Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4012/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli, 2(105)-644/2023 nömrəli qətn aməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-873A, KOD 30800076 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2004-cü il 10 mart tarixində vəfat etmiş atası İmaməli Ağayevə ayrılmış 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır.
2. Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçıya məxsus evin qonşuluğunda yerləşən və Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-872A, KOD 30800076 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən atası X1 ayrılmış 0.10 ha torpaq sahəsində yer ləşən fərdi yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaşadığı evdə yaşayışlarına yaradılmış maneənin aradan qaldırılması, yaşadıqları evin pilləkənlərində və evin divarlarında əmələ gəlmiş geniş çatların cavabdeh tərəfindən bərpa olunması və cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onların ata-baba evidir. Sözügedən fərdi yaşayış evi 1930-cu ildə əmisi tərəfindən tikilmişdir. 2018-ci ilin avqust ayında cavabdehin qardaşı onların evinin pilləkəninin dibini qazaraq hasarın uzunluğu boyunca özül daşlarını sökmüş və kanalizasiya çəkmişdir, kanalizasiyanı onların tikintilərindən uzaq məsafədə çəkmək imkanı olduğu halda, qərəzli şəkildə onların yaşayış evinin altından çəkmişdir. Cavabdeh yaşadığı evin ətrafında hazırda təmir-tikinti işləri aparır, lakin həmin təmir-tikinti işləri nəticəsində onun yaşadığı fərdi yaşayış evi ciddi ziyan görmüşdür. Belə ki, yaşadığı evin pilləkənlərində və evin divarlarında geniş çatlar əmələ gəlmişdir. Bundan əlavə, cavabdeh təhlükəsizlik qaydalarına əməl etməyərək, tikinti işləri aparmaqdadır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır.
5. Cavabdeh tərəfindən iddia tələbinə etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının və onun arasında olan torpaq sahələrinin üzəri ndə ortaq divar inşa edilmişdir. İddiaçı torpağın səmərəli istifadə edilməsi üçün inşa edilmiş evin və orta divarın arasında ara məsafə saxlamamışdır, yəni evin divarının bir qismi orta divar hesab edilir, bu da tikinti normalarına uyğun deyildir. O isə inşa etdiyi evin arasında (3,5 m.) ara məsafə saxlamışdır. İddiaçı isə ortaq divarın bir hissəsini sökülməsini tələb etmiş və əsas kimi qeyd etmişdir ki, guya ki, onun evin piləkəninin dibini qazaraq hasarın uzunluğu boyunca daşları söküb kanalizasiya xətti çəkmişdir. Bu isə absurddur, heç bir faktla əsaslanmır. O, müvafiq tikinti işlərini apararkən tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrinə, tikintilərin şəhərsalma və tikintiyə dair normativ sənədlərində nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona məxsus olan torpaq sahəsin in sərhədində yerli şəraiti nəzərə alaraq (dağətəyi) fərdi ev tikilməsi üçün tikinti zamanı xüsusi tikinti tədbirləri və təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirləri aparmış, tikintiyə dair normativ sənədlərlə müəyyənləşdirilmiş həddin keçməməsini təmin etmiş və qəzaların qarşısının alınması üçün tələb olunan tədbirləri görmüş, sanitariya-gigiyena normalarına uyğun olaraq tikinti işləri həyata keçirmişdir. Belə ki, ona məxsus olan evin arxasında ara məsafə sahəsini saxlayaraq sel və daşqın kimi təbiət hadisələrindən qorunması üçün atmosfer yağıntılarının, qrunt sularının qarşısını almaq üçün ona məxsus olan torpaq sahəsinin sərhədində inşa edilmiş hasara qurğular yerləşdirmişdir, yəni plastmas su boruları quraşdırmışdır. Həmin ortaq divarın qonşunun torpağına aid olmayan torpa ğa, yəni öz tərəfindən atmosfer yağıntılarının və qrunt sularının axımının qarşısını almaq üçün plastmas yer altı boruları çəkmişdir. Kanalizasiya boruları isə ortaq divarın əks tərəfindən inşa edilmişdir və ortaq divara heç bir aidiyyəti yoxdur. Lakin, iddiaçı öz evinin arxasında hasar inşa etsə də, atmosfer yağıntılarının və qrunt sularının axımının qarşısını almaq üçün heç bir müvafiq tədbir görməmişdir. Buna görə də, iddiaçının ortaq divarın sökülməsini tələb etməsi qanunsuzdur. Əgər ortaq divarın bir hissəsi (1m.) sökülsə, onda iddiaçının evinin arxasına yığılan atmosfer yağıntıları və qrunt suları, həmçinin orda olan bütün torpaq qonşu torpağa, yəni onun tərəfinə axmasına səbəb ola bilər. Buna görə də onlar arasında belə mübahisə yaranmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş ş əkillərdən görünür ki, cavabdeh ortaq divardan kənara çıxmamışdır. Həmçinin, iddiaçının pilləkənin dibini qazmaq üçün orta divarı deyil, iddiaçının evinin divarını söküb həyətinə keçib sonradan onun evinin qarşısında olan pilləkənin dibini qazmalı olardı, bu isə məntiqə uyğun deyildir. Odur ki, iddiaçının ona qarşı yaradılmış maneənin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 10/3487 saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının təqribən 17,0 m uzunluğunda hissəsində kənarı ilə, qalan hissələrdə hasardan 1,0 m kənarda 100 mm ölçüdə plasmas boru vasitəsi ilə kanalizasiya xətti ç əkilmişdir. Eyni zamanda, hasarın üzərində olan bir tərəfli çatlar hasarın inşası zamanı daşlarda bir-biri ilə bağlantı olmaması səbəbindən əmələ gəlməsini, eləcə də iddiaçının daşdan inşa olunmuş pilləkənin üzərində olan çatların uzun müddət istismar nəticəsində yarandığını və həmçinin, yaşayış evində hər hansı bir qüsur olmadığını nəzərə alaraq, hasarın və pilləkənin üzərində mövcud olan qüsurlar cavabdehin tərəfindən kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar olmadığı müəyyən olunmuşdur.
7. Abşeron Rayon Məhkəməsinin (hakim: C.Səfiyeva) 28 noyabr 2022-ci il tarixli, 2(012)-1593/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçıdan 100 manat ekspertiza xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya mə hkəməsi gəldiyi nəticəni ekspertiza rəyinə istinad etməklə iddiaçının qeyd etdiyi halların öz təsdiqini tapmaması ilə əsaslandırmışdır.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 172.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüquq münasibətinə maddi hüquq normalarının düzgün əsaslanmasına baxmayaraq faktiki olaraq başqa məzmunlu qətnamə qəbul etmişdir. Məhkəmə mövcud maneənin aradan qaldırılması və özbaşına tikinti işlərinin aparılması məsələsini həll edərkən formal mülahizələrdən çıxış edərək, iddia tələbi ilə bağlı işin əhəmiyyətli hallarını araşdırmamışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) 26 aprel 2023-cü il tarixli, 2(105)-644/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehə qarşı iddia tələbinin rədd edilməsi, iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
13. Məhk əmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar ekspertiza rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçının öz əmlakından istifadəsinə maneə olmadığından, iddia tələbi təmin edilə bilməz.
15. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 385, 386-cı madddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəli lləri
16. İddiaçı (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qərarın çıxarılmasını xahiş etmişdir.
17. Kassatorun şikayəti iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iclaslarında tərəflərin danışıqları təfsilatı ilə qeyd edilməmişdir. Cavabdehin iddiaçının tikintisinə ara məsafəsi qoymadığı halda qətnamədə yalnış olaraq qeyd olunmuşdur ki, 3-5 metr ara məsafəsi saxlanılmışdır. Cavabdehin tikdirdiyi 2 metr hasar qətnamədə 1 metr qeyd olunmuş, iddiaçıya məxsus hasarın 24 metr hissəsində 3 dərin quyu olan üstüörtülü kanalizasiya qətnamədə 17 metr yazılmışdır. Pilləkənin və evin divarların ın dibində olan kanalizasiya quyuları təxminən 40-50 santimetr məsafədə olduğu halda qətnamədə 1 metr məsafədə olduğu göstərilmişdir. Kanalizasiyanı iddiaçının tikintilərindən aralı məsafədə qurmağa imkanı olduğu halda qətnamədə yanlış yazmışlar. Qeyd olunanlardan əlavə, iddiaçı ekspertin rəyinə və hakimə etiraz etdiyini bildirsə də, məhkəmə onun fikrinə məhəl qoymamışdır. İddiaçı rəy verən ekspertin məhkəmədə iştirakı və təkrar ekspertiza üçün şifahi vəsatətlər versə də nəzərə alınmamışdır.
18. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 152.1, 152.5, 170.2, 170.3, 172.2, 425.1, 442, 443.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 77, 88, 384.0.2, 385.1.1, 387-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələbl ərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxış ının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, qətnamədə tikinti ilə ara məsafələri düzgün qeyd olunmamış, ara məsafələri ilə bağlı bir sıra yanlışlıqlara yol verilmiş, iddiaçı ekspertin rəyinə və hakimə etiraz etdiyini bildirsə də, məhkəmə onun fikrinə məhəl qoymamış, iş üzrə təkrar ekspertiza keçirilməsi və ekspertin dindirilməsinə dair vəsatətlər versə də, təmin edilməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sözügedən dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ekspert rəyinə istinad etmiş, iddiaçı isə ekspert rəyi ilə razı olmadığını bildirərək təkrar ekspertiza təyin edilməsi və ekspertin dəvət edilərək dindirilməsi barədə vəsatətinin təmin edilməməsini prosessual pozuntu kimi kassasiya şikayətinin dəlillərində göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq qeyd edilən vəsatəti təmi n etməmişdir. Belə ki, təkrar ekspertizanın keçirilməsinə dair vəsatətdə iddiaçı Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulmuş ekspertiza rəyinin əsassızlığına dair dəlilləri sübuta yetirə bilməmiş, habelə rəyin ziddiyyətli olmasına dair əsaslı sübutlar təqdim etməmişdir.
34. Kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, mülki-prosessual qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı səlahiyyətləri nəzərdə tutulmadığından həmin dəlillərə məhkəmə kollegiyasının qiymət verməsi yolverilməzdir.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mül ki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
36. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli, 2(105)-644/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.