Məhkəmə qərarları › İş №2(102)-4017/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4017/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4017/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 (qanuni nümayəndəsi İddiaçı2) və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Şəmkir rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və X7 ibarət tərkibdə, İddiaçı1 (qanuni nümayəndəsi İddiaçı2) və İddiaçı2 cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 (Şəmkir rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-953/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X8 İddiaçı1 nənəsi, İddiaçı2 anasıdır. İddiaçı2 isə İddiaçı1 bibisi, eyni zamanda qəyyumu və qanuni nümayəndəsidir.

2. Cavabdehlər Cavabdeh2 ilə Cavabd eh1 ər arvaddırlar. 3. xx.xx.2014-cü il tarixli etibarnamə ilə X8 bütün əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. 4. 30.01.2015-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,2033 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5. xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi ilə, X5 nümayəndəsi Cavabdeh1 sözügedən torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata əri Cavabdeh2 satmış, sonuncu isə xx.xx.2015-ci il tarixdə həmin əmlaka mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmişdir. 6. 26.07.2016-cı il tarixli vəsiyyətnamə ilə, İddiaçı1 Namaz qızı bütün əmlakını nəvəsi İddiaçı1 vəsiyyət etmişdir.

7. X8 xx.xx.2019-cu il tar ixdə ölmüşdür.

8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2606/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddiaçılar X9, İddiaçı2 və X18 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı X3nın mülkiyyətində olmuş 0,2033 ha həyətyanı torpaq sahəsinin 0,0798 ha hissəsinə dair xx.xx.2015-ci il tarixli 4Ə–159 reyestr nömrəli alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0,0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçılar İddiaçı1 (qanuni nümayəndəsi İddiaçı2) və İddiaçı2 (nümayəndə və Vəkil1) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, X5 vəfatından sonra məlum olmuşdur ki, Cavabdeh1 iddiaçıya məxsus olan torpaq sahəsinin 0,0798 ha hissəsini alğı-satqı müqaviləsi əsası nda digər Cavabdeh2 satmışdır. Həqiqətən iddiaçının və qanuni nümayəndəsinin torpaq sahəsinin sənədləşməsindən sonra onun bir hissəsini, yəni kiçik bir mağazanın inşa edilməsi üçün 5x4, yəni 20 kv.m ölçüdə satmaq fikri olsa da, mübahisəli torpaq sahəsinin 0,0798 ha hissəsini satmaq niyyətləri olmamış və alğı-satqı ilə bağlı ona heç bir məbləği pul verilməmişdir. Satıcı qismində çıxış edən Cavabdeh1 digər Cavabdeh2 arvadıdır ki, bu hal öz növbəsində əqdin etibarsızlığına gətirib çıxarır, yəni həmin alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir.

11. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2797/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam v erilmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-20967/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı1 (qanuni nümayəndəsi İddiaçı2) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.

13. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(076)-375/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, əvvəllər alğısatqı müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmasına baxmayaraq, hazırkı işdə İddiaçı2 əvvəlki iddiasından fərqli olaraq azyaşlı X10 iddiaçı qismində, Cavabdeh1 isə cavabdeh qismində işə cəlb etmişdir. Lakin buna baxmayaraq, yəni iş üzrə müxtəlif iddiaçı və cavabdeh işə cəlb edilsə də, həmçinin iddiaçı əvvəlki tələbində cavabdehlər arasında bağlanmış mübahisəli alğı-satqı müqaviləsinin qismən etibarsızlığını, hazırkı tələbində isə ümumilikdə qeyd olunan müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə dair qətnamə çıxarılmasını tələb etsə də, iddiaçının əvvəlki iddiası da eyni predmet və eyni əsasla üzrə olmuş, yəni iddiaçının əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alğı-satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alğı -satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmişdir. Əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alğı-satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmiş və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Odur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

15. Birinci instansiya məhkəməsi mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ xx.xx.2020-ci il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı r ki, İddiaçı2 əvvəllər eyni cavabdehlərə qarşı əqdin qismən etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Hal-hazırda isə iddiaçılardan biri İddiaçı1 əvvəlki məhkəmə çəkişməsində tərəf qismində iştirak etməmiş, iddiaçı və ya cavabdeh olmamışdır. Mübahisə edilən müqavilə onun hüquqlarını pozduğundan o, iddiaçı qismində məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, sözügedən müqavilənin etibarlı olmasına dair qanuni qüvvəsini almış qətnamə mövcuddur və bu əsasla hazırkı iddiaçını məhkəməyə müraciət edərək öz maraqlarını qorumaq məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Digər tərəfdən, məhkəmə əhəmiyyətsiz əqdin məhkəmə qətnaməsi ilə əhəmiyyətli olduğu qənaətinə gəlmiş dir, hərçənd ki, heç bir məhkəmə əhəmiyyətsiz əqdi əhəmiyyətli hesab etmək hüququna malik deyildir, bu mövqe Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Hazırki qətnamə ilə məhkəmə iddiaçının hüquqlarını digər iddiaçılarla eyniləşdirərək məhdudlaşdırmış və mübahisə predmeti olan əqdin əvvəlki iddiaçılara münasibətdə etibarlı hesab edilməsini iddiaçıya aid etmişdir. Bunun la bağlı qeyd edilir ki, mübahisə edilən əqdin etibarlı olmasına dair hər hansı qətnamə mövcud deyildir. Halbuki iddiaçı müstəqil formada iddia qaldırmaq hüququna malikdir və onun bu hüququ diglərlərinin hüquqları ilə məhdudlaşdırıla bilməz. İşin hallarından da göründüyü kimi, cavabdehlər arasında nikah münasibətləri mövcuddur. Belə olan halda ərlə arvad arasında bağlanmış alğı-satqı müqaviləsinin və onun əsasında əmlakın ərin mülkiyyətinə keçməsi əslində həmin mülkiyyətin arvad tərəfindən ələ keçirilməsidir. Çünki Ailə Məcəlləsinin 32.1ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlamış olur ki, bu da qanuna ziddir. KM Plenum qərar ından görünən odur ki, istənilən halda fərz etsək ki, tərəflər arasında belə mübahisə olmuşdur və buna dair yekun qərar var bunlar heç bir halda əhəmiyyətsiz əqdin etibar edilməsi üçün əsas ola bilmir. Lakin hazırki qərarla məhkəmə əhəmiyyətsiz əqdi başqa tərəflər arasında olmuş mübahisəyə dair qanuni qüvvəsini almış qərar ilə etibarlı əqd hesab etmiş olur ki, bu da həm Mülki Məcəlləyə, həm də yuxarıda qeyd edilmiş KM qərarına ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə ilk öncə İddiaçı2 iddiaçı kimi təqdim edir, daha sonra isə etiraf edir ki, tərəflər eyni tərəflər deyil, sadəcə iddia predmeti eyni olduğundan iddia rədd edilməlidir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) İslam Həsənov və Şamil Rzaquliyev) 2(104)-1316 /2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən 0,0798 hektar torpaq sahəsinin Cavabdeh2 satılmasına dair mübahisəli alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməsi qət olunmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmeti nə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu iş üzrə iddiaçı X14 birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün istinad etdiyi əvvəlki iş üzrə işdə iştirak edən şəxs olmamışdır.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bundan başqa, mülki qanunvercilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Cavabdehlər arasında nikah münasibətləri mövcud olmaqla, ər-arvad olmalarına baxmayaraq, müvafiq etibarnamə əsasında aralarında alğı-satqı müqaviləsi bağlamış və bununla da, təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamışdır. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələ binə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlaması mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

21. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 337, 359, və 362.1-ci və Mülki Prosessual Məcəlləsinin 82.3, 385.1.1 və 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instan siyası məhkəməsində birinci icraat:

22. Qətnamədən Cavabdeh2 (vəkil X11) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqı müqaviləsi xx.xx.2015-ci ildə başlansa da, iddia tələbi 2023-cü ildə, yəni 8 il sonra qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi məhkəmə kollegiyası şikayətə baxarkən işin bu halına da hüquqi qiymət verməmişdir. Bundan əlavə, ca vabdeh mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Bu mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli, “**********” qeydiyyat nömrəli reyestrdən çıxarışla qeydə alınmışdır. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Kassasiya şikayətinin digər dəlilinə görə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradənin ifadə olunmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqlarımüəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Kassator hesab et mişdir ki, hazırkı işin halları Plenum qərarında göstərilən işin hallarından tamamilə fərqlidir. Çünkü hazırkı işdə təmsil olunanın təmsilçilikdə ən üstün müdafiəyə malik olmaqla təmsil edən tərəfindən onun qanuni maraqları tam şəkildə təmin edilmişdir. Beləki, işin hallarından da göründüyü kimi iddiaçının nənəsi olmuş X17 mülkiyyətində olan 0,2033 ha torpaq sahəsinin 0,0798 ha hissəsini faktiki olaraq Cavabdeh2 satmışdır. Müqavilədə alğı-satqının dəyəri 5.000 manat məbləğində göstərilsədə, əslində 20.000 ABŞ dolları məbləğində olmuşdur. Bu hal tərəflərin əvvəlki məhkəmə çəkişmələri zamanı tam təsdiqini tapmışdır. İşin halından göründüyü kimi, həmçinin Plenum qərarında göstərilən işin halından fərqli olaraq mərhum X1 Gilə Talıb qızına etibarnamə verərkən etibarnaməni məhz mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün vermiş və bunu da arzu etmişdir. Təmsil edən Cavabdeh1 isə təmsil olunan X4 xəbərsiz heç bir artıq hərəkət etməmişdir. Apellyasiya məhkəmə kolleqiyası işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə qətnamə çıxararkən göstərilən bu prosessual normanın da tələbini də pozmuşdur. Belə ki, məhkəmə tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, cavabdehin sübutlarının araşdırılmasında, şahidlərinin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsində olduğu kimi işə baxarkən məhkəmə iclaslarında tərəflərin şəxsən özlə rinin iştirakının təmin etməsi üçün heç bir tədbir görmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini, dolayısıyla yuxarıda göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 375.2-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmiş nəticədə tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir.

24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)57/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndə rilməsi qərara alınmışdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. İddiaçı2 və başqalarının Cavabdeh2 qarşı daha əvvəl qaldırdıqları iddiada alğı-satqı müqaviləsi və reyestr qeydinin tamamı deyil, satılmış torpaq sahəsinin yarısı mübahisələndirilmişdi. İddianın əsası kimi həm də ona istinad olunmuşdu ki, Cavabdeh1 təmsil olunan Gülabatın Məmmədovanın nümayəndəsi kimi müqavilədə satıcını təmsil edərək torpağı öz ərinə satmağa dair müqaviləyə etdiyi imzanın da hüquqi qüvvəsi ola bilməz. Həmin iddia rədd edilmiş və məhkəmə aktı qanuni qüvvəsini almışdır. Bundan əlavə, eyni şəxsin - İddiaçı2 da iddiaçı olduğu hazırkı işdə (ona münasibətdə icraata xitam verilmişdir) 20 kv.m. sahənin Cavabdeh2 satılm ası fikrinin olduğu qeyd edilir. İşdən o da görünür ki, mübahisə olunan müqavilə xx.xx.2015-ci ildə bağlanmış, onun əsasında 0.0798 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış, satıcı Gülabatın Məmmədova isə xx.xx.2019-cu ildə ölmüşdür. Müqavilə bağlandıqdan sonra Gülabatın Məmmədovanın yaşadığı dörd il ərzində qonşuluğunda yerləşən torpaq sahəsinin cavabdehə satılmasına hansısa formada etiraz etməsini və əqdi mübahisələndirməsini işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etməmişlər.İş materiallarından müqavilə ilə bağlı məhkəmə mübahisəsinin İddiaçı1 ölümündən sonra başladığı görünür (əvvəlki mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci ildə qəbul edilmişdir).

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıdakı məlumatl ar işığında təmsil olunan Gülabatın Məmmədovanın xx.xx.2014-cü il tarixli etibarnaməni Cavabdeh2 arvadı Cavabdeh1 hansı məqsədlə verməsi, həmin vəkalətlə 0,0798 ha torpaq sahəsinin Cavabdeh2 satılması üçün müvafiq rəsmiləşdirmə aparılmasının hədəflənibhədəflənmədiyi, başqa sözlə, təmsil olunan Gülabatın Məmmədovanın təmsilçi Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləni sonuncunun əri Cavabdeh2la bağlamasına açıq və ya örtülü formada əvvəlcədən razılığının olub-olmaması, yaxud sonradan bəyənməsi, bu kontekstdə tərəflərin əvvəlki və sonrakı davranışlarının nədən ibarət olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi tərəfindən həmin xüsusatlar üzrə araşdırma aparılmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqi qinə lazımi şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələbinə uyğun şəkildə əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

27. Apellyasiya instansiya məhkəməsinin yeni məhkəmə baxışında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, X8 əmisinin həyat yoldaşıdır. Gülabatın Məmmədova sağ olan zaman 20 kv.m. ölçüdə olan tikilinin satmaq fikri olmuşdur. Lakin, qiyməti barədə məlumatı olmamışdır. Sahəsi 0,8 ha olan torpaq sahəsini satmaq istəməmişlər, ancaq 20 kv.m. torpaq sahəsini satmaq istəmişlər. 2019-cu ilin fevral aylarında mübahisə yaranmışdır. Həmin zamanlar vəziyyəti yaxşı olmuşdur. Etibarnaməni Cavabdeh 1 vermişdir. Ancaq, mərhumun digər qızlarının bu barədə məlumatı olmasını bilmir. Cavabdeh1 həmkəndlisi kimi tanıyır və qohumluq əlaqləri yoxdur.

28. Məhkəmə kollegiyasının məhkəmə baxışında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, şahid X15 onun qardaşıdır. X3 əmisinin həyat yoldaşıdır. Əmisinin arvadı ilə qonuşuluqda yaşamışlar. X2 Tacəddin Xəlil oğluna torpaq satmamışdır. Bu barədə mübahisənin olmasını mərhumun ölümündən bir həftə qabaq müddətdə eşitmişdir. O, Gülabatın Məmmədovanın iştirak etdiyi video görüntüdə olmamışdır. Mərhum vəfat etməmişdən qabaq son 20 gün vəziyyəti normal olmuşdur.

29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-953/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhm an Muradov və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə olunan müqavilə xx.xx.2015-ci ildə bağlanmış, onun əsasında 0.0798 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış, satıcı Gülabatın Məmmədova isə xx.xx.2019-cu ildə ölmüşdür. Göründüyü kimi, mübahisəli müqavilə bağlandıqdan sonra Gülabatın Məmmədovanın yaşadığı dörd il ərzində qonşuluğunda yerləşən torpaq sahəsinin cavabdehə satılmasına hansısa formada etiraz etməmiş və əqdi mübahisələndirməsi müəyyən edilməmişdir. Göründüyü kimi, təmsil olunan Gülabatın Məmmədovanın təmsilçi Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqavilən i sonuncunun əri Cavabdeh2la bağlamasına etirazı olmamış, dolayısı ilə həmin müqaviləni bəyənmişdir. İşdə olan sənədlərdən görünür ki, həmin müqavilə ilə bağlı məhkəmə mübahisəsinin mərhum İddiaçı1 ölümündən sonra başladığı müəyyən edilmişdir (əvvəlki mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir). Bu hallar Məhkəmə Kollegiyasına əsas verir ki, satıcı Gülabatın Məmmədova sağlığında mübahisələndirilən torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X15 və X16 qardaş olmaqla, əmisi arvadı olan mərhum İddiaçı1 xeyrinə ifadə verərək, alğı-satqı müaviləsi üzrə mübahisənin yarandığını İddiaçı1 ölümündən qabaq 2019-cu ilin fevral aylarında mübahisəni n yarandığını və sonuncunun torpaq sahəsini Cavabdeh2 satmaq niyyətinin olmadığını göstərmişlər. Bununla bağlı kollegiya qeyd edir ki, həmin şahidlər mərhumun qaynının (ərinin qardaşının) uşaqları olmaqla işin həllində maraqlı olmalarına şübhə yaradır. Ona görə də, həmin şahidlərin ifadələri iş üzrə sübut kimi qəbul edilməməlidir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh1 ilə X12 aid xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alğı-satqı müqaviləsinə qiymət verilmişdir. Bu hal hazırkı iddiaya həlledici təsir edir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alğı-satqı müqaviləsi barədə faktların predusiallığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir və həmin halın yenidən mübahisələndirilməsini mülki prosessual qanunvericilik tərəflərə (həmin işdə və hazırkı işdə olan şəxslərin subyekt tərkibi eyni olmuşdur) qadağan etmiş və həmin halın sübut edilməsinə ehtiyac qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 1.2, 6.1, 337.1, 359.1, 259.3, 360.1, 360.2, 362.1-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.1, 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 218.1, 218.3, 384.0.1, 385.2 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsində olan işdə cavabdehin nümayəndəsi həmin torpaq sahəsinin 20.000 manat məbləğinə satıldığı qeyd etmişdir, lakin məhkəmə bu faktlara hüquqi qiymət verməmişdir, ziddiyətləri aradan qaldırmamışdır, baxmayaraq ki, mülki Məcəllənin 405-ci maddəsinin tələbidir. Bütün qeyd edilənləri müşahidə edərək məhkəmə mübahisəli torpaq sahəsinin hansı qiymətə satıldığı, həqiqətən pulun ödənildiyini, müqavilənin mühüm şərti nədən ibarət olmasını müəyyən etməmişdir. Belə olan halda məhkəmə mübahisəli müqavilənin əhəmiyyətli əqd olubolmamasını belə müəyyən etməmişdir. Mübahisədə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlamışdır, etibar edənin buna razılıq verməsini və ya sonradan bəyənməsinin sübuta yetirə bilməmişdir, əksinə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla və işin faktiki halları ilə təkzib edilmişdir. Məhkəmə şahid ifədlərini sübut qismində qəbul etməmişdir ki bunda öz növbəsində mülki MProsessual Məcəllənin 106.1ci maddəsinin tələbinin pozulmasıdır belə ki:

1. Şahid ifadələri, mərhum mülkiyyətçinin videogörünütüdə olan mövgeyi ilə təstiqlənir.

2. Şahidlərin ifadələri iş materiallarında olan Cinayət işin rədd olunması haqqında xx.xx.2022-ci il tarixli Şəmkir RPŞ tərəfindən qəbul edilmiş qərarında olan Cavabdeh1 tərəfindən verilmiş izahatda özü belə qeyd etmişdir ki, mübahisəli evin hər hansı sənədi olmamışdır, və o mülkiyyətçidən etibarnaməni torpaq səhəsinin sənədləşdirməsi üçün almışdır.

3. Cavabdeh özü belə 20 kv.m. olan torpaq sahəsinin satılmasını təstiqləmir, deməli ki 20 kv.m olan torpaq sahəsi satılmamışdır, bu faktı cavabdeh belə mübahisələndirməmişdir. Mülki Prosessual Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş məhkəmə aktlarının məcburiliyi tələbi məhkəmə tərəfindən pozulmuşdur. Necə ola bilər ki, eyni məhkəmənin bir hakim istisna olmaqla eyni tərkibi birbirinə tam zidd məhkəmə aktı qəbul edir? Burada kimin və hansı marağı var? Qanuni qüvvəsini almış məhkəmə aktı eyni tərkib təfərindən heçə sayılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

36. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29 (İİİ hissə). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

38. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

39. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahi sə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

42. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

43. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

44. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

45. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazıl ı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 5

1. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

56. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şər h edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər ara sındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-953/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar