Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4002/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X5 və Cavabdeh vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-791/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-4815/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Qasımov) İddiaçı Cavabdeh qarşı “mirasdan payların müəyyən edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-791/2020 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndilən hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi 06 saylı evin 69-cu mənzilində onun miras payının ½ hissədə, cavabdehin miras payının isə ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Mətanət Məmmədovun vəkili Arif Əliyev kasasiya şikayətində göstər ilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili Səməd Əliyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil tərəflərin atası X1 miras qalıb, sonuncunun xx xxxxxxx 2014-cü il tarixdə ölməsi ilə ondan miras qalmış mənzilə vərəsəlik açılıb. Lakin iddiaçı, vaxtında mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsinə dair ərizə verməyib və ya mirasa sahiblik etməyə və həmin mirası idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirməklə mirası qəbul etməyib. Bu səbəbdən də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, xx xxx 2010-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 06 saylı evin 69-cu mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tərəflərin anası Lalə Sultanovanın adına qeydə alınıb və sonuncu xx xxxxxxx 2014-cü il tarixdə ölüb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışına əsasən, digər şəxslərlə yanaşı xx xxx 2005-ci il tarixdən iddiaçı da həmin mənzildə daimi qeydiyyatda olub. xx xxxxxx 2014-cü il tarixdə iddiaçı ərizə ilə notariat kontoruna müraciət edərək, mərhum anası Lalə Sultanovadan miras qalmış sözügedən mənzilin vərəsəlik qaydasında atası Sultan Sultanovun adına rəsmiləşdirilməsinə yazılı razılıq verib. xx xxxx 2018-ci il tarixdə Sultan Sultanov ölüb. Bundan sonra, iddiaçı, yazılı ərizə ilə notariat orqanına müraciət edərək, xx xxxx 2018-ci il tarixdə ölmüş atası Sultan Sultanovdan miras qalmış mənzilə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqıda” Şəhadətnamə verilməsini xahiş edib. Eyni zamanda, notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, qardaşı Cavabdehla aralarında sözügedən mənzilə dair mübahisə olduğu üçün onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəşadətnamə verilməsindən imtina edilib və bu məsələ ilə əlaqədar olaraq ona mərhum atası Sultan Sultanovun sonuncu yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib. Hazırda iddiaçı, mərhum atası Sultan Sultanovdan miras qalmış sözügedən mənzildə onun miras payının ½ hissədə, cavabdehin miras payının isə ½ hissədə müəyyən edilməsini iddia edir. Cavabdeh isə, iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna m irası qəbul etməsinə dair ərizə verməməsini və ya mirasa sahiblik etməyə və mirası idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirməməsini göstərib iddiaya etiraz edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilin tərəflərin atası Sultan Sultanovdan miras qalması, yəni mənzilin onun mülkiyyətində olması qənaətinə gəlsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi, sözügedən mənzilin mərhum Sultan Sultanovun mülkiyyətində olmasını təsdiq edən sübütu, yəni Çıxarışın əslini və ya notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi cavabdehə təklif etmədən, işin bu halını başqa sübutlarla təsdiq etməyə çalışmışdır. Halbuki, MPM-nin 77.3 və 81-ci maddələrinin mənasına görə,işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif edə bilər. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktuba istinad edib, iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna vaxtında miras mənzili qəbul etməsinə dair ərizə verməməsi və ya miras mənzilə sahiblik etməyə və miras mənzili idarə etməyə faktik başlamaqla və bununla da miras mənzili qəbul etməsini şəksiz nümayiş etdirməməsi nəticəsinə gəlsə də, kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işə əlavə edilm iş çoxsaylı sübutlardan, o cümlədən 2003-2015-ci illərə aid arayışlardan, habelə apelyasiya və kasasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı, xx xxx 2005ci il tarixdən mübahisəli mənzildə daimi qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və işdə, bunun əksini sübut edən heç bir mötəbər yazılı sübut yoxdur. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv m ülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hal, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlama ğa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak vergisinin ödənilməsi, kommunal xidmətlərin mirasa vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər ola bilər və sair. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Həmçinin, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bi lməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddənin mənasına görə, miras onun açıldığı gündən o, vaxt vərəsənin mülkiyyəti sayılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay müddət keçməsin. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq əsaslandırmağa çalışsa da, iddiaçının miras mənzilə sahiblik etməyə və həmin mənzili idarə etməyə faktik başlayıb-başlamaması ilə bağlı heç bir araşdırma aparmadan, mirasa vərəsəlik açılarkən onu n mübahisəli mənzildə yaşayıb-yaşamamasını, miras əmlakın idarə edilməsində iştirak edib-etməməsini, habelə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsinə dair nə vaxt ərizə verməsini aydınlaşdırmadan, işin obyektiv həlli üçün iddiaçının müraciəti üzrə 5 saylı Bakı “Asan Xidmət” X2 toplanmış sənədləri məhkəməyə təqdim etməyi notariat orqanına təklif etmədən, həmin sənədləri məhkəmə iclasnda tədqiq edib onlara baxış keçirmədən, yalnız notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubun tarixini əsas tutub, iddiaçının vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etməməsi və beləliklə də mirasın açıldığı gündən altı ay müddət keçdiyinə görə mirasın qəbuluna yol verilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə o lunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə na il olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayətitəmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-791/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4002/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4002/2020
06.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver