Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6623/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə, müstəqil tələb irəii sürən üçüncü şəxs X1 cavabdehlər “xxxx” MMC-yə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1284/2021 saylı işi üzrə 06.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İmamverdi qızına, üçüncü şəxslər Bank VTB ASC-yə və Bakı şəhəri 48 saylı Notariat Kontoruna qarşı “müqavilənin ləğv edilməsi və s.” iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdr. İddiaçı qərardaddan şikayət vermişdir (iş səh. 176, 189). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Diqqətə çatdırılmalıdır ki, iş üzrə icraata xitam verilməsinə dair qərardaddan şikayət verərilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.4.2-ci maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılırmalıdır. Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində forma və məzmuna riayyət edilməyərək iddiaçının iş yeri, yaşayış yeri, yaxud olduğu yer əks edilməmiş, bununlada şəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui-istifadəyə şərait yaradılmışdır. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ) X5 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13, 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 263, 264, 361-366, 397.2, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.4.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı işi üzrə 06.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6623/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6623/2021
11.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver