Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4013/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X7 və onun nümayəndəsi X6, Cavabdeh cavabdeh və onun vəkili X3 iştirakı ilə, Cavabdeh cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-246/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Zaur Hac ıyev) 2(008)-934/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh cavabdehna qarşı cavabdeh tərəfindən yaşadığı Bakı şəhəri Ünvan mənzilinin pəncərəsinin qarşısında əsassız olaraq inşa edilmiş tikilinin sökülməsi, vurulmuş ziyanın və törədilmiş məhdudiyyətin aradan qaldırılması barədə ilk iddia tələbi və cavabdehnun X4 qarşı qanunsuz tikili olan eyvanın onun hesabına sökülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-934/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməs i qismən-ilkin iddia tələbi hissəsdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Ünvan mənzilinin qarşısında cavabdeh cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını 70 sm hündürlüyə qədər bağladığı hissədə sökülməsi qət edilmiş, qətnamə qalan hissədə apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı X7 cavabdeh cavabdehna qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yaşadığı Bakı şəhəri Ünvan mənzilinin pəncərəsinin qarşısında əsassız olaraq inşa edilmiş tikilinin sökülmə si, vurulmuş ziyanın və törədilmiş məhdudiyyətin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İslamov X1 X1 qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili olan eyvanın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbini əsası kimi isdinad etdiyi hal ondan ibarətdir ki, cavabdeh onların mənzilinin pəncərəsinin qabağ ını daş və şifer materialları ilə kəsərək onlara ekoloji baxımdan havalanma məhduduiyyəti törədir. Bu halın sübut edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16415 saylı rəyində qeyd edilmişdir ki, tədqiq olunan tikilinin mənzilin havalandırılmasına və işıqlandırılmasına mane olub-olmamasının müəyyən edilməsi tikinti ekspertizasının səlahiyyətlərinə aid deyildir. Lakin cavabdeh tərəfindən inşa edilmiş tikili (yaşayış evi) ilə iddiaçıya məxsus mətbəx tikilisinin divarı arasındakı məsafə 30 sm təşkil etdiyindən həmin evin dam hissəsi iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündür lüyə qədər bağlamışdır. Göründüyü kimi iddiaçının iddia tələbinin əsasında cavabdehə məxsus tikilinin onun pəncərəsinin qarşısını kəsməklə ekoloji baxımdan onlara havalanma məhdudiyyəti törətməsi dayanır. Məhkəmə iddianı təmin edərkən bu halın - iddiaçıya cavabdeh tərəfindən havalanma məhdudiyyəti yaradılıb-yaradılmaması halını müəyyən etməli idi. Cavabdeh tərəfindən iddiaçıya havalanma məhdudiyyəti yaradılması işdə olan sübutlarla təsdiqini tapmamışdır, iddiaçı bu halı sübut edə bilməmişdir, bununla bağlı ekspertiza təyin edilsə də ekspert rəyinə əsasən tikilinin mənzilin havalandırılmasına və işıqlandırılmasına mane olub-olmamasının müəyyən edilməsi tikinti ekspertizasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir. Lakin, iddiaçı öz tələbini əsası kimi isdinad etdiyi halı başqa sübut larla sübut edə bilməmişdir. Tərəflərin izahatları: Cavabdeh cavabdeh və onun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı X7 və onun nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəf indən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, ilk iddia tələbi apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, qətnamə iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh də eyni zamanda qarşılıqlı iddia tələbinin rədd edilməsindən şikayət verməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnaməni n maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının hədlərini təşkil etmir. Qətnamə cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin təmin edilən hissəsində kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarında n görünür ki, iddiaçının yaşadığı Bakı şəhəri, Ünvan mənzilinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikilinin inşa edilməsi hazırkı işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçıya maneəçilik törədib-törətməməsini müəyyən etmək üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə Eksperizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16415 saylı ekspert rəyinə əsasən, tədqiq olan tikilinin iddiaçının mənzilinin havalandırılmasına və işıqlandırılmasına mane olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Lakin cavabdeh tərəfindən inşa edilmiş tikili (yaşayış evi) ilə iddiaçıya məxsus mətbəx tikilisinin divarı arasındakı məsafə 30 sm təşkil etdiyindən həm in evin dam hissəsi iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan normalara istinad edərək hazırda mübahisələndirilən hissədə belə nəticəyə gəlmişdir k i, ekspert rəyinə əsasən, ilkin iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağladığı hissədə sökülməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayə tinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə cavabdeh tərəfindən inşa edilmiş tikili (yaşayış evi) ilə iddiaçıya məxsus mətbəx tikilisinin divarı arasındakı məsafə 30 sm təşkil etdiyindən həmin evin dam hissəsi iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağlaması halı müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və iddia tələni müahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ekspert rəyi ilə cavabdehin inşa etdirdiyi tikilinin iddiaçıya məxsus mənzilin mətbəx tikilisinin küçə tərəfə açılan pəncərəsinin qarşısını faktiki olaraq 70 sm hündürlüyə qədər bağlaması müəyyən edildiyind ən iddiaçının tələbinin faktiki əsası iş üzrə öz təsdiqini tapmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh cavabdehnun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-246/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhm
Məhkəmə qərarları › İş №2(102)-4013/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4013/2020
24.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver