Məhkəmə qərarları › İş №2(103)-9674/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9674/2021

22.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9674/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiю юikayətə əsasən iюə aзэq məhkəmə iclasэnda baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı “hərracın və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı məhkəməyə iddiadan imtina edilməsi barədə ərizə təqdim edərək, iddia tələbindən imtina edərək, mövcud mübahisə predmeti ilə bağlı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı hər hansı iddiasının olmayacağını bildirərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə, AZ MPM-nin 261.0.4-cü maddəsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsi və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi ilə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı “hərracın və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadından şikayət verərək, icraata xitam qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(103)-6623/2021 saylı qərardadına əsasən, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadından verilmiş şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 19.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı tərəfindən verilmiş şikayətin əsasları ondan ibarət olmuşdur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh A.İsmayılzadə ilə aralarında mütəmadi olaraq görüşlər olmuş və sonuncu ona banka olan borcunun ödənilməsi ilə yanaşı ona dəymiş maddi ziyanın da ödənilməsinə söz vermişdir. Bu razılaşma əsasında cavabdeh E.X1 gətizdirilmişdir. Banka olan borcunun zəmanəti kimi də Cavabdeh3la aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən O, Elşənə 1.020.000 manat borc vermişdir. Lakin bu müqavilə saxta müqavilə idi, razılaşmaya görə ilkin ödəniş 16.05.2021-ci il tarixdə olmalı idi, yəni iddiadan imtina barədə məhkəmə tərəfindən qəbul edilmiş qərarddadan şikayət etmə müddətinin axırıncı günü. Məhz bu razılaşma əsasında o, iddiadan imtina barədə ərizə vermişdir. 14.05.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Cavabdeh3 həmin tarixdə intihar etmişdir. Bu məsələ ilə bağlı A.İsmayılzadə ilə görüşəndən sonra heç bir nəticə əldə etməmişdir. Bu səbəbdəndə iş üzrə xitam verilməsi barədə qərardadı mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkili Vəkil2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi vəkili Vəkil3 ayrı-ayrılıqda şikayətə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İşin hallarından və iddiaçının mövqeyindən göründüyü kimi İddiaçı hazırki iddiasından imtina etməsinin səbəbi məhz onun aldadılması nəticəsində baş vermişdir. Belə ki, cavabdehlərin onunla barışıq barədə olan danışıqları, danışıqların nəticəsi olaraq borc müqaviləsinin bağlanılması, müqavilə ilə müəyyən edilmiş məbləğin 16.05.2021-ci ildə ödənilməsi barədə razılaşmalara inanıb, sonda E.Rəhimlovun intiharı, daha sonra isə ödənişlərin həyata keçirilməsindən imtina edilməsini görərək İddiaçı aldadıldığını başa düşüb icraata xitam verilməsi barədə qərardadı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan işin hallarını araşdırmayaraq şikayəti düzgün qiymətləndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı, 06 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar