Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3994/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: özbaşına tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində hazırkı iş üzrə Cavabdeh tərəfindən 1035 kv.metr ölçüdə torpaq sahəsində ümumi sahəsi 196 kv.metr təşkil edən iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Həmin tikili müvafiq icazələr alınmadan inşa edilməklə özbaşına tikilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin iyul ayında İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin tikilinin və onun yerləşdiyi torpaq sahəsinin 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Re spublikası Dövlət Neft Şirkəti, X7 Bi. Vi. və ARDNŞ-in ortaq şirkəti arasında bağlanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusu almış Sazişin ərazisində yerləşməsini əsas göstərməklə Cavabdeh həmin özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı, 11 sentyabr 2018ci il tarixli qətnaməsi ilə (hakim: A.Ə.Rzayev) şirkətin iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerlə şən 51a/ 151a saylı bağ sahəsinin X2 və İstismarı Birliyi ilə bağladığı 04 fevral 1999-cu il tarixli müqavilə əsasında ona icarəyə verilməsini, bağ sahəsindən uzun illər ərzində istifadə etməklə onu daş hasara almasını, bağ sahəsini özəlləşdirmək üçün dəfələrlə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, xahişinin təmin olunmamasını və bunun səbəbinin həmin sahənin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid olması ilə əsaslandırılmasını əsas göstərməklə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 saylı, 17 fevral 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), V.M.Məmmədov və N.Ş.Cəfərov ) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh şirkətin Saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.metr torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin qanuni istifadəsinə verilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi, Cavabdeh inşa etdiyi özbaşına tikilinin 43 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.metr torpaq sahəsinin İddiaçı şirkətinin qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən sax lanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı şirkəti kassasiya şikayəti verərək cavabdehin istifadəsində olan ərazinin “Azneft” İstehsalat Birliyinin daimi istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşməsini və bunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin işdə olan 02 fevral 2016-cı il tarixli məktubu, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə təsdiq olunmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinin hər hansı bir zərurət olmadan təyin etdiyi ekspertiza əsasında “X3” MMC tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsaslanaraq ərazinin bir hissəsinin “Birlik” BTİİB-nin istifadəsinə verilmiş əraziy ə, bir hissəsinin isə şirkətin ərazisinə düşməsi barədə nəticəyə gəlməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan ba xmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111 Azərbaycan Respublikasında torpaqların tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətn amənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin və özbaşına tikilinin bir hissəsinin şirkətin, bir hissəsinin isə bağlar birliyinin ərazisinə düşməsi barədə nəticəyə gələrkən “X1” 10 noyabr 2020-ci il tarixli rəyinə əsaslanmışdır. Həmin rəyə görə X4 ayrılmış və onun faktiki istifadəsində olan torpaq sahəsinin 587 kv.metr hissəsi “Birlik” X2 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazilərinin hüdudlar ından kənarda, faktiki olaraq İddiaçı şirkətinə təhvil verilmiş ərazi hüdudları daxilindədir. Onun tərəfindən inşa edilmiş tikilinin 152 kv.metr hissəsi Birliyin hüdudları daxilində, 43 kv.metr hissəsi isə şirkətə təhvil verilmiş əraziyə düşür. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış və birtərəfli qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, İddiaçı şirkəti mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən özbaşına tikilinin onlara məxsus ərazinin hüdudları daxilində y erləşməsini, cavabdeh isə həmin torpaq sahəsinin ona X2 və İstismarı Birliyi tərəfindən bağ sahəsi kimi verilməsini iddia edirlər. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisəli torpaq sahəsinin şirkətə və yaxud Bağlar Birliyinə məxsus olmasına aydınlıq gətirilməsi məqsədi ilə müəyyən araşdırmalar aparılmağa cəhd göstərilsə də, son nəticədə tam və hərtərəfli aparılmış ekspertiza tədqiqatına əsaslanan etibarlı mütəxəssis rəyinin alınması təmin olunmamış və belə bir qeyri-müəyyən vəziyyətdə qətnamə qəbul edilmişdir. İşin 152-ci səhifəsində olan Yerqurluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin apellyasiya məhkəməsinə ünvanlanmış arayışına görə onlar tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin ərazi Şirkətin daimi istifadəsinə ayrılmış torp aq sahəsinin hüdudları daxilində yerləşir. Bununla bağlı arayışda göstərilmişdir ki, iş üzrə tərəflərə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxemi və sair) rəsmi surətdə təqdim edilməməsi səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır. İşin 121-122-ci səhifəsində olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən isə görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi İddiaçı Şirkətinin “kontrakt sahəsi”nin ərazisində yerləşir. İşin 127-129-cu səhifələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2018-ci il tarixli rəyinə görə Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən tikilinin və torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bu yerlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış nəzarətdə olan ərazilərə düşür. “Binəqədineft” NQÇİ-nin “Məhsul” bağçılıq yoldaşlığı təsərrüfatı tərəfindən təqdim olunmuş 10 mart 1999-cu il tarixli bağçılıq-yoldaşlığın üzvlük biletinin həqiqiliyinə ciddi şübhə yaranmış, buna görə bağçılığa dair siyahı və bölgü sxemi barədə məlumatın və sənəd surətlərinin idarəyə göndərilməsi məqsədi ilə Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavabda bağçılıq yoldaşlığı təsərrüfatı barədə məlumatın olmadığı bildirilmişdir. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2019-cu il tarixli rəyindən görünür ki, "xxxx" MMC-ni n mütəxəssis arayışına əsasən naturada iddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi olmaqla 1035 kv.metr təşkil edir və elektron baza məlumatına əsasən tam olaraq şirkətin “kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. 04 fevral 1999-cu il icarə müqaviləsi üzrə 51a/151a saylı bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsində məsafə və ölçüləri göstərilməklə yerləşmə cizgisi, eyni zamanda Birliyin istifadəsinə verilmiş ayrıc aktının təqdim olunması barədə məhkəmənin müraciətinə əməl edilməməsi səbəbindən müvafiq araşdırma aparılması mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi X1 rəyinə əsaslanıb nəticəyə gələrkən yuxarıda göstərilən mütəxəssis rəylərini təhlil edib onlara qiymət vermədən, həmin rəyləri təkzib etmədən X1 rəyinə əsaslanaraq qətn amə qəbul etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 3.4-cü bəndinə görə işdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya qəbul edilməməsinin səbəblərini göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi sonuncu rəyi mübahisəsiz sübut kimi qəbul edərkən həmin rəyin mötəbərliyinə qiymət verməmişdir. Rəydən görünür ki, ekspert qarşısında qoyulmuş sualda yalnız 51a/151a saylı bağ sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi tələb olunmuş və ekspertiza tədqiqatı da yalnız o istiqamətdə aparılmışdır. Rəyə görə ekspert yalnız X2 və İstismarı Birliyinin sxematik planına əsasən tədqiqat aparmışdır. H əmin sxematik planın kim tərəfindən təqdim olunması, əvvəllər nəyə görə təqdim olunmaması, planın nədən ibarət olması rəydən görünmür. Həmin rəy, onun məzmunundan göründüyü kimi əraziyə baxış keçirilmədən iddiaçının, cavabdehin və Reyestr Xidmətinin nümayəndəsinin iştirakı təmin edilmədən verilmişdir. Mübahisəli torpaq sahəsinin hər iki əraziyə düşməsinin necə müəyyən olunması rəydə şərh edilməmiş, rəy hərtərəfli və tam aparılmamış ekspertiza tədqiqatına əsaslanmışdır. Məhkəmə kollegiyası evin 43 kv.metr hissəsinin şirkətin ərazisinə düşməsinə əsaslanıb evin həmin hissədə sökülməsini qət edərkən bunun nə dərəcədə evin dayanıqlığına və möhkəmliyinə təsir edəcəyini və həmin hissənin sökülməsinin texniki norma və inşaat qaydalarına nə dərəcədə uyğun olmasını və bunun mümkünlüyünü yoxlamamış v ə bununla əlaqədar mütəxəssis rəyinin alınmasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən ziddiyyətli və qeyri-müəyyən vəziyyətdə işdə olan mütəxəssis rəyləri konkret nəticəyə gəlmək üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, Dövlət Reyestr Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələrinin və tərəflərin iştirakı təmin edilməklə ekspertiza keçirilməli və mübahisəli hüquq münasibətinə aydınlıq gətirilməlidir. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3994/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3994/2021
30.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver