Məhkəmə qərarları › İş №2(102)-4008/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4008/2021

30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4008/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 18 saylı dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi, yalan əqd, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbaso v Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2, vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1115/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1031/2013 saylı, 26.11.2013-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı2 dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2006-cı ilin aprel ayında özünü Rabitə və İnformasiya. Texnologiyaları Nazirliyinin məsul şəxsi kimi təqdim edərək Cavabdeh1 ünvan 1 ünvanda yerlə şən poçt şöbəsini satacağı adı ilə aldadaraq 2006-2008-ci illərdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə məzənnəsi 65.750 manat olan 80.000 ABS dolları pul alıb ələ keçirməklə zərər çəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq müddəti təyin edilmişdir. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh1 27.06.2013-ci il tarixli ərizəsi ilə ibtidai istintaq orqanına, 05.11.2013-ci il tarixli ərizəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək İddiaçı2 ona vurduğu 80000 ABŞ dolları maddi ziyanın tam şəkild ə ödənildiyini və onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmişdir. İddiaçı2 həyat yoldaşı İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, mənzil 53-dən ibarət daşınmaz əmlakı 27.06.2013-cü il tarixdə Cavabdeh1 satmış, İddiaçı2, X6, X2 ərizə ilə notariat kontoruna müraciət edərək, İddiaçı1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 53 saylı mənzilin satılmasına etiraz etməmişdirlər. "xxxx" ASC-nin İddiaçı1 ünvanlanmış 31.01.2019-cu il tarixli məktubunun surətindən görünür ki, 27.06.2013-cü il tarixində 07.06.2013-cii il tarixli etibarnamə əsasında Cavabdeh1 tərəfındən notariusun depozit hesabından 143510 nömrəli çek ilə 40000 manat vəsait məxaric olunmuşdur. Mübahisəli mənzilə dair 19.10.2013-cü il tarixdə C avabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli, 2(011)-192/2019 saylı qətnaməsinin surətindən göründüyü kimi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, X3, X1, X5, X4 və X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmiş və həmin mənzildən çıxarılmaları qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 18 saylı dövlət notariat kontoruna və Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilinə dair bağlanmış 27.06.2013-cü il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, 19.10.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları ipoteka müqaviləsinə aid qaydaların tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsasla ndırmışlar ki, İddiaçı2 Cavabdeh1 2006-2008-ci illərdə müxtəlif vaxtlarda pul götürmüş və nəticədə sonuncuya 80.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bununla bağlı Cavabdeh1 şikayəti üzrə İddiaçı2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1031/2013 saylı, 26.11.2013-cü il tarixli hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq müddəti təyin edilmişdir. İstintaq dövründə Cavabdeh1la hazırda mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Telnov küç əsi, 18A saylı evin 53 saylı mənzilin girov qoyulması şərti ilə borcun 5 il ərzində qaytarılması barədə şifahi razılığa gəlmişlər. Lakin, sonradan Cavabdeh1 İddiaçı2 çıxılmaz vəziyyətdə olduğunu görüb, ona inanmadığını və girov müqaviləsinin gələcəkdə borc ödənilməsə, onun üçün əlavə problemlər yaradacağını bəhanə gətirərək formal alqı-satqı müqaviləsinin bağlanmasını və borcun yarısının dərhal qaytarılmasını tələb etmişdir. Bu səbəbdən də iddiaçılar tərəfindən mənzilin alqı-satqısı üçün müqavilədə göstərilən 40.000 manat (52.282 ABŞ dolları) cavabdehə ödənilmiş və 27.06.2013-cü il tarixdə İddiaçı1 ilə Cavabdeh1 arasında mənzilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə notariat kontorunun bank hesabına iddiaçı tərəfindən qoyulmuş 40.000 manat məbləğində pul elə on un özü tərəfindən də götürülmüşdür. Bundan sonra Cavabdeh1 istintaqa və məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilənə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Daha sonra İddiaçı2 cavabdehə müxtəlif vaxtlarda ona olan borcundan daha 22.500 ABŞ dolları da ödəmiş və ümumilikdə cavabdehə 74.782 ABŞ dolları qaytarılmışdır. Lakin, cavabdehə 5.218 ABŞ dolları borcunun qalmasına baxmayaraq o, aralarında olan razılaşmanı pozaraq yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(011)-192/2019 saylı, 13.02.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hesab edirlər ki, aralarında bağlanan a lqı-satqı müqaviləsi görünüş üçün bağlandığından etibarsız hesab edilməli və həmin müqaviləyə ipoteka müqaviləsinə aid qaydalar tətbiq edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(011)-5549/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilinə dair bağlanmış 27.06.2013-cü il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı 19.10.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 18 saylı dövlət notariat kontorundan və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsindən 20 manat məbləğində dövlət rüsumunun iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilinə dair bağlanmış 27.06.2013-cü il tarixli alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqddir, həmin müqavilənin əslində İddiaçı2 Cavabdeh1 borclu olduğu 80.000 ABŞ dolları məbləğində pulun qaytarılmasının təmin edilməsi məqsədilə bağlanmış və tərəflərin iradə ifadəsi mənzilin alqı-satqısı ilə əlaqəli olmamamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 337.1, 337.2, 337.5, 340.2, 390.2, 139.1, 139.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.4, 10.5-ci maddələrinə əsaslanaraq h esab etmişdir ki, həmin alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, 19.10.2013-cü il tarixli çıxarış etibarsız hesab edilməli, əqdə ipoteka müqaviləsinə aid qaydaların tətbiq edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh1 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(011)-5549/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin alğı-satqı müqaviləsi iddiaçı tərəflə öz razılığı ilə ona görə bağlanmışdır ki, dələduzluq yolu ilə ondan hissə-hissə aldığı pul vəsaitlərini evin ona verilməsi yolu ilə kompensasiya edils in. Tərəf bərəsində cinayət işi açıldığı müddətdə iddiaçı evini girov qoymuşdur və o, bunun qarşılığında tərəf barəsində heç bir şikayətinin və iddianın olunmadığını bildirmişdir. O, bu barədə razılıq verməsə idi, həmin şəxsin cəzasi şərti hesab edilərək 3 il sınaq müddəti ilə yekunlaşmazdı. Zərərin ödənilməsi şəxsin cəzasının yüngülləşdirilməsi halı kimi nəzərə alınır. Şəxs yenə də dələduzluq edərək öz razılığı ilə satdığı ev barəsində yenidən məhkəmədə iddia qaldırmışdır. Evin vicdanlı mülkiyyyətçisi kimi o, tanınmalıdır. Evin mülkiyətinin ona hansı halda keçməsinin bir əhəmiyyəti yoxdur, ona görə ki özgəninkiləşdirən həmin əmlakı ona nə üçün verdiyini, satdığını, girov qoyduğunu əvvəlcədən bilir və buna razılıq verir. Şərti cəza müddəti bitdikdən sonra belə bir əməl törətməsi həm hüquq mühafizə orqanlarını, həm də məhkəmə orqanlarını aldatmaq kimi qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh 09.02.2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edərək iddiaçının iddia müddəti 6 il ötürərək məhkəməyə müraciət etməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 16 fevral 2021-ci il tarixli 2(103)-1115/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(011)-5549/2019 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair ye ni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi 27 iyun 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 6 il keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2019 saylı 13.03.2019-cu il tarixli qətna məsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı1 arasında 27.06.2013-cü il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra, Cavabdeh1 zərərçəkmiş olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1031/2013 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı2 tərəfindən ona vurulmuş zərərin ödənilməsini bildirmiş və ona qarşı hər-hansı tələbinin olmamasını bildirmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman isə İddiaçı2 notariat kontoruna müraciət edərək, mübahisəli mənzilin satılmasına etiraz etməmişdir. Mübahisəli alğı-satqı müqaviləsinin mövcudluğu barədə İddiaçı1 və İddiaçı2 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1031/2013 saylı mülki işə baxılan zaman məlumatı olmuş, həmçinin müqavilə bağlanan zaman müqavilənin bağlanmasına etiraz etməmişlər. Həmin alğı-satqı müqaviləsinin bağlanması nəticəsində İddiaçı2 tərəfindən Cavabdeh1 vurulmuş ziyan tam ödənilmişdir. Göründüyü kimi, iddiaçılar mübahisəli müqavilə barədə məlumatı olmalarına baxmayaraq, müqavilənin bağlanmasından 6 il keçdikdən sonra müqaviləni mübahisələndirmişlər. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 347.1, 354.1, 354.2-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçıların nümayəndəsi Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1115/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kass asiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçılara məlum olmayan səbəblərdən onların məhkəmə iclasında iştirakını təmin etməmiş və bununla da onların məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Halbuki, iddia müddətini tətbiq edən məhkəmə kollegiyası tərəflərin bərabər hüquqlarını təmin edib, çəkişmə prinsipinə riayət etmiş və iddiaçıların gətirdikləri dəlilləri araşdırmış olsaydı müddət məsələsində haqlı olmadığı qənaətinə gələ bilərdi. Qətnamədən də göründüyü kimi, məhkəmə kollegiyası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən halları təhrif edərək özünə lazım olan hissədə istinad etməklə və maddi hüquq normalarını sa dalamaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, iddia müddəti ilə kəsici müddətləri qarışdırmış və hər ikisi üçün qanunvericilikdə nəzərdə tutulmuş normalara istinad edərək yekunda belə nəticəyə gəlmişdir ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşlər. Lakin, iş materiallarında iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi mövcud deyildir. Demək ki, işə baxan məhkəmə iddia müddəti ilə kəsici müddətlərin fərqinə varmadan nəyin bahasına olur olsun cavabdehin apellyasiya şikayətini təmin etməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi 2(011)-192/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnamənin 2-ci səhifəsinin 2-ci abzasında qeyd edilmiş Cavabdeh1 məhkəmə iclasında verdiyi izahata qiymət verməmişdir. İddia ərizəsinə əlavə ed ilmiş "xxxx" ASC-nin İddiaçı1 ünvanlanmış olduğu 31 yanvar 2019-cu il tarixli məktubun surətindən görünür ki, 27.06.2013-cü il tarixində 07.06.2013-cü il tarixli etibarnamə əsasında Cavabdeh1 tərəfindən notariusun depozit hesabından 143510 nömrəli çek ilə 40.000 manat vəsait məxaric olunmuşdur. Tərəflərin niyyətinin məhz alqı-satqı müqaviləsi bağlamaq olmuşdursa bu zaman cavabdehin müqavilə üzrə ödədiyi pulu təsdiq edən sənədi məhkəmə tələb etməli olduğu halda, onu da tələb etməmişdir. Yox, əgər borcun əvəzi olaraq mənzil verilmişdirsə, həmin mənzil niyə, bağışlama müqaviləsi əsasında deyil, alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir sualı məhkəmə kollegiyasını maraqlandırmadığından heç araşdırılmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məh kəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məc əlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahis ələndirilmir və yenidən sübut edilmir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikyətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərinin cavabdehin 20.000 manat pulunu dələduzluqla ələ keçirməsi və qaytarmaması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Həmçinin işdən müəyyən edilir ki, İddiaçı1 öz ərinin (təqsirli şəxsin) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması məqsədilə cinayət nəticəsind ə vurulmuş ziyanın ödənilmiş hesab edilməsi üçün öz adına olan mənzili İddiaçı2 və ailə üzvlərinin razılığı ilə cavabdehə vermişdir. Cavabdeh bu razılaşmaya əsasən ona vurulmuş ziyanın tam ödənilməsi barədə cinayət işinə baxan məhkəməyə müvafiq ərizə vermiş və İddiaçı2 törətdiyi cinayətə görə daha yüngül cəza almışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmçinin həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuz una vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər və 390.2-ci maddəyə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Mülki dövriyyədə mövcud olan təcrübəyə əsasən bağışlama müqaviləsi yalnız yaxın qohumlar arasında bağlandığından, iddiaçılar azad surətdə cavabdehlə mənzilə dair alqı-satqı müqaviləsi bağlanmı ş və onların iradəsi cinayət nəticəsində vurulmuş ziyanın daşınmaz əmlak hesabına ödənilməsi olmuşdur, buna görə də müqavilə üzrə evin dəyəri kimi cavabdehin ödədiyi məbləğ onun özünə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin tərəfindən tətbiq olunur. Hazırki iş üzrə mübahisəli alğı-satqı müqav iləsinin mövcudluğu barədə İddiaçı1 və İddiaçı2 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1031/2013 saylı mülki işə baxılan zaman məlumatları olmuş, həmçinin müqavilə bağlanan zaman müqavilənin bağlanmasına etiraz etməmişlər. Həmin alğı-satqı müqaviləsinin bağlanması nəticəsində İddiaçı2 tərəfindən Cavabdeh1 vurulmuş ziyan ödənilmişdir. Həmçinin müqavilə icra edilərək cavabdeh daşınmaz əmlakı mülkiyyət hüququna dair 19.10.2013-cü ildə çıxarış almış və ona dəymiş ziyanın ödənilməsi barədə istintaq orqanına 27.06.2013-cü il tarixdə və məhkəməyə 05.11.2013-cü il tarixdə müvafiq ərizə vermişdir. Eyni zamanda, iddiaçı Ə. Abdulayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1031/2013 saylı, 26.11.2013-cü il tarixli hökmü ilə təyin edilmiş çərti cəzanın 3 il sınaq müddəti 2016-cı il in sonunda bitmişdir. Göründüyü kimi, iddiaçılar müqavilənin icrasına başlanılan gündən hesablanmaqla, 15.05.2019-cu il tarixdə il keçdikdən sonra müqaviləni mübahisələndirməklə, Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsi ilə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Apellyasiya məhkəməsində işə baxılması ilə əlaqədar iddiaçılara məhkəmə bildirişləri, həmçinin SMS-xəbərdarlıqlar göndərilmiş və həmin SMS-lər iddiaçı tərəfindən alınmışdır. Buna görə də, məhkəmə iclası barədə məlumatlandırılmama barədə kassasiya şikayətinin dəlili əsassızdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmi ş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1115/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar