Məhkəmə qərarları › İş №2(102)-3996/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3996/2020

11.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3996/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 İsmayıl qızına, X3, Cavabdeh2, Cavabdeh3na, Cavabdeh4na və Cavabdeh5nə qarşı “vərəsəlik hüququnun müəyyən edilərək miras payın natural qaydada bölünməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab edilməsi, bəxşeyi ş müqaviləsinin və bunun əsasında verilmiş hüququn qeydə alınmasına dair çıxarışın və bəxşeyiş müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 İsmayıl qızına, X3, Cavabdeh2, Cavabdeh3na, Cavabdeh4na və C avabdeh5nə qarşı “vərəsəlik hüququnun müəyyən edilərək miras payın natural qaydada bölünməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab edilməsi, bəxşeyiş müqaviləsinin və bunun əsasında verilmiş hüququn qeydə alınmasına dair çıxarışın və bəxşeyiş müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi ”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov, iş № 2(044)2307/2019) iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və A.Bayramov, iş № 2(104)- 819/2020) iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)2307/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 İsmayıl qızına və qeyrilərinə qarşı mərhum X1 miras qalmış Gəncə şəhəri, Ə.Babayev küçəsi 48 B yaşayış evinə və onun yerləşdiyi 121.0 kv.m torpaq sahəsi üzərində onların qanun üzrə varis olaraq mirasda olan paylarının natural qaydada bölünməsi, xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2013-cü il tarixli mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsi, 28.02.13-cü il tarixli 4ə-1-91 nömrəli bəxşeyiş müqaviləsinin və bunun əsa sında verilmiş mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın və 20.09.14-cü il tarixli 4ə-247 nömrəli bəxşeyiş müqaviləsinin və 02.10.14-cü il tarixli mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müv afiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olun mamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 həm öz adından və həm də, İddiaçı2 qanuni nümayəndəsi kimi miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mərhum X2 xx.xx.1997-ci il tarixdə vəfat etməsi ilə miras açıldığından, Azərbaycan Respublikası MPM-nin 217.2 -ci maddəsi rəhbər tutularaq, hazırkı mübahisəli hüquq münasibətlərinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2000-ci ilə tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də, o, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçılar miras əmlakı nə qanunla müəyyən edilmiş müddətdə (6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməmə klə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etmədiklərindən, mərhum X1 miras qalmış Gəncə şəhəri, Ə.Babayev küçəsi 48 B yaşayış evinə və onun yerləşdiyi 121.0 kv.m torpaq sahəsi üzərində onların qanun üzrə varis olaraq mirasda olan paylarının natural qaydada bölünməsi, xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2013-cü il tarixli mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarışın etibarsız hesab edilməsi, 28.02.13-il tarixli 4ə-1-91 nömrəli bəxşeyiş müqaviləsinin və bunun əsasında verilmiş mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın və 20.09.14-cu il tarixli 4ə-247 nömrəli bəxşeyiş müqaviləsinin və 02.10.14 tarixli mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi tələbl ərinin təmin edilməsinə hüquqi əsaslar yaranmır və buna subyektiv hüquqları yoxdur.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar