Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3999/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3615/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh anas ıdır.
2. DƏDRX-in RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
3. Qeyd edilən ünvanda Cavabdeh məxsus tikili İddiaçı məxsus 2 saylı mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, 2 nömrəli evin divarına bitişik Cavabdeh məxsus tikinti-norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan qanunsuz inşa edilmiş tikilinin sökülməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 2 nömrəli mənzili iddiaçıya keçmiş Lenin adına toxuculuq kombinatı, indiki Tağıyev adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Həmin mənzil ƏMDK yanında DƏDRX-nin seriya nömrəsi 0214927, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçının adına qeydiyyatdan keçmişdir. İddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzilə bitişik qanunsuz şəkildə inşa edilmiş tikili mövcuddur ki, qızı X2 tərəfindən qanunsuz olaraq kənar şəxslərə kirayə verilmişdir. Həmin qanunsuz tikili həm iddiaçıya məxsus pəncərə və qapını kəsməklə mənzilin otaqlarının havalandırılması kəsmiş və tikinti norma qaydalarına riayət edilməməklə inşa edilmişdir. Bu da iddiaçının və mənzildə yaşayan digər ailə üzvlərinin hüquqlarını pozmaqla mənzilə təhlükə və maneə yaradır. Buna görə də, onla rın evin divarına qanunsuz, tikinti norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan inşa edilmiş, ona evə məxsus pəncərənin qarşısını kəsən qanunsuz tikili sökülməlidir.
6. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əmlakların yerləşdiyi ünvanda yerində müayinə keçirilmiş və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin cavabdehin yaşadığı ünvan ilə birbaşa əlaqəli olmadığı müəyyən edilmişdir. Belə ki, həmin mənzilin qarşısında dayanan zaman ardıcıl olaraq ard-arda bir-birlərinə bitişik tikilməklə ilk olaraq iddiaçının mənzili, daha sonra digər qonşunun yaşadığı fərdi yaşayış evi, daha sonra isə cavabdehin yaşadığı fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının mənzili ilə cavabdehin ya şadığı fərdi yaşayış evinin girişləri fərqlidir. İddiaçının mülkiyyətində olan mənzilin sadəcə bir yataq otağında yerləşən (hazırda üst hissəsinə qapılar qoyulmaqla şkaf kimi istifadə edilən) pəncərə öz dediyinə görə cavabdehin yaşadığı fərdi yaşayış evinə açılır, lakin yerli müayinə keçirilən zaman həmin pəncərənin qarşısına yorğanlar yığıldığından bu hal müəyyən edilməmişdir. Həmin yataq otağında başqa pəncərə mövcud deyildir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4616/2023 saylı xx.xx.2023-cü il tarixi qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6786 saylı ekspert rəyində qeyd edilmişdir ki, “X1 inşa etdiyi fərdi yaşayış evinin, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində 5 saylı tikili kimi göstərilən yaşayış otağı tikilisinin küçə tərəfdən divarına bitişik inşa edildiyi müəyyən edilmişdir; 2 saylı mənzilə küçə və pilləkan meydançasından giriş-çıxış qapısının olduğunu nəzərə alaraq, cavabdeh X1 inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, eləcə də, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırmadığı; Cavabdeh inşa etdiyi fərdi yaşayış evinə dair hər hansı texniki sənədinin (tikintiyə icazə, təsdiq olunmuş layihə və s.) olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümum i qaydaları) tələblərinə uyğun inşa edilmədiyi; Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə,pəncərə qoyulması və s) İddiaçı məxsus 2 saylı mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyini nəzərə alaraq həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilmişdir.”
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(011)182/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməmişdir. (hakim X6)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş və hazırda yaşadığı özbaşına tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmır. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı cavabdehin yaşadığı özbaşına tikilinin ona məx sus olan pəncərə və qapını kəsməklə, otaqların havalandırılmasına mane yaratdığını əsas gətirmişdir. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan, məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, həmin özbaşına tikilinin inşasında cavabdehin mənafeyi vardır, hazırkı vəziyyətdə cavabdeh həmin tikilidə yaşayır. Buna görə də məhkəmə iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə iddiaçının mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıbuzlaşmadığının müəyyənləşdirilməsini zəruri hesab etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və özbaşına tikilinin orada olması cavabdehin digər şəxslərlə birgə mühitdə yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 5.3, 16.1, 18, 152, 157, 158, 170, 171, 180, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 101.7, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ekspert qaydaları pozaraq, məhkəmə tərəfindən qoyulmuş suala düzgün cavab verməmişdir. Belə ki, məhkəmə məhz tikilinin tiki nti norma və qaydalara uyğun inşa edilib-edilmədiyini sual etmiş, ekspert isə tamam başqa suala cavab verərək Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Bu isə eskpertin qərəzli və yaxud səhlənkarlıq edərək sualdan yayınmaq cəhdini əks etdirir. Ekspert məhkəmə iclasına dəvət edilməli və qoyulmuş suala niyə qeyri-adekvat cavab verməsinə aydınlıq gətirməli, ekspertə qərardadda qoyulmuş sual məhkəmə iclasında verilməli və aydınlıq gətirilərək vermiş olduğu cavabı məhz tikilinin norma və qaydalara uyğun inşa edilməmiş kimi qəbul edilib-edilməməsi aydınlaşdırılmalıdır. Bu barədə vəsatət verilsə də məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etmədi. Tikililər arasındakı məsafə 3 metrdən az ola bilməz və hazırki tikilidə bu qaydaya əməl edilməmişdir və bu qayda məhz hazırki özbaşına tiki linin nəinki Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun inşa edilmədiyini, həmçinin tikinti norma və qaydalara əməl edilməməklə (tikililər arasında ara məsafəsi 3 metrdən az ola bilməz) tikilməsini sübut etmişdir. Ara məsafəsi qaydalarına riayət edilmədən tikilinin inşa edilməsi qanunsuzdur və sökülməsi zəruridir. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş və hətta hazırda yaşamadığı özbaşına tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaradır. Belə ki, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) tələblərinə uyğun inşa edilmədiyi, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə, pəncərə qoyulması və s) İddiaçı məxsus 2 saylı mənzilin y erləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyini nəzərə alaraq, həmin tikilinin ona məxsus mənzilin sərhədlərinə daxil olduğu müəyyən edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3615/2024 saylı 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-182/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov)
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ona məxsus olmaqla iddiaçının mülkiyyətində olan mənzilin divarına bitişik şəkildə inşa edilmiş tikinti hüquqi vəziyyətinə görə özbaşına tikintidir, müddət etibarı ilə 1993-cü ildə (id diaçı tərəfin verdiyi məlumata əsasən 1996-cı ildə) inşa edilmişdir. Mənzil V.İ.Lenin adına toxuculuq kombinatının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarına əsasən iddiaçıya verilmiş və qanunsuz tikinti inşa edilən zaman artıq mövcud olmaqla iddiaçının qanuni istifadə və sahibliyində olmuşdur. Qeyd edilənlər iddiaçının iddia etdiyi (hüquqlarının pozulmasına səbəb olan) halların tikinti inşa edildiyi vaxtdan mövcud olduğunu təsdiq edir. Bununla belə, mübahisəli hüquq münasibətləri müddət etibarı ilə 1993-cü ildə (hətta 1996-cı ildə) yarandığından hazırki mübahisəyə xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. Bu da ilk növbədə hazırki iddiaya iddia müddətinin tətbiq ed ilməli olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi zərurətini yaradır.
15. Bununla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, mübahisəli özbaşına tikintinin inşa edildiyi vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsindən fərqli olaraq, keçməsindən və tərəflərin bildirməsindən asılı olmayaraq, iddia müddətinin məhkəmə tərəfindən, yəni məhkəmənin təşəbbüsü ilə tətbiq edilməsi təsbit edilmişdir. Məhkəmə kollegiyası da mübahisəli hüquq münasibətlərinin məhz həmin məcəllənin qüvvədə olduğu zaman yarandığını, həmin Məcəllədə bu qəbildən olan iddialarla bağlı qısaldılmış iddia müddətinin müəyyən edilmədiyini, habelə bu iddiaya iddia müddətinin aid edilmədiyinin şərtləndirilmədiyini (85-ci maddə) nəzərə alıb, belə qənaətə gəlir ki, mübahisəli tikinti iddiaçının hər hansı hüququnu pozursa, iddiaçı üçün məlum və aşkar şəkildə inşa edildiyi tarixdən pozur. İddiaçı həmin tikintinin hüquqi vəziyyəti barədə də tam məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı pozulmuş hüquqlarını müdafiə etmək üçün müəyyən edilmiş 3 illik ümumi iddia müddəti ərzində iddia qaldırmamış və hazırki iddia qaldırılana qədər iddia müddəti keçmişdir. Mövcud vəziyyətdə 30 ilə yaxın müddətin keçməsinin səbəbini üzrlü hesab etmək üçün də hər hansı əsas mövcud deyil. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin bu məsələləri tənzimləyən normalarının tələblərinə riayət etməmiş və bilavasitə tətbiq etməli olduğu halda, iddia müddətini tətbiq etməklə iddianı rədd etməmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın iddia müddəti tədbiq etməklə rədd edilməsini şərtləndirir.
16. Məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2013cü il tarixdə iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçı bu əmlakın mülkiyyətçisinə çevrilmişdir. Mübahisəli tikintinin hüquqi vəziyyəti isə dəyişilməz qalmışdır. Lakin bu hal da iddianın təmin edilməsi üçün əsas ola bilməz. Hər bir halda, bu tarixdən ötən 10 ilə yaxın müddət ərzində iddiaçı cavabdehin qeyd edilən tikintidən açıq-aşkar və fasiləsiz istifadəsinə hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində həmin tikintini olduğu kimi qəbul etdiyini öz davranışı ilə nümayiş etdirmişdir. Cavabdeh də iddiaçının bu davranışına güvənərək sözügedən özbaşına tikintini ilk öncə inşa etmiş və ötən dövr ərzində iddiaçı üçün açıq və aşkar şəkildə ondan istifadə edib, ona sahiblik etmişdir. Bununla belə, inşasına və ötən 30 ilə yaxın müddət ərzində mövcudluğuna, habelə istifadə olunmasına hər hansı qaydada etiraz etməyən iddiaçı hazırki iddia üzrə tikintinin sökülməsi tələbini irəli sürməklə, cavabdehə zərər vura biləcək ziddiyyətli davranış nümayiş etdirir və hüquqi nəticə etibarı ilə cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini istəyir ki, onun bu davranışı (hərəkəti) birmənalı şəkildə hüquqdan sui-istifadə halını yaradır. Belə bir halın mövcudluğu da idd ianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Hər bir halda, iddiaçının bu hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi üçün əsas yaradan Mülki Məcəllənin 560.3.4-cü maddəsi cavabdehə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və iddiaçının üzərinə ardıcıl rəftar etmək (əvvəlki rəftarı davam etmək) öhdəliyi qoyur.
17. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı da cavabdehin inşa etdiyi tikintinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, həmin mənzilə gün işığının düşməsini və havalandırılmasını məhdudlaşdırmadığı, həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilmiş və bu məzmunda rəy verilmişdir. Birinci instansiya məhkəm əsi tərəfindən mübahisəli ünvanda keçirilmiş yerində müayinə zamanı da özbaşına tikintinin mənzilə hər hansı maneə yaratdığı aşkar edilməmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 73, 76, 77, 78, 82, 105, 147, 148-ci maddələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 560.2, 560.3.4-ci maddələri; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 372, 382, 384, 385, 392, 393, 403 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3615/2023 saylı, 01 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi keçmiş Azərbaycan SSR-nin Mülki Məcəlləsini qanunsuz və əsassız tətbiq etməklə nəzərə almamışdır ki, mübahisəli qanunsuz tikili cavabdehin də qeyd etdiyi kimi 2015-ci ildə tikilmişdir. Belə ki, cavabdeh bütün məhkəmə instansiyalarında, habelə Bakı şəhəri Xətai rayon Məhkəmsinin 2(011)-364/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 32-ci bəndində və həmin qətnamədən verilmiş apellyasiya şikayətində qeyd etmişdir ki, - “cavabdeh 2015-ci il tarixdə mübahisəli mənzilin bir hissəsi olan bir otağı mübahisəli mənzilin bir hissəsi kimi tikərək həmin hissədən istifadə etmişdir.” Bu kimi etirafedici ifadə lər bir çox yerlərdə işlədilmişdir. Tək bu hal kifayət edir ki, apellyasiya məhkəməsinin mövqeyinin yalnış olmasını, maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etməsini və işi araşdırarkən səthi yanaşmasını sübut etsin. Apellyasiya instansiya məhkəməsində ümumiyyətcə cavabdehə tikilinin nə vaxt inşa edilməsi barədə heç bir sual verilməmiş bu hal araşdırılmadan qətnamə qəbul edilmişdir. Bir özbaşına tikilinin hansı tarixdə tikilməsini müəyyən etmədən məhkəmə hansı əsasla köhnə qanunvericiliyin tətbiq edilməsini qətnaməsində əsaslandırmamışdır. Xətai rayon Məhkəməsinin qətnaməsi və cavabdehin apellyasiya şikayəti kassasiya şikayətinə əlavə edərək bu halın ən mühim məqam olmasını qeyd etməklə araşdırılmasını xahiş etmişdir. Bundan başqa apellyasiya icraatı zamanı məhkəmə tərəfindən niyə m əhz uzun müddətdir ki iddia qaldırılmamışdır sualına cavabdeh tərəfindən əsaslandırılmış cavab verilərək məhz iddiaçının hüququnun hazırkı məqamda pozulmağa başladığı qeyd edilmişdir. (Bu hal protokolda əks edilməsədə video görüntüdə mövcuddur). Belə ki, məhkəmədə bildirilib ki, uzun zamandır ki, məhz bu ağır şəraitdə yaşayır, yəni qanunsuz tikili onun otağının gün işığının və havalandırmasının qarşısını almasına baxmayaraq artıq o yaşlı olduğundan həmin ağır şəraitdə yaşaya bilmir. Qanunsuz tikilinin mənzilin divarına birişik tikilməsi nəmişlik və havasızlıq yaratdığından iddiaçının xəstəliklərinin artmasına mənzilində yaşaya bilməməsinə gətirib çıxartmışdır. Daima havasızlıq və nəmişlik artıq yaşlı və çətin vəziyyətdə hərəkət edən iddiaçının vəziyyətinə daha da ağırlaşdırmaqdadır. Belə ki, iddiaçı çox yaşlı olduğundan artıq yaşadığı otaqdan bayıra çıxa bilmir. Günün böyük hissəsini yataq şəraitində otağında keçirdir. Otağın nəmişlik və havasız olması isə onun həmin otaqda yaşamasını çətinləşdirir, ağrılarının artmasına və dözülməs həddə çatmasına gətirib çıxardır. Belə olan halda yəni xüsusi mülkiyyətindən istifadəsini məhdudlaşdırır. Məhkəmə bu hallara qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə ümumiyyətlə mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı iddia müddətinin tətbiq edilməməsi barədə qanun normasını da heçə sayaraq əsassız olaraq iddia müddətini tətbiq etmişdir. Habelə nəzərə almamışdır ki, iddiaçının hüququnun pozulması hazırki iddia verdiyi müddətdən başlamışdır. Bir daha qeyd edirəm ki, əslində məhkəmə bu halı araşdırmaq üçün sua l vermiş və əsaslandırılmış cavabını da almışdır. Yuxarıda qeyd etdiyim hal, yəni iddiaçının qocalması və xəstəliklərinin yaranması onun mənzilində yaşaya bilməməsi onu belə bir iddia qaldırmağa məcbur etmişdir. Həmçinin qeyd edirəm ki, cavabdeh ümumiyyətcə həmin qanunsuz tikilidə yaşamır. Özünün də dediyinə görə müxtəlif vaxtlarda kirayə vermişdir. Hazırda da həmin tikilidə heç kəs yaşamır.
21. İddiaçı şikayətini Konstitusiyanın 13-cü maddəsi; Mülki Məcəllənin 180.1, 180.4, 384-cü maddələri; Mülki Prosessual Məcəllənin 77.1, 88, 417.1.4, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə ol an Azərbaycan SSR-nin Mülki Məcəlləsi: 23. 73-cü maddə- hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir; 24. 76-cı maddə- iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur; 25. 77-ci maddə- iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur; 26. 78-ci maddə- iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir; 27. 82-ci maddə- iddia qaldırılana qədər idd ia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir; 28. 105-ci maddə- müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir. Belə ev və ya evin yanında tikilmiş əlavə bina məhkəmənin qətnaməsinə əsasən əvəzsiz olaraq alınıb yerli xalq deputatları Sovetinin fonduna verilə bilər, yaxud rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarına əsasən, həmin bin a onu özbaşına tikdirən şəxs tərəfindən və ya onun hesabına sökülə bilər; 29. 147-ci maddə- pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər; 30. 148-ci maddə- bu Məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilm iş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normala rını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
43. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı DƏDRX-in RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının qızıdır və cavabdehə məxsus həmin ünvanda yerləşən 1993-cü ildə inşa edilmiş (cavabdeh tərəfin bildirdiyinə görə) özbaşına tikili iddiaçının mülkiyyətində olan evin yan fasad divarına bitişik inşa edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, sökülməsi tələb edilən tikili hazırda qüvvədə olan Mülki Məcəllə qəbul edilənədək inşa edildiyindən MPM-nin 217.2-ci mad dəsinə əsasən mübahisə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməklə həll edilməlidir. 45. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 105-ci maddəsinə əsasən cavabdehin icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan inşa etdiyi yaşayış evi özbaşına tikilidir və həmin tikili inşa edilərkən ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil iddiaçının mülkiyyətində olmasa da qanuni sahibliyində olmuşdur. Həmin Məcəllənin 147-ci və 148-ci maddələrinə əsasən iddiaçının qanuni sahibliyində olan əmlakdan istifadəyə maneələrin aradan qaldırılmasını tələb etmək hüququ olmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən Mülki Məcəllənin 73-cü maddəsinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi hüquq po zuntusu tikili inşa edildiyi vaxtdan yaranmış, lakin iddiaçı pozulmuş hüquqlarını müdafiə etmək üçün qanunla müəyyən edilmiş 3 illik ümumi iddia müddəti ərzində iddia qaldırmamışdır. İddia müddəti keçdiyindən 30 il bundan əvvəl tikilmiş tikilinin sökülməsi barədə iddiaçının tələbi iddianın əsaslı olduğu sübut edilmiş olsa belə məhkəmə tərəfindən təmin edilə bilməz.
47. İddiaçı iddia tələbinin əsaslı olduğunu, yəni cavabdehin yaşadığı evin mövcudluğunun hazırda onun mülkiyyətindən istifadə etməsinə hər hansı şəkildə maneə yaratdığını sübut edə bilməmiş, belə bir maneənin mövcud olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6786 saylı ekspert rəyi əsasında və birinci instansiya məhkəməsi tərəfindən yer ində müayinə həyata keçirilməklə təsdiq edilmişdir.
48. İddiaçı kassasiya şikayətində sökülməsi tələb edilən tikilinin hansı tarixdə inşa edilməsinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyi üçün maddi hüquq normasının tətbiqində səhvə yol verildiyini, cavabdehə məxsus tikilinin 2015-ci ildə inşa edildiyini qeyd etsə də, məhkəmə iclas protokolundan və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının video-audio yazısından (4:53-cü dəqiqə) görünür ki, işə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil2 sədrlik edən hakimi sualına cavab olaraq cavabdehə məxsus tikilinin 1993-cü ildə inşa edildiyini göstərmişdir.
49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2024-cü il tarixli, 2(103)-3615/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.