Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4019/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: françayzinq, daxilolma haqqı, kommersiya konsessiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-564/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı2 ilə Cavabdeh MMC arasında 26.11.2017-ci tarixində “Françayzinq müqaviləsinin bağlanmasına dair” ilkin müqavilə imzalanmışdır. Müqavilədə tərəflər aşağıdakılar barədə razılaşmışlar: françayz verən Cavabdeh MMC və françayz alan gələcəkdə təsis olunan məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi aralarında müəyyən edilmiş şərtlər əsasında müstəqil kontraktor qismində 15 iş günü ərzində imzalanacaq françayzinq müqaviləsində təsvir olunacaq minik və yük avtomobillərinə qaz-balon qurğularının satışı, quraşdırılması və təmiri üzrə xidmətlərindən istifadə etmək üçün müqavilə bağlamaq niyyətini bəyan edir; françayz verən bəyan edir ki, o françayz alana bağlanacaq müqavilə şərtləri əsası nda xidmətlərin istifadə edilməsini qəbul edir və razılığını bildirir; françayz verən bəyan edir ki, françayz alana uzunmüddətli öhdəlik münasibətlər əsasında spesifik öhdəliklərin icrası yolu ilə malın satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdəsinə götürür, o cümlədən də françayz alana standart formalı qeyri-əmlak hüquqlarını, əmtəə (ticarət) nişanını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə razılıq bildirir; françayz alan bəyan edir ki, françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin m əqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslər vasitəsilə xidmətləri qəbul etməli və mallar əldə etməlidir; françayz alan bəyan edir ki, françayz verənə təsis ediləcək filial üçün daxilolma haqqını tam miqdarda 20.000 ABŞ dolları ödəyir; françayz verən bəyan edir ki, françayz alandan “DƏRNƏGÜL” filialı üçün daxilolma haqqı üçün tam miqdarda 20.000 ABŞ dolları qəbul edir; tərəflər bəyan edir ki, 15 iş günü ərzində Françayzinq müqaviləsi françayz verənin imtinası səbəbindən müqavilə imzalanmazsa və bu müqavilədə nəzərdə tutulmuş şərtlər pozularsa ödənilmiş daxilolma haqqı françayzinq verən tərəfindən françayz alana 5% (beş faiz) cərimə ilə tam miqdarda geri qaytarılır; tərəflər bəyan edir ki, 15 iş günü ərzində Françayzinq müqaviləsi françayz alanın imtinası səbəbindən müqavilə imzalanmazsa və bu müqavilədə nəzərdə tutulmuş şərtlər pozularsa ödənilmiş daxilolma haqqı françayzinq verən tərəfindən françayz alana 5% (beş faiz) cərimə ilə tam miqdarda geri qaytarılır. Françayz alan imza edərək təsdiq edir ki, 20.000 ABŞ Dolları məbləğində Françayzinq verənə tam miqdarda ödənildi; Françayzinq verən imza edərək təsdiq edir ki, 20.000 ABŞ Dolları məbləğində Françayz alandan tam məbləğdə qəbul edildi. 14.12.2017-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı1 MMC arasında “Ticarət nümayəndəsi (agent) haqqında” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən tərəflər – “Eksklüziv Distributor” adlanılacaq Cavabdeh MMC, digər tərəfdən “Agent” adlanacaq İddiaçı1 MMC aşağıdakılar barədə razılaşmışlar: Eksklüziv Distributor avtoqaz sistemləri avadanlıqla rını və qaz balonlanlarını (bundan sonra Mallar adlanacaq) Agentə, bu müqavilə üzrə müəyyən edilmiş Agentin ərazisində avtomobillərə quraşdırma işlərinin aparılması üçün satır, agent bu Müqavilənin şərtlərinə uyğun Eksklüziv Distributorun adından və onun hesabına müqavilələr bağlayır, Agentə satılan Mallar yeni olmalıdır və Eksklüziv Distributor malların, keyfiyyətinə aid sənədləri Agentə verir və mallar quraşdırılan tarixdən etibarən 2 il / 80.000 km (hansı tez başa çatsa) zəmanət verir; mallar Bakı şəhərində yerləşən Cavabdeh MMC-nin anbarından Agentə təhvil-təslim aktı ilə təhvil verilir və daşınma ilə bağlı xərclər Agent tərəfindən qarşılanır, sonradan malda əksik çıxmasına Eksklüziv Distributor məsuliyyət daşımır; müqavilə ilə Agent Dərnəgül ərazisində (bundan sonra Agentin ərazisi ad landırılacaq) nümayəndəlik hüququ eldə edir və malların avtomobillərə quraşdırılma işlərinin bu ərazidən kənarda aparılmayacağını və ərazidən kənar hansısa bir tələb olduqda isə bunu dərhal Eksklüziv Distributora bildirəcəyini öhdəsinə götürür. Əgər Agentin özünə məxsus olmayan ərazidə hansısa bir fəaliyyət göstərməsi sübut olunarsa, eksklüziv Distributor tərəfindən bu müqaviləyə bir tərəfli qaydada xitam verilə bilər və Agentin müqavilənin xitam verildiyi tarixədək ödənilməmiş pul öhdəliyi olarsa, Agent həmin pul məbləğini həmin tarixdən etibarən 3 iş günü ərzində Eksklüziv Distributora ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə bağlanılmış 26.11.2017-ci il tarixli “Françayzinq müqaviləsinin bağlanmasına dair ilkin müqavilə”yə və 14.12.2017-ci il tarixli “Ticarət nümayəndəsi (agent) haqqında müqavilə”yə xitam verməklə, Cavabdeh MMC-dən “filial” üçün daxil olma haqqı kimi İddiaçı2 tərəfindən ödənilmiş 20000 ABŞ dolları, İddiaçı1 MMC-yə vurduğu maddi ziyana görə 30000 manat və vurduğu mənəvi ziyana görə 40000 manat, cəmi 20000 ABŞ dolları və 70000 manat məbləğində pulun tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh MMC-nin direktoru X1 ilə "xxxx" MMC-nin direktoru İddiaçı2 xxoğlu arasında 26.11.2017-ci il tarixdə “Françayzinq müqaviləsinin bağlanmasına dair ilkin müqavilə” imzalanmışdır. İddiaçı2 XXX o ğlu tərəfindən İddiaçı1 MMC adlı yeni hüquqi şəxs təsis edilərək 30.11.2017-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində rəsmi qeydiyyata alınmış və həmin idarədən MMC-yə dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda İddiaçı2 XXX oğlu həmin Cəmiyyətin direktoru təyin olunmuşdur. İddia tələbinə görə tərəflər “Françayzinq müqaviləsinin bağlanmasına dair” 26.11.2017-ci il tarixli ilkin müqavilənin tələblərinə əməl etməmiş və sonradan bağlanmalı olan əsas françayzinq müqaviləsi imzalanmamışdır. Odur ki, iddiaçı hazırda daxilolma haqqı olaraq ödədiyi 20000 ABŞ dolları məbləğində pulun cavabdehdən geri ödənilməsi tələb edir. Həmçinin cavabdeh həmin müqavilə üzrə də öhdəliklərini yerinə yet irməmiş, təqdim etdiyi mallar qüsurlu olduğuna baxmayaraq, ilkin vaxtlarda malları yeni malları əvəz etsə də, daha sonra qüsurlu malları əvəz etməkdən imtina etmiş, nəticədə iddiaçıya xeyli miqdarda zərər dəymişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, “Françayzing müqaviləsinin bağlanmasına dair ilkin müqavilə” bağlanıldıqdan sonra İddiaçı2 tərəfindən İddiaçı1 MMC şirkəti təsis edilmiş və Cavabdeh MMC və İddiaçı1 MMC arasında tərəflərin qarşılıqlı razılığına əsasən françayzinq müqaviləsinin əvəzinə “Ticarət nümayəndəsi (agent) haqqında müqavilə” bağlanılmışdır. Müqavilələrin adı fərqli olsa da, həm faktiki olaraq, həm də qanunla eyni mahiyyətli (predmetli) müqavilələrdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, 26.11.2017-ci il tarixli “Françayzing müq aviləsinin bağlanmasına dair ilkin müqavilə”də göstərilmişdir ki, Françayz verən və Françayz alan aralarında müəyyən edilmiş şərtlər əsasında müstəqil kontraktor qismində 15 iş günü ərzində imzalanacaq. Françayzing müqaviləsində təsvir olunacaq minik və yük avtomobillərinə qaz-balon qurğularının satışı, quraşdırılması və təmiri üzrə xidmətlərdən istifadə etmək üçün müqavilə bağlamaq niyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 731.2-ci maddəsinə əsasən həmin münasibətlərə Mülki Məcəllənin ticarət nümayəndəliyi müqaviləsi haqqında müddəaları tətbiq edilir. Başqa sözlə desək, Cavabdeh MMC və İddiaçı1 MMC arasında qarşılıqlı razılıq əsasında Françayzinq müqaviləsinin əvəzinə predmetləri oxşar olan 14.12.2017-ci il tarixli “Ticarət nümayəndəsi (agent) haqqında müqavilə” bağlanılmı şdır. Françayzinq müqaviləsinin imzalanmasından Cavabdeh MMC tərəfindən imtina edilməmişdir və Cavabdeh MMC həmin müqavilə üzrə öhdəliklərini icra etmişdir. İddiaçıların özlərinin də iddia ərizəsində göstərdiyi kimi, İddiaçı1 MMC françayzinq müqaviləsində nəzərdə tutulmuş minik və yük avtomobillərinə qaz-balon qurğularının satışı, quraşdırılması və təmiri üzrə xidmətlərdən istifadə edərək müştərilərə həmin xidmətləri göstərmişdir. Ona görə də, Cavabdeh MMC tərəfindən müqavilənin şərtləri pozulmamış, onun daxil olma haqqı kimi ödənilmiş pul vəsaitinin İddiaçı2 qaytarmaq öhdəliyi yaranmır və müqviləyə xitam verilə bilməz. Bundan başqa, Cavabdeh MMC-nin İddiaçı1 MMC-yə təqdim etdiyi avadanlıqlar tam işlək vəziyyətdə olmuş, heç bir qüsuru olmamış və həmin avadanlıqlarda heç bir problem yaran mamışdır. İddiaçı1 MMC iddia ərizəsində qeyd etdiyi problemlərlə bağlı heç vaxt Cavabdeh MMC-yə müraciət etməmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 izahat verərək, iddianın rədd edilməsini xahiş etmiş, bildirmişdir ki, birgə əməkdaşlıqla bağlı təkliflə Cavabdeh MMC-yə İddiaçı2 müraciət etmişdir. Həmin dövrdə Cavabdeh MMC tərəfindən bazarda təqdim edilmiş mallar Cavabdeh MMC tərəfindən geniş şəkildə reklam edilmişdir və tanınırdı. İlkin olaraq tərəflər Cavabdeh MMC ilə İddiaçı2 tərəfindən yaradılacaq hüquqi şəxs tərəfindən françayzinq müqaviləsinin bağlanılması barədə razılaşmışlar. Lakin daha sonra tərəflər İddiaçı2 tərəfindən təqdim edilmiş müqavilənin layihəsi imzalanmışdır. Müqavilənin predmeti olan mallar Cavabdeh MMC tərəfindən artıq uzun müddət reklam edildiy inə görə bazarda tanınmışdır. İddiaçı tərəfindən daxilolma haqqı kimi ödənilmiş 20000 ABŞ dolları məbləğində vəsait həmin malların reklamına görə alınmışdır və sonradan satılmış malların dəyərindən çıxılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh MMC-nin təsisçisi olan Çelik Selma verdiyi izahatında göstərmişdir ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında “Françayzinq müqaviləsinin imzalanmasına dair ilkin müqavilə” bağlanılmışdır. Həmin müqavilə üzrə İddiaçı2 tərəfindən 20000 ABŞ dolları məbləğində daxilolma haqqı ödənilmişdir. Daha sonra iddiaçının təklifi ilə onun tərəfindən təsis edilmiş İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında “Ticarət nümayəndəsi (agenti) haqqında müqavilə imzalanmışdır və ilk vaxtlarda birgə fəaliyyəti uğurla inkişaf edirdi. Lakin daha sonra yeni şirkət lər yaranmış və müştərilər bölünmüşdür. Eyni zamanda, avadanlıqlarda yaranan problemin qazın tərkibi ilə bağlı olmuşdur, qazın tərkibinə parafin və kükürd yığıldığı üçün keyfiyyətsiz olduğundan avtomobilin qaz filtrləri tutulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-337/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 20000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının Cavabdeh MMC-dən tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında 26.11.2017-ci tarixində françayz verən Cavabdeh MMC və fran çayz alan gələcəkdə təsis olunan məhdud məsuliyyətli cəmiyyəti tərəfindən müəyyən edilmiş şərtlər əsasında müstəqil kontraktor qismində 15 iş günü ərzində müqavilədə təsvir olunacaq minik və yük avtomobillərinə qaz-balon qurğularının satışı, quraşdırılması və təmiri üzrə xidmətlərindən istifadə etmək üçün françayzinq müqaviləsini bağlanılması barədə ilkin müqavilə imzalanmışdır və məhz françayzinq müqaviləsinə daxil olma haqqı olaraq 20000 ABŞ dolları məbləğində pul İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Lakin, sonradan tərəflər bu razılaşmadan geri çəkilmişlər və ilkin müqavilədə müəyyən edilmiş müddət ərzində tərəflər arasında françayzinq müqaviləsi imzalanmamışdır. 14.12.2017-ci il tarixində İddiaçı2 tərəfindən təsis edilmiş İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında bağlanılmış müqavilə “Ticarət nümayəndəsi (agenti) haqqında” adlanılsa da, tərəflərin iradə ifadəsi ticarət nümayəndəsi (agenti) haqqında müqavilənin deyil, kommersiya konsessiyası haqqında müqavilənin bağlanmasına yönəldilmişdir və İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında yaranmış münasibətlər, məhz kommersiya konsessiyası haqqında müqavilədən irəli gələn öhdəliklərlə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər aralarında imzalanmış “Ticarət nümayəndəsi (agenti) haqqında müqavilə”yə görə Cavabdeh MMC" avtoqaz sistemləri avadanlıqlarını və qaz balonlarını İddiaçı1 MMC-yə, bu müqavilə üzrə müəyyən edilmiş ərazidə avtomobillərə quraşdırma işlərinin aparılması üçün satılması, İddiaçı1 MMC isə bu Müqavilənin şərtlərinə uyğun Eksklüziv Distributorun adından və onun hesabına müqavilələrin bağlanılmasına da ir öhdəlik götürmüşlər. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən “Ticarət nümayəndəsi (agenti) haqqında müqavilə”-də İddiaçı1 MMC-nin Eksklüziv Distributor Cavabdeh MMCnin adından və onun hesabına fəaliyyət göstərdiyi qeyd edilsə də, işin faktiki hallarına görə “XXX“ MMC malların satışı ilə bağlı fəaliyyəti öz hesabına həyata keçirmiş və öz adından hərəkət etmişdir. Digər tərəfdən İddiaçı1 MMC malların satış qiymətini sərbəst şəkildə müəyyən edərək, malların alış və satış qiyməti arasında olan fərqin hesabına gəlir əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, onların sonrakı hərəkətləri, imzalanmış “Ticarət nümayəndəsi haqqında müqavilə” şərtlərini n kompleks şəkildə şərhi onu təsdiq edir ki, tərəflərin iradə ifadəsinin həqiqi mənası, françayzinq müqaviləsinin deyil, məhz kommersiya konsessiyası haqqında müqavilənin imzalanmasına yönəldilmişdir və tərəflər arasında imzalanmış müqavilə kommersiya konsessiyası haqqında müqavilədir. Belə olan halda, məhkəmə iddia tələbini İddiaçı2 iddiaçı ilə Cavabdeh MMC ilə arasında imzalanmış “Françayzinq müqaviləsinin imzalanması barədə ilkin müqavilənin” ləğv edilməsi ilə bağlı hissəsini təhlil edərək belə qənaətə gəlmişdr ki, iddia bu hissədə təmin edilməməlidir. İddiaçı2 ilə Cavabdeh MMC arasında 26.11.2017-ci tarixində “Françayzinq müqaviləsini bağlamaq barədə ilkin müqavilə”-də müəyyən edilmiş müddət qurtarana qədər əsas müqavilə bağlanmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 26.11.201 7-ci tarixində “Françayzinq müqaviləsini bağlamaq barədə ilkin müqavilə” üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda, ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verildiyindən, iddiaçının ilkin müqavilənin ləğv edilməsi ilə bağlı tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə İddiaçı2 20000 ABŞ dolları məbləğində daxil olma haqqının onun xeyrinə Cavabdeh MMC-dən tutulması hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Mülki Məcəllənin tələblərinə görə daxil olmaq haqqı françayzinq müqaviləsinin bağlanıldığı zaman ödənildiyindən və qanunda kommersiya konsessiyası və ya ticarət nümayəndəsi haqqında müqavilələrin bağlanması zamanı daxilolma haqqının ödənilməsi nəzərdə tutulmad ığından, İddiaçı2 tərəfindən təsis edilmiş İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında isə ilkin müqavilənin şərtlərinə uyğun olaraq françayzinq müqaviləsi bağlanmadığından, İddiaçı2 tərəfindən françayzinq müqaviləsinə daxil olma haqqı kimi ödənilmiş 20000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə iddianı qalan hissələrdə də əsassız hesab edərək rədd etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 36, 421.1, 421.2, 424.2, 425.5, 442, 443, 724.1, 724.2, 725.1, 725.2, 778, 789.1, 790, 791.1, 792.1, 794.1, 794.2, 795.1, 795.2, 796, 797, 801.1, 801.2, 803.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-564/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) İddiaçı1 MMC-nin və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddianın təmin edilmiş hissəsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı saymışdır. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə yeganə cavabdeh olan kassator şikayət verdiyindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (maddə 402.4). Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (maddə 402.5). Françayz alan françayzinqin həyata keçirilm əsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzdu ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir (maddə 725.1). Əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa borcludur (maddə 725.2). Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner tapşırandan müəyyən malları (kontrakt mal larını) vaxtaşırı satın almaq, bu malları müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) öz adından və öz hesabına başqasına satmağı öhdəsinə götürür. Mallar barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (maddə 801.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-564/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4019/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4019/2021
12.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver