Məhkəmə qərarları › İş №2(102)-401/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-401/2022

31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-401/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 MTK, X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın qaytarılması” tələbi və iddiaçı YYYnın cavabdehlər Cavabdeh1 MTK, X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın qaytarılması” tələbi barədə iddialarına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, əmlakın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçıla r İddiaçı və YYYnın vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-405/2021 nömrəli iş 22.07.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1425/2020 saylı, 10.03.2020-ci il tarixli qərarından görünür ki İddiaçı və maraqlarına toxunan şəxs YYY tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09.10.2019-cu il tarixli 2(103)1180/2019 saylı qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməs i qərara alınmışdır.. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 09 may 2016-cı il tarixli 115 №-li müqavilədən görünür ki, Bakı şəhər İH-nin 247 saylı 15 sentyabr 2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK şirkəti tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 14 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Müqavilənin 1.1-ci bəndində göstərilənə əsaslanaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayş binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 3 otaqlı mənzili “kooperativ” “payçı”ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “payçı” isə həmi n mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Müqavilənin 5.1-5.2-ci bəndlərinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 203 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 140.000 manat müəyyən edilir. Müqavilə bağlandığı tarixdən Cavabdeh1 MTK-nın işıq xəttinin tam layihələşdirilib, çəkilib və sayğacla birlikdə təhvil verilməsi üçün ümumi qiyməti 380.000 manat olan işin dəyəri 140.000 manat qiyməti olan evlə əvəzlənir. Yerdə qalan 240.000 manat hər iş görüldükcə mərhələ-mərhələ Cavabdeh1 MTK tərəfindən veriləcəkdir. İddiaçı tərəfindən yazılaraq Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq edilmiş 22 dekabr 2018-ci il tarixli ərizənin məzmunundan görünür ki, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda yerləşən bina v, mərtəbə-5 olan yaşayış binasının ümumi sahəsi 203 kv.m olan 30 nömrəli, 3 otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş və həmin pay hüquqlarının ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına keçirilməsini xahiş etmiş, gələcəkdə Cavabdeh1 MTK-ya hər hansı maddi iradı və tələbinin olmayacağını bildirmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 №-li müqavilədən görünür ki, Bakı şəhər İH-nin 247 saylı 15 sentyabr 2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK şirkəti tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 14 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Müqavilənin 1.1-ci bəndində göstərilənə əsaslanaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayş binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 3 otaqlı mənzili “kooperativ” “payçı”ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 203 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 140.000 manat müəyyən edilir. 30 dekabr 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən texniki şərtə uyğun işin görülməsinə görə 15.000 manat dəymiş ziyan Cavabdeh1 MTK-ya ödənilmişdir. İddiaçı tərəfindən yazılaraq Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq edilmiş 24 yanvar 2019-cu il tarixli ərizənin məzmunundan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisində 22 dekabr 2018-ci il tarixdə 8İ-2913 reyestrdə Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda yerləşən bina v, mərtəbə-5 olan yaşayış binasının ümumi sahəsi 203 kv.m olan 30 nömrəli, 3 otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etməsi və həmin pay hüquqlarının ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına keçməsi barədə ərizədəki imzasının həqiqiliyi təsdiq olunmuşdur. Həmin ərizədən imtina etmiş və reyestrdə qeydə alınmış imza təsdiqini etibarsız hesab edib xitam verilməsini xahiş etmişdir. 3-JQ 486488 saylı nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə X1 07.09.1985-ci il tarixdə nikahlarını Əzizbəyov rayon VVAQ şöbəsində m859 sayla qeyd etdirməklə bağlamışdır. Nikah bağlandıqdan sonra arvada Muradova soyadı veril mişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 24.02.2019-cu il tarixli qərarından görünür ki yoxlama materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (1-ci iddia üzrə) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakışəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzi lin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə onun arasında 09 may 2016-cı il tarixli 115 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 3 otaqlı mənzilin ona verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 140.000 manat müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə bağlandığı tarixdən Cavabdeh1 MTK-nın işıq xəttinin tam layihələşdirilib, çəkilib və sayğacla birlikdə təhvil verilməsi üçün ümumi qiyməti 380.000 manat olan işin dəyəri 140.000 qiyməti olan evlə əvəzlənməsi, yerdə qalan 240.000 manatın hər işgörüldükcə mərhələmərhələ Cavabdeh1 MTK tərəfindən ona verilməsi nəzərdə tutulmuşdur. Bütün görüləcək işlərin qiymətləri və adları 4 səhifədən ibarət olan əlavədə yazılmışdır. O, 240.000 manat dəyərində olan işləri tam yerinə yetirmiş və Cavabdeh1 MTK yerinə yetirdiyi işlərin haqqını ona ödəmişdir. Müqavilədə göstərilən mənzili satmaq qərarına gəlmiş və Cavabdeh1 MTK- nın rəhbərliyinə bu barədə məlumat vermişdir. Onlar da “alıcı olarsa mənzili satıb pulunu ona verəcəklərini” bildirmişlər. Həmçinin daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Elvin adlı şəxsə də mənzili satmaq istədiyini demişdir. Elvin ona Cavabdeh2 mənzili almaq istədiyini bildirmişdir. O da mənzilin Şah baza satılmasına razı olmuş və Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 3 otaqlı mənzilin Cavabdeh2 adına keçməsinə razı olması, adına olan müqavilədənvə pay hüququndan imtina etməsi barədə 22 dekabr 2018-ci il tarixdə Elçinin təkidi ilə ərizə yazmışdır. Ərizə Bakı şəhəri 32 saylı notariat kontorunda reyestrdə 8İ-2913 nömrə ilə qeydə alınmışdır. Bundan sonra cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 30 dekabr 2018-ci il tarixli 115 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi lay ihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin “payçı”ya verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 140.000 manat müəyyən edilmişdir. Cavabdehlər mənzilin dəyəri olan 140.000 manat pulunu ona ödəməmişlər, onu aldatmışlar. Bu səbəbdən 24 yanvar 2019-cu il tarixdə ərizə ilə 32 saylı Notariat Kontoruna müraciət edərək 22 dekabr 2018-ci il tarixli ərizədən imtina etdiyini, reyestrdə 8İ-2913 nömrə ilə qeydə alınmış imza təsdiqini etibarsız hesab edib xitam verilməsini xahiş etmişdir. Ərizəsi reyestrdə 1S-826 nömrə ilə qeydə alınmışdır. Cavabdehlər tərəfindən aldadıldığına görə Cavabdeh2 ilə bağlanmış müqavilə etibarsız hesab edilməli, müqavilədə göstərilən mənzil onun sahibliyinə və istifadəsinə verilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin tə min edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki iddia tələbi həqiqəti əks etdirmir və yalnız iddiaçının formal mülahizələrinə əsaslandığından onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3561/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı notariusda mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən aldadıldığını və bu haldan Cavabdeh2 xəbərdar olması iş materialla rı ilə öz təsdiqini tapmamışdır. Həmin qətnamədən İddiaçı və qətnamənin maraqlarına toxunduğu YYY apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat ( 1-ci iddia üzrə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X13 sədrlik edən və məruzəçi, X6 və X9 ) 09.10.2019-cu il tarixli 2(103)-11802/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3569/2020 saylı iş üzrə 05.10. 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı öz həqiqi iradəsini ifadə edərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv. m təşkil edən 4 otaqlı mənzilinə dair onunla Cavabdeh1 MTK arasında bağlanmış müqavilədən və mənzilə olan pay hüququndan imtina etmiş, bununla bağlı onun ərizə verməyə məcbur edilməsi, həmin ərizəni aldatmaqla, hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsi öz hüquqi təsdiqini tapmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 MTK-da olan mənzilə pay hüquqlarının ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına keçirilməsinə dair iradə ifadəsini Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirərəkən, Cavabdeh2 iştirak etməmiş və sonuncu ilə iddiaçının birbaşa ünsiyyəti olmamışdır. Bundan başqa, Cavabdeh2 vicdanlı əldə edən olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı notarius da mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən aldadıldığı və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandırarkən Mənzil Məcəlləsinin 113, Mülki Məcəllənin 337, 339, 385, MPM-nin 77, 119, 217–ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən İddiaçı və maraqlı şəxs YYY kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində icraat (1-ci iddia üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.İsgəndərov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov) 10 mart 2020-ci il tarixli 2(102)1425/2020 saylı qərarı ilə idiaçı və maraqlı şəxsin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09.10.2019-cu i l tarixli 2(103)-11802/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı aldadılma faktına istinad edərək tələbini hüquqi cəhətdən MM-nin 339.2-ci maddəsi ilə əsaslandırmışdır. İşə baxan məhkəmələr iddia tələbini həmin norma əsasında deyil MM-nin 339.1, 339.4-cü maddələri və Konstitusiya Məhkəməsinin bir sıra qərarları əsasında qiymət vermiş və nəticədə iddiaçının pay hüququndan imtina etmə barədə ərizəni verməyə məcbur edilməsinin, həmin ərizənin aldatmaqla, hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsinin təsdiq olunmadığı qənaətinə gəlmişdir. İddiaçı izahatında aldadıldığnı və pulu almadığını, MTK Cavabdeh2 tanımadığını və yalnız 15.000 m anat pul aldığını, Cavabdeh2 isə 140.000 manat və əlavə 15.000 manat məbləğində pulu MTK-ya verdiyini və iddiaçını tanımadığını göstərmişdir. Göründüyü kimi həm iddiaçı ilə cavabdehlərin izahatları arasında, həm də cavabdehlərin özlərinin izahatları arasında ziddiyətli məqamlar var və bu ziddiyətlər işə baxan məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 24.12.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh2 140.000 manat pay haqqını qəbul etmək və sonra bu məbləği İddiaçı ödəmək MTK-nın vəzifəsidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 tərəfindən MTK-ya 140 000 manat pay haqqının ödənilməsi iş materialları ilə təsdiq olunmur. Ən azından Cavabdeh2 tərəfindən bu faktı təsdiq edən maliyyə arayışı təqdim olunmamışdır. MTK da bununla bağlı heç bir rə smi sənəd təqdim etməmiş, şifahi olsa da belə Cavabdeh2 tərəfindən pay haqqının ödənilməsini təsdiq etməmişdir. MTK tərəfindən cəmi 15 000 manat təmir xərcinin ödənilməsi müqabilində 203 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilin Cavabdeh2 sahibliyinə verilməsi isə inandırıcı və ağlabatan deyil. Apelyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər əsas Cavabdeh2 vicdanlı alıcı olmasıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh2 vicdanlı alıcı olması İddiaçı MTK tərəfindən aldadılmış olmasını istisna etmir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının istər 24.12.2018-ci il tarixli müqavilədən əvvəl, istərsə də ondan sonra aldadılmadığı qənaətinə gəlməklə hazırkı iddianın təmin olunmadığı təqdirdə iddiaçını gələcəkdə ona vurulmuş 140 000 manat ziyanı tələb etmək hüququndan da məhrum edir. Vicdanlılıq məsələsinə gəldikdə isə, qətnamənin məzmunundan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi bununla bağlı qənaətini hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-nin 140,148,149,339, MPM-nin 81-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində icraat (2-ci iddia üzrə) İddiaçı YYY cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 saylı müqavilənin etibarsız hesab edilməsini və birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanındakı 1 B nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m mənzil in onların sahiblik və istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 05.10.2020-ci il tarixli 2(008)3569/2020 nömrəli qətnaməsi ilə (hakim X17) iddiaçı YYYnın cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi birgə nikah dövründə əri İddiaçı adına əldə edilmiş daşınmaz əmlakın özgənikləşdirilməsinə dair razılığın olmamasına istinad etsə də, mübahisə predmeti olan ünvan 3 ünvanındakı 1 B nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m təşkil edən 4 otaqlı evin dəyərini tam ödənilməsi və həmin mənzilə mülkiy yət hüququ əldə etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən onun arvadı olan hazırki iddiaçının bundan məlumatı olmaması və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən AR Mənzil Məcəlləsinin 113, Ailə Məcəlləsinin 32, 33, Mülki Məcəllənin 337, MPM-nin 77, 119, 124, 217-ci maddələrə istinad etmişdir. İddiaçı YYY apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X11 Cavabdeh1 MTK-ya 140 000 (yüz qırx min) manat vəsait ödəyərək ünvan 3 ünvanındak ı 1B nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m təşkil edən 4 otaqlı evi almışdır. Bir müddət sonra, həyat yoldaşı vasitəçi ilə ev satmaq qərarına gəlmiş və bu zaman Cavabdeh2 ilə görüşərək ona adıçəkilən mənzili 80 000 (səksən min) dəyərinə satmaq niyyətinin olduğunu bildirmişdir. Cavabdeh2 isə öz növbəsində mənzilin əvəzində vitrin dəyəri 287 000 ( iki yüz səksən yeddi min) manat olan qızıl təklif etmişdir və eyni zamanda həmin müddətdə evin öz adına rəsmiləşdirilməsi üçün həyat yoldaşından notarial qaydada pay hüququndan imtina ilə bağlı 29 dekabr 2018-ci ildə sənəd almışdır. Həyat yoldaşı pay hüququndan imtina ilə bağlı həmin sənədi vasitəçiyə təqdim etdikdən sonra, qızıl dəyərinin yoxlanılması ilə bağlı mütəxəssisə müraciət edil ən zaman müəyyən olunmuşdur ki, vasitəçi Şahbazın təqdim etdiyi qızılın bazar qiyməti 40 000 (qırx min) manatdır. Şahbazın onun etibarından sui-istifadə etdiyini görən həyat yoldaşı qızılları Şahbaza geri qaytarmış, lakin mənzilin sənədlərini geri qaytarmasını tələb etməsinə baxmayaraq, vasitəçi sənədləri verməmişdir. Həmin gün həyat yoldaşı Fizuli xəstə olduğundan ərizəni ləğv etdirmək iqtidarında olmamış, bir neçə gün sonra etiraz ərizəsini ləğv edərkən məlum olmuşdur ki, Cavabdeh2 30 dekabr 2018-ci ildə Cavabdeh1 MTK ilə razılaşaraq evi öz adına rəsmiləşdirmişdir. Lakin onun bu hadisələrdən xəbəri olmamış, iş apellyasiya məhkəməsində olduğu zaman məlumat almışdır. Yoldaşı bütün bu hərəkətləri onun razılığı olmadan həyata keçirmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat (birləşdi rilmiş iddialar üzrə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5485/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı YYYnın cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-5485/2021 saylı mülki iş iddiaçı X5 Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-405/2021 saylı mülki işlə birləşdirılmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.Kazımov - sədrlik edən və məruzəçi, N.Cəfərov və İ.Kərimli) 2(103)-405/2020 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3561/2019 saylı, 12 iyun 2019-cu il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3569/2020 say lı, 05 oktyabr 2020-ci il tarixli qətnamələri ləğv edilmiş, iddialar təmin edilmiş, ünvan 4 ünvanındakı 1 B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30.12.2018-ci il tarixli 115 saylı müqavilə etibarsız hesab edilməsi və həmin mənzil İddiaçı və YYYnın sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlər inin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxsin iştirakı, həqiqi iradə ifadəsini bildirilməsi, iradə ifadəsinin zədəli olmaması, forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-3561/2019 saylı iş üzrə iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 MTK-da olan mənzilə pay hüquqlarının Cavabdeh2 adına keçirilməsinə dair iradə ifadəsini Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirərkən, Cavabdeh2 iştirak etməmiş və sonuncu ilə iddiaçının birbaşa ünsiyyəti olmamışdır...iddiaçı not ariusda mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən aldadıldığı və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Əslində İddiaçı mübahisəli mənzilə dair adına olan müqavilədən və pay hüququndan notariat ofisində Cavabdeh2 xeyrinə imtina edərkən sonuncu ilə birbaşa ünsiyyətdə olmaması yaxud aldadılmadan Cavabdeh2 xəbərdar olmasının iş materialları ilə təsdiq edilməməsi aldadılmanın baş verdiyini istisna etmir. Yəni, aldatmanın baş verməsi üçün aldadanla aldadılan birbaşa ünsiyyətdə olması yaxud iddiaçının birbaşa cavabdeh tərəfindən aldadılması da mütləq şərt deyil. Belə ki, iddiaçı mübahisəli mənzilə olan pay hüququndan imtinaya görə aldadılaraq pul almadığını iddia edir. Cavabdeh2 də mübahisəli mənzilə görə nə iddiaçıya, nə də MTK-ya 1 5000 manatdan əlavə hansısa məbləğdə pul ödədiyini israr etmir, pulun qalan hissəsini mənzili ona təklif edən maklerə verdiyini bəyan edir. MTK da Cavabdeh2 15000 manatdan əlavə pul almadığını təsdiq edir, eyni zamanda sonuncudan həmin məbləği iddiaçının mübahisəli mənzilə görə gördüyü işi qüsurlu icra etdiyinə görə aldığını bəyan edir. Başqa sözlə MTK mübahisəli mənzilə dair 140000 manat dəyərində iş gördüyünə görə iddiaçı ilə müqavilə bağladığını mübahisələndirmir. Yəni, iddiaçı ilə MTK arasında mübahisəli mənzilə görə 09.05.2016-cı il tarixdə bağlanmış müqavilə ən azından hazırki mübahisənin predmetinə aid deyildir. Bu cür vəziyyətdə iddiaçının mübahisəli mənzilə dair pay hüququndan aldadılma olmadan əvəzsiz olaraq imtina etməsi əlbətdə ki, inandırıcı və ağlabatan deyildir. İkincisi, bi rinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 32-ci, 33.4-cü Mülki Məcəllənin 225.1ci və Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozaraq, mübahisə predmeti olan mənzilin pay haqqının tam olaraq Fizuli və Gülüstan Muradovların birgə nikahları dövründə ümumi gəlirləri hesabına (yəni iddiaçının MTK ilə bağladığı müqavilə üzrə gördüyü işin əvəzi olaraq) ödənilməklə, həmin mənzilin onların ümumi birgə mülkiyyəti sayılmasını, Gülüstan Muradovanın yazılı razılığı olmadan İddiaçı 22 dekabr 2018-ci il tarixdə Cavabdeh1 MTK-ya yazılı ərizə verib mübahisəli mənzilə dair müqavilədən və pay hüququndan Cavabdeh2 güzəştə getməsini nəzərə almadan, Gülüstan Muradovanın mənzilə olan gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Bununla əlaqədar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-3569/2020 say lı iş üzrə iddia tələbini rədd edərkən göstərmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi birgə nikah dövründə əri İddiaçı adına əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair razılığının olmamasına istinad etsə də, mübahisə predmeti olan mənzilin dəyərini tam ödənilməsi və həmin mənzilə mülkiyyət hüququ əldə etməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən onun arvadı olan hazırkı iddiaçının bundan məlumatı olmaması və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, mübahisə predmeti olan mənzilin dəyərinin İddiaçı tərəfindən MTK-ya ödənilib-ödənilməməsi hazırki işin predmetinə aid deyildir. Ən azından bu nu cavabdehlər, o cümlədən MTK mübahisələndirmir. Bu iş üzrə MTK-nın mübahisələndirdiyi hal yalınz 140000 manat dəyərində görülmüş işin 15000 manat dəyərində hissəsinin qüsurlu olması ilə bağlı olmuşdur. Mənzilə mülkiyyət hüququnun əldə edilməsinə dair mötəbər sübut təqdim edilməməsi də bu iddianın əsassızlığına dəlalət etmir. Birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün, yetər ki, iddiaçıların həmin mənzilə birgə nikah dövründə sahiblik və istifadə hüquqları yaranmış olsun. Eyni zamanda, İddiaçı mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən onun arvadı Gülüstan Muradovanın bundan məlumatı olmasını cavabdehlər sübut etməlidir. Çünki, bu halı sübut etmək yükü, artıq cavabdehlərin üzərinə düşür. Bu haldan Cavabdeh2 xəbərdar olduğunun iş materialları ilə öz təsdiqini tapmadığı qənaəti də əsassız olmuşdur. Çünki, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair ər-arvadın notarial qaydada yazılı razılığının olması qanunvericiliyin imperativ tələbidir. Göründüyü kimi, mənzil qanunverciliyinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsində göstərilir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutlmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi hər iki iddianı rədd etməklə, Gülüstan Muradovanın mübahisəli mənzilə sahiblik, istifadə və gözlənilən mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həmin mənzilə dair cavabdehlər arasında bağlanmış müqaviləni qüvvədə saxlamaqla, əslində həmin mənzilin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınması üçün qanunsuz əsas yaratmışdır. Bu isə, yolverilməzdir, çünki mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 sözügedən mənzilə görə nə MTK-ya, nədə İddiaçı pul ödəməmişdir. Üçüncüsü, apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və 24 fevral 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişd ir. Cinayət mühakimə icraatı qaydasında aparılan həmin araşdırma zamanı X2 mübahisəli mənzilin ona məxsus olduğunu bəyan edərək həmin mənzilin makler X7 tərəfindən ələ keçirildiyini və buna görə sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsinə dair istintaq orqanına müraciət etməsi də hazırki iddiaların əsaslılığına təsir etmir. Çünki, mübahisəli mənzilə dair MTK ilə Sahib Süleymanov yaxud hansısa şəxs arasında heç bir müqavilə olmamış, yazılı müqavilə yalnız iddiaçı ilə bağlanmışdır. Bununla yanaşı, istintaq orqanı tərəfindən aparılan həmin araşdırma ilə də Cavabdeh2 tərəfindən mübahisəli mənzilə görə iddiaçıya hər hansı bir məbləğdə vəsait ödənilmədiyi də təsdiq olunmuşdur. Bu faktın özü də hazırki iddiaların əsaslı olduğunu bir daha təsdiq etmiş olur. Dördüncüsü, mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi hazırki vəziyyətdə avtomatik olaraq Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmasını qaçılmaz etməməlidir. Çünki, Cavabdeh2 mübahisəli mənzilin dəyərini nə iddiaçıya, nə də 15000 manat istisna olmaqla, MTK-ya ödəməsi təsdiq olunmur. Şübhəsiz ki, qeyd olunan müqavilənin etibarsızlığının təsdiqi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 həqiqətən də mübahisəli mənzilə görə MTK-ya yaxud hansısa digər şəxsə pul ödəmişdirsə, həmin məbləği və ya ona vurulmuş zərərin əvəzini geri tələb etmək hüququ mövcuddur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmasını zəruri hesab etməmişdir. Beşincisi, hazırki iş üzrə məhkəmənin hər iki iddianı rədd etməsi düzgün olmamışdır. Belə ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı və cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə suiistifadə etməsinlər, qanunv ericiliyin imperativ tələblərinə riayət etmiş olsunlar. Məhkəmə gəldiyi nəticəni MM-nin 225, Ailə Məcəlləsinin 32, 33, Mənzil Məcəlləsinin 112, Mülki Prosessual Məcəllənin 385, 386, 387, 388-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)405/2021 saylı 22.07.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassator Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüqu qi məsələlər düzgün qiymətləndirilməmiş, eyni zamanda, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış və cavabdehlər tərəfindən təqdim edilən sübutlar tam və hərtərəfli araşdırılmamış, sübutlar məhkəmə tərəfindən maddi hüquq normalarına uyğun qiymətləndirilməmiş və onların bəzilərinin nə üçün qəbul edilmədiyi qətnamədə öz ifadəsini tapmamışdır. İddiaçı Ş.Şahbazov qeyd etmişdir ki, iddiaçı YYYnın hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün mübahisələndirdiyi mənzil üzərində hər-hansı bir hüquqa malik olub-olmadığı, mənzil üzərində etimal etdiyi hüququnun hansı əsaslarla yaranması və ya ümumiyyətlə yarana bilməsi məsələsi müəyyən edilməmişdir. X11 ilə MTK arasında bağlanmış 09.05.2016-cı il tarixli 115 saylı müqavilə əslində podrat müqaviləsi olmuş, iddiaçı tərəfindən g örüləcək işlərin işlərə görə ödənilməli olan muzdun bir hissəsi nağd şəkildə, bir hissəsi isə naturada, yəni mənzil verilməklə ödənilməsi barədə razılıq olmuş, iddiaçı podrat müqaviləsi üzrə öhdəlikləri tam yerinəyetirməmiş və tərəflər arasında mübahisə yaranmışdır 15000 manatlıq iş yerinə yetirilməmişdir, göstərilən səbəbdən mənzilin dəyərinin tam ödənilməsi barədə iddiaçıya maliyyə arayışı verilməmişdir. Belə olan halda, həmin mənzil üzərində iddiaçıların heç bir hüququ yaranmamışdır. Məhkəmə mübahisəyə Ailə Məcəlləsinin 32, 34, Mülki Məcəllənin 225.1-ci maddəsinin və Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini tətbiq etməklə kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa, mənzilin faktiki sahibinin X8 olması; Sahibin tanıdığı maklerlər vasitəsilə mənzilin alınmasına müştəri tapılması, yəni LLL maklerlər arasında mənzilin dəyərinə uyğun qızıl məmulatları ilə mənzilin əvəzləşdirilməsi barədə LLL razılaşma əldə edilməsi; bundan sonra, həmin qızıl məmulatlarının dəyərinə uyğun maklerlər vasitəsi ilə mənzilin dəyəri əvəzləşdirildikdən sonra onların vasitəsilə onun adıma razılıq ərizəsi verməsi -faktları İddiaçı bəlli olmaqla, polisə verdiyi ifadələrində bir daha həmin faktları təsdiqləmişdir. İddiaçı Cavabdeh2 razılıq ərizəsi təqdim etdikdən sonra, onunla MTK-a arasında 30.12.2018-ci il tarixdə müqavilə imzalanmış və MTK-nın kassasına 15 000 manat ödədiyinə görə, ona mədaxil kassa örderi təqdim olunmaqla, maliyyə arayışı verilmiş və mənzil ona təhvil verilmişdir. Kassator Cavabdeh1 MTK-nın kassasiya şikayəti Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olmaqla, əlavə olaraq qeyd edilmşdir ki, iddiaçıların formal və uyduma mülahizələrini qəbul edən məhkəmə sahibkarlıq fəaliyyəti ilə bağlı podrat müqaviləsindən əldə olunmuş muzdu, yəni görülmüş işlərə görə ödənilmiş vəsaiti bütünlüklə ər-arvadın mülkiyyəti saymışdır. Halbuki bu vəsait xalis mənfəət deyildir. Həmçinin 15000 manatlıq iş tam görülməmişdir. Buna görə də, iddiaçıya mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı təqdim olunmamış və mənzil ona təhvil verilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili Vəkil3 Vaqif oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)11802/2019 nömrəli 09.10.2019-cu il tarixli qətnaməsindən cavabdehlə rin verdiyi kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh2 məhkəməyə teleqram göndərək, səhhətində problem olduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehlrıin vəkili və nümayəndəsi Vəkil1 isə birinci instansiya məhkəməsində başqa prosesinin olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə tərkibi götərilən səbəbləri üzürlü hesab etməyərək, Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağla nmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.3.Ər-arvaddan biri digərinin razıl ığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22.07.2021-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək onun iddiası rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı 22.12.2018-ci il tarixli paydan imtina etməsi və mənzilin Ş.Şükür ovun adına keçirilməsi haqqında notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında mübahisə predmetini təşkil edən mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 №-li müqavilənin etibarsız hesab edilməsini o əsasla tələb etmişdir ki, mənzilin dəyəri olan 140.000 manat vəsait cavabdehlər tərəfindən ona ödənilməmiş, o aldadılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halarına əsasən Cavabdeh2 tərəfindən mübahisəli mənzilə görə iddiaçıya və ya MTK-ya mənzilin dəyəri olan 140.000 manat vəsaitin ödənilmədiyi müəyyən edilmişdir və iddiaçının mübahisəli mənzilə dair pay hüququndan əvəzsiz olaraq imtina etməsi əlbəttə ki, inandırıcı və ağlabatan deyildir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu hal cava bdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə deyil, həmin cavabdehlərə qarşı mənzilə olan pay hüququndan imtina müqabilində ödənilməli olan mənzilin dəyərinin cavabdehlərdən tutulması barədə iddianın qaldırılması üçün əsas ola bilərdi. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 №-li müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının bu əsasla təmin edilməsi düzgün olmamışdır və qətnamə bu hissədə ləğv edilməklə İddiaçı iddiası rədd edilməlidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu müqavilə başqa əsasla, yəni payın başqa şəxsə keçməsinə iddiaçı YYYnın razılığının alınmamasına görə etibarsızdır. Buna görə də, iddiaçı YYYnın həmin müqavilənin etibarsız hesa b edilməsi və mənzilin təhvil verilməsi barədə iddiasının təmin edilməsi hissəsində qətnamə əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 32-ci, 33.4-cü Mülki Məcəllənin 225.1-ci və Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozaraq, mübahisə predmeti olan mənzilin pay haqqının tam olaraq Fizuli və Gülüstan Muradovların birgə nikahları dövründə ümumi gəlirləri hesabına (yəni iddiaçının MTK ilə bağladığı müqavilə üzrə gördüyü işin əvəzi olaraq) ödənilməklə, həmin mənzil onların ümumi birgə mülkiyyəti olmuş, Gülüstan Muradovanın yazılı razılığı olmadan yalnız İddiaçı 22 dekabr 2018-ci il tarixdə Cavabdeh1 MTK-ya yazılı ərizəsi əsasında mübahisəli mənzilə dair pay hüququnun Cavabdeh2 keçirilməsi Gülüstan Muradovanın mənzilə olan gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Kassasiya şikayətlərin in dəlillərini bu hissədə əsassız hesab edərək, məhkəmə kollegiyası qeyd edir ki, mənzil İddiaçı sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlər hesabına əldə edilməklə Ailə Məcəlləsinin 33-cü maddəsinin tələblərinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir. Belə əmlaka dair pay hüququnun başqasına keçməsinə isə İddiaçı arvadı Gülüstan Muradovanın yazılı razılığı lazımdır. Gülüstan Muradovanın isə razılığının olması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair ər-arvadın notarial qaydada yazılı razılığının olması qanunvericiliyin imperativ tələbidir və bu tələb pozulmaqla bağlanmış əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Məhkəmə kollegiy ası kassasiya şikayətinin İddiaçı Cavabdeh1MTK ilə bağlanmış podrat müqaviləsi üzr öhdəliklərin tam icra edilməməsi və buna görə mənzilə dair pay haqqının tam ödənilməməsi barədə dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan mənzilin dəyərinin İddiaçı tərəfindən MTK-ya ödənilibödənilməməsi hazırki işin predmetinə aid deyildir. Ən azından bunu cavabdehlər, o cümlədən MTK mübahisələndirmir. Bu iş üzrə MTK-nın mübahisələndirdiyi hal yalınz 140.000 manat dəyərində görülmüş işin 15000 manat dəyərində hissəsinin qüsurlu olması ilə bağlı olmuşdur ki, bu məsələ də podrat müqaviləsi üzrə tərəflər arasında yaranan mübahisədir və MTK bununla bağlı müstəqil iddia qaldıra bilər. Görülən işlərin qüsurlu olması sübut edilməyənədək görülmüş işlərin dəyərinin 140. 000 manat hissəsinin əvəzi olaraq İddiaçı verilmiş mübahisəli mənzilin sonuncuya məxsus olmamasını iddia etmək əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyd edilən mənzilin İddiaçı razılığı ilə MTK tərəfindən digər şəxsin adına keçirilməsi özü də təsdiq edir ki, mənzil İddiaçı məxsus olmuşdur. Cavabdehlərin kassasiya şikayətinin mənzilin əslində Fizulu Muradova deyil, başqa şəxsə məxsus olması və bu faktın İddiaçı tərəfindən etiraf edilməsi,lakin apellyasiya məhkəməsinin bu faktı gizlətməsi və qiymət verməməsi barədə dəlilləri isə iş materialları ilə təkzib edilir. Belə ki, apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, mübahisəli mənzillə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və 24 fevral 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət mühakimə icraatı qaydasında aparılan həmin araşdırma zamanı X2 mübahisəli mənzilin ona məxsus olduğunu bəyan edərək həmin mənzilin makler X7 tərəfindən ələ keçirildiyini və buna görə sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsinə dair istintaq orqanına müraciət etməsi də hazırki iddiaların əsaslılığına təsir etmir. Çünki, mübahisəli mənzilə dair MTK ilə Sahib Süleymanov yaxud hansısa şəxs arasında heç bir müqavilə olmamış, yazılı müqavilə yalnız iddiaçı ilə bağlanmışdır. Bununla yanaşı, istintaq orqanı tərəfindən aparılan həmin araşdırma ilə də Cavabdeh2 tərəfindən mübahisəli mənzilə görə iddiaçıya hər hansı bir məbləğdə vəsait ödənilmədiyi də təsdiq olunmuşdur. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı YYYna aid hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin YYYnın iddiasının təmin edilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Şükürlü Şahbaz Şahbaba oğlu və Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-405/2021 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin, İddiaçı iddiası rədd edilsin. Qətnamə qalan hissədə, iddiaçı YYYnın iddiasının təmin edilərək, ünvan 4 ünvanındakı 1 B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 20 3 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30.12.2018-ci il tarixli 115 saylı müqavilə etibarsız hesab edilməsi və həmin mənzilin İddiaçı və YYYnın sahibliyinə və istifadəsinə verilməsi hissəsində, dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar