Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3993/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3993/2022 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Qennadiyevnaya və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-1333/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Marat Həsənovun ölümündən sonra rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh2 və həmin nikahdan doğulmuş oğlu Fərid Həsənov Bakı şəhəri 20 saylı notariat kontoruna ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciət etmiş, xx.xx.2015-ci il tarixdə onlara vərəsəlik şəhadətnamələri verilmiş, həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə onların hər birinin ½ hissədə mülkiyyət hüquqları qeydə alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, Həsənova (Kloçkova) Svetlana Qennadyeva və X4 adlarına X3 miras qalmış "xxxx" ASCdə olan 655,50 manat məbləğində pul vəsaitinə xx.xx.2015-ci il tarixli 2V-01-15 №-li reyestr qeydiyyatlı və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair xx.xx.2015-c i il tarixli 2V-01-16 №-li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X3 miras qalmış "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə 1/3 hissədə Həsənova (Kloçkova) Svetlana Qennadyevnanın, 1/3 hissədə X4, 1/3 hissədə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi və onların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin Bakı şəhəri 20 saylı notariat kontoruna həvalə olunması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə icraya yönəldilmiş, İdd iaçı torpaq sahəsi üzərində 1/3 hissədə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir.
4. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinin paylı mülkiyyətində olan ½ hissəsinin 0,045 hektarını X1 10 000 manata satmış, torpağın həmin ölçüdə hissəsi sonuncunun sahibliyinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair cavabdehlərin arasında xx.xx.2017- ci il tarixdə bağlanmış AN-İ №0608704 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, paylı mülkiyyətçi olaraq torpaq sahəsinin naturada bölünməsi ilə bağlı danışıqlar aparmaq üçün Cavabdeh2 müraciət etdikdə və bu məsələ ilə bağlı torpaq sahəsinə baxış keçirdikdə bilmişdir ki, ümumi paylı mülkiyyətlərində olan 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsi Cavabdeh1 istifadəsindədir. Bununla bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan ünvanında yerləşən 0,12 ha tor paq sahəsinin 0,045 ha hissəsinin 10 000 (on min) manata satılmasına dair xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, həmin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli 2V-01-16 №li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, alqı-satqı müqaviləsi vərəsəlik şəhadətnaməsinin məhkəmədə mübahisələndirildiyi və şəhadətnamənin ləğv olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra bağlanmışdır. Bundan başqa, həmin müqavilə bağlanan zaman, eləcə də hazırda da torpaq sahəsi paylara uyğun şəkildə naturada bölünməmişdir. Eyni zamanda, cavabdehl ər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqavilə dəyəri cəmi 10 000 manat olmuşdur. Halbuki, həmin ərazidə torpağın 1 sotunun dəyəri 10 000 manatdan bahadır və alqı-satqının predmeti olan torpaq sahəsinin həmin hissəsində dəyəri 50 000 (əlli min) manatdan artıq olan tikili (villa) mövcud olmuşdur. Beləliklə, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan sənədlər məhkəmə qərarı ilə ləğv olunduğundan və müqavilə görünüş üçün bağlandığından uydurma əqddir və cavabdehlər arasında bağlanmış həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(003)3655/2021 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı iddiası üzrə alqı satqı müqaviləsinin etibarsızlığı və həmin müaqavilə əsasında satılmış torpaq sahəsinin Nigar hadıyevanın qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsini iddia etdiyi torpaq sahəsi (0,045 ha torpaq sahəsi) ümumilikdə Marat Həsənovdan miras əmlak kimi qalmış ümumi torpaq sahəsinin tərkib hissəsidir. Yəni, İddiaçı ümumi torpaq sahəsinə (0,12 ha) münasibətdə paylı mülkiyyətçilərdən biridir. Həmin torpaq sahəsi üzərində vərəsələrin yalnız 1/3 hisədə paylı mülkiyyətləri müəyyən edilməklə naturada kimin payının torpaq sahəsinin hansı hissəsində olması müəyyən edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi payçılar arasında naturada bölünmədiyindən, yəni İddiaçı qeyd olunan torpaq sahəsi üzrə payının real bölgü əsasında hansı hissəsinə hüququnun yaranması müəyyən edil mədiyindən o, mövcud tələblə çıxış etmək hüququna da malik deyildir.
10. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisənin bu qaydada həll edilməsi iddiaçıya paylı mülkiyyətdə öz payının naturada ayrılması məsələsini digər mülkiyyətçilərlə razılaşdırmaq, onlar bu halla razılaşmadıqda isə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüqunu istisna etmir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220.1,220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüq uqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi (vəkili) onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, iddiaçının müvafiq iddianı irəli sürməyə subyektiv hüququnun olmadığı barədə qənaətinin mülki qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etdiyini, cavabdehlərin özlərinin izahatları ilə müqavilənin görünüş üçün bağlandığının müəyyən edildiyini nəzərə almadığını bildirmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1333/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov ) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3655/2021 saylı iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı Cavabdeh2 Qennadiyevnaya və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və boşaldılması” tələblərinin rədd edilməsi və iddiaçının ödədiyi dövlət rüsumları və bank xidməti xərclərinin onun özünə aid edilməsi qət edilmişdir.
14. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Belə ki, mübahisəsi gedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın alan Cavabdeh1 onu vicdanlı əldə etmişdir (o, Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas təşkil edən vərəsəlik şəhadətnaməsinin ləğv olunduğunu bilmirdi və bilməli də deyildi) və bu baxımdan iddiaçının hər hansı hüququnun pozulduğu qəbul olunsa belə, bu pozuntu mübahisəli əmlakı vicdanla əldə etmiş Cavabdeh1 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələblərinin təmin edilməsi vicdanlı alıcı olan Cavabdeh1 əldə etd iyi əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 Cavabdeh1 satdığı sahə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında onun hüququnun tanındığı sahədən 50 kvadratmetr artıq ölçüdə olduğundan, əslində mübahisələndirilən müqavilənin etibarsızlığından məhz 50 kvadratmetr sahəyə münasibətdə söhbət gedə bilər – belə ki, yuxarıda qeyd olunduğu kimi, Marat Həsənovdan miras qalmış 0,12 ha ölçülü to rpaq sahəsi İddiaçı, Cavabdeh2 və Fərid Həsənovun hər birinin adına 1/3 hissə (400 kvadratmetr) olmaqla qeydə alınmış, Cavabdeh2 satdığı sahə payına düşən ölçüdən 50 kvadratmetr artıq olmuş, beləliklə də hazırda İddiaçı 350 kvadratmetr (50 kvadratmetr az) torpaq qalmışdır. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh1 satılmış sahənin üzərində tikilinin mövcud olması məsələnin mahiyyətini dəyişdirmir – çünki Marat Həsənovun miras kütləsində belə bir tikili olmamış, həmin tikili reyestrdə qeydə alınmamışdır. Başqa sözlə, mübahisələndirilən müqavilənin etibarlılığı İddiaçı payına düşməli olan 50 kvadratmetr sahənin satılması ilə bağlı hissədə müzakirə oluna bilər – bununla belə apellyasiya instansiyası məhkəməsi həmin müzakirəni də vicdanlı alıcının lehinə şərh edərək məruz qaldığı zərərin əvəzi nin ödənilməsi ilə bağlı Cavabdeh2 qarşı tələb irəli sürmək hüququnun olduğunu İddiaçı izah etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1 və 339-cu maddələrinə, “G. Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli qərarında və Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verməmiş, iş üzrə bir sıra hallar düzgün aydınlaşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 26 avqust 2014-cü il tarixdə vəfat etmiş X5 qeyri-rəsmi nikah münasibətindən doğulmuş qızı, Cavabdeh2 mərhum Marat Həsənovun rəsmi nikahda olduğu həyat yoldaşı, Fərid Həsənov isə həmin nikahdan doğulmuş oğludur.
36. Apellyasiya instansiyası məhkəməsi mübahisəli alqı-satqı müqaviləsinin etibarsız hesab sayılması və torpaq sahəsinin N.Hadıyevanın qanunsuz sahibliyindən alınması və s. barədə iddiasını rədd edərkən alqı-satqı müqaviləsinin bağlandığı zaman mübahisəli torpaq sahəsinin ½ hissəsinin İddiaçı mülkiyətində olmasını, həmin torpaq sahəsinin üzərində hər hansı həbs və məhdudiyyətin olmamasını, İddiaçı adına verilmiş şə hadətnamənin ləğv edilməsi barədə məhkəmə qətnaməsi mövcud olsa da, müqavilə bağlanan zaman həmin qətnamənin qanuni qüvvəyə minməməsini əsas göstərmişdir.
37. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmaqla onun bağlanması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, eləcə də müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə müəyyən olunmuş əsaslardan hər hansı birinə yol verilməmiş, müqavilənin görünüş üçün bağlanması müəyyən edilməmişdir.
38. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
39. Şərh o lunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1333/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.