Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5028/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 48 saylı notariat kontoruna və Cavabdeh4 qarşı iddia tələbinə dair ("xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə), müstəqil tələb irəli sürən üçüncü şəxs M oğlunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərk ibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 48 saylı notariat kontoruna və Cavabdeh4 qarşı ("xxxx" ASC və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin, tikililərin və avadanlıqların qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs M oğlunun "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “hərracın nəticələrinin və müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, əmlak kompleksinin və avadanlıqların qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2259/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tə ləb irəli sürən üçüncü şəxs M oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanında istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kvadrat metr ümumi, 1051 kvadrat metr əsas, 195,6 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2006-cı il tarixli çıxarış əsasında M oğlunun mülkiyyətində olmuşdur.
2. Həmin əmlak kompleksi "xxxx" MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC ilə bağlamış olduqları kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü ed ilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 536233 ABŞ dolları, "xxxx" MMC-dən 294056 manat borc məbləğlərinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş sözügedən əmlak kompleksinə yönəldilməklə onun açıq hərracda satılması və əldə olunmuş pul vəsaitindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin banka olan borclarının ödənilməsi, bankın tələbi tam ödənildikdən sonra qalan məbləğin M oğluna qaytarılması qət edilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və əmlak kompleksi Binəqədi rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmış, "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixdə təşkil edilən hərracda əmlak 100000 manata İddiaçı satılaraq həmin tarixdə “Hərracın nəticələri haqqında” Y-308 saylı Protokol tərtib olunmuş, xx.xx.2015-ci il tarixdə əmlak İddiaçı adına qeydiyyata alınmışdır.
5. İddiaçı əmlak kompleksinin Cavabdeh1 90000 manata satılmasına dair onunla xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlamış, sonradan xx.xx.2015-ci il tarixli sazişlə həmin müqavilə ləğv edilmişdir. 6. xx.xx.2015-ci il tarixdə isə İddiaçıla Cavabdeh2 arasında eyni notariat kontorunda əmlaka dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərək əmlak 90000 manata sonuncuya satılmış, müqavilə üzrə razılaşdırılan məbləğ (90000 manat) Cavabdeh2 tərəfindən notariusun "xxxx" ASC-də olan hesabına mədaxil edilmiş, xx.xx.2015-ci il t arixdə əmlak Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə onun tərəfindən anası Cavabdeh4 bağışlanmış, xx.xx.2020-ci il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 48 saylı notariat kontoruna və Cavabdeh4 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kvadrat metr ümumi, 1051 kvadrat metr əsas, 195,6 kvadrat metr köməkçi sahədən ibarət torpaq sahəsi və orada olan tikililərə dair onunla Cav abdeh2 arasında Bakı şəhəri 48 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, sözügedən əmlakla bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış bağışlama müqaviləsinin və sonuncunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin və orada olan tikililərin, həmçinin akkumlyator zavoduna aid avadanlıqların ona geri qaytarılması vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, dəymiş maddi-mənəvi zərərə görə 500000 manatın cavadehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Bank VTB (Azərbaycan )” ASC ilə bağladığı kredit müqavilələri əsasında bankdan ümumilikdə 38579602 rubl kredit götürmüş, həmin kreditin əsas hissəsi hesabına Xanlar adlı dostundan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 12921293-cü keçid ünvanda istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kvadrat metr ümumi, 1051 kvadrat metr əsas, 195,6 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksini (akkumlyator zavodu) satın almışdır. Belə ki, həmin əmlak kompleksi Xanlara məxsus "xxxx" MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC-dən müxtəlif vaxtlarda götürdüyü kreditlərin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən cəmi 536 233 ABŞ dollarının, "xxxx" MMC-dən 294 056 manatın bankın xeyrinə t utulması, tutmanın ipoteka ilə yüklü edilmiş M oğluna məxsus sözügedən əmlak kompleksinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması qət edilmiş, "xxxx" ASC ilə arasında olan razılaşmaya görə qeyd olunan qətnamənin icrası məqsədilə əmlakı hərracdan 100000 manata almış, bundan sonra Xanların banka olan borcunun əsas hissəsi müxtəlif vaxtlarda ödənilmiş, xx.xx.2015-ci il tarixdə əmlak adına qeydiyyata alınmışdır. Bundan sonra Mirzə adlı dostunun oğlu Cavabdeh3 akkumlyator zavodunun torpaq sahəsini və üzərində olan tikililəri 600000 manata almaq istəyənlərin olduğunu bildirmiş, Mirzə ilə çox yaxın münasibətlərdə olduğundan Elşənə inanmış, onun xahişi ilə zavodun torpaq sahəsini və üzərində olan tikililəri Cavabdeh1 satmağa razılaşmış, xx.xx.2015-ci il tarixdə adıçəkilən şəxslə Bakı şəhər inin 48 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamış, lakin ona heç bir pul vəsaiti ödənilməmiş, Cavabdeh3 pulun bir həftə ərzində ödəniləcəyini bildirmişdir. 14 oktyabr 2015-ci il tarixə qədər pul ödənilmədiyindən müqavilənin ləğv olunmasını tələb etmiş və həmin tarixli razılaşmaya əsasən müqavilə ləğv olunmuşdur. Lakin yenə də Cavabdeh3 ondan əl çəkməmiş və Cavabdeh1la yaxın olduğunu, onun əvəzinə zamin durduğunu, onların əmlakı almaq istədiklərini bildirmiş, zavodu məhz onlara satmasını xahiş etmiş, buna görə də zavodu Abbasa satmağa yenidən razılıq vermişdir. Lakin bu dəfə müqaviləni Cavabdeh2 ilə bağlamalı olmuş, xx.xx.2015-ci il tarixdə onunla Cavabdeh2 arasında Bakı şəhərinin 48 saylı notariat kontorunda əmlakın 90 000 manata Cavabdeh2 satılmasına dair müqavilə rəsmiləşd irilmiş, lakin ona pul verilməmiş, Elşən yaxın günlərdə pulunun ödəniləcəyini, əgər ödənilməzsə şəxsən özünün ödəyəcəyini, yaxud onun “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunu ödəyəcəyini bildirmiş, hətta həmin banka gedərək 40 000 000 rubldan artıq borcu ödəyəcəyi barədə iltizam yazmışdır. Bu yaxınlarda əldə etdiyi məhkəmə qətnamələrindən öyrənmişdir ki, “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunda heç bir azalma olmamış, Elşənin banka verdiyi iltizam da yoxa çıxmışdır. Eyni zamanda öyrənmişdir ki, zavodu satdığı zaman Cavabdeh3 Cavabdeh1 600 000 manat borcu olmuş və onlar əlbir olaraq əmlakını mənimsəməyə, beləliklə də Elşənin Abbasa olan borcunun ödənilməsinə nail olmuşlar. Dostu Xanlardan zavodu alarkən onunla razılaşması belə olmuşdur ki, zavoddakı dəyəri 1 500 000 manatdan artıq ol an avadanlıqlar Xanlara qaytarılacaqdır, lakin Xanlar köçüb Amerikaya getdiyindən əmlaklar zavodda qalmışdır.
9. Müstəqil tələb irəli sürən üçüncü şəxs M oğlu isə "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürərək, "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli hərracın nəticələri haqqında № Y-308 saylı protokolunun, İddiaçı tərəfindən həmin əmlakın xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1, xx.xx.2015-ci il tarixdə isə Cavabdeh2 satılması, sonuncu tərəfindən əmlakın Cavabdeh4 bağışlamasına dair müqavilələrin və onların nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv olunması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçiddə yerləşən, 0.11587 ha i stifadədə olan torpaq sahəsinin, 1246 kvadrat metr ümumi sahə olmaqla, 1051 kvadrat metr əsas, 195.60 kvadrat metr köməkçi sahəsi olan kompleksin, o cümlədən zavodda olan avadanlıqların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Mikayıl Hacızadənin iddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı tələb etdiyi əmlaklar ona məxsusdur, həmin əmlakları heç kimə satmamış, zavodda olan avadanlıqları heç kimə təhvil verməmişdir. 2000-cı ildə Türkiyə vətəndaşı Yalçın Mutludan 3 500 000 ABŞ dollarına aldığı həmin əmlakların idarəçiliyini dayısı X2 tapşırmışdır və İddiaçı əmlakı 90000 manata necə aldığını və dəyəri milyonlarla ölçülən avadanlıqların, maşın və texnikanın başqasına necə təhvil verildiyini bilmir.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddiadan i mtina etməsi barədə ərizə təqdim edərək mövcud mübahisə predmeti ilə bağlı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər "xxxx" ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı hər hansı iddiasının olmayacağını bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim Günel Abbasova) İddiaçı iddia tələbindən imtinasının qəbul edilməsi və mülki iş üzrə icraata onun iddia tələbinə münasibətdə xitam verilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) müstəqil tələb irəli sürən üçüncü şəxs Mikayıl Hacızadənin iddia tələblə ri rədd edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh2 ilə arasında “Alqısatqı müqaviləsinin” bağlanmasında iştirak etmiş, yəni tərəflər müqavilə azadlığı şəraitində müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur.
15. Həmçinin iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürmüşdür.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 vicdanlı alıcı olmaqla onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaran masının əsasını təşkil edən alqısatqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Məhkəmənin qənaətinə görə, hətta qeydiyyat əsassız olsa belə, satıcının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 324, 372.1, 372.2, 375.2, 354 və 567-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında və “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konsti tusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 08 may 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
18. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadından (icraata xitam verilməsi barədə) şikayət vermişdir. b) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq hissədə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. c) Birinci instansiya məhkəməsi ikinci icraat
20. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. d) Birinci instansiya məhkəməsinin qətnamələrindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən Mikayıl Hacızadə tərəfindən, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən isə İddiaçı və onun oğlu (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş) Rəşad Talıbov tərəfindən apellyasiya şikayətləri verilərək qətnamələrin ləğv, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılma sı xahiş olunmuş, hər iki şikayət müvafiq iddia ərizələrinin məzmununa uyğun əsaslandırılmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2259/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 tərəfindən aldadılmamış, əmlakın 90000 manata satılması müqavilənin etibarsız sayılması üçün əsas verməmiş, müqavilənin etibarsız sayılması üçün qanunda müəyyən olunmuş müddət ötürülmüş, əmlakın hərracdan satılması zamanı pozuntuya yol verilməmişdir.
23. Məhkəmə gəldiyi nət icəni Mülki Məcəllənin 319.5, 324, 337.1, 339, 354, 404, 415.2 və 416-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr tarixli Qərarındakı və “F. Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətinə görə alqı-satqı kimi təqdim olunan müqavilələr üzrə aralarında heç bir razılaşma olmamış, həmin müqavilələr üzrə hər hansı pul məbləği ödənilməmişdir.
25. Müstəqil tələb irəli sürən üçüncü şəxs M oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, Mikayıl Hacızadəyə hərracın keçiril məsi və nəticəsi barədə bildiriş təqdim edilməmiş, hərracın keçirilməsindən xəbərsiz olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Cavabdeh2 nümayəndəsi kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək hər iki kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 339.1. H akimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan h allar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
33. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənl əşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
34. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qayda ları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh3la hazırkı işə baxılan zaman borc müqaviləsi bağlamaq la iddiadan imtina etməsini, Cavabdeh2 və qeyrisinə qarşı hər hansı bir tələb irəli sürməyəcəyini bildirməsini, Cavabdeh3 vəfatından sonra isə yenidən iddia tələbləri ilə məhkəməyə müraciət etməsinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh2 tərəfindən aldadılmamışdır.
48. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçılar tərəfindən alqı-satqı müqavilələrinin qanuniliyi qanunda müəyyən olunmuş kəsici müddət ötürülməklə irəli sürülmüşdür. Həmin hissədə gəldiyi nəticəni əsaslandırarkən məhkəmə kollegiyası Mülki Məcəllənin 354.2-ci maddəsinin qüvvəsini tətbiq etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi Mikayıl Hacızadənin mübahisə predmeti olan əmlakın hərracda satılmasından məlumatsız olmasına dair göstərdiklərini əsassız saymış və hesab etmişdir ki, onun b u barədə olan dəlilləri hərracın nəticələrinin etibarsız sayılması üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyasına görə hərrac qanunun tələblərinə uyğun keçirilmiş, bu zaman hər hansı pozuntuya yol verilməmişdir. 51.Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu b arədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 52.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2259/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.