Məhkəmə qərarları › İş №2(102)-4008/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4008/2020

11.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4008/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Cənnətov Qayıb Kamran oğlunun və Cavabdeh İKB ASC-nin vəkili Abbasov Rəfail Arif oğlunun iştiraklar ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)xxx/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh İKB ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2018-ci il tarixli 2(006)-xxx/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh İKB ASC-yə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-xxx/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İKB ASC-dən 9277.05 manat pul məbləğinin, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilmə si, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 250 manatın Cavabdeh İKB ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh İKB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKB ASC-dən 30290 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nəsirli Arzu Cavanşir qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka qoyulmuş ünvan 1 ünvannında y erləşən 5 otaqlı mənzilin satılması nəticəsində iddiaçı tərəfindən Cavabdeh İKB ASC-yə ödənilmiş 30290 manat məbləğdən iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalan 2500 manat kredit borcunun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1500 ABŞ dollarının ödənildiyi günə olan məzənnəsinə uyğun olaraq hesablanacaq məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Cənnətov Qayıb Kamran oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan apelyasiya instansiyası məhkəməsi yalnız ekspert rəyini əsas tutaraq 9277.05 manat məbləğində pulun iddiaçıya qaytarılmasını qət etmişdir. Lakin ekspert rəyindən görünür ki, ekspert rəyi də iş materiallarında olan sənədlərə, yəni cavabdeh bankın ziddiyyətli sübutlarına əsasən verilmişdir. Bu zaman iddiaçı tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmamış və düzgün hesablama aparılmamışdır. Eyni zamanda işə baxan apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi qərəzli olaraq işi tam araşdırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxx/2019 saylı qətnaməsinin qismən, iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İKB ASC-nin vəkili Abbasov Rəfail Arif oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 25% dərəcəsi ilə 60 ay müddətinə 21000 manat kredit verilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixə qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan 21000 manat, faiz borcundan 15532.14 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 25% dərəcəsi ilə 36 ay müddətin ə 10000 ABŞ dollarıkredit verilmişdir. İddiaçının xx.xx.2017-ci il tarixə xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 0.92 ABŞ dolları borcu qalmışdır. Göstərilənlərdən məlum olur ki, iddiaçı tərəfindən Banka artıq pul ödənilməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası bank tərəfindən təqdim edilmiş mötəbər sübutları nəzərə almadan, heç bir normaya istinad etmədən, yalnız ekspert rəyinə əsaslanaraq iddiaçının cavabdehə artıq ödəniş etdiyini müəyyən etmişdir. Halbuki ekspert həqiqətə uyğun olmayan rəy vermişdir. Bankın nümayəndəsi iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı vəsatət vermiş, vəsatət təmin edilməmişdir. Bu hal da onu göstərir ki, məhkəmə kollegiyası işin tam və hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. İddiaçı məhkəməyə öz iddiasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, yəni Bank hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmədiyi halda məhkəmə tərəfindən mübahisəyə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin tətbiq edilməsi məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə bağlı pozuntudur. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxx/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Cənnətov Qayıb Kamran oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş e tdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh İKB ASC-nin vəkili Abbasov Rəfail Arif oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmış, xx xxx 2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaç ı tərəfindən Cavabdeh İKB-yə 9277,05 manat artıq ödəniş edilmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, varlana o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa (irəli sürülmüş)iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, e ləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Göstərlənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi qismən, ekspert rəyində göstərilən artıq ödənilmiş 9277.05 manata münasibətdə təmin edilməlidir. Çünki iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin 25240 manat olması ilə bağlı əsaslı və şübhədənkənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Apelyasiya kollegiyası eyni zamanda cavabdehin nümayəndəsinin iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatəti ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə əsaslı sübut təqdim edlmədiyind ən və həmin vəsatət işi uzatmaq üçün verildiyindən təmin edilməməlidir. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinin eynilik təşkil edən dəlili məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə bağlı olmuşdur. İddiaçı həmin rəy verilərkən cavabdehin təqdim etdiyi sübutların nəzərə alındığını, onun təqdim etdiyi sübutların nəzərə alınmadığını, cavabdeh isə rəy verilərkən məhkəməyə təqdim etdikləri mötəbər sübutların nəzərə alınmadığını göstərmişdir. Lakin hər iki kassator konkret olaraq ekspert rəyinin qeyri-mötəbərliyinin nədə ifadə edilməsini əsaslandıra bilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tər əfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh İKB ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar