Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3998/2020 30.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı1 və vəkili Abdullayev Elgin Musa oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il ta rixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia qaldıraraq, ilk iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməsi, iddiaçılara verdikləri 85000 manatın alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(044)-222/2019 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, ünvan 1 ünvanda y erləşən qeyri-yaşayış sahəsi olan dükana dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-87 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx xxxxxx 2017-ci il tarixli, 4Ə-87 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı2 38920 (otuz səkkiz min doqquz yüz iyirmi) manat tutularaq Cavabdeh1 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməs i qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- A.Bayramov (sərlik edən və məruzəçi), L.Süleymanov və F.Mehtiyev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(044)-222/2019 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin qismən təmin edildiyi hissədə qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, İddiaçı2 85.500 (səksən beş min beş yüz) manat pul və 30 (otuz) manat rüsum xərci alınaraq Cavabdeh1 verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- A.Bayramov (sərlik edən və məruzəçi), L. Süleymanov və F.Mehtiyev) xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadı ilə iddiaçıların kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər-Ə.Nurməmmədov (sərlik edən və məruzəçi), M.Əhmədova və İ.Xələfov) xx.xx.2019-cu il tarixli, nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- R.Muradov (sərlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassa siya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçılar və vəkili qeyd edilən qərardaddan kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçıların öz hüquqi savadsızlıqlarından sözügedən qətnamədən vaxında kassasiya şikayəti verməmişlər. Bundan başqa, İddiaçı1 İddiaçı2 yerinə qətnamənin surətini alarkən poçt qəbzinə qol çəkmişdir və həmin zaman özünün və yoldaşının səhətində problemlər olmuşdur. Bundan əlavə, anasının ölümü haqqında sənədi, özünün xəstə ol masına dair arayışları məhkəməyə təqdim etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamıdşır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 405.0.1. maddəsinə görə, kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir. 406.1. maddəsinə əsasən kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 108.2. maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafi q vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi m əhkəmə sənədlərini ünvan sahibinə verməlidir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilm əsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli xnömrəli qətnaməsi xx xxxxx 2019-cu il tarixli müşaiətediçi məktubla tərəflərə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, yəni işin 242 və 243-cü vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, xx xxx 2018-ci il tarixdə İddiaçı1 ona və arvadı İddiaçı2 ünvanlanmış məktubları imza edərək qəbul etmişdir. Eləcə də X6 Filialının xx xxxxxx 2019-cu il tarixli Xnömrəli məktubundan və ona əlavə edilmiş xx xxx 2019-cu il tarixli çatdırma vərəqənin surətindən müəyyən etmək olur ki, Gəncə Apellysaiya Məhkəməsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə ünvan 3 ünvana İddiaçı2 adına göndərilmiş SS586504664AZ nömrəli sifarişli xəbərnaməli məktubu əri və həmin ünvanda İddiaçı1 adına göndərilmiş XZ nömrəli sifarişli xəbərnaməli mə ktub şəxsən özünə xx xxx 2019-cu il tarixdə X6 Filialının 16 saylı poçt şöbəsinin poçtalyonu tərəfindən çatdırma vərəqinə imza etdirməklə verilmişdir. Belə olan halda kassasiya şikayətinin verimə müddətinin sonu xx xxxx 2019-cu il tarix hesab olunur. Buna baxmayaraq heç bir üzürlü səbəb göstərmədən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti, həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişlər. Göründüyü kimi kassasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət bittikdən sonra, yəni 1 ay 12 gün sonra verilmişdir. Apelyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ba rədə ərizəni təmin etmədiyi üçün kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qanuni və əsaslı olmuşdur. Odur ki, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3998/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3998/2020
30.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver