASC arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində banka ipoteka qoyulmuş İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, K averoçkin küçəsi, 21 saylı binanın 215 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 844.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı2 qaytarılması, satıldıqdan sonra bir ay ərzində mənzilin boşaldılması, ilk iddianın qalan hissədə rədd olunması, habelə İddiaçı1 "xxxx" ASC qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasının rədd olunması qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və “Kaspi” qəzetinin 05 oktyabr 2018-ci il tarixli buraxılışında sözügedən mənzilin Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılacağı barədə elan verilib. Eyni zamanda hərracın keçirilməsi barədə 05 oktyabr 2018-ci il və 29 avqust 2018-ci il tarixli bildirişlərə əsasən hərracın vaxtı və yeri haqqında İd diaçı1 və İddiaçı2 məlumat verilib. Hərracın yekunları haqqında 20 noyabr 2018-ci il tarixli Protokola əsasən İddiaçı2 məxsus olan sözügedən mənzilin ilkin satış qiyməti 844.000 manat müəyyən edilməklə Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılıb və hərracın yekunları haqqında 20 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil 538.050 manata "xxxx" ASC satılıb. İddiaçılar mənzilin hərraca çıxarılması, hərracın keçirilməsi və hərracın nəticələri haqqında əvvəlcədən məlumatlı olublar. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.1, 415.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.1, 415.2, 415.5-ci maddəl ərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İ ddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər "xxxx" ASC-ti, Cavabdeh1 MMC-ti, Daşınar və Daşınmaz Əmlakların Satış üzrə Hərrac Mərkəzi” və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilərək, İddiaçı1 əsas borca görə 620.000 ABŞ dolları, f aiz borcuna görə 93.555 ABŞ dolları, cəmi 713.555 ABŞ dollarının tutulub "xxxx" ASC ödənilməsi, tutmanın İddiaçı1la "xxxx" ASC arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində banka ipoteka qoyulmuş İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı binanın 215 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 844.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı2 qaytarılması, satıldıqdan sonra bir ay ərzində mənzilin boşaldılması, ilk iddianın qalan hissədə rədd olunması, habelə İddiaçı1 "xxxx" ASC qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasının rədd olunması qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və “Kaspi” qəzetinin 05 oktyabr 2018-ci il tarixli buraxılışında sözügedən mənzilin Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılacağı barədə elan verilib. Eyni zamanda hərracın keçirilməsi barədə 05 oktyabr 2018-ci il və 29 avqust 2018-ci il tarixli bildirişlərə əsasən hərracın vaxtı və yeri haqqında İddiaçı1 və İddiaçı2 məlumat verilib. Hərracın yekunları haqqında 20 noyabr 2018-ci il tarixli Protokola əsasən İddiaçı2 məxsus olan sözügedən mənzilin ilkin satış qiyməti 844.000 manat müəyyən edilməklə Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılıb və hərracın yekunları haqqında 20 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil 538.050 manata "xxxx" ASC satılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, i şə əlavə edilmiş sübutları araşdırıb, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş sözügedən qətnamə ilə kredit borcu ipoteka predmeti olan sözügedən mənzilə yönəldilib, hərracın təşkilatçısı Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilib və ipoteka saxlayan "xxxx" ASC, borclu İddiaçı1 və ipoteka qoyan İddiaçı2 verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilib. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış onlara verilib və hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilib. Bundan sonra, hərrac təşkilatçısı Cavabdeh1 MMC ipoteka predmeti olan sözügedən mənzili 844.000 manata ilkin satış qiymətlə hə rraca çıxarıb. Lakin mənzilin alıcısı olmadığından və bununla da hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayan "xxxx" ASC ipoteka predmeti olan sözügedən mənzili təkrar hərracdakı 717.400 manat ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 535.050 manata satın alıb. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, hərracın keçirilməsini həyata keçirən Cavabdeh1 MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına tam riayət olunub və ipoteka saxlayan "xxxx" ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə edib. Həmçinin, ipoteka qoyan İddiaçı2 ilkin və təkrar hərracın keçirilməsi barədə tam məlumatlı olub. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçıların kassasiya şikayətində göstərdikləri digər dəlillər də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Mülki Məcəllənin 421.1-ci maddəsinin mənasına görə, müqavilənin ləğv edilməsini yalnız müqavilə üzrə tərəflər tələb edə bilər və bu, yalnız müqavilə üzrə tərəflərin razılaşması ilə mümkündür. Hazırki halda isə iddiaçılar, sözügedən “Hərracın yekunları haqqında” protokol və alqı-satqı müqaviləsi üzrə tərəf olmadıqları halda, həmin protokolun və m üqavilənin etibarsızlığını deyil, ləğvini tələb edirlər. Bunlar isə fərqli anlayışlardır. Mülki Məcəllənin 416.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən ləğv deyil, etibarsız sayıla bilər. Eyni zamanda, həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin ləğvinə deyil etibarsızlığına səbəb olur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəh bər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-2843/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3979/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3979/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver