Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4017/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru) iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və alğı-satqı müqavilələrini n ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4048/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisi) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən, yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi y aşayış evi (bundan sonra – fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi (bundan sonra – qeyri yaşayış sahəsi) üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X1 əridir. fərdi yaşayış evi 1996-cı ildən 08 avqust 2016-cı il tarixədək onun mülkiyyətində olmuş və ailəsi ilə birlikdə orada daimi yaşamışdır. Həmçinin, qeyri-yaşayış sahəsi də 1996-cı ildən onun mülkiyyətində olmuş, uzun müddət həmin qeyri-yaşayış sahəsini icarəyə verərək, icarədən əldə olunan pul vəsaiti ilə özünü və dörd azyaşlı övladını dolandırmışdır. 2016-cı ilin may ayından başlayaraq Cavabdeh1 ona təzyiq göstərərək mülkiyyətində olan fərdi yaşayış və qeyri-yaşayış sahələrini bağışlama yolu ilə notarial qaydada öz adına sənədləşdirməyə məcbur etmişdir. Cavabdehin təhdidlərinə dözməyərək, ailəni qoruyub saxlamaq üçün onunla belə bir razılığa gəlmişdir ki, o, daimi olaraq övladları ilə birlikdə fərdi yaşayış evində yaşasın, cavabdeh daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəsin, icarəyə verilən qeyri-yaşayış-sahəsindən əldə olunan gəliri də ailənin ehtiyaclarına sərf etsin. Cavabdeh1 onun bütün bu şərtlərinin bağışlama müqavilələrində öz əksini tapacağını vəd edib, onu inandırmış və bundan sonra 06 iyun 2016-cı il tarixdə onlar Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna getmişlər. Nota riat kontorunda qeyd olunan şərtlərin bağışlama müqavilələrində göstərilməsini xahiş etsə də, notarius vəzifəsindən sui-istifadə edərək bağışlama müqavilələrinin formal xarakter daşıdığını, şərtlərin müqavilələrdə əks olunduğunu bildirərək onu aldatmış, müqavilələrin mətnlərini oxumaq üçün ona şərait yaratmamış, o isə notariusa inanıb bağışlama müqavilələrini imzalamışdır. Qeyd olunan şərtlərin müqavilələrdə əks etdirilməməsi ona 11 avqust 2016-cı il tarixindən sonra məlum olmuşdur. Cavabdeh1 ona əvvəlcə təsir və təzyiqlər göstərməklə, sonradan isə onda inam yaratmaqla 01 avqust 2016-cı il tarixdə onun bütün mülkiyyətinə dair öz adına etibarnamə təsdiq etdirmiş, bundan sonra isə qəsdən aralarında mübahisələr yaratmış, 08 avqust 2016-cı il tarixdə bıçaqla onu hədələyib uşaqlarla birlikdə on u fərdi yaşayış evindən qovmuşdur. Cavabdeh1 onun mülkiyyətində olan əmlakını planlı surətdə ələ keçirmək istədiyini başa düşüb 01 avqust 2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq olunmuş ona verdiyi etibarnaməni 10 avqust 2011-cı il tarixdə ləğv etdirmişdir. Cavabdeh1 bununla kifayətlənməyib 11 avqust 2016-cı il tarixdə evi və qeyriyaşayış sahəsini guya 20.000 manata Qala kənd məscidində tanış olduğu dostu, cavabdeh Süleymanlı Çingiz( Bilal) Süleyman oğlunun adına formal olaraq alqı-satqı müqaviləsi bağlamışdır. Şəxsi mülkiyyətində olan evini və qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamasına baxmayaraq, ötən müddət ərzində, o, bu günə qədər də aliment ödəməkdən yayınaraq məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırır. Cavabdeh1 bütün bu hərəkətləri onu və övladla rını ağır vəziyyətə salmışdır. 2016-cı ildən hal-hazıra kimi onunla Cavabdeh1, Çingiz (Bilal) Süleymanlı və digərləri arasında məhkəmə mübahisələri davam edir. Hələ bütün bunlar azmış kimi keçmiş həyat yoldaşı Cavabdeh1, yəni dörd övladının atası onu, anasını və qardaşını sosial şəbəkələrdə təhqir etməyə başlamışdır. Bundan əlavə, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Hazırda bu iş üzrə də məhkəmə prosesi davam etdirilir. Beləliklə, Cavabdeh1 onun və qohumlarının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini ehtimal etdiklərinə, habelə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin, yəni onun və övladlarının hamısı barəsində kobudcasına pozduğuna, həmçinin əmlak vəziyyəti ağırlaşdığına, yaşamağa mənzili olmadığına, eyni zamanda övladlarının (üçü tələbə, biri məktəblidir) təhsil problemləri ilə əlaqədar olaraq öhdəlikləri yarandığı üçün hazırkı iddianı qaldırmaq qərarına gəlmişdir.
3. İddiaçı əlavə ərizəsində, həmçinin bildirmişdir ki, İddiaçı Cavabdeh1 ilə onun arasında 06 iyun 2016-c ı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlamalardan imtina etmiş, bu barədə Cavabdeh1 bildiriş göndərmişdir. Belə olan halda iddiaçının özünə məxsus yaşayış evini, eləcə də qeyri-yaşayış sahəsini kiməsə bağışlamasının anlamı qalmır. Eyni zamanda, iddiaçı övladları ilə birlikdə hazırda bağışlamasından imtina etdiyi həmin yaşayış sahəsində yaşayır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-631/2023 nömrəli, 13 aprel 2023ci il tarixli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.2, 324.4, 666.1, 670.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.3, 673.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki i craat
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4048/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “bağışlama müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddianın təmin edilməməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
8. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırkı iddiaçının hazırkı cavabdehlərə qarşı bağışlama müqavilələrinin ləğvi ilə bağlı iddialara baxıl mış və iddia rədd edilmişdir. Həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 nömrəli, 19 iyul 2018-ci il tarixli qətnaməsində bağışlama müqavilələrinə Mülki Məcəllənin 673-cü maddəsində qeyd olunan əsaslarla da münasibət bildirilmiş və bağışlama müqavilələrinin ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin ləğvi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırkı tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunvericiliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 673-cü maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.2-ci maddəsinə istinadla əsaslandırmış dır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı hazırkı əsasla cavabdehlərə qarşı heç vaxt iddia qadırılmamışdır. Digər əsaslar üzrə qaldırılmış iddialar üzrə qəbul edilmiş məhkəmə aktlarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
21. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə on lara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
22. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
23. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 24....387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı icraat üzrə iş üzrə icraata hissəvi xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
1. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
2. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında eyni predmeti bar əsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata bağışlama müqavilələrinin ləğv olunması tələbinə aid hissədə xitam verilməlidir.
3. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)2273/2018 nömrəli mülki iş üzrə hazırkı iş üzrə iddiaçı hazırkı iş üzrə Cavabdeh1 qarşı eyni bağışlama müqavilələrinin ləğv olunması və s tələblərə dair iddia qaldırmış, iddia rədd olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə iddiaçı sonradan baş vermiş bəzi yeni faktlara istinad etsə də, hazırkı iddianın əsasları əvvəlki iddianın əsasları ilə eynidir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-2273/2018 nömrəli iş ü zrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamədə mübahisəli bağışlama müqavilələrinə Mülki Məcəllənin 673-cü maddəsində nəzərdə tutulan bütün əsaslarla münasibət bildirilmiş və müqavilələrin ləğvi üçün həmin maddədə sadalanan heç bir əsas müəyyən edilməmişdir.
4. İş materiallarından görünür ki, iddiaçı eyni faktiki əsaslardan çıxış edərək, eyni bağışlama müqavilələrinin etibarsızlığı və ləğvi ilə müxtəlif iddialar qaldırmış, həmin iddialara bir neçə dəfə bütün məhkəmə instansiyalarında baxılmışdır. Mövcud vəziyyətdə iddiaçının yeni əsaslar adı altında eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi prosessual hüquqlardan sui-istifadə olmaqla, qanunla müəyyən edilmiş prosessual vəzifələrin pozulması kimi qiymətləndirilməlidir. Halbuki, MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
5. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
6. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4048/2023 saylı iş üzrə 05 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.