Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3995/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-383/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayonu, Varvara kəndində yerləşən ev 2, mənzil 1 X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. 2. “Torpağa mülkiyyət hüququna” dair JN-0284 saylı, 90104018 kodlu dövlət aktına əsasən Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 52 nömrəli qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 ilə birlikdə 5 nəfərin, o cümlədən Qanuni nümayəndə və Cavabdeh mülkiyyətinə verilmişdir.
3. X4 ilə Qanuni nümayəndə arasında bağlanmış nikah qeydi xx.xx.2006-cı il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfində n pozulmuş və bu barədə eyni tarixli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir.
4. X4 22 dekabr 2014-cü il tarixdə vəfat etmi. və bu barədə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 05/Q-1114/70 №-li ölüm haqqında şəhadətnamə verilmişdir.
5. X2 xx.xx.1999-cu il təvəllüdlü Orxan və xx.xx.2004-cü il təvəllüdlü Aidə adlı uşaqları var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı “mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonun Varvara kəndi ev 2 mənzil 1-ə və “Torpağa mülkiyyət hüququna dair” JN 0284 saylı dövlət aktına əsasən 4,66 ha torpaq sahəsinin 1/5 hissəsinə dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X1 Bətulə Süleyman qızı ilə nikaha daxil olmuş, həmin nikahdan iddiaçılar doğulmuşdur. İddiaçıların anası ilə atası arasında bağlanmış nikah pozulmuşdur.
8. İddiaçıların atası xx.xx.2014-cü il tarixdə, yəni iddiaçıların uşaqlıq dövründə vəfat etmişdir. Atasının ölümdən sonra onun əmlakına miras açılmışdır. İddiaçılar azyaşlı olduqlarından həmin əmlaka dair münasibətlərini ortaya qoya bilməmişlər.
9. Atalarından miras qalmış Yevlax rayonun Varvara kəndi ev 2 mənzil 1 və Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 ha torpaq sahəsinin 1/5 hissəsini hazırda cavabdeh qanunsuz olaraq zəbt edib. İddi açılar vərəsələr olaraq Dövlət Notariat Kontoruna müraciət edərək vərəsə olduqlarını, cavabdehin hərəkətləri nəticəsində mirası faktiki qəbul edə bilmədiklərini bildirmişlər.
10. İddiaçıların atasına məxsus əmlakın hər ikisini cavabdeh ələ keçirdiyindən və maneə yaratdığından iddiaçılar miras əmlaka vaxtında sahib çıxa bilməyiblər.
11. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 307.2.11 və 308-ci maddələrinə istinad etmişlər.
12. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədə əlavə olaraq göstərib ki, iddiaçıların atası 2014-cü ildə vəfat edəndə və bundan sonra bir müddət uşaqları (iddiaçılar) ilə Rusiya Federasiyasında, Sankt-Peterburq şəhərində yaşayıb. Mirasın qəbulu ilə bağlı qanuni nümayəndə kimi mirasın qəbulu ilə bağlı notariusa müraciət etməyib.
13. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçıların miras əmlak kimi göstərdikləri fərdi yaşayış evi iddiaçıların atası, onun isə mərhum qardaşı Çingiz Məmmədovun mülkiyyəti sayılmır. Belə ki, mərhum qardaşı Çingiz 2007-ci ildə həmin evə mülkiyyət hüququ əldə etməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və tələbi təmin edilmişdir. X6 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmişdir. Qeyd olunan evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması ilə bağlı artıq məhkəməyə müraciət etmişdir; - ümumiyyətlə, iddiaçılar və onların anası Bətulə, qardaşı Çingiz öldükdə Rusiya Federasiyasında olmuşlar və o vaxtdan hal-hazıradək nə miras əmlak kimi göstərilən evə gəlmiş, nə də qardaşına məxsus torpaq s ahəsindən istifadə etmişlər. 2006-cı ildə qardaşı ilə Bətulənin arasındakı nikah pozulmuş, qardaşı isə 2014-cü ildə vəfat etmişdir; - iddia ərizəsində qeyd olunduğu kimi onun tərəfindən iddiaçılara nə evə gəlmələri, nə də torpaq sahəsindən istifadə etmələri üçün heç bir maneçilik törədilməyib. İddiaçılar özü bu vaxta qədər miras əmlakın qəbul edilməsində maraqlı olmamış və bununla bağlı iradələrini ifadə etməmişlər
14. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 27 oktyabr 2021-ci il tarixli, 2(039)1698/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, iddiaçıların atası Çingiz Məmmədov 22 dekabr 2014-cü ildə vəfat etdiyi üçün miras əmlakın açıldığı vaxt 22 dekabr 2014-cü ildir.
16. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1246və 1248.1-ci maddələrinə istinadən qeyd edib ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi müddətinin gecikdirilməsi üzrlü səbəblərdən baş verməmişdir. Belə ki, iddiaçılar azyaşlı olduqlarından mirası qəbul edə bilmədiklərini, eyni zamanda cavabdehin miras əmlakı faktiki qəbul etməklərinə maneçilik törətməsini əsas gətirsələr də, mülki qanunvericilkdə yetkinlik yaşına çatmayan şəxslərin hüquq və mənafelərinin onların qanuni nümayəndələri, o cümlədən valideynləri tərəfindən həyata keçirilməsi təsbit olunmuşdur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır iddiaçılar valideynlərinin nikahı pozulduqdan sonra analarının himayəsinə verilmiş və hazırda da onunla birlikdə yaşayırlar. İddiaçıların anası-qanuni nümayəndəsi Qanuni nümayəndə isə u şaqlarının qanuni nümayəndəsi qismində mirası faktiki və ya qanuni şəkildə qəbul etmək imkanından məhrum olmamışdır.
18. Cavabdehin miras əmlakı idarə etməkdə iddiaçılara maneçilik törətməsi ilə bağlı isə birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçılar bununla bağlı iddialarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1246 və 1248.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
21. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçılar atası öləndə yetkinlik yaşına çatmamışdılar, on ların müraciət etmə imkanı yaşlarına görə məhdud olmişdu; - iddiaçılar həmin yaşda mirasın onlara çatması, qəbul və idarə edilməli olması hallarını bilə bilməzdilər; - iddiaçıların anasının hər hansı bir addım atmaması onların qanuni vərəsə olaraq hüquqlarına toxunmamalıdır. Məhkəmə bu hallara qiymət verməmişdir; - Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan normaya görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra vərəsələr razılaşarsa miras məhkəməyə müraciət edilmədən qəbul oluna bilər. Qanunun bu norması iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə ədalətsiz olaraq qəbul edilib. Miras qoyan hər iki iddiaçının atası ölmüş mərhum Çingiz Məmmədovdur. Çingiz Məmmədovu n sağ ikən mənsub olduğu əmlak DƏDRX-nin ********** saylı xx.xx.2010- cu il tarixli çıxarışı ilə Yevlax rayon Varvara kəndində yerləşən ev 2 mənzil 1 və 4,66 ha torpaq sahəsidir. Bu əmlaklar iddiaçıların atasınındır. Hər iki iddiaçı miras qoyan Çingiz Məmmədov və Qanuni nümayəndə birgə nigahından doğulmuş şəxslərdir. Miras qoyan xx.xx.2006-cı ildə boşanmışdır. 2014-cu ildə isə vəfat etmişdir; - miras qoyan vəfat edən zaman iddiaçılar İddiaçı1 15, Ayidə Məmmədovanın 10 yaşı olub. İddiaçı1 hazırda həqiqi hərbi xidmətdən gəlmişdir. Ayidə isə 17 yaşındadır. Miras qoyan ailə qurmamış, hazırki iddiaçılardan başqa, onun birinci növbəli vərəsələri yoxdur. Miras qoyanın valideyinləri də vəfat edib; - mirasın qəbul ediləsi müddətinin keçməsi səbəbi hər iki qanun üzrə vərəsənin həmin vaxt azyaşlı olm asıdır. Onlar həmin dövr ərzində (2014-cü ildə 3 ay ərzində) mirası qəbul etmə yaşında deyildirlər. Onların bu vaxt ərzində müddəti keçrilmələri azyaşlı olmaları, istəsələr belə, bu hüququ daşıma yaşında olmamaları səbəbindən baş verib. Məhkəmə bu kimi halları üzürlü səbəb olaraq qəbul edə bilərdi; - Mülki Məcəllənin 1244 və 1245-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Göründüyü kimi, hər iki iddiaçının miras qoyanın ölümündən sonra tam fəaliyyət qabilliyyətli olmadığından mirasa qanunla müəyyən olunan vaxtda çatması mümkün deyil idi. Çünki onların hər ikisi yetimlik yaşına belə çatmamışdı. Bu səsəbdən vərəsə vərəsəliyə çağrıldığını bilə bilməzdi ki, həmin mirası vaxtında qəbul etsin. Hər iki iddiaçı barəsində iddia müdd ətinin axımı onlar yetkinlik yaşına çatanadək dayandırılır
22. Cavabdeh apellyasiya baxışında ərizə verərək, torpaq aktında adları qeyd edilən hər bir nəfərə düşən 1/5 hissənin iddiaçılara verilməsinə etiraz etmədiyini göstərmişdir.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-383/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(039)-1698/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 52 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN 0284 saylı dövlət aktı ilə verilmiş 4,66 ha torp aq sahəsinin 1/5 hissəsinə dair mirasın qəbul edilməsi vaxtının (müddəti) uzadılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli)
24. Apellyasiya instansiyası məhkəməsi miras qoyanın ölümündən sonra miras əmlak kimi Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 52 nömrəli qərarı ilə X4 və digərlərinin mülkiyyətinə verilmiş Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalmasını müəyyən edərək, qeyd etmişdir ki, həmin torpaq sahəsinin 1/5 hissəsi Çingiz Məmmədova məxsus olduğundan, miras əmlak kimi yalnız 1/5 hissəyə münasibət bildirilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən edib ki, iddiaçılar ın tələb etdiyi Yevlax rayonu Varvara kəndində yerləşən ev 2, mənzil 1 X2 adına qeydiyyata alınsa da, həmin əmlakın qeydiyyata alınmasına səbəb olmuş Yevax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-531/2011 nömrəli qərardadı ilə ləğv edilib, ərizə baxılmamış saxlanılmışdır. Üstəlik, Yevlax Rayon Məhkəməsinin 8(039)-5/2022 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsinin icrasına dönüş edilmiş, AR ƏMDK yanında DƏDRX-i tərəfindən X2 adına verilmiş ********** qeydiyyat nömrəli 09 iyul 2010-cu il tarixli çıxarışın statusu Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılmışdır. Başqa sözlə, iddiaçıların mübah isələndirdiyi əmlaklardan yalnız Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi miras əmlak kütləsinə daxildir.
26. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, apellyasiya baxışı zamanı cavabdeh Yevlax rayonu Varvara kəndində yerləşən ev 2, mənzil 1-i mübahisələndirsə də, Yevlax rayonu, Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Çingiz Məmmədova məxsus olan 1/5 hissəsini mübahisələndirməmiş, iddiaçıların həmin hissəyə dair hüququnun tanınmasına etiraz etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə istinadən göstərib ki, iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərsə də, cavabdeh miras qalmış to rpağa münasibətdə bu faktı mübahisələndirməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi işin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat o rqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır.
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səla hiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri ü zrlü olduqda uzadılmalıdır. Hazırki işdə iddiaçılardan biri yetkinlik yaşına çatmadığından, digəri hərbi qulluqda olduğundan, o cümlədən cavabdeh miras qalmış torpağa münasibətdə iddianı etiraf etdiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın miras qalmış 1/5 hissə torpağa münasibətdə təmin edilməsi qənaətinə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1248.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a)Kassasiya şikayətinin dəlilləri
32. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
33. İddiaçılar kassasiy a şikayətini apellyasiya şikayətinin bir sıra dəlillərinə uyğun olaraq belə əsaslandırıblar ki, hər iki iddiaçı miras qoyanın ölümündən sonra tam fəaliyyət qabilliyyətli olmadığından mirasa qanunla müəyyən olunan vaxtda çatması mümkün deyildir. Çünki onların hər ikisi yetkinlik yaşına belə çatmamışdır. Bu səbəbdən vərəsə vərəsəliyə çağrıldığını bilə bilməzdi ki, həmin mirası vaxtında qəbul etsin. İstəsələr belə yaşları buna imkan verməzdi. Mülki Məcəllənin 379.5-ci maddəsinə görə hər iki iddiaçı barəsində iddia müddətinin axımı onlar yetkinlik yaşına çatanadək dayandırılır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçılar torpaq sahəsi ilə yanaşı, miənzili də mübahisələndiriblər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazı lı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi mirasın qəbulu müddətinin uzadılması barədədir. İddiaçılar miras açılan vaxt yetkinlik yaşına çatmamalarına və bu əsasla da mirasın qəbulu müddətinin üzrlü səbəbdən buraxdıqlarına istinad ediblər.
41. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyin nəticəni əsaslı sayır.
42. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından işdən görünür ki, iddiaçıların tələb etdiyi Yevlax rayonu Varvara kəndində yerləşən ev 2, mənzil 1 X2 adına qeydiyyata alınsa da, həmin əmlakın qeydiyyata alınmasına səbəb olmuş Yevax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(107)-531/2011 nömrəli qərardadı ilə ləğv edilib, ərizə baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 8(039)-5/2022 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsinin icrasına dönüş edilmiş, AR ƏMDK yanında DƏDRX-i tərəfindən X2 adına verilmiş ********** qeydiyyat nömrəli 09 iyul 2010-cu il tarixli çıxarışın statusu Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-88/2007 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılmışdır. Nəticədə iddiaçıların mübahisələndirdiyi əmlaklardan yalnız Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi miras əmlak kütləsinə daxildir.
43. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-30-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
44. Belə olan halda, qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
45. Məhkəmə kollegiyası hər iki iddiaçının miras qoyanın ölümündən sonra tam fəaliyyət qabilliyyətli olmadığından mirasa qanunla müəyyən olunan vaxtda çatmasının mümkün olmaması barədə kassasiya şikayətinin dəlillərini kassasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Belə ki, Mülki Məcəllənin 1244-cü maddəsinə görə Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
46. Göründüyü kimi, qanunvericilik fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul etməli olması halını müəyyən edib. İşin müəyyən edilən hallarına görə də iddiaçılar miras açılan vaxt yetkinlik yaşına çatmadıqları və bu səbəbdən məhdud fəaliyyət qabiliyy ətləri olduğu üçün mirası onların qanuni nümayəndəsi olmuş (hazırda İddiaçı2 münasibətdə bu statusu hələ də saxlayan) anaları – Bətulə Məmədova qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməli olduğu halda, bunu etməyib. Halbuki qanuni nümayəndə kimi onun belə bir hüququ olmuşdur.
47. Bu baxımdan, məhkəmə kollegiyası miras açılan vaxt iddiaçıların yetkinlik yaşına çatmaması səbəbindən irəli sürdükləri dəlilləri əsassız sayır.
48. Mülki Məcəllənin 379.5-ci maddəsinə görə hər iki iddiaçı barəsində iddia müddətinin axımının onların yetkinlik yaşına çatanadək dayandırılmalı olması barədə şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, adından da göründüyü kimi Mülki Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan mirasın qəbul edilməsi vaxtının uzadılmas ı iddia müddəti deyil. Qeyd edilən maddə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəblərdən ötürən vərəsəyə münasibətdə müddətin məhkəmə tərəfindən uzadıla bilməsi halını nizama salır.
49. Bundan əlavə, Mülki Məcəllənin 379.5-ci maddəsinin dispozitiv şərti də həmin normanın hazırki mübahisə ilə hər hansı əlaqəsini istisna edir. Belə ki, Mülki Məcəllənin 379.5-ci maddəsinə görə nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir.
50. Hazırki mübahisə isə uşaqlarla valideynlər arasındakı tələblərlə bağlı deyil, ölmüş valideyndən miras qalmış əmlak barədə mübahisədir ki, bu da Mülki Məcəllənin 379.5-ci maddəsinin hazırki mübahisəyə aid olmamasını göstərir.
51. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının (Qanuni nümayəndə) kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-383/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.