Məhkəmə qərarları › İş №2(102)-4005/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4005/2022

16.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4005/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin, tikililərin və avadanlıqların qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Hacızadə Mikayıl Mikayıl oğlunun cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “hərracın nəticələrinin və müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, əmlak kompleksinin və avadanlıqların qaytarılması” tələblərinə dair iddia ərizələri üzrə QƏRARDADİ ( Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)2259/2022 nömrəli qətnaməsindən İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Hacızadə Mikayıl Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbayc an Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hacızadə Mikayıl Mikayıl oğlunun cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “hərracın nəticələrinin və müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, əmlak kompleksinin və avadanlıqların qaytarılması” tələblərinə dair iddiası, həmin Məhkəmənin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə isə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin, tikililərin və avadanlıqların qaytarılması, maddi və mənəvi zərər in əvəzinin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(103)-2259/2022 nömrəli qətnaməsi ilə İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1nun və müstəqil tələb irəli sürən üçüncü şəxs Hacızadə Mikayıl Mikayıl oğlunun apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 nömrəli iş üzrə 06 may 2021-ci il və 17 dekabr 2021-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı X1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 birgə, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Hacızadə Mikayıl Mikayıl oğlu ayrıca olaraq kassasiya şikayətləri vermişlər. Kas sasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müə yyən edilmiş formada verilən kassasiya şikayətinə şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. X1nun və İddiaçı kassasiya şikayətləri ilə bağlı qeyd olunmalıdır ki, həmin kassasiya şikayəti iki nəfər şəxsin adından verilsə də, kassasiya şikayəti yalnız İddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunmalıdır ki, kassasiya şikayətləri 2 nüsxədə, müxtəlif məzmunlarda elektron kabinetə yerl əşdirilmiş, lakin hər iki kassasiya şikayətinin sonunda yalnız İddiaçı imza etməsi qeyd edilmişdir. Həmçinin kassasiya şikayətinə əlavə olunmuş vəkil orderində Vəkil1 İddiaçınqa hüquqi yardım göstərməsi qeyd olunmuş, üçüncü şəxs X1nun kassasiya şikayəti ilə bağlı vəkil orderi kassasiya şikayətinə əlavə olunmamış və “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilməmişdir. Həmçinin müəyyən olunur ki, X1nun və İddiaçı adından tərtib olunmuş kassasiya şikayətlərində işin faktiki halları, qəbul edilmiş məhkəmə qərarlarının əsaslandırılması qeyd olunmuş, işin gedişatı zamanı təqdim olunmuş sübutlar, verilmiş vəsatətlər sadalanmış, Mülki Məcəllənin 340.2, 347-ci maddələrinin dispozisiyaları köçürülmüşdür. Lakin kassatorlar apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırk i işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Hacızadə Mikayıl Mikayıl oğlunun kassasiya şikayəti ilə bağlı qeyd olunmalıdır ki, həmin kassasiya şikayəti Vəkil3 tərəfindən tərtib edilmiş və 19 may 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Lakin iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Hacızadə Mikayıl Mikayıl oğlu tərəfindən Vəkil3 bir sıra səlahiyyətlərin ötürülməsinə, o cümlədən məhkəmə aktlarından şikayətlərin verilməsinə dair etibarnamə verilsə də, həmin etibarnamənin qüvvədə olma müddəti 05 mart 2022-ci il tarixdə bitmişdir. Yəni hazırki kassasiya şikayəti verilərkən Vəkil3 nümayəndə kimi səlahiyyətlərinə xitam verilm iş, kassasiya şikayəti üçüncü şəxsin özü tərəfindən imzalanmamışdır. Beləliklə, kassasiya şikayətləri mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə, şikayətlərə vəkil orderi, kassasiya şikayətini imzalamağa səlahiyyə verən sənədlər əlavə olunmadığından icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(103)-2259/2022 nömrəli qətnaməsindən İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Hacızadə Mik ayıl Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətləri icraata qəbul edilməsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar