Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-401/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarlı hesab edilməsi 20.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-684/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 X 1.38 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir və onların ümumi birgə mülkiyyətindədir.
2. Buna əsasən həmin sahədən əldə oluna biləcək məhsulu və bazar qiymətinə uyğun dəyəri 3.100 manatdır. Deməli, Arbatan kənd sakini İddiaçı 2023-cü ilin yonca məhsulu üçün 3.100 manat, müqavilə müddəti başa çatana qədər (2027-ci ilə qədər) 3100x4=12.400 manat, yonca əkini zamanı 1.207 manat, ümumilikdə 13.607 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X8 qarşı “torpaq sahəsinin alğısatqı sına dair əqdin etibarlı hesab edilməsi, pul-maddi ziyan, əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə verilmiş JN-0077, KOD 80903018 saylı torpağın mülkiyyət verilməsinə dair torpaq aktına əsasən, 1.38 ha torpaq sahəsinin alqısatqısına dair əqdin etibarlı hesab edilməsi, cavabdehlərdən müştərək qaydada 15.500 (on beş min beş yüz) manat əldən çıxmış fayda kimi maddi ziyan, 4.000 (dörd min) manat mənəvi ziyan, dövlət rüsumu 149 (bir yüz qırx doqquz) manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Arbatan kənd sakini İddiaçı 2003-cü ilin avqust ayında Arbatan kənd sakini X(X) X6 ailə üzvü - Cavabdeh2, Cavab deh3, Cavabdeh4, Cavabdeh5, X9 ilə birlikdə mülkiyyətində olan 1.38 ha torpaq sahəsini yaşadıqları evə çox uzaq olduğu üçün satıb yaxın yerdə torpaq almaq qərarına gəldikləri üçün sadə yazılı müqavilə əsasında ******* manat (indiki məzənnə ilə 1060) manata almışdır. JN-0077, KOD 80903018 saylı torpağın mülkiyyət verilməsinə dair Torpaq aktı ailə üzvlərinin şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamənin surəti həmin vaxt ******* manat indiki məzənnə ilə 1060 manat pulu aldıqdan sonra yazılı müqavilə bağlamaqla təhvil verilmişdir. Daha sonra Cavabdeh2 20 illik etibarnamə təqdim etmişdir. Etibamamə verildikdə notarius X5 izah edərək bildirmişdir ki, bu sənədlər qane edir ki, torpaq sahəsini istədiyi vaxt İddiaçı öz adına keçirsin. İddiaçı torpaq vergisini h əmin vaxtdan bələdiyyəyə ödəmişdir. Bu barədə məktublar iddiaya əlavə edilmişdir. O, həmin torpaq sahəsini aldığı üçün qazanc əldə etməyə görə 2022-ci ilin oktyabr ayında yonca əkini aparmışdır. 2023-cü ilin mart ayında onun xəstəliyinin ağırlaşmasından istifadə edərək torpaq sahəsini satan şəxslər yonca əkinini şumlamışdır. Bununla da, aralarında torpaq sahəsinin satılmadığını bildirməklə mülki mübahisə yaranmışdır. Tərəflərindən həmin torpaq sahəsi barədə edilmiş sorğular zamanı müəyyən edilmişdir ki, həmin yer 1000 (bir min) manata X3 icarəyə verilmişdir. Məlumat üçün bildirir ki, uzun illərdir ki, ürəyindən ağır xəstədir, açıq əməliyyat keçirmişdir. Bu şəxslərdə bu vəziyyətindən istifadə etməyə çalışırlar. Həmin yonca əkini nəzərə alınmaqla şumlanma nəticəsində dəymiş ziyanın, həmçin in etibarnamənin 2027-ci ilə qədər olduğunu nəzərə almaqla həmin dövrə qədər, həmçinin belə mübahisənin illərlə davam edəcəyini nəzərə almaqla ona dəymiş ziyanın hesablanması barədə DAİM Salyan rayon şöbəsinə məlumat verilməsinə köməklik göstərmək xahiş edilmiş və illik 3100 manat sahədən əldə ediləcək gəlirdən məhrum edildiyi göstərilməklə maddi ziyan hesablanmışdır ki, 2027-ci ilədək 2023, 2024, 2025, 2026 və 2027-ci illər üzrə 05 il olmaqla 15500 (on beş min beş yüz) manat maddi ziyana düşdüyü sübuta yetirilir. 15500 (on beş min beş yüz) manat alğı-satqı ilə aldığı torpaq sahəsini məcburi şəkildə əlindən aldıqları üçün 2027-ci ilə qədər olan etibarnamə nəzərə alınmaqla maddi ziyan kimi cavabdehlərdən müştərək qaydada alaraq ona verilməlidir. Buna görə də, mübahisənin uzun müddət davam e dəcəyini nəzərə almaqla cavabdehlərdən qeyd olunan 15500 (on beş min beş yüz) manat ziyanı tələb edir. Hesab edir ki, alğı-satqı etdiyi torpaq sahəsini əkdiyi yoncanı şumlamaqla və başqa şəxsə icarəyə verməklə onu həmin yerə buraxmayan cavabdehlər uzun illər mübahisənin davam edəcəyinə şərait yaradaraq maddi ziyan çəkməyinə səbəb olacaqlar, eyni zamanda cavabdehlərin bu hərəkətlərinə görə səhhətində ciddi problemlər yaranmışdır. İnfarkt keçirmişdir. Ürək çatışmazlığı İİ f.s, hipertoniya xəstəliyi ağırlaşmışdır. Ciddi yataq rejimində yatmışdır, fasilələrlə residivləşən xəstəliyi vardır. Mütəmadi həkim müayinəsi və müntəzəm dərman qəbulu edir. Buna görə də mənəvi ziyan çəkir və buna əsasən də 4000 manat mənəvi ziyan tələbi vardır. Eyni zamanda İddiaçı torpaq satıldıqdan sonra başqa yerdən to rpaq alınmasını sübut etmək üçün daim Salyan RPŞ-nə bu barədə məlumat verilməsinə köməklik göstərmək xahiş edilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisə predmeti olan 1.38 ha torpaq sahəsindən əlavə Cavabdeh2 Əbülfəz oğlunun EKTİS-də bəyan etdiyi 1.08 ha torpaq sahəsi vardır. Yəni bu da sübuta yetirir ki, onunla uzaqda yerləşdiyi və suvarılması çətin olduğu üçün alğı-satqı edildikdən sonra daha yaxın yerdə cavabdehlər torpaq sahəsi almışdır.
5. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində tələbin həcmi artırılmalıdır. Həmin torpaq sahəsini göründüyü kimi cavabdehlər onun əlindən məcburi olaraq özləri kənar şəxsə icarəyə vermişlər. Hazırki iddiasını təmin edən qətnamə qəbul edilərk ən yenidən iddia qaldırılaraq cavabdehlərə maneəçilik hərəkətlərinə son qoymaqla torpaq sahəsindən çıxarılması tələb olunacaqdır. Buna da hazırki iddia üzrə iddia tələbinin həcmini artırmaqla əlavə edilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən birinci və ikinci tələblər saxlanılmaqla, cavabdehlərin mübahisəli 1.38 ha torpaq sahəsinə dair hər cür müdaxilə hərəkətlərinə son qoyulmaqla çıxarılmasının təmin edilməsi barədə 3-cü tələbin iddia ərizəsinə əlavə edilməsini xahiş etmişdir.
6. Salyan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(057)-1848/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə, iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş əlyazmaya istinad etmişdir ki, həmin ərizələr hazırki iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. İddiaçı ilə Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olan iş üzrə cavabdeh X arasında torpaq sahəsinin alqısatqısı ilə bağlı hər hansı bir razılaşma olmamışdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 153.3, 324.1, 324.4, 389.1, 646 və 647-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmi n edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsini pul verib almışdır. 20 il üstündən keçib, sonra deyirlər ki, torpağı kömək üçün vermişlər. Məhkəmə isə hesab edirki ərizə boş şeydi, imzalar isə saxtadır. Münasibətlər isə 2007-ci ildə yaranmışdır. Halbuki cavabdehlər müxtəlif fikirli etirazlarında dolayısıyla 2003-cü ildə aralarında hüquq münasibətləri yarandığını etiraf etmişlər. “Nəcəfovanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023- cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Qətnamədə bununla bağlı fikirlər səslənsədə, məhkəmə hüquqi qymət verərkən müqavilənin 2003-cü ildə bağlanılmaması qənaətinə gəlmişdirki, bu halda cavabdehlərin özlərinin niyyətlərini gizlətsədə, torpağın 2003-cü ildə verilməsini nəzərə almamışdır. Cavabdehlər özləri bildirir ki, torpaq sahəsi 2003-cü ildən iddiaçının istifadəsindədir. Dövlət Aktının əsli məhkəməyə təqdim edilib. Yaxşı satmayı blarsa, Aktın əsli onda olmalı deyil. Ərizənin əsli təqdim edilir və məhkəmə bu ərizədə hüquq münasibəti görmür. Yaxşı niyə mülkiyyətçilər 20 il susur və bir başqa ərizədə qeyd edirlər ki, qarşılığında pul almayıblar. Hər hansı borcları yoxdur ki, 20 il torpağı əvəzsiz versinlər. İddiaçı həmin torpaqdan öz mülkiyyəti kimi istifadə etmişdir, əkmişdir, becərmişdir, vergini vermişdir, qazanc əldə etmişdir. İndi isə əkdiyi yoncanı qanunsuz özləri şumlayaraq maddi və mənəvi ziyana salırlar və məhkəmə bunu əsaslı hesab edir. Bir cümlə ilə münasibət bildirir ki, heç bir maddi və mənəvi zayan yoxdur. Cavabdehlərin verdiyi etirazlara istinad etsək, müqavilə münasibətlərinin 2003-cü ildə yarandığı aşakar görünür. Bunun tərəflərindən sübut edilməsinə ehtiyac yoxdur, çünki 2003-cü ili cavabdehlər təsd iq edir, bu mübahisələndirilməyən haldır. Məhkəmə hələ bu etirazlardakı etirafdan istifadə etməli idi. Digər tərəfdən hər tərəfin öz tələb və etirazlarını sübut etməsinə gəlincə, tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmiş, cavabdehlər 2003-cü ildən hüquq münasibətlərinin yaranmasını dolayısıyla təsdiq etmişlər və sonda isə bu halların olmasına baxmayaraq məhkəmə yenə cavabdehlərin etirazını əsas kimi götürərərk hüquq münasibətinin 2003-cü ildə yaranmasının sübut edilməməsi və maddi ziyanın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Cavabdehlər bütün etirazlarında 2003-cü ili xüsusilə qeyd etmişlər və həmçinin də ərizəyə qol çəkmədiklərini, saxta olduğunu bildirmişlər. Övladlar isə uşaq olduqlarını bildirmişlər. Demək hüquq münasibətləri yəni alqı satqı 2003cü ildə yaranıb ki, övl adlar azyaşlı olublar və onların əvəzində valideynlər imza edib. Buradan da alqı-satqının 2003-cü ildə olduğu açıq aşkar görünür. Göründüyü kimi torpaq pul müqabilində satılıb və həmin vaxtdan öz mülkiyyəti kimi istifadə etmişdir, 20 il müddətində bir dəfə olsun torpaq tələb edilməyib. Həmin torpaq sahəsini adına keçirmək istədikdən sonra narazılıq yaranmış və mübahisə Salyan rayon Polis Şöbəsinə qədər gedib çıxmışdır. Real olaraq ona maddi və mənəvi ziyan dəyməsi barədə sübutlar təqdim etsədə, məhkəmə əsaslı hesab etməmişdir. Cavabdehlərin məqsədi yaşadıqları evə çox uzaq olduğu üçün, satıb yaxın yerdə torpaq almaq olmuşdur. Tərəflərindən bu barədə sübut - Cavabdeh2 adına torpaq olması barədə məhkəməyə təqdim edilmişdir. Məhkəməyə X, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 t ərəfindən təqdim edilmiş etiraz ərizələrindən də göründüyü kimi, torpaq İddiaçı 2003-cü ildə verilmişdir. Cavabdehlər bilərəkdən satdıqlarını gizlətməklə, torpağı guya ki, dolanmaq üçün verdiklərini bildirirlər. Gah deyirlər kömək məqsədilə veriblər. Amma niyə 20 il susublar, buna cavab tapmırlar. Cavab tapa da bilməzlər, çünki niiyətləri alqı-satqı olmuşdur. İndiki vəziyyətdə İddiaçı torpaq sahəsini öz adına keçirmədiyini görüb, fürsətdən istifadə edib satmadıqlarını bildirməklə, torpaq sahəsini məcburi şəkildə geri alaraq özləri becərməyə başlamışlar. Qətnamədə qeyd olunur ki, hazrıki iş üzrə İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olasa da, 5 dekabr 2007-ci il tarixdə Cavabdeh2 tərəfindən verilmiş ƏN-İ № 021304 saylı etibarnaməyə əsasən Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 hek tar torpaq sahəsini oktyabr 2021-ci il tarixədək əkib becərmişdir. Halbuki bütün cavabdehlər istər məhkəmədə, istərsədə təqdim etdikləri etirazlarda göstərirlər ki, torpaq 2003-cü ilə verilib. Məhkəmə qeyd edir ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə, iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş əlyazmaya istinad etmişdir ki, həmin ərizələr hazırki iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. Bu ərizələr sadə yazılı formada yazılan ərizələr olmaqla, onları imza etməyə heç kim məcbur etməyib. Könüllü şəkildə imzalayaraq torpaq sahəsini satıblar. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olan iş üzrə cavabdeh XX arasında torpaq sahəsinin alğı-satqısı ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Bunu hansı əsasla və sübutla müəyyən etdiyini məhkəmə əsaslandırmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ünvan ünvanlanmış 2 ədəd bir vərəqdən ibarət əlyazma ərizələrdə tərəflər arasında alğı-satqı münasibətlərinin yaranması müəyyən edilmir. Başa düşmək olmur ki, onda niyə ərizəni imzalayıblar. Niyə pul məbləği yazılıb, niyə torpağın ölçüsü yazılıb. Alqı-satqı deyil, bəs nə münasibətdir, bunu məhkəmə əsaslandırmayıb. Məhkəmə araşdırması zamanı həmin ərizələrdə olan imzaların Cavabdeh2 aid olduğu müəyyən edilmişdir. İmza nümunələri götürülmədiyi və ekspert rəy vermədiyi, bu barədə vəsatət olmadığı halda, bu qənaətə necə gəlinmişdir, məhkəmə bunu araşdırmam ışdır. Qətnamədə göstərilir ki, Cavabdeh1 bildirmişdir ki, torpağa dair dövlət aktı onun adınadır. Torpaq sahəsini heç kimə satmamış, heç kimə bağışlamamışdır. Ərizədə olan imza onun tərəfindən icra edilməmişdir. Bir neçə il bundan qabaq torpaq sahəsi ilə maraqlanmışdır və ona məlum olmuşdur ki, torpaq sahəsini İddiaçı istifadə edir. Torpaq sahəsini kömək məqsədi ilə vermişlər. Uşaqları məktəbli olduqları və maddi imkanları yaxşı olduğu üçün torpaqdan istifadə etməmişlər. Uşaqları böyümüşdür, özləri mal-heyvan saxlayırlar, uşaqları böyüdüyü üçün ehtiyacları da artmışdır. Ona görə də 2021-ci ildə uşaqlarına demişdir ki, torpağı İlqardan alıb özünüz əkin. İlqar onlarla razılaşmamış, sonradan özü İlqarla danışmış və ona demişdir ki, 20 il istifadə etmisən, bir il də möhlət vermişdir. Onlara h ədə qorxu gəlmişdir. İlqar 2015-2016-cı illərdə ürəyindən açıq əməliyyat olunmuşdur. Onlar torpaq sahəsini şumlamamışlar. Torpağı Zirəddinə bir illik əkməsi üçün icarəyə vermişdir. İddiaçının nümayəndəsi çıxışlarında gümanlarla danışır. Torpaq sahəsi onun adınadır. İşin halı ona uyğun gəlmirki, Cavabdeh1 bildirir ki, bir neçə il bundan əvvəl maraqlananda bilib ki, İddiaçı torpağı əkir. Məhkəməyə təqdim edilmiş digər etiraz ərizələrindən də görünür ki, köməklik məqsədilə torpağı İlqara 2003-cü ildə verib, şərt olub ki, sonra geri qaytarsın. Amma tərəflərindən verilmiş ərizədən də görünürki cavabdehlər pul müqabilində torpaq sahəsini satıblar. Pul həmin dövrdə olan məzənnə ilə göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, atasının adından v erilmiş etibarnamə saxtadır. Atası, nədəki, onlar torpaq sahəsini heç kimə satmamışlar. Yaxşı bəs etibarnamə saxtadırsa, bunu niyə Cavabdeh2 özü məhkəməyə müarciət edib demir və ya notariusa gedib etibarnaməni ləğv etdirmir. Göründüyü kimi Cavabdeh2 heç bir məhkəmə prosesində iştirak etməmiş və şəxsən öz adından rəsmi qaydada və ya ən azından notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etməmişdir. Çünki Cavabdeh2 cavabdehlərə kənar şəxslərə torpağı İddiaçı satmışdır deyib və necə gedib deyə bilər ki, satmamışdır. Cavabdeh4 ifadəsinə fikir versinlər: Təxminən 20 il olar ki, İlqar həmin torpaq sahəsini zəbt edərək əkin əkir. İndiyə kimi onlara bir kilo taxıl belə verməmişdir. İlqardan torpağı tələb edən zaman onları məhkəməyə verəcəyini bildirmişdir. Torpaq sahəsi İlqara ist ifadə üçün verilmişdir. Torpaq sahəsi İlqara icarəyə verildiyi vaxt uşaq olmuşdur. Onun heç bir razılığı olmamışdır. Bir birinin ardınca ziddiyyətli fikirlər. Birinci fikir İddiaçı torpağı zəbt etmişdir və ikinci fikir istifadəyə verilmişdir. Yaxşı bunları yalan danışmağa nə məcbur edir. Birincisi məhkəmə iştirak edən 3 cavabdeh hərəsi bir fikir bildirirlər. Gah zəbt edilib, gah istifadəyə verilib, gah da kimə verildiyini bilmədiklərini, gahda ki, ehtiyacları olmadıqlarını bildirirlər.
11. Mülki işin apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə verilən sorğuya 6 may 2024cü il tarixində verilən cavab məktubunda bildirilir ki, Cavabdeh1 idarəyə müraciəti zamanı JN-077 nömrəli Dövlət Aktı təqdim edilməmişdir, Dövlə t Reyestrinin arxiv və elektron baza məlumatları əsasında aşkar edilərək icra edilmişdir. Məktuba əlavə edilmiş Cavabdeh1 “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında” 28 iyun 2019-cu il tarixli ərizəsindən görünür ki, sonuncu əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsinin arayışını təqdim etmişdir. Məktuba əlavə edilmiş Salyan rayon Polis Şöbəsinin 24 iyun 2019-cu il tarixli arayışına əsasən, Cavabdeh1 10 iyun 2019-cu ildə müraciət edərək özünə məxsus JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını naməlum şəraitdə itirilməsini bildirmişdir. Daxil olmuş müraciət əsasında keçirilmiş bir sıra axtarış xarakterli tədbirlər nəticəsində həmin sənədin tapılaraq sahibinə qaytarılması mümkün olmamışdır. Bu barədə Salyan rayon Polis Şöbəsində 10 iyun 20 19-cu il tarixdə qeydiyyat aparılmışdır. Məktuba əlavə edilmiş dövri nəşr qəzetində verilən elana əsasən Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 09 saylı qərarı ilə Salyan rayonu Arbatan kənd sakini X4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0077 saylı Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.
12. Mülki işin apellyasiya baxışı zamanı Salyan rayon Arbatan Bələdiyyəsinə verilən sorğuya 02 may 2024-cü il tarixində verilən cavab məktubunda bildirilir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərar ilə X (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə Torpağa mülkiyyət hüququna dair JN-0077 saylı Dövlət Aktına əsasən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X mülkiyyətinə verilən torpaq sahəsi (JN-0077 saylı Dövlət Aktına əsasən 1.38 ha) 2003-cü ildən İddiaçı ailə üzvlərinin (birlikdə) istifadəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsini 20 iilik müddətinə idarəetmə hüqüquna sahib olması barədə Cavabdeh2 notarial qaydada verdiyi etibarnaməni (etibarnamə ƏN-1 N 021304) bələdiyyəyə təqdim etmişdir. Həmin etibarnaməyə əsasən JN-0077 saylı Dövlət AKT-na əsasən 1.38 ha torpaq sahəsi İddiaçı hesabında torpaq istifadəçisi kimi qeydiyyata almmışdir. 2017-ci ildən fəaliyyət göstərən BAMS (bələdiyyələrin X1) İddiaçı istifadəsində və mülkiyyətində olan torpaq sahəsi barədə Çıxarışı da əlavə olunur. İddiaçı mülkiyyətində və istifadəsində olan torpaqların vergisini (o. cümlədən JN-0077 saylı AKT üzrə 1.38 ha daxil olmaqla) ümumi hektara uyğun olaraq ümumi ödəniş qaydasında (qəbzlə) ödəmişdir. 2001-2005-ci illər üzrə qeyd olunan ərazidə torpağın bir hektarının köhnə- denominasiyaya uğramamış manat məzənnəsi ilə bazar dəyəri 1.000.000 manat təşkil etmişdir. Digər məsələ ilə əlaqədar olaraq bildiririk ki, X2 mülkiyyətində olan 1.08 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə bələdiyyəyə sənəd təqdim edilməmişdir. Cavabdeh2 və ailə üzvləri tərəfindən heç bir vergi ödənişi olmamışdır. Məktuba əlavə edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə vergi və ödəniş növləri barədə sənəddən görünür ki, İddiaçı JN 161, 0087, 0083, 162,0077, 0089, 0068 saylı Dövlət Aktlarına əsasən ümumilikdə 8.4700 ha torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyatdadır.
13. Cavabdeh2 satılması barədə bələdiyyəyə sənəd təqdim edilməmişdir. Cavabdeh2 və ailə üzvləri tərəfindən heç bir vergi ödənişi olmam ışdır. Məktuba əlavə edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə vergi və ödəniş növləri barədə sənəddən görünür ki, İddiaçı JN 161, 0087, 0083, 162,0077, 0089, 0068 saylı Dövlət Aktlarına əsasən ümumilikdə 8.4700 ha torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyatdadır.
14. Mülki işin apellyasiya baxışı zamanı Kənd Təsərrüfatı Nazirliyinin X14 İnkişaf Mərkəzinə verilən sorğuya 29 aprel 2024-cü il tarixdə verilən cavab məktubunda bildirilir ki, Torpağa mülkiyyət hüququna dair JN-0077 saylı Dövlət Aktına əsasən ayrılmış 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Salyan rayon DAİM-in yarandığı 2016-cı ildən başlayaraq 2023-cü ilədək əkin bəyanları Cavabdeh1 tərəfindən edilmişdir və hesablanan subsidiyalar ona ödənilmişdir.
15. Mülki işin apellyasiya baxışı zamanı tə yin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/800 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır: Ekspertizaya təqdim edilmiş 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 51-ci vərəqəsində olan ərizədə “Ибраhимова Сона Агабаба гызы” yazıları önündəki imza, “Кəримов Mehmaн Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Тогрул Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Чавид Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Əбулфəз Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Вагиф Əбулфəз оглу” yazıları önündəki imza- eyni şəxs Cavabdeh2 tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş 2(106)684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Ибраhимова Сона Агабаба гызы” yaz ıları önündəki imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Кэримов MehMaH Вагиф оглу” yazıları önündəki imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindənicra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Кəримов Тогрул Вагиф оглу” yazıları önündəki imza - Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, 2(106)684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Кəримов Əбулфəз Вагиф оглу” yazıları önündəki imza - Cavabdeh6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki koll egiyasının (hakimlər Cavabdeh4 (məruzəçi), C.İmanov və P. Əhmədov) 2(106)-684/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Salyan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(057)-1848/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-0077 saylı Dövlət aktına əsasən Salyan rayonu Arbatan kəndi ərazisində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində, iddiaçı ilə cavabdehlər X, Cavabdeh2 Əbülfəz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında 2003-cü ildə bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilmiş, onların torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə onlar tərəfindən hər cür müdaxilə hərəkətlərinə son qoyulması qət edilmişdir.
17. Məhk əmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı edilməsinə yönəlik iradənin formalaşması və ifadə edilməsinə əsas olmuş şərait və motiv kimi məhz torpaq sahəsinin satıcıların evinə uzaq məsafədə yerləşməsi, cavabdehlərin torpağı sataraq evlərinə yaxın ərazidən torpaq almaq istəmələri, bu baxımdan torpağı istifadə edən iddiaçıya sataraq, istədikləri yerdən torpaq almaları, torpaq alqı-satqısını sonradan üzərində bütün səlahiyyətləri ehtiva edən etibarnamənin verilməsi ilə rəsmiləşdirilməsini düşünmələri çıxış edir. Tərəflərin müqaviləyə qədərki danışıqları, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də, məhz münasibətlərin torpaq sahəsinin alqı-satqısından irəli gələn olmasını təsdiq e dir. Cavabdehlərin hər birinin əqddən xəbərdar olmaları və keçən 20 il müddətində iddiaçının torpaqdan sərbəst istifadəsinə maneə yaratmamaqdan ibarət hərəkət və rəftarları tərəflərindən əqdin bəyənildiyini göstərən bariz məlumatlardır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı JN-0077 saylı Dövlət Aktına əsasən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbi, hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normaları baxımından qanuni və əsaslı olmuşdur.
19. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınl aşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
20. Məhkəmə kollegiyası son olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti aparılmış araşdırmalar zamanı qismən öz təsdiqini tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə ləğv olunaraq, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 16.1, 157.2, 213.1, 213.6, 222.2, 324.1, 324.2, 324.5, 335.1, 335.2, 404.1, 404.2, 425.1, 560.1, 560.2, 560.3.4-cü, Torpaq Məcəlləsinin 84, 111-ci, habelə Mülki Prosessual Məcəllənin 4.2, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 Mübariz oğlu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- “2003-cü ildə bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilməsi, cavabdehlərin Dövlət aktına əsasən Salyan rayonu Arbatan kəndi ərazisində yerləşən 1.38 ha kənd təsərrüfatı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə onlar tərəfindən hər cür müdaxilə hərəkətlərinə son qoyulması” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan izahatlardan, ekspert rəyindən göründüyü kimi, cavabdehlər iddia edilən alqı-satqı əqdin deyil, torpağın əvəzsiz istifadə edilməsi əqdindən xəbərdar olmuşlardır. Onların iradələrinə məhz həmin əqdə yönəlmişdir. Heç də təsadüfi deyildir ki, cavabdehlərin anası öz izahatında digər qonşularının ot presləri verdiyi halda, iddiaçının ötən müddət ərzində hər hansı ot presini verməməsini vicdanlı istifadəçidən umulan davranış kimi qəbul etməmişdir. İş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 nə ərizələr, nə də etibarnamə barədə övlad və yoldaşına məlumat verməmişdir. Məhz bu səbəbdən də torpaq sahəsinə yenidən çıxarış alınmışdır. Əgər tərəflər arasında mülki hüquq münasibətləri xx.xx.2005-ci il tarixindən əvvəl yaranıbsa həmin norma ya istinad edilməsini məntiqli hesab etmək olardı. Hazırkı halda isə məhkəmənin iddia etdiyi faktiki alqı-satqı münasibətlərinin 2007-ci ildən deyil, 2005-ci ildən əvvəl yarandığı qənaətinə nəyə əsasən gəldiyini müəyyən etmək olmur. İş materiallarında olan etibarnamə xx.xx.2007-ci il tarixində 20 il müddətinə verilmişdir. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsindəki izahatında bildirir ki, “əkilən torpaq sahəsinə görə dövlət tərəfindən maddi yardımı almaq üçün torpaq sahəsinin sənədləşdirilməsinə ehtiyac yaranmışdır. Hazırkı halda Mülki Məcəllənin qüvvədən düşmüş norması işin faktiki hallarına tətbiq edilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında iddia edilən münasibətləri sübuta yetirilmiş olduğunu fərz edilsə belə, həmin mülki hüquq münasibətlərin tarixini 2005- ci ildən əvvəl deyil, 2007-ci il götürməliyik. Çünki münasibətlərin həmin tarixdən yarandığını iddiaçı özü şəxsən etiraf etmişdir. Münasibətlərin tarixini apellyasiya məhkəməsi kimi götürülsə belə, yenə də Mülki Məcəllənin 335-ci maddəsində əks olunmuş normaları tətbiq edilə bilməyəcək. Çünki tərəflər arasında sadə yazılı müqavilə mövcud deyildir. Məhz etibarnamənin mövcudluğu sübut edir ki, istənilən zaman kəsiyində əgər tərəflərin belə bir niyyətləri var idisə, notariat orqanında qanunvericiliyə uyğun olaraq bütün tərəflərin iştirakı ilə alqı-satqı müqaviləsi bağlana, daşınmaz əmlaka mülkiyyət hüququ ötürülə bilərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, qeyd etmişdir ki, bütün cavabdehlər ərizələri könüllü imzalayaraq tor paq sahəsini satıblar. Salyan rayon İcra Hakimiyyəti Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə verilən sorğuya xx.xx.2024-cü il tarixində verilən cavab məktubunda bildirilmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh1 (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə 138 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2003-cü ildən İddiaçı və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Tətbiq edilən hüquh Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onla r müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
30. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
31. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
35. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol ve rilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
40. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq tərəflər arasında mübahisəli 1,38 ha torpaq sahəsinin alqı-satqısına yönəlik iradənin formalaşmasını, iradənin ifadə edilməsinə əsas olmuş şəraitin və motivin məhz torpaq sahəsinin cavabdehlərin evindən uzaq məsafədə yerləşməsini, onların torpaq sahəsini sataraq evlərinə yaxın ərazidən torpaq sahəsi almaq istəmələrini və buna görə də torpaq sahəsini faktiki olaraq iddiaçıya satmalarını, hətta Cavabdeh2 05 dekabr 2007-ci il tarixdə torpaq sahəsi üzərində sərəncam verməyi 05 dekabr 2027-ci il tarixədək qüvvədə olmaqla iddiaçıya etibar etməsini nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır.
51. Bu fakt cavabdehlər tərəfindən notariat orqanına ünvanlanmış sadə yazılı formada tərtib edilmiş yazılı ərizələrlə də təsdiq olunur və həmin ərizələrdən görünür ki, cavabdehlər 1,38 ha torpaq sahəsini 1.30.000 manata AZM) iddiaçıya satmışlar və həmin pulu almışlar və gələcəkdə torpaq sahəsinə dair hər hansı tələblə ri və iddiaları olmaycaqdır.
52. Həmçinin göstərilən hallar mübahisəli 1,38 ha torpaq sahəsinin torpaq vergisinin 2003-2005-ci və 2007-2022-ci illərdə iddiaçı tərəfindən ödənilməsinə dair Salyan rayon Arbatan bələdiyyəsi tərəfindən verilmiş arayışlarla də təsdiq olunur.
53. Tərəflərin müqaviləyə qədərki danışıqları, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də, məhz münasibətlərin torpaq sahəsinin alqı-satqısından irəli gələn olmasını təsdiq edir. Cavabdehlərin hər birinin əqddən xəbərdar olmaları və keçən 20 il müddətində iddiaçının torpaqdan sərbəst istifadəsinə maneə yaratmamaqdan ibarət hərəkət və rəftarları tərəflərindən əqdin bəyənildiyini göstərən bariz məlumatlardır.
54. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı JN-0077 saylı Dövlət Aktına əsasən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbi, hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normaları baxımından qanuni və əsaslı olmuşdur.
55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazlarının dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehlərin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
56. Yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 X, Cavabdeh6, Cavabdeh3 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2(106)-684/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.